Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Nümayəndə Naiti Buntrioni qeyd edib ki, aktiv şəkildə seçki müşahidə ediblər:""“Çox sayda vətəndaş səsvermədə iştirak edib ki, bu, əhalinin ölkənin gələcəyinə töhfə vermək istədiyindən irəli gəlir. |
Hazırkı hökumət əhali ilə öz arasında etimad yarada bilib”. |
Digər nümayəndə heyətləri də həmkarlarının fikirləri ilə razılaşıblar. |
“BBC Azərbaycanca” “Seçkilərdə “minbaşı”:“Görmürsünüz, hamı keçib salam verir” başlıqlı video paylaşıb. |
Məlumatda qeyd olunur ki, “BBC Azərbaycanca”nın əməkdaşı 44 saylı Sumqayıt üçüncü seçki dairəsi, 36 saylı məntəqədə səsverməni izləyib. |
”BBC Azərbaycanca”nın seçki məntəqəsindən hazırladığı videonu araşdırıb. |
Əvvəla, “BBC Azərbaycanca”nın hazırladığı bu material açıq-aşkar qanun pozuntusu ilə müşayiət olunub. |
Belə ki, video-süjet boyunca həmsöhbətin çəkiliş getməsindən xəbərsiz olduğu açıq sezilir. |
Gizli çəkiliş isə şəxsin konstitusion hüquqlarının pozulması və şəxsi həyatına müdaxilə sayılır. |
İkincisi, “BBC Azərbaycanca”nın bu reportajı informasiya manipulyasiyasıdır. |
“BBC Azərbaycanca”nın müxbiri səmimi ortam yaradaraq, yönləndirici suallarla həmsöhbətindən neqativ məlumat “qoparmağa” çalışır. |
Amma müxbirin bu niyyəti baş tutmur, səmimi cavablar verən qadın söhbətində neqativ, qanundankənar heç bir fikir səsləndirmir, yalnız “biz insanları seçkiyə gəlməyə təşfiq edirik. |
Bilirsiniz ki, insanlarımız bir az laqeyiddilər. |
Çağırırıq ki, gəlsinlər kimə istəyirlər səs versinlər” deyir. |
Üçüncüsü, “BBC Azərbaycanca”nın bu reportajı peşəkarlıqdan uzaqdır. |
Videonun məhz söylənildiyi kimi 44 saylı Sumqayıt üçüncü seçki dairəsi, 36 saylı məntəqədə çəkildiyini təsdiqləyən heç bir təsdiqləyici məlumat, görüntü təqdim olunmur. |
BBC kimi böyük media qurumunun belə yanaşması nüfuzuna xələl gətirəcək haldır. |
Nəticə:""“BBC Azərbaycanca”nın “minbaşı” haqda hazırladığı video-reportaj, jurnalistikanın bir çox prinsiplərinin pozulduğu, müxbirin söhbət etdiyi şəxsin konstitusion hüquqlarının kobud şəkildə pozulması fonunda hazırlanmış, manipulyativ xarakterli, qeyri-peşəkar materialdır. |
19 iyul 2024-cü il tarixində Cənubi Koreyada kriptovalyuta dələduzlarını ömürlük həbsə qədər cinayət cəzası gözləyəcək qanun qüvvəyə minəcək. |
Bu barədə ölkənin Maliyyə Xidmətləri Komissiyasının (FSC) bəyanatında deyilir. |
FSC-nin saytında qeyd olunan məlumata görə, kriptovalyuta qanununun (keçən ilin yayında qəbul edilib) pozulması ən azı bir il həbs və ya qanunsuz qazancın 3-5 misli məbləğində cərimə ilə nəticələnə bilər. |
Kriptovalyuta cinayətlərindən 5 milyard vondan (3,76 milyon dollar) çox qazananları ömürlük həbs və ya gəlirinin iki qatı məbləğində cərimə gözləyir. |
Yeni qanun kriptovalyuta bazarında qeyri-qanuni fəaliyyətlərin kökünü kəsmək üçün nəzərdə tutulub. |
Otuz ildən sonra ilk dəfə Qarabağda prezident seçkisinin keçirilməsi və İlham Əliyevin inamlı qələbəsi münasibətilə Şuşa şəhərində avtomobillərin yürüşü və atəşfəşanlıq olub. |
Atəşfəşanlıq Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayıb. |
AZƏRTAC-ın bölgə müxbiri Şuşadan fotoları təqdim edir. |
Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar. |
“Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,6 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər. |
21:09"Növbədənkənar prezident seçkisi ilə əlaqədar “exit poll” nəticələri açıqlandıqdan sonra Şuşa şəhərində yürüş keçirilir. |
APA-nın xəbərinə görə, avtomobillər dövlət bayraqları ilə şəhərin küçələrində dövrə vurublar. |
Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkisinin “exit poll” nəticələrini elan edib. |
Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib. |
GUAM PA Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərin nəticələrinə dair brifinq keçirib. |
Oxu.Az-ın məlumatına görə, təşkilatın baş katibi Altay Əfəndiyev GUAM PA-nın bəyanatını səsləndirib. |
Onun sözlərinə görə, bu gün keçirilən seçki milli qanunvericiliyə uyğun həyata keçirilib:""“Mərkəzi Seçki Komissiyası (MSK) seçki prosesini düzgün şəkildə təşkil edib. |
Bizim nümayəndə heyətinin olduğu seçki məntəqələrində hər hansı qanun pozuntusu qeydə alınmayıb. |
Seçicilər lazımi informasiyadan istifadə etmək hüququna malik olublar. |
Namizədlərin seçki prosesi tam şəffaf keçirilib. |
Seçicilər öz namizədlərinə səs verən zaman heç bir təsirə məruz qalmayıblar”. |
Asiya Kubokunun ikinci yarımfinal oyununda İran və Qətər milliləri qarşılaşıb. |
Dohadakı (Qətər) “Əl Tumama” stadionundakı matçda meydan sahibləri üstün olublar. |
Oyunun ilk dəqiqələrində hesabı İran yığması açsa da, qarşılıqlı qollarla yadda qalan qarşılaşma Qətərin 3:2 hesablı qələbəsilə yekunlaşıb. |
Matçın sonuna 20 dəqiqəyə yaxın vaxt əlavə olunsa da, iranlılar oyunun gedişatını dəyişə bilməyiblər. |
Beləliklə, Qətər millisi ardıcıl ikinci dəfə Asiya kubokunun finalına yüksəlib və həlledici matçda İordaniya ilə üz-üzə gələcək. |
“Qələbə qalib sərkərdənin olsun”. |
Oxu.Az xəbər verir ki, bu sözləri Dənizkənarı Milli Parkda seçkilərin ilkin nəticələrini qeyd edənlərdən biri olan qazi Vüsal Paşazadə deyib. |
V.Paşazadə qeyd edib ki, zəfəri bizə yaşadan Ali Baş Komandan bu qələbəni də yaşadacaq:""“Biz əminik ki, cənab prezidentimiz seçiləcək. |
Zəfəri bizə yaşadan Ali Baş Komandan bu qələbəni də yaşadacaq. |
Qələbə qalib sərkərdənin olsun”. |
ABŞ-də göyərtəsində beş dəniz piyadası olan helikopter yoxa çıxıb. |
Qeyd olunub ki, “CH-53E Super Stallion” təyyarəsi ötən gecə Las-Veqas yaxınlığındakı bazadan San Dieqo istiqamətində uçub. |
Hava şəraiti ilə əlaqədar olaraq uçuş çətinləşib. |
Nəticədə helikopter təyinat yerinə çatmayıb. |
Bildirilib ki, Dəniz Piyadaları Korpusu xilasediciləri yardım üçün çağırıblar. |
Bundan sonra təcili yardım xidmətləri əlçatmaz səhra ərazisində axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. |
Heydər Əliyev Mərkəzinin qarşısında xalq seçkinin ilkin nəticələrini qeyd edir. |
Oxu.Az xəbər verir ki, əraziyə minlərlə insan toplaşıb. |
Burada mədəniyyət nümayəndələri iştirak edirlər. |
Həmin görüntüləri təqdim edirik: |
“Bizim dövlətimiz günü-gündən inkişaf edir, möhkəmlənir və qüdrətlənir. |
Biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk”. |
Onun sözlərinə görə, bütün şəhid ailələri Prezident İlham Əliyevin daim diqqət mərkəzində olublar:""“Deyirlər, dərdin kiçiyi, böyüyü olmur. |
Amma elə deyil, dərdin ən böyüyü Vətən, torpaq, azadlıq dərdidir. |
Bu dərdin sağalması yolunda bizim balalarımız şəhid oldular. |
Vətən yaşasın deyə onlar düşmənə qaya kimi sipər oldular, dağ kimi dayandılar. |
Xalqımız çox vətənpərvər, qəhrəman bir xalqdır. |
Bu xalqın əli silah tutan hər bir nümayəndəsi şəhidlərin yolunu davam etdirməyə, Vətənimizi qorumağa hazırdır. |
Bizim seçimimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevdir”. |
Növbədənkənar prezident seçkisində səsvermə prosesi başa çatdıqdan sonra Gəncə sakinləri İlham Əliyevin səs çoxluğu ilə qalib gəlməsi münasibətilə avtoyürüş keçiriblər. |
Qeyd edək ki, “Exit-poll”un nəticələrinə görə, seçicilərin 92,60 faizi İlham Əliyevə səs verib. |
Fevralın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. |
Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkisində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. |
Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğulayıb, bu xüsusda Azərbaycanda prezident seçkisinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırıb. |
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib. |
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə, “bir millət, iki dövlət” prinsipi əsasında ölkələrimizin və xalqlarımızın bundan sonra da çiyin-çiyinə irəli gedəcək... |
Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb. |
Növbədənkənar Azərbaycan Prezidenti seçkisi üzrə səsvermədə saat 19:00-a olan son seçici fəallığı açıqlanıb. |
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. |
O qeyd edib ki, saat 19:00-a qədər respublika üzrə 4 milyon 971 min 32 nəfər səs verib. |
Seçici fəallığı 76,73 faiz olub. |
Hesabat vermiş məntəqələrin sayı 6522-dir. |
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilib. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
Misir millisinin və “Liverpul”un hücumçusu Məhəmməd Salah yay transfer pəncərəsində İngiltərə klubunu tərk edərək Səudiyyə Ərəbistanına keçə bilər. |
Qeyd olunub ki, “Əl-İttihad” 2023-cü ilin yayında Salah üçün təxminən 234 milyon avro ödəməyə hazır idi və hazırda da forvardla maraqlanmaqda davam edir. |
Bu şərtlər daxilində sövdələşmə baş tutsa, misirlinin transferi dünya futbol tarixinin ən bahalı transferi ola bilər. |
Hazırda ilk sırada “Pari Sen-Jermen” tərəfindən braziliyalı Neymarın transferidir. |
Daha sonra “Barselona”nın bu transferi Fransa klubuna 222 milyon avroya başa gəlib. |
Qubada seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş keçirilir. |
Oxu.Az xəbər verir ki, İlham Əliyevin seçkilərdə inamlı qələbə qazanaraq növbəti dəfə prezident seçilməsi Qubada böyük coşqu ilə qeyd olunur. |
Həmin görüntüləri təqdim edirik:""02:35"Ağstafa və Şamaxıda seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş keçirilir. |
Oxu.Az xəbər verir ki, İlham Əliyevin seçkilərdə inamlı qələbə qazanaraq növbəti dəfə prezident seçilməsi Ağstafa və Şamaxı ictimaiyyəti tərəfindən böyük coşqu ilə qeyd olunur. |
Hazırda avtoyürüşlər davam edir. |
00:59"Xankəndidə seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş keçirilib. |
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
Bülletenlərin 54,47 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyev 92,1 faiz səslə prezident seçkisində liderlik edir. |
07.02.2024, 23:48"Xocavənddə seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş keçirilir. |
Oxu.Az xəbər verir ki, İlham Əliyevin seçkilərdə inamlı qələbə qazanaraq növbəti dəfə prezident seçilməsi Xocavənd ictimaiyyəti tərəfindən böyük coşqu ilə qeyd olunur. |
Rayonda sürücülər dövlət bayraqları ilə dövrə vururlar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.