Search is not available for this dataset
text
stringlengths
10
518k
- Noyabr və dekabr aylarında Azərbaycanda hökumətin korrupsiyasını araşdıran bir neçə jurnalist həbs edilib.
Onlar apardıqları araşdırmalara görə həbs olunublar?
- Korrupsiya ilə bağlı araşdırma apardıqlarını iddia edən strukturların özləri korrupsiya ilə məşğul olublar.
Bəzi KİV Azərbaycandakı fəaliyyətlərinə görə qanunsuz çirkli pulların yuyulması kanalları vasitəsilə 300 min dollar alıblar.
Bizim də hüquqi və qanuni hüququmuz var ki, media qurumlarından onların maliyyələşməsini soruşaq.
Bu qurumlar şəffaflığı təmin etməyiblər.
Onlar Azərbaycandan kənarda qeyri-qanuni mənbələrdən istifadə etməklə qanunsuz çirkli pulların yuyulması fəaliyyətlərini davam etdiriblər.
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı bülletenlərin sayılmasına başlanılıb.
Oxu.Az xəbər verir ki, bülletenlər müşahidəçilərin iştirakı ilə sayılır.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilib.
Azərbaycanda 125 seçki dairəsində 6 319 seçki məntəqəsi var.
Onlardan 26-sı işğaldan azad edilən ərazilərdədir.
Builki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilib.
Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir.
Prezident seçilən şəxsin səlahiyyət müddəti yeddi il olacaq.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E...
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 31 saylı seçki məntəqəsində fiziki məhdudiyyəti olan və məntəqələrə gəlib səs verə bilməyən şəxslər üçün daşınan qutu prosesi həyata keçirilib.
Belə ki, vətəndaşlar olduqları yerdən səsvermə prosesində iştirak ediblər.
Öz namizədlərini seçən sakinlər seçki prosesinin şəffaf keçirildiyini bildiriblər.
“Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşün təşkili üçün hazırlıqlar davam edir”.
Bunu Rusiya liderinin sözçüsü Dmitri Peskov bildirib.
Ankaradakı mənbələrə istinadən yayılan məlumatlara görə, Putinin Türkiyəyə səfərinin aprel ayının sonu - may ayının əvvəlində baş tutacağı ehtimal edilir.
Mənbə:RİA Novosti"20:14"Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.
Buna hər iki liderin iş qrafikindəki uyğunsuzluqlar səbəb olub.
Xatırladaq ki, səfər fevralın 12-də baş tutmalı idi.Səfər zamanı enerji sektoru, taxıl dəhlizi, Qəzza zolağı və Suriyadakı vəziyyətlə bağlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılırdı.
Rusiyanın populyar NEWS.ru portalı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini işıqlandırıb.
Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov portala bildirib ki, ölkədə növbədənkənar prezident seçkisində səs vermək istəyənlərin sayı çox olduğuna görə Azərbaycan sakinləri seçki məntəqələrində növbəyə dayanıblar.
Onun sözlərinə görə, özü səs vermək üçün bir saat növbə gözləyib.
Eyni zamanda, Cavadov vurğulayıb ki, seçicilərin çoxluğu Mərkəzi Seçki Komissiyası üçün gözlənilən olub.
“Biz böyük seçici axını gözləyirdik.
Məntəqələr açılanda səs vermək istəyənlər çox idi.Mən şəxsən səs vermək üçün bir saata yaxın növbədə durmuşam”, - deyə Azərbaycan MSK-nın üzvü deyib.
Cavadov onu da vurğulayıb ki, Azərbaycanda ümumilikdə 6,4 milyona yaxın seçici var, onların 70 faizi artıq seçkidə səs verib.
Onun fikrincə, bu, respublika üçün yaxşı göstəricidir.
Məqalədə qeyd olunub ki, bu il Qarabağda ilk dəfə seçki keçirilir.
Bölgədə 22 mindən çox insanın səs verə biləcəyi 26 seçki məntəqəsi fəaliyyət göstərir.
“Exit poll”un nəticələri açıqlanandan sonra Sumqayıtda avtoyürüş başlayıb.
Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində apardığı “exit poll”un nəticələrini açıqlayıb.
Nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.
Rusiyanın NEWS.ru resursu Qarabağda aparılan bərpa və quruculuq işləri ilə bağlı material hazırlayıb.
Laçın rayonunun Zabux kənd sakini Rauf Şirinoğlu NEWS.ru-nun müxbirinə bildirib ki, Azərbaycanın hərbi əməliyyatlarından sonra işğaldan azad edilən Qarabağ kəndlərində insanlar yeni tikilmiş evlərə qayıdırlar.
Onun sözlərinə görə, onların normal yaşaması üçün hər şərait var.
Şirinoğlu 1992-ci ildə Ermənistanda atəşə tutulan həmkəndliləri ilə birlikdə evlərini necə tərk etdiyini xatırladıb.
“O vaxt bizim kənddə bütün evlər dağıdılıb.
44 günlük müharibə nəticəsində Zabux 2021-ci ilin payızında azad edilib.
İndi mənim beşnəfərlik ailəm üçün beşotaqlı evim var.
Evdə su, işıq, qaz, internet, kanalizasiya - normal həyat üçün lazım olan hər şey var”, - deyə Şirinoğlu bildirib.
Onun sözlərinə görə, sərhəd kəndi Zabux 1990-cı ilin əvvəlində Ermənistandan silahlı yaraqlıların atəşə tutduğu ilk kəndlərdən olub.
O, bundan sonra doğma kəndini tərk etməli olduğunu bildirib.
“Ermənistan ərazisindən sərhəd kəndimiz artilleriya və minaatanlardan atəşə tutulub.
Helikopterlər də kəndi havadan atəşə tuturdu, çünki bizə deyildiyi kimi, sovet aviasiya bölməsində çoxlu erməni zabiti var idi.Qubadlıya gedən yolla Azərbaycanın digər rayonlarına getməli olduq”, - deyə Şirinoğlu bildirib.
Onun sözlərinə görə, bütün bu illər ailəsi ilə birlikdə Bakıda yataqxanada yaşayıb.
Daha sonra Azərbaycan hökumətinin ona ayırdığı sosial ev proqramından yararlanıb.
Dekabr ayında ailəsi doğma kəndlərinə qayıdıb.
“Mən 1970-ci ildə əcdadlarımın doğulub yaşadığı Zabuxda anadan olmuşam.
Keçən ilin dekabrında isə ailəmlə doğma torpağa qayıtdıq!” - deyə Şirinoğlu fikrini tamamlayıb.
Əvvəllər Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Qarabağın Laçın şəhəri, ətraf Zabux və Sus kəndləri 2022-ci ilin avqustunda Azərbaycanın tam nəzarətinə keçib.
Daha sonra orada bərpa işlərinə və məcburi köçkünlərin geri qaytarılması prosesinə başlanılıb.
“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində yüksək fəallıq müşahidə etmişik”.
Oxu.Az-ın məlumatına görə, bunu Gürcüstan parlamentinin sədr müavini, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisini müşahidə etmək məqsədilə Bakıya gələn nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze bildirib.
Onun sözlərinə görə, bu gün tarixi gündür:""“Biz bu gün həmkarlarla birlikdə Azərbaycanda keçirilən prezident seçkisini müşahidə etdik.
Mənfi bir hadisə müşahidə etmədik.
Jurnalistlər seçki məntəqələrinə tam çıxış əldə ediblər”.
Bakıda Dənizkənarı Milli Parkda hazırkı Prezident İlham Əliyevə dəstək yürüşü keçirilir.
Oxu.Az xəbər verir ki, yürüşə minlərlə insan qatılıb.
Heydər Əliyev prospektindən başlayan yürüş Dənizkənarı Milli Park istiqamətində davam edir.
Yürüşdə incəsənət xadimləri, tələbə-gənclər təşkilatlarının üzvləri, paytaxt sakinləri iştirak edirlər.
Sakinlər müxtəlif rəqslər ifa edirlər.
İncəsənət nümayəndələri canlı ifalarını səsləndirirlər.
Daha çox foto burada:PhotoStock.az"Nəzrin Vahid
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, təbrik məktubunda deyilir:""“Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Çin hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram.
Əminəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcək.
Son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir.
Yüksək səviyyəli siyasi etimad mühiti yaranır, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur.
Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm.
Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirəm.
Dost Azərbaycana tərəqqi, xalqınıza isə xoşbəxtlik və əmin-amanlıq diləyirəm.
00:29"İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, təbrik məktubunda deyilir:""“Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasında prezident seçkisinin uğurla keçirilməsi və Zati-alinizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Respublikasının suverenliyinin bərpasından sonra ölkənizin bütün ərazilərində ilk dəfə bu seçkinin keçirilməsi daha böyük əhəmiyyət kəsb edir.
İki qonşu və müsəlman ölkəsi olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası xalqları arasındakı qədim tarixi, dini və ortaq mədəni cəhətlər, dərin mənəvi bağlar, iki ölkənin müxtəlif sahələr üzrə birgə maraqları ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi üçün möhkəm dayaqlar yaratmışdır.
Əmin olduğumu bildirirəm ki, Zati-alinizin yenidən prezidentliyi dövründə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq, qardaşlıq münasibətlərinin və əlaqələrin yüksələn xətlə inkişaf etməsinə şahid olacağıq.
Allah-Taaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram”.
00:12"Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Bu barədə o, “X” səhifəsində yazıb.
“İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkisindəki qəti qələbə münasibəti ilə təbrik edirəm”, - Pakistan Prezidenti vurğulayıb.
A.Alvi iki ölkə arasındakı davamlı dostluq və əməkdaşlığı daha da gücləndirməyi səbirsizliklə gözlədiklərini də vurğulayıb:""“Sizin liderliyiniz tərəqqi və sabitliyə ilham verməkdə davam edir.
Pakistan davamlı dostluğumuzu və əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyir.
Uğurlarınızın davamlı olmasını arzu edirik!”"07.02.2024 - 23:27"Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik edib.
Şimali Kipr Prezidenti bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Azərbaycan Prezidenti vəzifəsinə seçkidə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən Prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkinin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm”, - paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E...
22:54"Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycandakı növbədənkənar prezident seçkisinin uğurla keçirilməsi və ilkin nəticələrə görə İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə paylaşım edib.
Bu barədə TBMM sədri “X”də yazıb.
“Azərbaycanda keçirilən prezident seçkisində qələbə qazanaraq yenidən dövlət başçısı seçilən cənab İlham Əliyevi təbrik edir, vəzifəsində uğurlar arzulayıram.
Seçkinin nəticəsinin “tək millət, iki dövlət” prinsipi ilə ortaq hədəflərə doğru irəlilədiyimiz dost və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını arzu edirəm”, - o, sosial şəbəkə hesabında qeyd edib.