Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Mütəxəssislər bildiriblər ki, qarışıq mütəmadi olaraq beş gün içilsə, öskürək və bəlğəmdən rahatlıqla xilas olmaq mümkündür. |
Onu da qeyd edək ki, vəzəri yeyildikdə baş ağrısını kəsir, bağırsaq parazitlərini tökür. |
Təpitməsi başa qoyulduqda saçın tökülməsinin qarşısını alır. |
Toxumu, duz və sudan ibarət təpitməsi çiban üzərinə qoyduqda xəstəliyi sağaldır. |
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT-in Parlament Assambleyasının nümayəndə heyəti azad edilmiş ərazilərdə seçki prosesini izləyib. |
APA xəbər verir ki, ATƏT DTİHB-nin müşahidəçiləri Larn Nayholm (Danimarka) və Yevgeni Luginov (Rusiya) Ağdam, Füzuli, Şuşa və Xankəndi şəhərlərində dairə seçki komissiyaları və məntəqələrə baş çəkiblər. |
ATƏT Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Artur Gerasimov və ATƏT PA-nın əməkdaşı Tim Knoblau da Şuşa, Xankəndi və digər ərazilərdə seçki prosesini izləyiblər. |
7 fevral tarixində səhər saatlarından şəxsi heyətin prezident seçkisində fəal iştirakının təmin edilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında yaradılan seçki məntəqələrində səsvermə prosesi başlayıb. |
Seçkinin yüksək səviyyədə keçirilməsi və şəffaflığın təmin edilməsi üçün hərbi hissələrdə fəaliyyət göstərən məntəqələrdə zəruri olan bütün tədbirlər görülüb, qanunvericiliyə uyğun şəkildə Seçki Məcəlləsinin tələbləri tam yerinə yetirilib. |
Dənizdə sərhəd gözətçi gəmilərində, dağlıq ərazilərdə və çətin hava şəraitində dövlət sərhədində döyüş növbəsində olan hərbi qulluqçuların səsvermədə iştirakının təmin edilməsi məqsədi ilə daşınan seçki qutularından istifadə olunur. |
“Uşaqların bədənini zibil məhsullar, beynini telefon zədələyir. |
Sonra da psixoloqlarda seanslar, həkimlərdə gəzmək, dərmanlar...”. |
Ölkə.az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. |
O, valideynlərə çağırış edərək övladlarını zərərli qidalardan uzaq tutmağa çağırıb:""“Bilsəm ki, həqiqətən valideynlər etdiyini başa düşmürlər, özümə ayıracağım vaxtdan onları öyrətməyə ayıraram. |
Amma görürəm ki, onların özlərinin beyni də çox yuyulub. |
Çünki qəbulda saatlarla danışsam da, baxışlarında dəyişiklik hiss etmirəm. |
Ya anlada bilmirəm, ya da anlamaq istəmirlər. |
Məhvə doğru gedən insan populyasiyasına acıyıram. |
Hələ görün, bu gün telefon asılılığından əziyyət çəkən uşaqları nə gözləyir. |
Ağzında fastfud, əlində telefon. |
Otağımda zərərli məhsulları göstərən şəkil asmışam, lövhəyə olar-olmazları yazmışıq. |
Pediatrın fikrincə, hər pediatr otağında zərərli məhsullardan uzaq durmağı göstərən şəkillər olmalıdır. |
Bağça uşaqlarının isə valideynlərinə verilməlidir. |
Bu işdə Elm və Təhsil, Səhiyyə nazirlikləri, TƏBİB valideynin öz uşağı üçün narahat olduğu kimi narahat olmalıdır”, - deyə o əlavə edib. |
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər”i təsdiq edib. |
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. |
Qərara əsasən, müstəqil ekspertin sığorta hadisələrini qiymətləndirməsinə dair tələblər, müstəqil ekspert rəyinin məzmunu və forması, müstəqil ekspertlə bağlanılan xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqaviləyə dair tələblər, eləcə də müstəqil ekspertlərin hesabatlılığına dair tələblər müəyyənləşib. |
Müstəqil ekspert fəaliyyəti ilə bağlı AMB-yə rüblük hesabatlar təqdim edəcək. |
Həm fiziki, həm də hüquqi şəxs müstəqil ekspertlərin hesabatları rüb başa çatdıqdan sonra 20 gün müddətində elektron imza ilə təsdiq edilərək təqdim olunacaq. |
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb. |
Azərbaycanın milli aviadaşıyıcısının xaricdə işləyən və ya müvəqqəti olan əməkdaşları da növbədənkənar prezident seçkilərində iştirak edirlər. |
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb. |
Azərbaycanda növbədənkənar prezident seçkisi bu gün, fevralın 7-də keçirilir. |
“Azərbaycan Hava Yolları” aviaşirkətinin ölkə xaricində olan əməkdaşları fəal vətəndaş mövqeyi nümayiş etdirirlər. |
Uzun uçuşdan sonra Pekin, London, Paris və dünyanın digər şəhərlərində istirahət edən uçuş heyəti də seçki prosesində iştirak edir. |
Harada olmasından asılı olmayaraq, seçkidə iştirak AZAL əməkdaşlarının vətəndaşlıq borcunun ifadəsidir. |
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Rusiya, Serbiya, Qırğızıstan, Belarus və Bolqarıstan MSK-larının nümayəndələri ilə görüşüb. |
Oxu.Az xəbər verir ki, MSK-nın sədri qonaqları seçki prosesi barədə məlumatlandırıb. |
Bildirilib ki, ilk dəfədir, seçki bütöv Azərbaycan ərazisində keçirilir. |
İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğu və seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığı diqqətə çatdırılıb. |
M.Pənahov qeyd edib ki, seçki ilə əlaqədar ümumilikdə 6 537 məntəqə yaradılıb. |
MSK rəhbəri, həmçinin, seçkidə yeddi namizədin iştirak etdiyini, onlardan beşinin siyasi partiya təmsilçisi olduğunu xatırladıb. |
Deyib ki, seçkini izləmək üçün 90 mindən çox müşahidəçi qeydə alınıb. |
Nümayəndə heyətinin üzvləri öz növbələrində seçki prosesini izləməyə dəvətə görə təşəkkürlərini bildiriblər. |
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. |
“Yenidən Azərbaycan millisinin sükanı arxasına keçməyimin səbəbi gənc oyunçuları yetişdirmək və ölkə voleybolunu inkişaf etdirməkdir”. |
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev deyib. |
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti vəzifəsini də icra edən mütəxəssis bundan sonra milli komandaya legioner oyunçuların cəlb olunmayacağını bildirib:""“Hazırda yığmada gəncləşdirmə siyasəti aparırıq. |
Bölgələrə gedərək istedadlı uşaqları seçirik. |
Azərbaycan millisində oynayan bəzi voleybolçuları 14-15 yaşları olarkən ölkəyə gətirmişdik. |
Fiziki cəhətdən uyğun olduqları üçün həmin qızlarla yolumuza davam etdik. |
Yığmaya iki yeni oyunçu cəlb edə bilərik. |
Hər ikisi Azərbaycanda dünyaya gəlib. |
Özləri də buraya qayıtmaq istəyirlər. |
Ancaq indi bu məsələ ilə bağlı dəqiq informasiya verə bilmərəm”. |
63 yaşlı çalışdırıcı yığmanın Qızıl Avropa Liqasındakı hədəflərini də açıqlayıb:""“Mümkün qədər çox qələbə qazanmaq istəyirik. |
May ayının 17-də Xorvatiya seçməsi ilə ilk oyuna çıxacağıq. |
Ölkə xaricində çıxış edən oyunçuların millinin düşərgəsinə hansı formada qayıtmasından da çox şey asılı olacaq. |
Həmin oyunçular matça bir həftə qalmış milliyə qoşulacaqlar”. |
İstanbulda məhkəmə binası yaxınlığında törədilən terror aktı ilə bağlı saxlanılanların ümumi sayı 90-a çatıb. |
Məlumata görə, polis şübhəlilərin yaşayış yerlərində reydlər keçirib. |
Terror aktı ilə bağlı istintaqın davam etdirilməsi və onu törədən şəxslərin əlaqələrinin müəyyənləşdirilməsi ilə əlaqədar İstanbul Baş Prokurorluğu tərəfindən yeni həbslər üçün orderlər verilib. |
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, iş üzrə şübhəli şəxslərin tutulması istiqamətində əməliyyatlar davam etdiriləcək. |
“Azərbaycan Mərkəzi Bankının (AMB) pul-kredit siyasəti ilə bağlı mövqeyi məqbuldur və onu daha da yumşaltmazdan əvvəl ehtiyatlı olmaq tövsiyə olunur”. |
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “IMF-nin yaradılması haqqında” Sazişinin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir. |
“İnflyasiya hədəf diapazonuna qayıdıb, Mərkəzi Bank 2021-ci ilin ortalarından 2023-cü ilin may ayına qədər 275 bənd həcmində sərtləşdirmədən və ehtiyat tələblərini artırdıqdan sonra 2023-cü ilin noyabrında faiz dərəcələrini endirib. |
Bununla belə, xarici və daxili amillərin yaratdığı inflyasiya riskləri qalmaqdadır. |
Beləliklə, növbəti yumşaltmaları nəzərdən keçirməzdən əvvəl vergi-büdcə siyasətinin sərtləşdirilməsinə, gəlirlərin və əməkhaqqı artımının yavaşladılmasına, eləcə də ərzaq qiymətlərinə mənfi təsir edəcək xoşagəlməz şokların olmamasına ehtiyac var”, - IMF-dən bildirilib. |
Valyuta Fondunun iqtisadçıları hesab edirlər ki, AMB pul siyasətinin transmissiya mexanizmini gücləndirməyə davam etməlidir:""“Yeni əməliyyat sisteminin işə salınması və likvidliyin daha da azaldılmasına yönəlmiş sonrakı səylər alqışlanır və uçot dərəcəsindən banklararası məzənnəyə keçidin yaxşılaşmasına səbəb olub. |
Bankların kredit faizlərinə təsirini gücləndirmək üçün əlavə səylərə ehtiyac var, çünki bu, təkmil proqnozlaşdırma və kommunikasiya ilə yanaşı, orta və uzunmüddətli perspektivdə daha çox məzənnə çevikliyi və hibrid inflyasiya hədəfləmə rejimi üçün yol açmağa kömək edəcək”. |
Onların fikrincə, pul-kredit siyasətini daha da yumşaltmadan əvvəl son deflyasiyanın davam etdiyinə əmin olmaq lazımdır:""“İnflyasiya sürətlə azalır və AMB bu yaxınlarda faiz dərəcələrini aşağı salıb. |
Amma pul-kredit siyasətinin daha da yumşaldılmasından əvvəl ehtiyatlı olmaq lazımdır. |
İnflyasiyanın aşağı düşməsinin əsas hərəkətverici qüvvəsi olan xarici amillər tez bir zamanda geri dönə bilər. |
Genişləndirici fiskal siyasət və dayanıqlı əməkhaqqı və gəlir artımı fonunda daxili tələb təzyiqi güclü olaraq qalır. |
Hibrid inflyasiya hədəflənməsinə keçidi sürətləndirmək üçün pul-kredit siyasətinin transmissiya mexanizminin gücləndirilməsi davam etdirilməlidir”. |
IMF-də hesab edirlər ki, ortamüddətli perspektivdə Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonunda qalacaq. |
Yüksək neft qiymətləri ilə dəstəklənən xarici mövqenin müsbət ticarət balansı və valyuta ehtiyatlarının davamlı yığılması səbəbindən güclü qalacağı proqnozlaşdırılır. |
“Perspektiv üçün risklər ümumilikdə balanslaşdırılmış şəkildə qalır, lakin xarici qeyri-müəyyənlik yüksəkdir. |
Ukraynada müharibənin kəskinləşməsi, İsrail və Qəzzadakı münaqişə karbohidrogenlərin qiymətlərinin və onlara tələbatın artmasına səbəb ola bilər ki, bu da ixracın və büdcə gəlirlərinin artmasına səbəb olacaq. |
Amma bu, ərzaq təhlükəsizliyinin azalması və inflyasiya riskləri yaradaraq, ərzaq qiymətlərinin artmasına da səbəb ola bilər. |
Qlobal tənəzzül Azərbaycanın ticarət şərtlərinə mənfi təsir göstərə bilər və ticarət tərəfdaşlarının zəif iqtisadiyyatları və daha dərin geoiqtisadi parçalanma ilə yanaşı, perspektivdə də təsir göstərə bilər. |
Baza proqnoz üçün daxili risklər protsiklik fiskal siyasətdən, dövlət müəssisələri tərəfindən yaranan fiskal risklərdən və kənd təsərrüfatı istehsalına, ərzaq təhlükəsizliyinə və inflyasiyaya təsir göstərə biləcək ekstremal iqlim hadisələrindən yaranır. |
Digər tərəfdən, Ermənistanla sülh sazişi potensial olaraq regionda ticarəti artıra bilər. |
Amma inflyasiya riskləri həm potensial xarici şoklar, həm də güclü daxili tələbin davam etməsi səbəbindən qalmaqdadır. |
Perspektiv ilə bağlı risklər ümumilikdə balanslaşdırılmış, lakin yüksək olaraq qalır və yüksək qeyri-müəyyən xarici hadisələri əks etdirir”, - hesabatda deyilir. |
IMF-nin proqnozlarına görə, 2024-cü ildə ölkədə orta illik inflyasiya 4,7%, 2025-ci ildə 5%, 2026-cı ildə 4,5%, 2027-28-ci illərdə 4% təşkil edəcək. |
İstehlak qiymətləri indeksinin (dövrün sonunda) 2024-25-ci illərdə 5%, 2026-28-ci illərdə isə 4% artacağı gözlənilir. |
2023-cü ildə Azərbaycanda inflyasiya 8,8% olub. |
Bu göstərici 2022-ci ildə 13,9% təşkil edib. |
Xalq artisti Flora Kərimova da növbədənkənar prezident seçkisində səsvermədə iştirak edib. |
Oxu.Az-ın məlumatına görə, sənətçi məntəqədə səs verərkən kövrəlib. |
O, prezidentliyə namizəd İlham Əliyevə səs verdiyini açıqlayıb və qərarını belə izah edib:""“Vətənimi mənə qaytaran, vətənimi vətən edən, başımı ucaldan, namusumuzu qoruyan nəhəng övladıma səs verirəm. |
İlham Əliyevə səs verirəm, əcəb edirəm”. |
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Azərbaycan arasında mümkün sülh müqaviləsində yer ala biləcək bəndlərdən birini açıqlayıb. |
O, bu barədə parlamentdəki çıxışı zamanı danışıb. |
“Sülh müqaviləsinin mümkün variantında tərəflərin daxili qanunvericiliyə istinad edərək öhdəliklərini yerinə yetirməkdən imtinasının mümkünsüzlüyü barədə bənd var. |
Odur ki, Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi ehtiyacı, ilk növbədə, daxili gündəmdən doğur”, - deyə baş nazir bildirib. |
Ermənistan Nazirlər Kabinetinin rəhbəri onu da əlavə edib ki, ölkə ətrafındakı xarici mühit indiki konstitusiyanın qəbulu zamanı olduğu kimi deyil və əsas qanunu yeni reallıqlara uyğunlaşdırmaq lazımdır. |
Respublikamızın hər yerində olduğu kimi, Şirvan şəhərində də fevralın 7-də 8:00-dan növbədənkənar prezident seçkisinə start verilib. |
Baku TV-nin bölgə müxbiri Elməddin İsmayılov məntəqələrdəki seçki prosesi ilə tanış olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.