Search is not available for this dataset
text
stringlengths
10
518k
Doqquz mindən çox müşahidəçi akkreditasiyadan keçib.
Onlar arasında xarici vətəndaşlar və müşahidəçilər də az deyil.
Pakistanlı beynəlxalq müşahidəçi Həmid Ahsan seçki prosesi ilə bağlı fikirlərini Baku TV ilə bölüşüb.
“Seçicilər intizamlı, seçkilər şəffaf, müşahidəçilər isə olduqca diqqətlidirlər.
Uzun illərdən sonra bütöv Azərbaycan ərazisində keçirilən seçkinin şahidi olmaq çox zövqvericidir.
Seçicilərə işğaldan azad olunmuş ərazilərdə belə yüksək səviyyədə iştirak etmək şəraitinin yaradılması məndə möhtəşəm hisslər yaşatdı”, - deyə o bildirib.
Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit poll” keçirir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit poll”u ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə həyata keçirir.
Qeyd edək ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsində 500 seçki məntəqəsində, “Rəy” Monitorinq Mərkəzi isə 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit poll” keçirir.
Xatırladaq ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa...
“Bizim missiya Türk Dövlətləri Təşkilatını təmsil edir.
Missiyamızın üzvləri TDT-yə üzv dövlətlərin Mərkəzi Seçki Komissiyasının üzvlərindən və qurumun rəhbər heyətindən təşkil olunub”.
Bizim.Media xəbər verir ki, bu fikirləri TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev jurnalistlərə açıqlamasında bildirib.
O, missiyalarının iki qrupa bölündüyünü qeyd edib:""“Birinci qrupun üzvləri Qarabağda - işğaldan azad olunan ərazilərdə, daha dəqiqi desək Xankəndi və Şuşada təşkil edilən səsvermə məntəqələrində müşahidə aparırlar.
Səhər saatlarından müşahidələrimizi aparırıq.
Onlarla səsvermə məntəqəsində olmuşuq.
Missiyamızın üzvlərinin ötən gün Azərbaycanın xarici işlər naziri və MSK sədri ilə görüşləri olub.
Biz bu görüşlərdə seçki qanunvericiliyi bazası, namizədlər, seçki prosesinin təşkili və digər məsələlərlə bağlı lazım olan zəruri məlumatları almışıq.
Bizim ötən gün prezidentliyə namizədlərlə və seçkidə iştirak edən siyasi partiyalarla da görüşümüz olub.
Ümumiyyətlə, prezident seçkisi bütün ölkələrdə gərgin siyasi mübarizə şəraitində keçir.
Biz Azərbaycanda da maraqlı mübarizə prosesinə şahidlik edirik.
Mən deyərdim ki, budəfəki seçki tarixi hadisədir.
Çünki qardaş Azərbaycan xalqı müstəqillik tarixində ilk dəfə olaraq ölkənin bütün ərazilərində səsvermə prosesini həyata keçirir.
Bu da təkcə azərbaycanlılar üçün yox, bütün türkdilli xalqlar üçün qürurverici bir hadisədir.
Ona görə də mən fürsətdən istifadə edərək hər kəsi təbrik edirəm”.
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
Oxu.Az xəbər verir ki, səsvermədə şou-biznes nümayəndələri və mədəniyyət xadimləri də iştirak ediblər.
Onlar səsvermədən şəkillər çəkərək öz sosial media hesablarında paylaşıblar.
Həmin paylaşımları təqdim edirik:
İnquşetiyanın Malqobek rayonunun Novıy Redant kəndində yaşayış evində partlayış olub, evin damı göyə sovrulub.
Partlayış anında evdə olanlar xəsarət alıblar, təcili olaraq xəstəxanaya yerləşdiriblər.
İlkin versiyaya görə, hadisəyə səbəb qaz sızması olub.
Hadisə yerində xilasedicilər işləyirlər.
Qeyd edək ki, evin yalnız divarları qalıb.
Bütün pəncərə və qapılar sınıb.
“Marvel”in “Wonder Man” serialının çəkiliş meydançasında faciə baş verib.
Belə ki, çəkiliş komandasının üzvlərindən biri həlak olub.
Bu barədə şirkətin nümayəndələri xəbər veriblər.
Məlumata görə, 41 yaşlı Xuan Karlos Osario dekorasiyanın hazırlanması zamanı platformadan yıxılıb.
Hadisənin başvermə şəraiti araşdırılır.
Qeyd edək ki, “Wonder Man” “Toni Stark”ın rəqibinin oğlu “Saymon Uilyams”a həsr olunub.
Komikslərdə “Uillyams” baron “Zemo” ilə birləşir, inanılmaz güc qazanır və əvvəlcə qisasçılara qarşı vuruşur, lakin sonradan onların tərəfinə keçir.
Filmin adaptasiyasının süjeti haqqında hələ ki, məlumat yoxdur.
“Uilyams” rolunu II Yəhya Abdul-Matin (“The Matrix:Resurrection”, “Aquamen”) oynayacaq.
Serial üzərində “Shang-Chi and the Legend of the Ten Rings”nin rejissoru Destin Daniel Kretton və “Brooklyn Nine-Nine” ssenaristi Endryu Hess işləyir.
“Wonder Man”ın çəkilişlərinin martda başlaması planlaşdırılıb.
Azərbaycanda növbədənkənar prezident seçkisi ilə bağlı ölkəmizin Ukraynadakı səfirliyində səsvermə keçirilir.
Ukraynada səhər saatlarında hava həyəcanı siqnalı verilsə də, vətəndaşlarımız təhlükəsiz şəraitdə səsvermədə fəal iştirak edirlər.
Seçki prosesi ilə bağlı təəssüratlarını Baku TV ilə bölüşən Ukraynada yaşayan azərbaycanlı Emil Allahverdiyev səsvermədə iştirak etdiyi üçün qürur hissi keçirdiyini bildirib:""“Prezident seçkisi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də keçirilir.
Səsverməyə qürur və fəxr hissləri ilə gəldik”.
Xaricdə fəaliyyət göstərən “Microskopmedia” saytının “Facebook” səhifəsində Azərbaycan Respublikası Prezidenti seçkisi ilə bağlı edilən paylaşımda iki nəfər məntəqə üzvünün seçki qutusuna yaxınlaşaraq topa şəklində bülleten atmaqları ilə bağlı video əks olunur.
Hadisənin bu gün saat 12:07-də və 12:15-də 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9-cu məntəqəsində edildiyi bildirilir.
“Faktyoxla Lab.” təqdim edilən faktı araşdırıb.
Paylaşılan video montaja məruz qalsa da, qeyd edilən qanunazid hərəkətlərin törədildiyinə heç bir şübhə yoxdur.
Bununla belə, həmin hadisənin “Mikroskopmedia”nın nəzərinə düşməsi bir sıra sualları ortaya çıxarır.
Ölkə üzrə 1000 məntəqədə müşahidə kamerasının quraşdırılmasını nəzərə alsaq, cəmi iki nəfərdən ibarət olan “Mikroskopmedia” komandasının eyni vaxtı 100-lərlə kameranı izləməsi və orada qanunsuzluq aşkar etməsi texniki cəhətdən real olsa da, fiziki cəhətdən bunu etmək mümkün deyil.
Mərkəzi Seçki Komissiyasının (MSK) kameraları yalnız canlı (onlayn) rejimdə fəaliyyət göstərdikləri üçün, kadrları geriyə çevirib yenidən baxmaq (playback) olmur.
Belə çıxır ki, “Mikroskopmedia” həmin məntəqədəki səsvermə prosesinin video qeydiyyatını aparırmış.
Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyən belə bir resursun məqsədi isə aydındır.
Onlar qabaqcadan əlbir olduqları şəxslərlə bu cür qanunazid hərəkəti razılaşdıraraq açıq formada seçki prosesinə kölgə salmağa çalışıblar.
Lakin burada da bir sıra texniki səhvlərə yol veriblər.
Əvvəldə qeyd olunduğu kimi, pozuntunun baş verdiyi zamana və paylaşımın edildiyi vaxta (12:34) diqqət yetirdikdə, burada müddətin çox az olduğu diqqəti çəkir.
Belə ki, 15-20 dəqiqə ərzində pozuntu müşahidə edilib, videomontaj olunub (montaj, videonun renderi və dizayn prosesi ən yaxşı halda 7-10 dəqiqə çəkir), həm də “Facebook”a yerləşdirilib (videolar “Facebook”a yerləşdirilmədən öncə bir müddət şirkətin daxili filtrlərindən keçir).
Bu texniki cəhətdən o zaman mümkün olur ki, buna əvvəlcədən hazırlıqlı olasan.
Digər tərəfdən, bəlkə məntəqə üzvləri tərəfindən bu qanunazid fəaliyyətlər davam edəcəkdi?
Nəyə görə “Mikroskopmedia” tələm-tələsik bu iki halı lentə alıb və ictimailəşdirib?
Yaxşı olmazmıydı ki, gözləyib daha çox saxtakarlığı ifşa etsinlər?!
Nəyə görə hər iki şəxs 7-8 dəqiqə fərqlə, bu hərəkəti, özü də kamera qarşısında edib?
Məqsəd aydındır, onlarla “Mikroskopmedia” arasında əvvəlcədən sövdələşmə olub və sonuncuların çox gözləməyə həvəsləri və resursları yoxdur.
Onlar başqa məntəqələrdə də qanunazid fəaliyyətlər “tapmağa” çalışırlar.
Buradan belə nəticəyə gəlinir ki, təxribatı törədən şəxslər əvvəlcədən hazırlanmış ssenariyə uyğun olaraq hərəkət edib və həmin cinayəti törədəcəkləri vaxtı qarşı tərəfə xəbər ediblər.
Ümid edirik ki, bu şəxslər etdikləri hərəkətlərinə görə layiqli cəzalarını alacaqlar.
“Mikroskopmedia” bu paylaşımdan öncə saat 11:31-də 113 saylı Qax-Şəki seçki dairəsinin 9-cu məntəqəsindəki seçki qutularının uzaqda olduğunu və oluna biləcək saxtakarlığın müşahidə edilməsinin mümkünsüzlüyü ilə bağlı paylaşım etmişdi.
Əgər dövlətin seçkilərdə saxtakarlıq etmək niyyəti olsaydı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9-cu məntəqəsindəki qutuları da kameralardan uzaq məsafəyə yerləşdirərdi.
Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə prosesi başa çatıb.
Oxu.Az bundan sonrakı prosedurlarla bağlı bəzi məqamları təqdim edir.
Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə seçicilərin yarısından çoxu iştirak etdikdə Azərbaycan Respublikasının prezidenti seçilmiş sayılır.
Prezident seçkisinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.
Bildirək ki, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkisinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Konstitusiya Məhkəməsinə təqdim edir.
Konstitusiya Məhkəməsinin nəticələr haqqında qərarı qətidir.
Konstitusiya Məhkəməsi prezident seçkisinin yekunları haqqında məlumatı rəsmi elan etdiyi gündən başlayaraq prezident seçilmiş şəxs üç gün ərzində and içir.
Fəaliyyətdə olan Azərbaycan Respublikasının prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.
Bu gün bəzi sosial şəbəkələrin ermənidilli seqmentində guya Bakı şəhərində olan seçki məntəqələrində internet rabitəsinin kəsildiyi və bununla bağlı seçki prosesinin gedişatı barədə son xəbərlərin çatdırılmasının mümkünsüz olduğu barədə paylaşımlar edilib.
Məsələ barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə internetlə əlaqədar heç bir çətinlik yoxdur və xidmət ən yüksək səviyyədə təmin olunur:""“Nazirliyin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkədə yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdiri...
Görülən işlərin nəticəsidir ki, ümumilikdə internet xidmətinin təminatı istiqamətində heç bir çətinlik müşahidə olunmur.
Qeyd edək ki, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aidiyyəti qurumları əhalinin müvafiq xidmətlərlə, o cümlədən internetlə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.
Beynəlxalq müşahidəçi, Belarus Parlamenti Respublika Şurasının sədr müavini Valeri Belski Qarabağ regionundakı seçki məntəqələrində seçici fəallığının yüksək olmasını məmnunluqla qeyd edib.
“Saat 12:45-ə olan məlumata görə, Şuşada seçici fəallığı demək olar ki, 50 faiz təşkil edib.
Vətəndaşların fəal olduğunu gördük”, - o bildirib.
V.Belski Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı planların tezliklə həyata keçirilməsini arzulayıb.
O, həmçinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını ən yüksək dövlət səviyyəsində əldə edilmiş razılaşmaların səmərəli icrası baxımından vacib adlandırıb.
56 saylı Şabran-Xaçmaz seçki dairəsinin 39 saylı seçki məntəqəsində qeydiyyatda olan birinci qrup əlil, Şabran rayon Sincanboyad kənd sakini Rahib Agası oğlu Məmmədov onun üçün daşınan qutunun gətirilməsindən imtina edərək məntəqədə səs vermək istədiyini bildirib.
Secki-2024.az saytı xəbər verir ki, 1963-cü il təvəllüdlü R.Məmmədov bu istəyini Zəfər seçkisinə verdiyi önəmlə əlaqələndirib:""“Sağ olsunlar, dedilər qutu gətirək evdə səs ver.
Bundan əvvəlki seçkilərdə elə olub.
Ancaq bu dəfə razılaşmadım, dedim bu elə seçkidir ki, necə olursa olsun, özüm gəlib məntəqədə səs verəcəyəm.
Çünki bugünkü seçkini Azərbaycanımızın hər yerində keçiririk.
Bu, xalqımız üçün böyük hadisədir, Zəfər seçkisidir!”"Qeyd edək ki, Rahib Məmmədovun arzusu reallaşdırılıb və onun əlil arabasında məntəqəyə daxil ola bilməsi üçün pilləkəndə xüsusi şərait yaradılıb.
Bakıda vəzifəli qadının əkiz övladlarını döyən dayə ilə bağlı məhkəmə qərar verib.