Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
22:23"Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:""“Zati-aliləri, möhtərəm cənab Prezident. |
Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkisində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. |
Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. |
Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir. |
Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsəd aparılası nüfuza sahib olmuşdur. |
Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. |
Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm. |
Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. |
Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir. |
Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik. |
Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm”. |
22:18"Fevralın 7-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. |
Bu barədə President.az xəbər verir. |
İraq Prezidenti İlham Əliyevi prezident seçkisində qələbəsi münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. |
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib. |
Telefon söhbəti zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq əməkdaşlığın genişlənəcəyinə əminlik bildirilib. |
21:25"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik təbrik məktubu göndərib. |
Bu barədə President.az xəbər verir. |
Məktubda deyilir:""“Hörmətli cənab Prezident, Əziz Qardaşım. |
Bu gün keçirilən seçkidə uğur qazanaraq beşinci dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə millətim adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. |
Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub. |
Türkiyə ilə Azərbaycan arasında “Sevincdə və kədərdə birlik” ilə “Bir millət, iki dövlət” şüarları zəminində formalaşan qardaşlıq və həmrəylik əlaqələri Şuşa Bəyannaməsi ilə münasibətlərimizin güclü əsasını təşkil etməyə davam edəcəkdir. |
Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm. |
Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm. |
Bu düşüncələrlə seçkidə zəfərinizin həm qardaş Azərbaycan xalqı, həm də bölgəmiz üçün xeyirli olmasını diləyir, Sizə ali vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm”. |
21:17"Fevralın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. |
Viktor Orban İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. |
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib. |
Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub. |
20:15"Fevralın 7-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. |
Bununla bağlı President.az məlumat yayıb. |
Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkisində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb. |
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə minnətdarlığını bildirib. |
Dövlət başçıları Azərbaycan-Belarus dostluq əlaqələrinin bundan sonra da möhkləmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. |
20:12"Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. |
Bununla bağlı President.az məlumat yayıb. |
Özbəkistanın dövlət başçısı İlham Əliyevi prezident seçkisində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. |
Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qayıtmasının önəmini bir daha vurğulayıb. |
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını ifadə edib. |
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar. |
“Fransa Prezidenti Emmanuel Makron Rusiyadan gələn təhlükə ilə bağlı fantaziyalara qapılmamalıdır. |
Onun ritorikası Avropa qitəsində eskalasiyaya gətirib çıxarır”. |
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. |
Diplomat İsveçə səfəri zamanı Fransa liderinin bəyanatını şərh edib. |
“Makron Avropa İttifaqı üzvlərini kimdən qoruyacaq, xüsusən də nüvə silahından istifadə etməklə? |
Mən burada bir qədər aydınlıq gətirmək istərdim. |
Əgər potensial təcavüzkar dedikdə ölkəmizi nəzərdə tutursa, onda Biz Qərb siyasətçilərinin Rusiyanın Avropa İttifaqı və NATO-ya mifik təhdidi mövzusunda əsassız fantaziyalardan danışırıq. |
Makronun bu cür şübhəli ritorikası yalnız inamsızlığın daha da artmasına və Avropa qitəsində münaqişə potensialının artmasına gətirib çıxarır”, - Rusiya diplomatik qurumunun nümayəndəsi vurğulayıb. |
“Əgər Fransa tərəfi əslində gərginliyin dərəcəsini daha da artırmağa çalışırsa və bu, təəssüf ki, onun Ukraynadakı addımlarında görünürsə, deməli, o, inamla qarşıya qoyduğu məqsədə doğru irəliləyir”, - deyə Zaxarova yekunlaşdırıb. |
Londondakı Təbiət Tarixi Muzeyi tərəfindən hər il keçirilən “Ən yaxşı vəhşi təbiət fotoqrafı. |
Xalqın seçimi” müsabiqəsinin qalibi dalğaların arasında boylanan buz üzərində dinc uyuyan qütb ayısının heyrətamiz fotosu olub. |
Onu britaniyalı həvəskar fotoqraf Nima Sarihani çəkib. |
Dünyanın hər yerindən vəhşi təbiət fotoşəkillərini sevən insanlar qısa siyahıya alınmış 25 şəkildən birinə səs vermək imkanı əldə ediblər. |
Xalqın seçimi britaniyalı fotoqrafın işi olub və daha dörd diqqətəlayiq fotoşəkil yüksək qiymətləndirilib. |
“Xoşbəxt tısbağa”, Tsahi Finkelşteyn""“Sığırçınların mırıltısı”, Daniel Dentsesku""“Birgə valideynlik”, Mark Boyd""“Qütb parıltısının meduzaları”, Audun Rikardsenin"Mənbə:BBC |
Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini 800-ə yaxın beynəlxalq müşahidəçi izləyib və onlar seçici fəallığının çox yüksək olduğunu qeyd ediblər. |
Gürcüstandan olan beynəlxalq müşahidəçi, “Ekspert+” analitik assosiasiyasının nümayəndəsi Vaso Kapanadze Oxu.Az-a bildirib ki, hətta bir çox seçki məntəqəsində səs vermək istəyənlərin növbələri qeydə alınıb:""- Bütün müşahidəçilərin özlərinə ayrılmış əraziləri var idi.Məsələn, biz Bakıda işləyirdik. |
Tamamilə sakit, açıq, mehriban və demokratik şəraitdə keçən seçkilərdə çox yüksək fəallığı qeyd edə bilərəm. |
Heç bir qayda pozuntusuna, təxribata yol verilməyib. |
Bütün ərazilərdə müşahidə kameraları quraşdırılıb. |
Səsvermə Azərbaycan Respublikasının seçki qanunvericiliyinə tam uyğun keçib. |
Maraqlı bir epizod olub ki, seçici qızı ilə gəlib, lakin şəxsiyyət vəsiqəsini özü ilə gətirməyib. |
Bunun əvəzinə o, telefonunda sənədin şəklini göstərib. |
Təbii ki, ona haqlı olaraq dedilər ki, o, yalnız şəxsiyyət vəsiqəsinin əslini təqdim etdikdən sonra səs verə bilər. |
Ümumiyyətlə, insanların çox nikbin olduğunu müşahidə etdim. |
Və təbii ki, hiss olunurdu ki, seçicilər Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyiblər. |
- Bəzi Qərb strukturları, məsələn, Avropa Şurası Parlament Assambleyası öz müşahidəçilərinin seçkilərə dəvət edilməməsindən narazı idi.Hərçənd, ATƏT-in nümayəndə heyəti də burada idi...""- Dərhal qeyd etmək istərdim ki, AŞPA Azərbaycana qarşı vicdansız və ədalətsiz hərəkət etdi. |
Bakının seçkiləri müşahidə etmək üçün bəzi təşkilatların nümayəndələrini dəvət etmək və ya dəvət etməmək hüququ var. |
Bundan əlavə, bu “müşahidəçilərin” çoxu (dırnaqlar bizimdir - red.) |
həmişə qaranlıq otaqda qara pişik axtarır, baxmayaraq ki, bu pişik sadəcə orada yoxdur. |
Üstəlik, kifayət qədər beynəlxalq müşahidəçi var idi.Seçki məntəqələrində yalnız bizim qrup Türkiyə, Rusiya, Ukrayna və Moldova nümayəndələri ilə görüşüb. |
Naxçıvan şəhərində Prezident İlham Əliyevə dəstək yürüşü keçirilir. |
Oxu.Az xəbər verir ki, yürüşə minlərlə insan qatılıb. |
Yürüş şəhərin Babək məhəlləsindən Heydər Əliyev prospektinə kimi davam edir. |
Yürüşdə yerli sakinlər İlham Əliyevin seçkilərdəki qələbəsini Azərbaycan bayraqları və səsləndirdikləri şüarlarla qeyd edirlər, şəhərdə dövrə vururlar. |
Lənkəran sakinləri bu gün ölkədə keçirilən növbədənkənar prezident seçkisini yüksək əhvali-ruhiyyə ilə başa vurublar. |
Dövlət bayraqları ilə şəhər ərazisində şütüyən avtomobillər siqnallar veriblər. |
Yolboyu izdihama qoşulmaq istəyən sakinlər ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin yenidən Prezident seçilməsini böyük sevgi və coşqu ilə qarşılayıblar. |
Florida hava limanında inşaat işçiləri İkinci Dünya müharibəsindən qalan, çəkisi 450 kiloqramdan çox olan “Mark 65” bombasını aşkar ediblər. |
Qeyd olunub ki, bomba aşkar edilən ərazidə mümkün partlayış fonunda səlahiyyətlilər insanları təxliyə ediblər və yolları bağlayıblar. |
“Bomba o qədər paslanmış və parçalanmışdı ki, onun partlama ehtimalının olduğunu müəyyən etmək mümkün deyil”, - deyə Hernando dairəsinin şerifi Al Nienhuis bildirib. |
Son olaraq mütəxəssislər bombanın aktiv olmadığını müəyyən ediblər. |
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı apardığı monitorinq ilə bağlı mətbuat konfransı keçirib. |
Oxu.Az-ın məlumatına görə, təşkilatın baş katibi Asəf Hacıyev bildirib ki, bu gün tarixi gündür:""“Seçki ilk dəfə bütün Azərbaycan ərazisində keçirilib”. |
Brifinqdə yunanıstanlı deputat Konstantinos Vlasis bildirib ki, seçkidə mənfi hallarla rastlaşmayıblar:""“Mənim fikrimcə, 80 faizdən çox vətəndaş aktiv şəkildə seçkilərdə iştirak edib”. |
Rumıniyalı deputat Daniel Konstantinın sözlərinə görə, iki gündür ki, Azərbaycandadırlar və seçki prosesini izləyiblər:""“Bu gün bir neçə seçki məntəqəsində olduq və seçicilərlə danışdıq. |
Seçkidə aktivlik müşahidə etdik”. |
Bolqarıstanlı deputat Petar Kanev qeyd edib ki, bu gün keçirilən seçkidə fəallıq əvvəlki illərdən daha çox idi:""“Biz Avropa İttifaqı dövlətlərinin üzvləriyik və seçki prosesinə yüksək qiymət verəcəyik. |
Uğurlu seçkiyə görə Azərbaycan xalqını təbrik edirəm”. |
Gürcüstanlı deputat Ramaz Nikolaşvili vurğulayıb ki, seçki şəffaf şəkildə keçirilib:""“Seçki yüksək səviyyədə təşkil edilib. |
İlkin rəy sorğularına görə mən Azərbaycan xalqını və İlham Əliyevi təbrik edirəm. |
Mən onu regionun lideri olaraq görürəm. |
Mənim imkanım olsaydı, səsimi İlham Əliyevə verərdim”. |
“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi beynəlxalq standartlara uyğun təşkil olunub”. |
Oxu.Az-ın məlumatına görə, bunu İtaliya parlamentinin üzvü Andreo di Cuzeppe bildirib. |
Onun sözlərinə görə, nümayəndə heyəti 15 seçki məntəqəsində monitorinq keçirib:""“Biz şəffaf keçirilən seçki prosesi müşahidə etdik. |
Seçicilərin aktivliyinin şahidi olduq”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.