Search is not available for this dataset
text
stringlengths
10
518k
Biz sülh sazişinə doğru addım atırıq.
Azərbaycan rəhbərliyi bu istiqamətdə çox ciddi işlər görür.
Sabah hər hansı bir iddianın olmaması üçün Azərbaycan xalqı vahid bir səslə yeni bir mərhələyə - öz prezidentinə səs verməlidir.
Artıq bundan sonra Azərbaycan xalqı öz prezidentinin rəhbərliyi altında yeni üfüqlərə, layihələrə, qələbələrə doğru hərəkət edəcək”.
“Qarabağ” braziliyalı futbolçu Riçard Almeyda ilə bağlı qərarını verib.
Bizim.Media xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti artırılmayacaq.
Futbolçu növbəti mövsüm üçün məşqçilər korpusunun planlarına daxil deyil.
Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən “Qarabağ”da çıxış edir.
O, əvvəl klubdan ayrılsa da, sonradan Ağdam təmsilçisinin sıralarına qayıdıb.
“Türkiyədə Azərbaycanın Prezident seçkisi üzrə qurulan seçki məntəqələrinə vətəndaşlarımız əvvəlki illərdən fərqli olaraq daha yüksək əhvali-ruhiyyədə gəlirlər, çünki onlar ilk dəfədir ki, bütöv Azərbaycanın qalib və qürurlu vətəndaşları olaraq bu prosesdə iştirak edirlər”.
“Özünüz də şahidsiniz və bugünkü seçki ab-havasından da bəlli olur ki, səfirliyimizdə qurulan seçki məntəqələrində bayram ovqatı var.
Azərbaycanın ən yaşlı seçicisinin 124, ən gəncinin isə 18 yaşı var.
Onları birləşdirən ortaq nöqtə budur:Biz Azərbaycan vətəndaşı olaraq bütöv Azərbaycanın, torpağı işğalda olmayan Vətənimizin seçkilərində iştirak edirik”, - deyən M.Məmmədov hesab edir ki, bu gün səsvermədə iştirak edən seçicilər öz konstitusiya hüquqlarından düzgün istifadə edəcəklər.
“Ümid edirik ki, seçicilər Azərbaycana müstəqilliyi, azadlığı, suverenliyi qazandıran namizədi seçərək, Azərbaycan naminə ədalətli seçim edəcəklər.
Vətənimiz, millətimiz üçün xeyirli olsun”, - deyə sədr bildirib.
O, səfirlikdə seçicilər üçün hər bir şərait yaradıldığını da vurğulayıb:“Ankara və ətraf ərazilərdə yaşayan Azərbaycan vətəndaşlarının rahat şəkildə gələrək seçkilərdə iştirak etməsi üçün hər bir şərait yaradılıb”.
Qırmızı dənizdə son 24 saat ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Labone” da daxil olmaqla dörd gəmi husilərin ballistik raket hücumlarına məruz qalıb.
Məlumata görə, Britaniyanın “HMS Diamond” hərbi gəmisi husilər tərəfindən ciddi zədələnib və təmir üçün geri çağırılıb.
Mənbə:“svezhesti” “telegram” kanalı
“Şuşada demokratik qaydalara, dəyərlərə və prinsiplərə tam uyğun səsvermə prosesinin keçirildiyini görürük, biz gördüyümüz hər şeydən razı qalmışıq”.
Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Serbiya Milli Assambleyasının müşahidə heyətinin rəhbəri Sandra Boziç deyib.
“İlk növbədə burada olduğuma görə, Azərbaycan Milli Məclisinin dəvətinə görə təşəkkürümü ifadə etmək istəyirəm.
Bildiyim qədəri ilə Azərbaycanın bu hissəsinə, Qarabağa gələn ilk xarici müşahidəçi heyətiyik.
Burada olduğuma görə çox şadam, hər şey olmalı olduğu kimidir.
Demokratik seçki prosesi yaxşı davam edir.
Şuşada səs verməli olan seçicilər də artıq səs verirlər, bu çox yaxşıdır.
Ümid edirəm ki, günün sonunadək hər şey belə davam edəcək.
Mən Serbiyadan gəlirəm, Serbiya nümayəndə heyətinin rəhbəriyəm.
Biz ilk dəfədir ki, Azərbaycandayıq.
Qarabağa gələn ilk nümayəndə heyətiyik.
Bu bizim hər birimiz üçün çox xüsusidir.
Serbiya xalqı Azərbaycanı dost xalq kimi görür, biz Azərbaycan və Serbiya arasında dostluğumuza tam sadiqik və biz bu yaxşı əməkdaşlığa görə prezidentlərimiz Əliyev və Vuçiçə təşəkkür etməliyik.
Düşünürəm ki, bu səfərimiz də çox uğurlu olacaq, sabah biz parlament nümayəndə heyəti ilə, spikerlə görüşlər keçirəcəyik.
Biz öz səfərimizin başlanğıcındayıq və səfər uğurlu olacaq”, - deyə o qeyd edib.
Bu gün bir sıra sosial media platformalarında 44 saylı Sumqayıt üçüncü seçki dairəsinin 21 saylı məntəqəsində çəkildiyi iddia edilən görüntülər yayılıb.
Görüntülərdə qutuya bülletenlərin topa şəklində atılması öz əksini tapıb.
Oxu.Az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə yaydığı açıqlamada bildirilir.
“Video manipulyasiya məqsədilə hazırlanıb və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.
Araşdırmalar zamanı bu videonun 2019-cu il sentyabrın 8-də başqa bir ölkədə çəkildiyi müəyyən edilib.
Son illər bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən saxta xəbərlərə qarşı respublikamızda da müvafiq qurumlar mübarizə və geniş maarifləndirmə işləri aparır.
Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa çağırırıq.
Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, - deyə məlumatda qeyd olunub.
Artıq bir neçə ildir ki, Azərbaycanda keçirilən seçkilərdə vətənimdən kənarda iştirak edirəm.
“Bu gün bütün Azərbaycan xalqı üçün əsl bayramdır, çünki işğaldan azad edilmiş torpaqlarımızda prezident seçkisi keçirilir”, - o bildirib.
E.Əzizov qeyd edib ki, azərbaycanlılar öz seçimini çoxdan edib və bu gün yalnız təsdiqləyirlər.
Azərbaycanın Təbrizdəki Baş konsulluğunda seçici fəallığı qeydə alınıb.
APA xəbər verir ki, İranın Təbriz şəhərində fəaliyyət göstərən məntəqə seçki komissiyasında da Azərbaycan vətəndaşlarının öz konstitusiya hüquqlarından istifadə etməsi üçün bütün zəruri tədbirlər görülüb.
Fevralın 7-də yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqəsində Təbrizdə yaşayan və ya müvəqqəti ezamiyyətdə olan vətəndaşlarımızın yüksək fəallığı qeydə alınıb.
“Bizim səfirliyin mədəniyyət mərkəzində yaradılmış seçki məntəqəsində hər şey yüksək səviyyədə idi”.
Bunu Baku TV-yə açıqlamasında Fransada yaşayan azərbaycanlı, Paris-Saklay Universitetinin elmi işçisi Günel Səfərova bu gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı fikirlərini bölüşərkən deyib.
O, səsvermə prosesindən razı qaldığını bildirib:""“100 il əvvəl Azərbaycan qadınına verilmiş səsvermə hüququndan istifadə etmək üçün seçki məntəqəsinə gəldim.
Səsimi verdim və qürur hissi keçirirəm”.
“Azərbaycanda keçirilən prezident seçkisində hər kəs düzgün seçim edəcək ki, bu da ölkənin gələcək rifahını müəyyən edəcək”.
“Bu gün əlamətdar gündür və mən çox şadam ki, bir Azərbaycan vətəndaşı kimi Moskvada olarkən öz səsimi verə bildim.
Əminəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz namizədinə səs verəcək.
Vətənim Azərbaycana rifah arzu edirəm və hər kəsin düzgün seçim edəcəyinə əminəm”, - deyə o vurğulayıb.
Aktrisa Məsumə Babayeva növbədənkənar prezident seçkisində səsvermə hüququndan istifadə edib.
Bu barədə aktrisa “Facebook” səhifəsində paylaşım edib.
72 yaşlı sənətkar səhhəti ilə əlaqədar evində səs verib.
Qeyd edək ki, M.Babayeva uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.
“Tərəqqi” medalına layiq görülüb.
Rumıniyanın AGERPRES milli xəbər agentliyində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi barədə yazı dərc olunub.
Oxu.Az xəbər verir ki, məqalədə bu seçkinin digərlərindən fərqi onun müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq suveren dövlətin bütün ərazisini əhatə etməsindən ibarət olduğu qeyd olunur.
“Belə ki, 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan müstəqillik qazandıqdan sonra bənzər problemləri yaşayan Moldova, Gürcüstan və Ukrayna kimi ölkələrin sırasından ayrılaraq ərazi bütövlüyünün tam bərpasına nail olub”, - yazıda qeyd olunur.
Məqalədə qeyd olunur ki, seçkidə 6,5 milyona yaxın səsvermə hüququna malik Azərbaycan vətəndaşının iştirakı gözlənilir.
“Azərbaycan ərazisində yaşayan bütün etnik azlıqlarla yanaşı, erməni milli azlığının da seçkidə iştirak hüququ təmin edilib.
“Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər azad edilmiş rayon və kəndlərdəki keçmiş məcburi köçkünlər də özlərinin ata-baba yurdlarında səs verəcəklər.
Həmin ərazilərdə yaradılmış 26 seçki məntəqəsində milli mənsubiyyətindən asılı olmayaraq 23 minə yaxın seçici konstitusion hüququndan istifadə edəcək.
Azərbaycan sərhədlərindən kənarda yaşayan ölkə vətəndaşlarının da səsvermə prosesində fəallıq göstərməsi gözlənilir.
Onlar üçün müxtəlif dünya ölkələrində, o cümlədən Avropa dövlətlərində - Fransa, Böyük Britaniya, Almaniya, Polşa, Çexiya, Avstriya, Macarıstan, Bolqarıstan, Rumıniya, eləcə də Moldova Respublikasında, habelə Azərbaycanın digər ölkələrdəki diplomatik nümayəndəliklərində səsvermə məntəqələri təsis edilib”, - məqalədə bi...
Avropalı klimatoloqlar dünya üzrə 10 min su mənbəyinin vəziyyətini tədqiq edərək belə nəticəyə gəliblər ki, 2050-ci ilə qədər onların üçdə biri azot gübrələrindən çirklənmə nəticəsində insanların istifadəsi üçün yararsız olacaq.
Nəticədə Yer kürəsində insanların 91%-dən çoxunun təmiz su problemi yaranacaq.
“Biz suyun çirklənməsinin bu əsrin ortalarına qədər qlobal suyun mövcudluğuna necə təsir edəcəyini ilk dəfə təhlil etdik.
Hesablamalarımız göstərir ki, bunu nəzərə almaq problemli su təbəqələrinin sayını üç dəfə artıracaq və bunun nəticəsində planet əhalisinin 91%-dən çoxu yaşadığı yerdə (su mənbələrinin təxminən 48%-i) təmiz suya çıxış problemi ilə üzləşəcək”, - deyə tədqiqatda bildirilib.
Bu nəticəyə Vageningen Universitetinin dosenti Van Menju başda olmaqla bir qrup avropalı klimatoloq Yer kürəsinin bütün məskunlaşmış qitələrini əhatə edən 10 minə yaxın su mənbələrinin vəziyyətinin hərtərəfli tədqiqindən sonra gəlib.
Keçmişdə elm adamları bu hövzələrdə suyun mövcudluğunun necə dəyişəcəyini təxmin etməyə çalışıblar, lakin onların hesablamaları suyun keyfiyyətini nəzərə almadı və yalnız suyun həcmindəki dəyişiklikləri izlədi.
Alimlər bu qiymətləndirmələri ən böyük su mənbərlərinin vəziyyəti haqqında mövcud məlumatlarla birləşdiriblər, bu da onlara cari problemli bölgələri müəyyən etməyə və yaxın üç onillikdə onların vəziyyətinin necə dəyişəcəyini proqnozlaşdırmağa imkan verib.
Bu hesablamalar göstərib ki, təmiz suya çıxışla bağlı problemlər hazırda su mənbələrinin dörddə birini səciyyələndirir və 2050-ci ilə kimi bu rəqəm üçdə birinə qədər artacaq.
Bu problemli su mənbələrinin əksəriyyəti Yaxın Şərq, Cənubi və Şərqi Asiya ölkələrində, həmçinin Şimali Afrika və Avropada cəmləşib.
Bu bölgələr bütün su hövzələrinin ümumi sahəsinin təxminən 48%-ni təşkil edir, halbuki Yer kürəsi əhalisinin əksəriyyəti, insanların ümumi sayının təxminən 91%-i onların ərazisində yaşayacaq.
Cəlilabad rayonunda 101 yaşlı seçici prezident seçkisində səsvermə hüququndan istifadə edib.
H.Rüstəmova 71 saylı Cəlilabad şəhər dairə seçki komissiyasının 23 saylı Seyidbazar kənd seçki məntəqəsində qeydiyyatdadır.
Həmin dairə üzrə 51 min 348 seçici var.
Seçki dairəsi ərazisində 53 seçki məntəqəsi fəaliyyət göstərir.
Seçicilərdən 2 740 nəfəri ilk dəfə səs verəcək gənclərdir.
14 məntəqədə veb-kamera quraşdırılıb.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa...
93 saylı Ağdaş seçki dairəsinin 43 saylı məntəqəsində qeydə alınan ölkənin ən yaşlı seçicisi səs verib.
AZƏRTAC xəbər verir ki, Ağdaşın Hapıtlı kəndində yaşayan Barı Nəbiyeva 1900-cü ildə doğulub.
Ötən seçkilərdə olduğu kimi, bu dəfə də Barı nənənin evinə daşınan seçki qutusu aparılıb.
İstədiyi namizədə səs verən Barı Nəbiyeva qalib gələcək şəxsə uğurlar arzulayıb.
Xatırladaq ki, 93 saylı Ağdaş seçki dairəsi 51 seçki məntəqəsini əhatə edir.
Bu məntəqələr üzrə 52 592 seçici prezident seçkisində öz seçimlərini etməli, istədiyi namizədə səs verməlidir.
Rayonda səhər saat 08:00-dan seçki kampaniyasının mühüm mərhələsi olan səsverməyə mütəşəkkilliklə başlanılıb.
1470 nəfər ilk dəfə səs verəcək, 324 nəfərin evinə daşınan seçki qutusu aparılacaq.
Dairə seçki komissiyasının sədri Əsgərxan Həsənov bildirib ki, səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilərin nəzarəti ilə seçki qanunlarına uyğun, heç bir pozuntuya yol vermədən davam edir.
Hazırda səsvermənin gedişini 680 yerli müşahidəçi izləyir.
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
Altı milyondan çox vətəndaşın səsvermədə iştirak edəcəyi gözlənilir.