Search is not available for this dataset
text
stringlengths
10
518k
“AZTV Xəbər”in xüsusi müxbiri Cənubi Koreyanın paytaxtı olan Seuldan seçki ilə bağlı ən son məlumatları çatdırıb.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin olunub.
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa...
Bakının, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşıllıq ərazidəki ağacların əksəriyyəti kəsilib.
Sakinlərin sözlərinə görə, ağaclar hər gün gecə saatlarında kəsilir.
Daha ətraflı “ATV Xəbər”in süjetində:
Azərbaycanlı diplomat Elşən Abduləzimov ağır xəstəlikdən vəfat edib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu gün, dəyərli həmkarımız, peşəkar diplomat Elşən Səməd oğlu Abduləzimov ağır xəstəlikdən sonra vəfat edib.
Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!”, - XİN-in səhifəsində bildirilib.
Bu gün, dəyərli həmkarımız, peşəkar diplomat Elşən Səməd oğlu Abduləzimov ağır xəstəlikdən sonra vəfat edib.
Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Son zamanlar sosial şəbəkələrdə milli rəqsimizi oğlanların qız, qızların isə oğlan kimi ifa etdiyi videolar paylaşılır.
Görüntülər ictimaiyyət arasında birmənalı qarşılanmır.
Əksəriyyətini isə belə bir sual düşündürür.
Uşaqlara niyə bu cür rəqs etməyi öyrədirlər?
Günəşdə M-sinifinə aid güclü partlayış Sakit okeanın cənubunda geniş miqyasda qısa dalğalı radio rabitəsinin kəsilməsinə səbəb olub.
Qeyd olunur ki, kosmik qasırğa Avstraliya və Cənub-Şərqi Asiya ölkələrinə təsir edib.
Bölgədəki dənizçilər və radio həvəskarları partlayışın pik nöqtəsindən sonra bir saat ərzində 30 MHz-dən aşağı tezliklərdə siqnalın itməsini qeyd ediblər.
Radionun kəsilməsi günəş partlayışından cəmi səkkiz dəqiqə sonra Yerə çatan rentgen və ultrabənövşəyi şüaların güclü impulsu ilə izah edilib.
Bu şüalanma planetin ulduzun işıqlandırdığı hissəsində Yer atmosferinin yuxarı qatını ionlaşdırıb.
Bundan əlavə, Günəş saatda 400 kilometrdən çox sürətlə nəhəng plazma şleyfi yayıb.
Bu maddə Yerə çatarsa, maqnit sahəsində narahatlıq yarada və peyklərin işini poza bilər, həmçinin yüksək enliklərdə qütb parıltısı şəklində özünü göstərə bilər.
Görmə məhdudiyyəti ona öz hüququndan istifadə edərək səs verməsinə mane olmur.
Azərbaycan paracüdoçusu İlham Zəkiyev artıq altıncı dəfədir prezident seçkisində səs verəcək.
Onun timsalında isə fiziki məhdudiyyətli şəxslərin səs verməsi üçün hər cür şərait yaradılıb.
Ətraflı “İTV Xəbər”in süjetində:
Nyu-York Universitetinin robototexniklər qrupu naməlum mühitdə obyektlərin tapılması və hərəkət etdirilməsi tapşırıqlarını yerinə yetirə bilən droid OK-robot hazırlayıb.
Bu cür tapşırıqları yerinə yetirmək üçün mühəndislər vizual dil modelindən (VLM) istifadə ediblər.
Bu, maşının linqvistik işarələrə əsasən müxtəlif obyektləri tanımaq, yəni verilmiş təsvirə uyğun olaraq obyektləri müəyyən etmək qabiliyyətinə əsaslanır.
Alimlər robotdan 170 tapşırığı yerinə yetirməsini istəyiblər.
Sınaqların ilk mərhələsində maşının səmərəliliyi 58% təşkil edirdisə, sonradan onu 82%-ə çatdırmaq mümkün olub.
Mütəxəssizlərin fikrincə, nəticələr VLM daha mürəkkəb robotlardan istifadənin mümkünlüyünü göstərirlər.
“Facebook” və “Instagram” süni intellekt (AI) istifadə edilərək yaradılan fotorealistik görüntüləri etiketləyəcək.
Bu barədə “Meta” şirkətindən məlumat verilib.
Şirkət bu qərarı seçki mövsümü öncəsi prezidentliyə namizədlərin seçicilərə təsir etmək üçün dipfeyklərdən istifadə etməsi ilə bağlı narahatlıqlar fonunda qəbul edib.
“Biz gələn il ərzində bu yanaşmaya sadiq qalacağıq, çünki dünyada bir sıra prezident seçkiləri keçiriləcək” deyə “Meta”nın qlobal məsələlər üzrə prezidenti Nik Kleq bildirib.
Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə prosesi davam edir.
Oxu.Az xəbər verir ki, bu dəqiqələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səs verib.
C.Bayramov prosedurlara uyğun olaraq, qeydiyyatdan keçib, seçki bülletenini alıb.
Daha sonra kabinəyə keçərək öz namizədinə səs verib və bülleteni qutuya atıb.
Qeyd edək ki, 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində 819 seçici qeydiyyata alınıb.
Məntəqə sədri Məmməd Bəşirovdur.
08:12"Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
Oxu.Az xəbər verir ki, seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçici aktivliyi müşahidə edilir.
Səsverməyə gələn hər bir seçici, ilk olaraq, qeydiyyatdan keçir, seçki bülletenlərini götürərək seçdikləri namizədə səs verirlər.
Məntəqədə səsvermənin gedişini qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri ilə yanaşı, xarici müşahidəçilər də izləyirlər.
Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar ölkəmizin ABŞ-nin paytaxtı Vaşinqtondakı səfirliyində keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Diplomat bildirib ki, ABŞ-də yaşayan və fəaliyyət göstərən 217 nəfər seçici səsvermədə iştirak edib:“Seçicilərin fəallığı baxımından səsvermə çox yüksək səviyyədə keçib.
Səsvermə rəsmi olaraq başa çatdı və bundan sonrakı mərhələ səslərin sayılması prosesidir”.
01:01"Fevralın 7-də Almaniyanın Berlin şəhərində növbədənkənar prezident seçkisi ilə əlaqədar yaradılmış 17 saylı Yasamal III seçki dairəsi üzrə 42 saylı seçki məntəqəsi saat 19:00-da bağlanıb.
AZƏRTAC xəbər verir ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisindəki səsvermədə seçici aktivliyi müşahidə olunub.
Səsvermədə qanun pozuntuları müşahidə olunmayıb, ölkədə yaşayan Azərbaycan vətəndaşları sərbəst şəkildə öz səsvermə hüququndan istifadə ediblər.
00:26"Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə əlaqədar Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 55 saylı seçki məntəqəsində səsvermə prosesi yerli saatla 19:00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, səsvermə tam azad, şəffaf və demokratik qaydada keçib.
Səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb və seçki komissiyasına hər hansı şikayət daxil olmayıb.
Məntəqə seçki komissiyasından verilən məlumata əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin seçiciləri səsvermə prosesində yüksək fəallıq göstəriblər.
00:19"Mərkəzi Avropa vaxtı ilə saat 19:00-da növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə bağlı Mərkəzi və Avropa ölkələrindəki seçki məntəqələrində səsvermə başa çatıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin səfirliklərində yaradılan bu məntəqələrdə seçicilərin indiyədək görünməmiş fəallığı qeydə alınıb.
Xüsusən, Azərbaycanın Macarıstan və Çexiyadakı səfirliklərində fəaliyyət göstərən seçki məntəqələrində müvafiq olaraq aşağıdakı nəticələr qeydə alınıb:287 seçicidən 222-si və 414 seçicidən 225-i səsvermədə iştirak ediblər.
Yuxarıda göstərilən məntəqələrin heç birində pozuntu qeydə alınmayıb.
07.02.2024 - 23:46"Azərbaycan Respublikasının Prezidenti seçkisi ilə əlaqədar Rumıniyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsi üzrə yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub.
19 saylı Nərimanov birinci seçki dairəsinin 41 saylı seçki məntəqəsində səsvermə prosesində seçicilərin yüksək fəallığı müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun aparılan səsvermə 88 faiz seçici fəallığı ilə başa çatıb.
Məntəqədə Rumıniyada olan Azərbaycan Respublikası vətəndaşlarının səsvermədə iştirakı üçün bütün şərait yaradılıb.
Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.
23:38"Azərbaycan Prezidenti seçkisi ilə əlaqədar Fransada səsvermə prosesinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Fransadakı vətəndaşlarımız Parisdəki səfirliyimizdə yaradılan 16 saylı Yasamal ikinci seçki dairəsinin 46 saylı seçki məntəqəsində Zəfər seçkisində fəal iştirak ediblər.
Həmvətənlərimizin səs verməsi üçün hər bir şərait yaradılmış və seçicilər sərbəst şəkildə səsvermə hüququndan istifadə etmişlər.
Tam azad, şəffaf və demokratik qaydada keçən səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb, seçki komissiyasına hər hansı şikayət daxil olmayıb.
Fransa vaxtı ilə saat 19:00-da səsvermə prosesi başa çatıb və məntəqə bağlanıb.
Seçki qutusunun açılması və səslərin sayılmasına başlanıb.
22:47"Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsinin 51 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə prosesi yerli vaxtla saat 19:00-da uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, seçkidə yüksək seçici fəallığı müşahidə olunub.
Seçki zamanı hər hansı qayda pozuntusuna rast gəlinməyib, seçki məntəqəsinin təhlükəsizliyi yerli hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib.
21:03"Azərbaycanın Ukraynadakı səfirliyində yaradılan seçki məntəqəsində yerli vaxtla 19:00-da səsvermə başa çatıb.
Ümumilikdə Ukraynada 600 seçici qeydiyyatda olub, bunlardan 40 faizdən çoxu səsvermədə iştirak edib.
Gün ərzində Ukraynaya edilən kütləvi hava hücumları səbəbindən bir sıra vilayətlərdə yaşayan seçicilər əvvəldən planlaşdırsalar da, Kiyevə gələ bilməyiblər.
Azərbaycanın Ukraynadakı səfirliyi və diaspor seçicilərin vilayətlərdən Kiyevə səsverməyə gəlməsi üçün nəqliyyat ilə bağlı əvvəldən bütün ehtiyacları təmin ediblər.
20:23"Ölkəmizin Rusiyadakı səfirliyində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə başa çatıb.
Moskva və Moskva vilayətində yaşayan 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak etmək imkanına malik idilər.
Səhər saat 8:00-dan açılmış məntəqələrdə Azərbaycan vətəndaşlarının səs verməsi üçün hər bir şərait yaradılıb, müasir texniki vasitələrlə təchiz olunub.
Moskvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr sırasında seçkilərdə ilk dəfə iştirak edən gənclərə səfirlik tərəfindən xüsusi hədiyyələr də təqdim olunub.
Moskva vaxtı ilə saat 19:00-da məntəqələr bağlanıb.
Seçki qutularının açılması və səslərin sayılması prosesinə başlanılıb.
20:05"Növbədənkənar prezident seçkisi çərçivəsində Türkiyə ərazisində səsvermə prosesi başa çatıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, səslərin sayılması prosesi başlayır.
Xatırladaq ki, seçki çərçivəsində Ankara şəhərində yerləşən səfirlikdə 46 və 47, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda 55 saylı seçki məntəqələri yaradılmışdı.
19:20"Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar ölkəmizin Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vaşinqton şəhərindəki səfirliyinin inzibati binasında yaradılan seçki məntəqəsində səsvermə başlayıb və seçicilərin aktivliyi müşahidə olunur.
O bildirib ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində yaradılmış 43 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlayıb:""“Seçki Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq ABŞ-dəki səfirlikdə seçki məntəqəsi fəaliyyətə başlayıb.
Azərbaycanın Vaşinqtondakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və səfirliyin əməkdaşları səsvermədə iştirak ediblər.
ABŞ-də təhsil alan azərbaycanlı tələbələr, eləcə də yerli icmamızın üzvləri öz vətəndaşlıq vəzifələrini icra edərək səsvermədə iştirak edirlər.
Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb”.
Səsvermə yerli saatla 19:00-da başa çatacaq.
Qeyd edək ki, növbədənkənar prezident seçkisi ilə bağlı Azərbaycanda keçirilən səsvermə artıq başa çatıb.
Proud Citizen of a Proud Nation 🇦🇿 pic.twitter.com/L3IDu3ZLzD"19:12"Növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın Tbilisidəki səfirliyində, Batumi şəhərindəki baş konsulluğunda keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Seçicilərin 89,04 faizi səs verib.
Səsvermə tam azad, şəffaf və demokratik qaydada keçib.
Heç bir qanun pozuntusu qeydə alınmayıb.