Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hazırda avtoyürüşlər davam edir. |
07.02.2024, 23:35"Ağdamda seçkinin ilkin nəticələri böyük coşqu ilə qeyd olunub. |
“Qafqazinfo” xəbər verir ki, 7 fevral 2024-cü il tarixdə ölkədə keçirilən növbədənkənar prezident seçkisində Müzəffər Ali Baş Komandan, İlham Əliyevin seçkilərdə inamlı qələbə qazanaraq növbəti dəfə prezident seçilməsi Ağdam ictimaiyyəti tərəfindən böyük coşqu ilə qeyd olunub. |
Rayon sakinləri üçrəngli dövlət bayrağı, Yeni Azərbaycan Partiyasının bayrağı və İlham Əliyevin şəkilləri ilə bəzədilmiş şəxsi avtomobilləri ilə Ağdam Muğam Mərkəzinin qarşısından Bayraq meydanına doğru yürüş ediblər. |
07.02.2024, 23:21"Laçın şəhərində seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş keçirilib. |
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından səsvermədə mütəşəkkil iştirak edən sakinlər günün sonunda bayram ab-havası ilə şəhərə çıxıblar. |
Laçının mərkəzi küçələrində milli musiqi sədaları altında avtomobillərin yürüşü keçirilib. |
Həmçinin şəhər sakinləri sevinc və qürur hisslərini bir-biriləri ilə bölüşüblər. |
Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar. |
“Oracle Advisory Group” təşkilatı İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,60 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər. |
07.02.2024, 22:49"ABŞ-nin “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar. |
“Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,60 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər. |
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, digər bölgələrdə olduğu kimi, Zəngilan rayonunun Ağalı kəndinin sakinləri də İlham Əliyevin inamlı qələbəsini bayram əhvali-ruhiyyəsində qarşılayıblar. |
Avtomobil karvanı kəndin mərkəzi küçələri boyunca musiqi sədaları altında yürüş edib. |
Həmçinin kənd sakinləri mərkəzdəki istirahət parkına toplaşaraq, sevinc hisslərini paylaşıblar. |
07.02.2024, 22:38"Şimal-qərb bölgəsinə daxil olan rayonlarda seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş keçirilib. |
Rayonların ərazisində sürücülər dövlət bayraqları ilə dövrə vururlar. |
Hazırda avtoyürüşlər davam edir. |
07.02.2024, 21:54"Xaçmazda yürüş keçirilib. |
Növbədənkənar Prezident seçkisi ilə əlaqədar “exit-poll” nəticələri açıqlandıqdan sonra Xaçmaz şəhərində yürüş keçirilir. |
Xaçmaz şəhər sakinləri də hər üç “exit-poll” nəticəsinə görə böyük fərqlə seçicilərin səsini qazandığı elan edilən İlham Əliyevin qələbəsini böyük çoşqu ilə bayram ediblər. |
İranın Azərbaycandakı səfirliyi Azərbaycandakı növbədənkənar prezident seçkisinin uğurla keçirilməsi və ilkin nəticələrə görə İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə paylaşım edib. |
Bu barədə səfirliyin “X” hesabında qeyd edilib. |
“Azərbaycanda prezident seçkisinin uğurla keçirilməsi və cənab Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. |
Əminik ki, qarşıdakı dövrdə iki qardaş və müsəlman qonşu ölkələr olan İran və Azərbaycanın münasibətlərində yeni səhifə açılacaqdır”, - paylaşımda bildirilib. |
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilib. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
🇮🇷nın 🇦🇿dakı səfirliyi prezident seçkilərinin uğurla keçirilməsi və cənab @azpresident yenidən 🇦🇿 Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edir. |
Əminik ki, qarşıdakı dövrdə iki qardaş və müsəlman qonşu ölkələr olan 🇮🇷 və 🇦🇿 münasibətlərində yeni səhifə açılacaqdır. |
“Bütün xalqımızı təbrik edirəm”. |
Oxu.Az xəbər verir ku, bu sözləri Dənizkənarı Milli Parkda seçkinin ilkin nəticələrini qeyd edən insanlar sırasında olan Əməkdar artist Sevda Ələkbərzadə deyib. |
S.Ələkbərzadə qeyd edib ki, biz qalib xalqın vətəndaşlarıyıq:""“Qalib xalqa qalib lider yaraşar. |
Prezident İlham Əliyev xalqımıza qalibiyyət hissi yaşatdı”. |
Xızının Altıağac qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. |
Qəza nəticəsində sürücü hadisə yerindəcə ölüb. |
Faktla bağlı araşdırma aparılır. |
Rusiyanın “Moskovskiy komsomolets” nəşri Azərbaycanda baş tutan növbədənkənar prezident seçkisi barədə yazıb. |
Məqalədə seçkinin beynəlxalq müşahidəçilərin və jurnalistlərin çoxluğu, vətəndaşların yüksək fəallığı ilə yadda qaldığı qeyd olunub. |
Bildirilib ki, budəfəki seçki həm də tarixi əhəmiyyətinə görə öncəkilərdən fərqlənib. |
Belə ki, bu, Azərbaycanın öz suverenliyini bərpa etdikdən sonra azad edilmiş əraziləri də əhatə edən ilk seçki olub. |
“Azərbaycanda keçirilən seçki həm seçici fəallığının 70 faizi ötməsi, həm də potensial seçici sayına görə rekord müəyyənləşdirib. |
Seçici siyahısında 6 milyon 478 min 623 nəfərin adları qeyd olunub və onlar üçün ölkə üzrə 6537 seçki məntəqəsi təşkil edilib”, - deyə məqalədə vurğulanıb. |
Həmçinin, materialda seçkinin niyə vaxtından əvvəl keçirildiyi də izah edilib. |
“Prezident seçkisi 2025-ci ilin aprelində keçirilməli idi, lakin vaxtından əvvəl keçirilib. |
Prezident İlham Əliyevin sözlərinə görə, bunun üç səbəbi var. |
Birincisi, seçki Azərbaycanın suverenliyinin bərpası və ölkənin həyatında yeni mərhələnin başlanması ilə bağlıdır. |
İkincisi, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində səsvermə keçirilib. |
Üçüncüsü, 2023-cü ildə İlham Əliyevin prezidentliyinin 20 illik bir mərhələsi başa çatıb”, - deyə məqalədə bildirilib. |
Qeyd olunur ki, bu gün azərbaycanlılar seçki məntəqələrinə ailələri ilə birlikdə gəlib və öz vətəndaş mövqelərini açıq şəkildə nümayiş etdiriblər. |
Bununla yanaşı, Bakıda olan və seçkini öz gözlərilə müşahidə etmiş “Moskovskiy komsomolets”in nümayəndələri yerli sakinlər və ekspertlərlə söhbətləşərək onların prosesə dair fikirlərini öyrəniblər. |
Rusiyada Yekaterinburq şəhərinin mərkəzində yerləşən “Metallinvestbank” bankında silahlı soyğunçuluq hadisəsi baş verib. |
Hadisə ilə bağlı məlumatı Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin mətbuat katibi Valeri Qorelix təsdiqləyib. |
Qeyd olunur ki, cinayətkar tapançaya bənzər əşyadan istifadə edib. |
Hüquq-mühafizə orqanlarının əməkdaşları bank işçilərini və qonşu evlərin sakinlərini dindiriblər. |
Bank polis tərəfindən mühasirəyə alınıb. |
İlkin məlumata görə, hadisə nəticəsində bankın əməkdaşlarından heç kim xəsarət almayıb. |
Cinayətkar 1 milyon rubldan (təxminən 18 min manat – red.) |
Hadisənin araşdırılması Daxili İşlər Nazirliyinin rayon Baş İdarəsinin rəhbərliyinin nəzarətindədir. |
“Azərbaycan xalqı dövlətini dünyada söz sahibi edən liderini seçdi”. |
“Azərbaycan xalqı öz rəhbərini seçdi. |
Ölkəmiz hərbi siyasi, iqtisadi cəhətdən çox inkişaf edib. |
İşğalda olan torpaqlar İlham Əliyevin rəhbərliyi altında azad edilib. |
Bu günə qədər bütün seçkilərdə iştirak etmişəm. |
Bu gün keçirilən seçki dünyaya mesajdır. |
Biz öz iradəmizin sahibiyik və öz rəhbərimizi seçirik. |
Bu gün dünyanın hər hansı bir ölkəsində yaşamasına baxmayaraq, hər bir azərbaycanlının bayramıdır. |
İlham Əliyev deyirdi ki, hər bir azərbaycanlının Prezidenti olacaq və oldu”. |
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilib. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
Yeni dövrdə Türkiyə- Azərbaycan əlaqələrini “Şuşa Bəyannaməsi” prinsipləri əsasında daha da inkişaf etdirmək və gücləndirmək üçün bütün gücümüzlə çalışacağıq. |
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X”də yazıb. |
O, növbədənkənar prezident seçkilərində qalib gəlməsi münasibətilə dövlət başçısı İlham Əliyevi təbrik edib:“Qardaş Azərbaycan xalqının seçimi və iradəsi ilə beşinci dəfə Prezident seçilən, qalib xalqın qalib lideri cənab ilham Əliyevi ürəkdən təbrik edir, nəticələrin qardaş Azərbaycana xeyirli olmasını arzu edirəm”. |
“Dünən, bu gün və sabah daim birlikdə, yan-yana, çiyin-çiyinə, əl- ələ olacağıq”, - diplomat qeyd edib. |
Kardeş Azerbaycan halkının tercihi ve iradesi ile 5.kez Cumhurbaşkanı seçilen, galip halkın galip lideri sayın İlham Aliyev’i yürekten tebrik ediyor, seçim sonucunun kardeş Azerbaycan’a hayırlı olmasını diliyoruz. |
Yeni dönemde, Türkiye-Azerbaycan ilişkilerini #ŞuşaBeyannamesi… pic.twitter.com/h4jgb47xHq"00:36"Prezident seçkilərinin nəticəsinin qardaş Azərbaycan xalqı və bölgə üçün xeyirli olmasını arzu edirəm. |
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə “X”də yazıb. |
“Can Azərbaycanda bu gün (dünən-red) keçirilən prezident seçkilərində Azərbaycan xalqının dəstəyi ilə yenidən prezident seçilən cənab İlham Əliyevi təbrik edirəm. |
Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” şüarı ilə gələcəyə daha güclü, qətiyyətli şəkildə irəliləməyə davam edecək”, - C.Yılmaz bildirib. |
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
Bülletenlərin 54,47 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir. |
Can Azerbaycan'da bugün yapılan cumhurbaşkanlığı seçimlerinde Azerbaycan halkının desteği ile tekrar Cumhurbaşkanı seçilen Sayın İlham Aliyev’i tebrik ediyor, yapılan seçimlerin kardeş Azerbaycan halkına ve bölgemize hayırlar getirmesini temenni ediyorum. |
Türkiye ve Azerbaycan…"23:49"Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ömer Çelik Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə paylaşım edib. |
Oxu.Az xəbər verir ki, o, bu barədə “X”də yazıb. |
“Can Azərbaycanın bütün torpaqlarında, o cümlədən azad olunmuş ərazilərdə keçirilən seçkilərdə yenidən Prezident seçilən Azərbaycan dövlət başçısı cənab İlham Əliyevi təbrik edirəm”, - o bildirib. |
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
23:34"“30 il sonra Azərbaycanın bütün torpaqlarında, o cümlədən işğaldan azad olunan Qarabağda yüksək seçici fəallığı ilə keçirilən seçkidə yenidən qalib gələn Can Azərbaycanın cənab Prezidenti İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm”. |
Bunu Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkənin parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X”dəki hesabında yazıb. |
“Azərbaycanlı qardaşlarımız onun liderliyi altında neçə-neçə zəfərlər qazanmağa davam edəcəklər”, - M.Çavuşoğlu bildirib. |
Həmçinin Türkiyədə prezidentliyə keçmiş namizəd, əslən azərbaycanlı Sinan Oğan da Prezident İlham Əliyevi təbrik edib:“Bu gün Azərbaycanda baş tutan prezident seçkilərində qalib gələrək yenidən dövlət başçısı seçilən İlham Əliyevi təbrik edirəm. |
30 il davam edən işğaldan sonra azad edilmiş Qarabağda və Şərqi Zəngəzur da daxil olmaqla bütün Azərbaycan torpalarında baş tutan bu əhəmiyyətli seçkinin Azərbaycandakı qardaşlarımıza və bütün türk dünyasına xeyirli olmasını arzu edirəm”. |
Türkiyənin keçmiş vitse-prezidenti, parlamentin xarici əlaqələr komitəsinin sədri Fuat Oktay da seçkinin Azərbaycan üçün uğurlu olmasını arzu edib:“Exit-poll”un nəticələrinə əsasən 93,9 faiz səslə yenidən prezident seçilən İlham Əliyevi ürəkdən təbrik edir, Azərbaycan üçün uğurlu olmasını arzu edirəm”. |
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
Özgürlüğüne kavuşan Karabağ dahil olmak üzere 30 yıl sonra Azerbaycan’ın tüm topraklarında yüksek katılımla gerçekleştirilen seçimlerde yeniden seçilen Can #Azerbaycan’ın Cenap Cumhurbaşkanı İlham Aliyev’i büyük seçim zaferinden dolayı gönülden tebrik ediyorum. |
Azerbaycanlı…"Bugün Azerbaycan’da gerçekleştirilen Cumhurbaşkanlığı seçimlerini kazanarak yeniden Cumhurbaşkanı olarak seçilen Sayın İlham Aliyev’i tebrik ediyorum. |
30 yıl süren işgalden sonra azad edilmiş olan Karabağ ve Doğu Zengezur bölgeleri dahil Azerbaycan topraklarının tamamında… pic.twitter.com/Fe3lbOFW4i"Can Azerbaycan'da sandık çıkış anketine göre oyların yüzde 93,9'unu alarak yeniden Cumhurbaşkanı seçilen Sayın İlham Aliyev’i gönülden tebrik ediyor, Azerbaycan için hayı... |
Rusiyanın İjevsk vilayətindəki Votkinsk zavodunda raket mühərriklərinin sınaqları zamanı güclü partlayış baş verib. |
Bu barədə Zavyalovski rayonunun vahid növbətçi dispetçer xidməti məlumat verib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.