Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Prezidentliyə namizəd Fuad Əliyev üçün səsverməyə gəlmiş və öz səsini Fuad Əliyevə vermiş bütün seçicilərimizə öz dərin minnətdarlığımızı bildiririk. |
Böyük Azərbaycan Partiyası prezident seçkisi ilə bağlı bəyanat yayıb. |
Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:""“Prezident seçkisinə ölkə üçün taleyüklü məsələ, partiyanın güclənməsi və təcrübə qazanması üçün yeni sınaq kimi yanaşan Böyük Azərbaycan Partiyası bu seçkidə təkcə müşahidəçi qalmaq istəmədi və öz namizədi ilə birbaşa iştirak qərarı verdi. |
Partiyanın vahid namizədi, Partiyanın sədri Elşad Musayevin namizədliyi təsdiq ediləndən dərhal sonra ölkənin 60-dan çox seçki dairəsində üzvlərimizin və tərəfdarlarımızın köməyilə ilə namizəd üçün imza toplanmasına başlanıldı və uğurla, maneəsiz başa çatdırıldı. |
Aktiv seçki kampaniyasının başlanmasından sonra ölkənin bir çox şəhər və rayonunda Prezidentliyə namizəd Elşad Musayevin iştirakı ilə seçicilərlə görüşlər keçirildi. |
Bütün görüşlərdə E.Musayevin seçki platforması seçicilərə çatdırıldı, onları narahat edən məsələlər yerindəcə öyrənildi. |
Bütün bu görüşlərdə qeydə alınan vətəndaş müraciətləri namizədin televiziya, radio, qəzet və saytlar, sosial şəbəkələr vasitəsilə çıxışlarında ictimailəşdirildi. |
Hətta vətəndaş narahatlıqlarının bir çoxu elə seçki kampaniyası zamanı öz həllini tapdı. |
Aparılan təbliğat işinin nəticəsində həm yeni tərəfdarlar qazanıldı, həm də partiyaya üzvlük üçün müraciət edən vətəndaşlarımızın sayı artdı. |
Seçki günü ölkənin bütün seçki məntəqələrində və dairələrində müşahidəçilərimiz əvvəldən sona qədər seçkini müşahidə etdilər və Seçki qərargahını müşahidə edilən səsəvermə prosesi ilə bağlı məlumatlandırdılar. |
Prezidentliyə namizəd Elşad Musayevin birbaşa görüşlər keçirdiyi şəhər və rayonlarda seçicilərimizin aktivliyi nəzərəçarpaq qədər böyük olmuşdur. |
Müşahidəçilərin verdiyi məlumatlara əsasən bildirik ki, seçki prosesi heç bir kənar müdaxilə olmadan keçirildi və seçki məntəqələrinin ətrafında heç bir polis əməkdaşına və ya hər hansı bir kampaniyaya rast gəlinmədi. |
Seçki məntəqələrində quraşdırılan veb-kameralar vasitəsilə aparılan müşahidələr də səsvermə prosesinin rəvan və təhlükəsiz şəraitdə baş tutduğunu göstərdi. |
Səsvermə günü seçki məntəqəsi daxilində və yaxınlığında seçicilər tərəfindən törədilən və ya başqa bir hadisə müşahidə edilmədi, seçici fəallığının əhəmiyyətli dərəcədə olması xüsusi diqqət çəkdi və səsvermə, səslərin hesablanması prosedurlarının şəffaflığı, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə... |
Böyük tarixi sınaqdan, qalibiyyətlə başa vurduğumuz Vətən müharibəsindən sonra keçirilən bu seçkidə xalq yenidən öz qalib lideri olan İlham Əliyevə böyük etimad göstərdi. |
Seçkinin ilkin nəticələrini legitim hesab edir və qələbə münasibətilə İlham Əliyevi səmimi qəlbdən təbrik edirik, ona çətin fəaliyyətində uğurlar arzulayırıq”, - deyə qeyd olunub. |
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi Belarus mətbuatında geniş işıqlandırılıb. |
AZƏRTAC xəbər verir ki, “BELTA” dövlət informasiya agentliyi və “Belarus Segodnya” nəşrində Azərbaycanda keçirilən seçki ilə bağlı silsilə məqalələr dərc olunub. |
Məlumatlarda seçkinin ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi xüsusi vurğulanıb. |
Həmçinin səsvermənin yekunu, “exit-poll”un nəticələri, Prezident İlham Əliyevin yenidən böyük səs çoxluğu ilə qələbə qazandığı, beynəlxalq müşahidəçilərin seçkiyə dair yüksək fikirlərinə yer verilib. |
ABŞ-nin “Associated Press” (AP) xəbər agentliyinin saytında bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisinə həsr olunmuş məqalə dərc olunub. |
Həmin materialdan fraqmentləri oxucuların diqqətinə çatdırırıq. |
“Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir və çox güman ki, hazırkı prezident İlham Əliyev hökuməti əvvəllər erməni separatçılarının nəzarətində olan bölgə üzərində suverenliyi bərpa etdikdən sonra növbəti müddətə yenidən seçiləcək. |
Prezident seçkisi 2025-ci ildə keçirilməli idi, lakin Azərbaycan otuz il ərzində etnik ermənilərin nəzarətində olan Qarabağ bölgəsini geri aldıqdan sonra növbədənkənar seçkisi elan olundu. |
Seçki rəsmilərinin bildirdiyinə görə, fəallıq yüksək olub, seçicilərin 70%-dən çoxu səsvermədə iştirak edib. |
2020-ci ilə qədər erməni hərbçilərinin nəzarətində olan Füzuli şəhərində AP müxbirləri seçicilərin uzun növbələrə düzülməsi ilə yüksək fəallığın şahidi olublar. |
Şəhərdə hələ də erməni işğalının xarabalıqları qalır, lakin hakimiyyət öz doğma torpaqlarına qayıtmaq istəyən yerli sakinlər üçün 25 yeni yaşayış binası tikib. |
1993-cü ildə Füzuli erməni qoşunları tərəfindən tutulduqdan və etnik azərbaycanlılar oradan qovulduqdan sonra ərazini tərk etmək məcburiyyətində qalan 73 yaşlı Raya Feyziyeva doğma şəhərinə qayıtdığı üçün İlham Əliyevə minnətdar olduğunu bildirib:""“30 illik əzab-əziyyətdən sonra vətənə qayıtdığımız üçün çox gözəl hiss... |
Mən xoşbəxt insanam, çünki əsas arzum gerçəkləşdi və doğma torpağımda dəfn olunacağımı biləndə rahatlıq tapıram”. |
2020-ci ildə Füzuli rayonunu geri almaq üçün mübarizə aparan 30 yaşlı Vüsal Cümşüdov da İlham Əliyevə səs verdiyini bildirib:""“Mən fəxr edirəm ki, biz doğma torpağımızı İlham Əliyevin rəhbərliyi ilə azad etdik. |
Mən fəxr edirəm ki, biz öz doğma torpağımızda səs vermişik”. |
Qarabağın erməni qoşunlarından geri alınan digər ərazisi Zəngilan rayonunun Ağalı kəndində də seçici fəallığı yüksək olub. |
Yeni tikilən məktəbdə yerləşən yerli seçki məntəqəsinin rəhbəri Mübariz Fərhadov 30 ildə ilk dəfə seçkinin doğma torpaqda keçirildiyi” tarixi anın şahidi olmaqdan böyük sevinc hissi keçirdiyini deyib. |
“Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi hazırkı dövlət başçısı İlham Əliyevin son dərəcə inamlı qələbəsi ilə başa çatıb. |
Ölkə tarixində ilk dəfə səsvermənin Qarabağ da daxil olmaqla onun bütün ərazisində keçirilməsi nəticəni əvvəlcədən müəyyənləşdirib. |
Seçicilərin 92%-dən çoxu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Prezidentə səs veriblər”. |
Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yer alan məqalədə qeyd olunub. |
Bildirilir ki, artıq digər ölkələrdən olan həmkarları İlham Əliyevi qələbə münasibətilə təbrik etməyə başlayıblar. |
Ekspertlər, müşahidəçilər və seçki komissiyalarının nümayəndələri 76,7 faiz seçici fəallığının son dərəcə yüksək olduğunu və məhz Prezident İlham Əliyevin bu təsirli nəticəyə nail olduğunu qeyd ediblər. |
“7 fevral seçkisinin əsas özəlliyi ondan ibarətdir ki, proses Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən 44 günlük müharibə nəticəsində dövlətə qaytarılan Qarabağda keçirilib. |
Həmin ərazilərdə ümumilikdə 26 seçki məntəqəsi yaradılıb. |
Təsadüfi deyil ki, İlham Əliyev ailəsi ilə birgə Qarabağın Xankəndi şəhərinə gələrək orada 122 saylı seçki dairəsinin 14 saylı yerli seçki məntəqəsində səs verib”, - deyə materialda vurğulanır. |
Diqqətə çatdırılır ki, prezident seçkisində digər namizədlər olsa da, favorit öncədən bəlli idi.""“Seçki kampaniyası cəmi 22 gün davam etdi və həm yerli sakinlərin, həm də ölkəyə gələn beynəlxalq müşahidəçilərin qeyd etdiyi kimi, son dərəcə sakit keçdi”, - məqalədə qeyd olunur. |
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi Türkiyə mediasında geniş işıqlandırılıb. |
AZƏRTAC xəbər verir ki, Türkiyənin “Beyaz Gazete” media qurumunun “Azərbaycan prezidenti Əliyev işğaldan azad edilmiş Xankəndidə səs verib” sərlövhəli yazısında Qarabağda 30 ildən sonra ilk dəfə seçki məntəqələrinin qurulduğu vurğulanıb. |
Məqalədə bildirilib ki, Azərbaycanın erməni işğalından azad etdiyi rayonlarda təxminən 30 ildən sonra ilk dəfə seçki məntəqələri yaradıb. |
Qarabağın mədəniyyət paytaxtı Şuşa, həmçinin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə yaradılmış 26 seçki məntəqəsində 23 mindən çox seçici səs verib. |
“Sondakika.com” saytı seçki ilə bağlı yazısını “Azərbaycan Prezidenti İlham Əliyev ailəsi ilə birlikdə Xankəndidə səs verib” sərlövhəsi ilə yayımlayıb. |
Azərbaycanda keçirilən seçki ilə bağlı görülən təhlükəsizlik tədbirlərinə diqqət çəkilən məqalədə, həmçinin deyilir:“Görülən təhlükəsizlik tədbirləri çərçivəsində 125 seçki dairəsində yaradılan məntəqələrdə xüsusi veb-kameralar quraşdırılıb. |
Səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb və növbədənkənar seçkinin ilkin nəticələri yaxın vaxtlarda açıqlanacaq. |
Azərbaycan Mərkəzi Seçki Komissiyası nəticələri 10 gün ərzində Konstitusiya Məhkəməsinə təqdim edəcək və nəticələr təsdiqləndikdən sonra Prezident rəsmən elan olunacaq”. |
Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonundakı mədəndə çökmə baş verib. |
Dağıntılar altında qalan iki işçidən biri xilas edilib. |
Xilas edilən Erdem Yıldız Atatürk Dövlət Xəstəxanasına aparılıb. |
Digər işçi Murat Çetinkayanı xilas etmək üçün işlər davam edir. |
Zonguldak valisi Osman Hacıbektaşoğlu mədənə gələrək əraziyə baxış keçirib. |
“Fevralın 7-də axşam saatlarında Azərbaycan vətəndaşları prezident seçkisində İlham Əliyevin qələbəsini qeyd etmək üçün küçələrə axışıblar. |
Respublika Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrinin 54 faizinin məlumatları işləndikdən sonra hazırkı dövlət başçısı növbədənkənar seçkidə iştirak edənlərin 92,1 faizinin səsini toplayıb. |
Seçici fəallığı 76,73 faiz olub”. |
Bu barədə NEWS.ru-nun reportajında bildirilir. |
Qeyd olunur ki, seçki məntəqələrində səhər saatlarından sıxlıq müşahidə olunub. |
Səsvermə şəffaf və pozuntu olmadan keçib. |
“Prosesdən əvvəl çoxlu hazırlıq işləri aparılıb. |
Son iki ayda Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları həm Bakıda, həm də yerli yerlərdə seçki prosesinin bütün iştirakçıları üçün treninqlər keçirib. |
İnsanlara seçicilərlə necə davranmaq, qeydiyyatdan keçmək, səsvermənin gedişini müşahidə etmək öyrədilib. |
Bunu bütün seçki məntəqələrində belə aydın, mütəşəkkil səsvermə sübut edir. |
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səsvermə xüsusi həyəcanla səciyyələnib. |
Sonradan təsdiqləndiyi kimi, məhz Qarabağda seçici fəallığı rekord həddə çatıb. |
Məsələn, Zəngilan-Qubadlı bölgəsində 71 faizi ötüb. |
Laçın şəhərindəki seçki məntəqəsinin qarşısında NEWS.ru reportyorları əsl izdihamla qarşılaşıblar. |
Məlum olduğu kimi, Laçın Qarabağ münaqişəsində əsas rol oynayıb. |
Məhz buradan 1990-cı illərin əvvəllərindən 2020-2023-cü illər hərbi əməliyyatları zamanı işğaldan azad olunana qədər İrəvanı erməni separatçıları tərəfindən ələ keçirilən Azərbaycan rayonları ilə birləşdirən məşhur Laçın dəhlizi keçib. |
Laçındakı daha bir seçki məntəqəsi dağın başında yerləşən məktəb binasında açılıb. |
Bu, yəqin ki, Laçının ən hündür nöqtəsidir”, - materialda vurğulanıb. |
Londonun “Çelsi” komandası səfərdə “Aston Villa”nı məğlub edərək, İngiltərə kubokunun növbəti mərhələsinə vəsiqə qazanıb. |
Oxu.Az xəbər verir ki, “Çelsi”nin hücumçuları “Aston Villa”nın qapısına üç dəfə qol vurublar. |
İlk hissədə Maurisio Poçettinonun komandasından Qallaxer və Cekson qol vurublar. |
İkinci 45 dəqiqədə Enzo Fernandes fərqlənib. |
Diabinin gecikmiş qolu meydan sahibləri üçün təsəlli olub. |
Qeyd edək ki, “Çelsi”nin bu turnirdəki növbəti rəqibi “Lids” olacaq. |
ABŞ-nin altı ştatında NYCHA dövlət şirkətinin 70 məmuru həbs edilib ki, bu, ABŞ tarixində ən böyük rüşvətlə bağlı əməliyyatdır. |
Bu barədə Manhetten ştatının federal prokuroru bildirib. |
476 səhifəlik məhkəmə sənədlərinə görə, Milli Təhlükəsizlik Araşdırmaları və Nyu-York şəhər Daxili təhlükəsizlik araşdırmaları departamenti illərdir Şəhər Mənzil İdarəsi barəsində araşdırma aparır. |
Müstəntiqlər bildirirlər ki, onlar şəhərin mənzil tikintisi sənayesində sistemli korrupsiya faktları aşkar ediblər. |
Qeyd olunur ki, saxlanılan məmurlar 10 min ABŞ dolları həddindən aşağı olan və açıq ticarət tələb etməyən ümumi məbləği 13 milyon dollar olan kiçik podratların verilməsindən 2 milyon dollardan çox qazanc əldə ediblər. |
Şübhəlilərin əksəriyyəti rüşvətxorluq və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunublar və bu ittihamlara görə maksimum 10 və 20 il həbs cəzası nəzərdə tutur. |
Bəzilərinə isə yeni ittihamlar irəli sürülüb. |
“Azərbaycanın ABŞ-dəki səfirliyinin konsulluq qeydiyyatında olan 175 vətəndaşımız artıq səsvermədə iştirak edib”. |
Diplomat bildirib ki, ABŞ-də fəal seçicilər arasında gənclər, xüsusilə tələbələr çoxdur:""“Vaşinqtondakı səfirlik binasında 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin nəzdində yaradılmış 43 saylı seçki məntəqəsi fəaliyyət göstərir. |
Seçicilərin 80%-i gənclər, 20%-i isə orta yaşlı nəslin nümayəndələridir. |
Səsvermədə iştirak edən seçicilərin intensivliyi yerli vaxtla saat 11:14-də qeydə alınıb. |
Konsulluq qeydiyyatında olan həmvətənlərimizin 60%-i səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçib. |
Ancaq qeydiyyatdan keçməyən vətəndaşlarımız da səfirliyə yaxınlaşıb səsvermədə iştirak edə bilirlər. |
Vaşinqtona ətraf şəhərlərdən gələn tələbələrimiz, iş məqsədi ilə ABŞ-də olan Azərbaycan vətəndaşları, hətta qonaq qismində orada olan həmvətənlərimiz səfirliyimizə yaxınlaşıb səsvermədə iştirak edirlər. |
Onlardan bir çoxu Merilend, Nyu-York, Filadelfiya, Nyu-Cersi ştatlarından gəliblər”. |
Konsul qeyd edib ki, səfirlik binasında seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb:""“Seçicilərdə xüsusi ruh yüksəkliyi hiss olunur. |
Müşahidələrimizdən aydın olur ki, onlar bu tarixi səsvermədə iştirak etməkdən çox məmnundurlar. |
Bu saatlara qədər hər hansı qanun pozuntusu qeydə alınmayıb”. |
“100 faizlik nəticəni hesablamaq üçün altı faizdən bir qədər çox seçki məntəqəsindən səslərin daxil olmasını gözləyirik”. |
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan tədbirdə məlumat verib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.