Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Qaynarinfo”nun məlumatına görə, Afaq Əhmədpaşayeva 1976-cı il təvəllüdlü Sənubər (şərti-ad) adlı qadını 2023-cü il təvəllüdlü əkiz övladlarına baxılması üçün dayə tutub. |
Sənubər 5 il dayə fəaliyyəti ilə məşğul olub. |
O, bir ay müddətində Səbail rayonunda yaşayan Afaq Əhmədpaşayevanın evində iki azyaşlı övladına dayəlik edib. |
Əkizlərin anası övladlarının bədənində xəsarət izlərinin olmasından narahat olmağa başlayıb. |
O, mənzilin müşahidə kameralarına baxan zaman məlum olub ki, uşaqlarından biri ağladığı üçün baxıcı qadın onların başına əli ilə vurub və onlara fiziki xəsarət yetirib. |
Afaq Əhmədpaşayeva dərhal dayə ilə bağlı Daxili İşlər Nazirliyinin Səbail Rayon Polisi İdarəsinin 41-ci Polis Bölməsinə şikayət ünvanlayıb. |
Dayə barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi protokol tərtib olunaraq, iş məhkəməyə göndərilib. |
Məhkəməyə təqdim edilən videogörüntüyə baxış keçirilib. |
Müəyyən edilib ki, dayə gecə saat 00:30-da azyaşlı uşaqların birinin baş nahiyəsinə əli ilə şillə vurub. |
Məhkəmədə təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, azyaşlını vurduğunu təsdiqlədiyini, lakin xəsarət yetirmədiyi bildirib. |
Buna görə uşaqların anasından üzr istədiyini deyib. |
Məhkəmənin hökmü ilə, dayə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib. |
Əldə etdiyimiz məlumata görə, Afaq Əhmədpaşayeva tibbi mağazalar şəbəkəsinin insan resursları şöbəsinin müdiridir. |
Özbəkistan, Serbiya, Belarus və Moldovadan olan beynəlxalq müşahidəçilər Xankəndi şəhərində yerləşən seçki məntəqəsində səsvermə prosesini izləyiblər. |
Müşahidəçilər 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində olublar. |
Onlara seçki prosesi barədə məlumat verilib. |
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
Türkiyədə yaşayan azərbaycanlı sənətçilər növbədənkənar keçirilən prezident seçkisində səsvermə hüququndan aktiv şəkildə istifadə ediblər. |
Azərbaycanın Xalq artisti, Adana Çukurova Dövlət Universitetinin professoru Cahangir Novruzov Ankaradakı səfirlikdə qurulan 46 saylı seçki məntəqəsində səs verib. |
“Azərbaycan torpaqları 30 illik əsarətdən xilas oldu. |
Bu gün xalqımız kimə səs verəcəyini çox gözəl bilir. |
Türkiyədə hər zaman seçici fəallığı olub, amma bu dəfə seçici aktivliyi daha yüksəkdir. |
Xalqımız üçün xeyirli və ədalətli bir seçim olacağına əminəm”, - C.Novruzov əlavə edib. |
TRT-nin Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın Xalq artisti Elnarə Kərimova da Türkiyədə təşkil edilən seçki prosesindən razılığını ifadə edib. |
İnanıram ki, xalqımız doğru seçim edəcək”. |
Azərbaycanın Xalq artisti Azərin seçki prosesi ilə bağlı təəssüratını bölüşüb. |
Müğənni deyib ki, neçə illərdir, prezident seçkiləri ilə əlaqədar Türkiyədə səsvermədə iştirak edir. |
“Hər dəfə də seçki prosesinə qatılanda görürəm ki, vətəndaşlarımız seçkiyə yüksək ovqatda gəlirlər, bu dəfə də elə oldu, amma bir fərq vardı, indi seçicilər daha qürurlu idilər və bundan mən də qürur hissi keçirdim”, - deyə müğənni bildirib. |
Gürcüstanın Tetritskaro bölgəsinin Asureti kəndi yaxınlığında hava şarı yerə düşüb. |
İlkin məlumatlara görə, hava şarı elektrik xəttinə toxunub. |
Hadisə zamanı şarın göyərtəsində olan üç nəfər həlak olub. |
Qeyd edək ki, hava şarı Potidən Kaxetiyə uçurmuş. |
Planlaşdırılan uçuş dünya rekordu qırmaq üçün hazırlığın bir hissəsi olub. |
Azərbaycanda növbədənkənar prezident seçkisinin nəticələri ölkənin və xalqın gələcək inkişafına xidmət edəcək. |
“Özbəkistan parlamentariləri növbədənkənar prezident seçkisində səsvermə prosesini müşahidə etmək üçün Azərbaycan parlamenti tərəfindən dəvət olunublar. |
Şuşada olduq, indi Xankəndidəyik. |
Burada hər şey beynəlxalq standartlara uyğundur. |
Seçkiyə hazırlıq yaxşı səviyyədə təmin edilib və standartlara cavab verir”, - deyə o bildirib. |
Türkiyənin məşhur musiqiçisi Mahsun Kırmızıgül qızı Lavi ilə birlikdə xəstəxanada görüntülənib. |
Bununla bağlı jurnalistlərə açıqlama verən ifaçı övladı xəstələndiyi üçün tibb müəssisəsinə getdiklərini bildirib. |
Lavinin səhhəti ilə bağlı danışanda isə ciddi problem olmadığını vurğulayıb. |
Bununla belə, Mahsun Kırmızıgülün fikirli olması gözlərdən yayınmayıb. |
Belə ki, ifaçı jurnalistlərdən ayrıldıqdan sonra öz avtomobili əvəzinə başqasının maşınına minib. |
Lakin sonra səhv etdiyini anlayaraq düşüb. |
O da vurğulanıb ki, Lavinin anası və Kırmızıgülün keçmiş arvadı Ece Bina xəstəxanadan onlardan sonra çıxıb və öz avtomobili ilə oradan uzaqlaşıb. |
Ukraynada vətəndaşlarımız cəbhəyanı ərazilərdən paytaxt Kiyevə gələrək Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar ölkəmizin səfirliyində yaradılan seçki məntəqəsində səsvermədə iştirak edirlər. |
Onun sözlərinə görə, Kiyevdə seçki prosesi öz axarı ilə davam edir:""“Saat 08:00-da məntəqə açıldı. |
Seçki prosesi başlayandan məntəqədə daim seçki fəallığı müşahidə olunur. |
Hazırda da məntəqədə seçki prosesində iştirak edən Azərbaycan vətəndaşlarının sayı az deyil”. |
Onun sözlərinə görə, xüsusilə cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının Kiyevə gəlməsi üçün səfirlik tərəfindən yardım göstərilib, nəqliyyat təşkil olunub:""“Artıq Dnepr, Krivoy Roq, Lvovdan vətəndaşlarımız Kiyevə gəlib səsvermədə iştirak etdilər. |
Yaxın zamanda Xarkov, Odessadan vətəndaşlarımızın gəlişi gözlənilir. |
Eyni zamanda Kiyev ətrafında yaşayan azərbaycanlılar da yaxın saatlarda məntəqəyə gələcəklər”. |
S.Mərdəliyev bildirib ki, siyahıda olan seçicilərin 25 faizə qədəri artıq səsvermədə iştirak ediblər. |
Qeyd edək ki, Ukraynada 600 Azərbaycan vətəndaşı seçici kimi qeydiyyatdadır. |
Səsvermə yerli vaxtla saat 19:00-a qədər keçiriləcək. |
CBC telekanalında Xankəndi şəhərində baş tutan növbədənkənar prezident seçkisi ilə bağlı süjet yayımlanıb. |
Xankəndidən canlı yayıma çıxan telekanalın jurnalisti qeyd edib ki, bütün ölkədə olduğu kimi, işğaldan azad edilən ərazilərimizdə də təşkil edilən növbədənkənar seçki prosesi seçicilərin fəallığı ilə davam edir. |
Telekanala müsahibə verən şəxslər də öz növbəsində Xankəndidə prezident seçkisinin yüksək səviyyədə təşkil olunduğunu, vətəndaşlarımızın isə bu səsvermədə yüksək əhvali-ruhiyyədə iştirak etdiklərini qeyd ediblər. |
Balakən rayonunun ən yaşlı seçicilərindən olan 100 yaşlı Fatma Abdulrəhman qızı İbrahimova növbədənkənar prezident seçkisində səs verib. |
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 110 saylı Balakən seçki dairəsinin 3 saylı məntəqəsində qeydiyyatda olan Fatma nənə əvvəlki seçkilərdə olduğu kimi, budəfəki prezident seçkisində də iştirak edib. |
Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyi üçün məntəqə seçki komissiyasına ərizə ilə müraciət edib. |
Fatma nənənin müraciəti nəzərə alınaraq, səsvermə günü onun yaşadığı evə daşınan seçki qutusu göndərilib. |
Fatma nənə nəvəsinin köməyi ilə seçki bülletenini doldurub. |
“Ürəyimdə tutduğum namizədə - Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcək insana səs verdim. |
Qoy, ölkəmizdə həmişə əmin-amanlıq olsun. |
Hamıya uzun ömür arzulayıram”, - F.İbrahimova deyib. |
1924-cü il təvəllüdlü Fatma İbrahimovanın bir övladı, dörd nəvəsi, iki nəticəsi var. |
O, bütün seçkidə səsvermə prosesində şəxsən iştirak edib. |
Lakin son illər səhhətində yaranan problemlər səbəbindən seçki məntəqəsinə gedə bilmir. |
Füzulidə 76 saylı seçki məntəqəsində qeydiyyata alınan seçicilər Qarabağın azadlığı uğrunda mübarizə aparıb, bu gün onun quruculuğunda iştirak edənlərdir. |
Məntəqə sədri qeyd edib ki, məntəqədə 976 seçici qeydiyyata alınıb. |
Onlardan 750-dən çoxu artıq səsvermədə iştirak edib:“Seçicilər əsasən burada quruculuq işləri ilə məşğul olan vətəndaşlarımızdır. |
Seçki prosesi tam şəffaf aparılır. |
Seçkinin gedişatını 10 yerli, 8 xarici müşahidəçi izləyib. |
Bu vaxta qədər heç bir qayda pozuntusu qeydə alınmayıb”. |
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
Azərbaycanda növbədənkənar prezident seçkisi qüsursuz təşkil olunub. |
“Mən indi Bakıdayam və vətəndaşların seçki məntəqələrində necə növbələrə durduğunun şahidi olmuşam. |
Təhlükəsizlik tədbirləri çox yaxşı təşkil olunub, hər şeyi izləyən çoxlu polis əməkdaşları var. |
Seçkilərin təşkili baxımından hər şey tam qüsursuz həyata keçirilib”, - o qeyd edib. |
“Azərbaycan xalqı başa düşür ki, qlobal dəyişikliklərin belə çətin dövründə ölkəyə rəhbərlik edəcək şəxsin seçilməsi son dərəcə böyük məsuliyyətdir. |
Buna görə Azərbaycan əhalisi fəal şəkildə seçkilərdə iştirak edir”, - Y.Mixaylov vurğulayıb. |
Moskvanın Stupino vilayətində M-4 avtomobil yolunun 86-cı km-də otuza yaxın avtomobil toqquşub. |
Məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, azı dörd nəfər xəsarət alıb. |
Hazırda magistral yolda hərəkət tamamilə dayanıb, Kiyev şosesi Moskva istiqamətində bağlanıb. |
Mənbə:“moscowach” “telegram” kanalı |
Rusiyanın Kazan şəhərinin Yudino qəsəbəsində ağlı başında olmayan ata iki yaşlı qızını yaşayış binasının beşinci mərtəbəsinin pəncərəsindən heyətə atıb. |
Körpə qızcığaz yalnız möcüzə nəticəsində sağ qalıb. |
Qeyd olunub ki, uşaq mağazanın qalın qar qatı ilə örtülmüş çardağının üstünə düşdüyü üçün sağ qalıb. |
Hadisənin şahidləri dərhal təcili tibbi yardım xidmətinə müraciət ediblər. |
Həkimlər gələnə qədər ətrafdakı insanlar uşağı çardaqdan endirərək onu donmağa qoymayıblar. |
Hüquq mühafizə orqanları qandonduran hadisəni törədən atanı saxlayıb. |
İnsidentin digər təfərrüatı araşdırılır. |
Qış aylarında xəstəliklərin yan təsirləri kimi ortaya çıxan öskürək, bəlğəm kimi şikayətlər bəzən xəstəlikdən sağaldıqdan sonra da davam edir. |
Türkiyəli mütəxəssislər bunun təbii yolla müalicəsi haqqında danışıblar. |
Onların sözlərinə görə, bu təbii dərman vasitəsi vəzəri ilə hazırlanır. |
Bunun üçün əvvəlcə yarım litr su qaynadılır, sonra içinə 15-16 ədəd vəzəri ataraq 3 dəqiqə vam odda dəmlənir. |
Ardınca su süzülür və acqarına içilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.