Search is not available for this dataset
text
stringlengths
10
518k
“Votkinsk zavodundan müraciət daxil olub, orada raket mühərriklərini sınaqdan keçiriblər.
Bu, fövqəladə hal deyil, planlaşdırılmış hadisədir”, - məlumatda bildirilir.
Qeyd olunub ki, Votkinsk zavodunun nümayəndələri yerli Fövqəladə Hallar Nazirliyinə İjevsk yaxınlığında baş verən güclü partlayışın səbəbinin bu zavodda aparılan sınaqlar olduğunu bildiriblər.
“Müşahidəçilər bildirirlər ki, seçicilərin aktivliyi görünməmiş səviyyədədir.
Azərbaycan vətəndaşları seçkilərdə çox böyük ruh yüksəkliyi ilə iştirak ediblər”.
Oxu.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hər hansı qüsürlar olubsa, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq araşdırılacaq:""“MSK-ya daxil olan müraciətlər ətraflı araşdırılmalıdır.
Ondan sonra isə öz fikrimizi ictimaiyyətə açıqlayacağıq.
Müşahidəçilər bildirirlər ki, seçicilərin aktivliyi görünməmiş səviyyədədir.
Azərbaycan vətəndaşları çox böyük ruh yüksəkliyi ilə seçkilərdə iştirak ediblər”, - M.Pənahov vurğulayıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkisinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.
Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:""“BAXCP ölkəmizdə 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkisində əsas rəqibinin Azərbaycan torpaqlarını işğaldan azad etmiş İlham Əliyevin olacağını bildiyindən seçkinin elan olunduğu ilk günlərdə seçkiyə qatılmağa tərəddüd etsə də, ölkəmizdə köklü i...
Seçkinin nəticələrinə dair hər hansı illüziyaya qapılmasaq da, əzmlə mübarizə apardıq.
Ölkəmizin müxtəlif regionlarında və paytaxtda seçicilərlə çoxsaylı görüşlər keçirərək insanları Azərbaycanı böyük islahatlar yolu ilə daha müasir, iqtisadi baxımdan daha güclü, daha nüfuzlu Avropa ölkəsi edəcək Qüdrət Həsənquliyevə səs verməyə çağırdıq.
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev və onun nümayəndələri mediada cəmiyyətimizdə mövcud problemlər və onlardan çıxış yollarına dair partiyamızın mövqeyini açıqladılar.
Səsvermə prosesini izləmək məqsədilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkəni əhatə edən seçki müşahidəçilərini qeydiyyatdan keçirdi.
Ümumilikdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının minlərlə müşahidəçisi, Seçki Qərargahının üzvləri seçki prosesini müsbət xarakterizə etmiş və nəticələrə təsir edə biləcək qanun pozuntularının olmadığını, nəticələrin vətəndaşların iradəsini ifadə etdiyini bildirmişdir.
Seçkinin nəticələri İlham Əliyevin inamlı qələbəsi ilə yanaşı sivil ölkələrdə olduğu kimi ölkəmizdə də güclü çoxpartiyalı sistemin yaranmasına yol açacaq ciddi siyasi islahatların aparılması zərurətini növbəti dəfə nümayiş etdirmişdir.
BAXCP olaraq seçkidə bizə dəstək olmuş tərəfdarlarımıza, təqdim etdiyimiz islahatlar paketinə səs vermiş hər kəsə dərin minnətdarlığımızı bildiririk.
BAXCP seçkinin legitimliyini şübhə altına alan iddiaları qəbul etmədiyini bəyan edir.
Biz seçkidə inamlı qələbə qazanaraq yenidən ölkə prezidenti seçilən İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik”.
Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı bəyanat yayıb.
Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:""“44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra ölkədə hökm sürən qalibiyyət ruhunun yeni ünvanı Azərbaycanda keçirilən Prezident seçkiləri oldu.
2024-cü ildə 78 ölkədə 83 seçkinin keçirilməsi və son 3 ayda 24 ölkədə növbədənkənar seçkinin elan olunması, ən əsası Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu Prezident seçkilərinin keçirilməsinin düzgün ali qərar olduğunu aşkar şəkildə ortaya qoymuşdur.
Ölkədə bütün siyasi partiyalara, müstəqil təşkilat və birliklərə, həmçinin fərdi təşəbbüskarlara böyük imkanlar yaradılaraq onların seçkidə iştirak imkanları təmin edilmişdir.
Bu fürsətdən istifadə edərək Zahid Oruc da Prezident seçkilərində müstəqil namizəd kimi iştirak etməyə qərar vermişdir.
Qısa zaman müddətində qurulan Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı ölkədəki demokratik seçki mühitindən yararlanaraq imzatoplama kampaniyasına başlamışdır.
Heç bir maneə ilə qarşılaşmadan ölkənin əksər seçki dairələrinin ərazisindən imzalar toplanılaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş və etibarlı imzalar nəticəsində Zahid Orucun namizədliyi qeydə alınmışdır.
15 yanvar tarixində başlanmış aktiv seçki təbliğatı işləri Seçki qərargahının planı əsasında bütün ölkə ərazisini əhatə etmişdir.
Paytaxt və regionlarla minlərlə seçicinin iştirakı ilə keçirilən görüşlərdə Prezidentliyə namizəd Zahid Orucun platforması təqdim edilmiş və elə yerindəcə əhalini narahat edən məsələlər dinlənilmişdir.
Təbliğat-təşviqat prosesində Azərbaycanda keçirilən prezident seçkilərinin azadlıqların tam təmin edilməsi şəraitində, əsas hüquq və azadlıqların qanunla qorunması çərçivəsində keçirildiyi müşahidə edilmişdir.
Demokratik prinsiplərin qorunduğu, qanunun aliliyinə əməl olunduğu, namizədlərə heç bir təzyiqin edilmədiyi şəraitdə keçirilən ədalətli və azad seçkilər namizədlər üçün əsl rəqabət meydanına çevrilmişdir.
Mərkəzi Seçki Komissiyası tərəfindən televiziya, radio və mətbuatda namizədlərin öz sərbəst təbliğatını aparması üçün olduqca münbit şərait və imkanlar yaradılmışdır.
Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı aktiv təbliğat zamanı və səsəvermə günü hansısa maneə və təzyiqlə qarşılaşmamış, bütün ölkə ərazisindəki məntəqələrdə, dairələrdə seçkiləri izləyən müşahidəçilərimizin Seçki ilə bağlı müşahidə təəssüratları müsbət olmuşdur.
Öz xalqını qalibiyyətə çatdıran, ölkəsini Qalib Ölkəyə çevirən namizəd İlham Əliyevlə mübarizə aparmaq olduqca çətin olsa da, bu seçkilər bizim komandamıza müsbət təcrübə qazandırmış və xalqla daha yaxın ünsiyyətimizə imkan yaratmışdır.
Müşahidəçilərimizin rəyinə əsasən seçkilərin ilkin nəticələrini Azərbaycan xalqının iradəsinin göstəricisi hesab edir və bu seçkilərdə qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi ürəkdən təbrik edirik.
Prezident İlham Əliyevə qlobal miqyasda baş verən gərginliklər fonunda dünya ilə ayaqlaşa bilən yeni Azərbaycan yaratmaq uğrunda çətin və şərəfli fəaliyyətində uğurlar arzulayırıq”.
Böyük Quruluş Partiyası bəyanat yayıb.
Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:""“07.02.2024-cü il tarixində Azərbaycan Respublikasında keçirilən Prezident seçkisində Böyük Quruluş Partiyası partiyanın sədri Fazil Mustafanın namizədliyi ilə təmsil olunub.
Seçki öncəsi imzaların toplanması prosesinə aktiv şəkildə qatılan partiya fəalları MSK tərəfindən müəyyən ediləndən daha çox sayda vətəndaş imzaları toplayaraq aidiyyəti üzrə təhvil verib və Fazil Mustafanın namizədliyinin qeydə alınmasına nail olub.
Partiyanın vahid namizədi Fazil Mustafanın təbliğat-təşviqat prosesi də aktiv şəkildə qurulub və maneəsiz şəkildə ölkənin müxtəlif regionlarında fərdi və kollketiv şəkildə seçicilərlə görüşləri keçirilib.
Bu görüşlərdən əlavə mətbuat, televiziya, radio, internet televiziyaları və saytlar, sosial şəbəkələr və canlı təmaslarla aparılan təbliğat-təşviqat işi məhsuldar şəkildə başa çatdırılıb.
Prezidentliyə namizəd Fazil Mustafa və onun vəkili, səlahiyyətli nümayəndələri, partiyamızın aktiv üzvləri tərəfindən keçirilən görüşlərdə və təbliğat işlərində minlərlə vətəndaşla təmas qurulub, onların problemləri dinlənilib və namizəd tərəfindən canlı debatlarda, sosial şəbəkələrdə vətəndaaş müraciətlərindəki proble...
Seçkidən əvvəlki prosesdə Böyük Quruluş Partiyasının sədri, Prezidentliyə namizəd Fazil Mustafanın aktiv təbliğat işinə dövlət qurumları tərəfindən hansısa maneə yaradılmayıb və təzyiqlər göstərilməyib.
Böyük Quruluş Partiyası seçkini yüzlərlə müşahidəçi ilə canlı müşahidə edib, həmçinin veb-kameralar quraşdırılmış məntəqələr partiyamızın üzvləri tərəfindən davamlı izlənilib və müşahidəçilərin gün ərzində verdiyi məlumatlar namizədimiz Fazil Mustafanın Seçki qərargahında analiz edilib.
Müşahidə apardığımız 6 mindən çox məntəqədə və ölkənin bütün seçki dairələrində seçkinin nəticəsinə təsir edə biləcək ciddi qanun pozuntuları tərəfimizdən qeydə alınmayıb.
Lakin çox az sayda seçki məntəqələrində müşahidəçilər arasında konfliktlərə, korlanmış seçki bülletenlərinin seçicilər tərəfindən dəyişdirilməsi tələbi ilə baş verən mübahisələrə və MSK protokolunun surətinin müşahidəçilərə gec təqdim edilməsi hallarına rast gəlinib.
Bu kimi halların seçkinin nəticələrinə təsir etmədiyi qənaətinə gələn Partiyanın seçki qərargahının üzvləri seçki prosesini ümumilikdə müsbət və qanunauyğun xarakterizə edib.
Partiyanın seçki qərargahının üzvləri müşahidəçilərimizin rəyinə əsasən belə hesab edir ki, bu Prezident seçkisi demokratik rəqabət mühitində keçirilmiş və seçki prosesində hər hansı ciddi qanun pozuntuları qeydə alınmayıb.
Biz, Böyük Quruluş Partiyasının sədri prezidentliyə namizəd Fazil Mustafanın seçki qərargahı olaraq bu Prezident seçkisinin ilkin nəticələrini tanıyır, səsvermənin ilkin nəticəsini qanuni hesab edir və Azərbaycan xalqının böyük etimadını qazanaraq Prezident seçilən İlham Əliyevi qələbə münasibətilə təbrik edirik.
İnanırıq ki, xalqımızın doğru seçim etdiyi öz müsbət nəticələrini qısa zamanda göstərəcəkdir”.
Dünyada üç milyona yaxın ağıllı diş fırçası hakerlərin kiberhücumuna məruz qalıb və İsveçrə şirkətinə böyük miqyaslı DDoS hücumuna cəlb edilib.
Qeyd olunur ki, hücuma məruz qalan şirkətə milyonlarla avro dəyərində ziyan dəyib.
Hesabatda çirklənmiş diş fırçalarının konkret markası qeyd olunmur.
Bununla belə, onların istifadəçilərinin vərdişləri haqqında məlumatları mobil tətbiqə ötürmək üçün internetə çıxışlarının olduğu qeyd edilib.
Dələduzlar “Java” proqramlaşdırma dilində yazılmış qadcetlərin proqram təminatında boşluq aşkar ediblər.
Rusiyanın “Arqumentı i faktı” nəşri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini işıqlandırıb.
Nəşrin ölkəmizdəki müxbiri Prezident İlham Əliyevin böyük fərqlə qalib gəldiyini, digər namizədlərdən isə yalnız üçünün bir faizdən artıq səs topladığını xüsusilə qeyd edib.
“2023-cü ildə Azərbaycan Qarabağa nəzarəti bərpa edib.
Məhz buna görə də Azərbaycanda 1991-ci ildə müstəqillikdən sonra ilk dəfə olaraq bütün respublika ərazisində növbədənkənar seçkinin keçirilməsi qərara alınıb.
Bu baxımdan da, Cənubi Qafqaz dövləti üçün bu səsvermə tarixi əhəmiyyət daşıyır”, - məqalədə bildirilir.
Həmçinin, seçicilərin fəallığı və seçkinin şəffaflığının da yüksək səviyyədə olduğu diqqətə çatdırılır.
“Son rəqəmlərə görə ölkədə seçici fəallığı 70 faizdən çox olub.
Bu isə o deməkdir ki, sözün həqiqi mənasında Azərbaycan xalqı öz prezidentini seçib.
Seçkinin şəffaflığı seçki məntəqələrində yerləşən 1000-ə yaxın veb-kamera, həmçinin MDB, ATƏT, Türk Dövlətlərinin Parlament Assambleyası və digər təşkilatlardan çoxsaylı beynəlxalq müşahidəçilər tərəfindən təmin edilib.
Ümumilikdə, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə görə, prezident seçkisi zamanı dünyanın müxtəlif ölkələrindən 109 KİV-dən 790 beynəlxalq müşahidəçi və jurnalisti prosesi izləyib”, - materialda qeyd edilir.
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə nazirlik bəyanat yayıb.
“Prezident seçkilərinin qardaş Azərbaycan üçün xeyirli olmasını arzu edirik.
Seçkilərin işğaldan azad olunmuş Qarabağ da daxil olmaq bütün ölkə ərazisində, sakit formada keçirilməsindən məmnunuq”, - bəyanatda bildirilib.
Milli Cəbhə Partiyası seçkilərin ilkin nəticələrinə və “exit poll”arın nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının bəyanatında bildirilib.
Bəyanatda deyilir:""“Vətən müharibəsində qalib gələrək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qəhrəman xalqımızın bütün ölkə ərazisində ilk dəfə iştirak edəcəyi seçkilərə qatılmaq Milli Cəbhə Partiyası üzvləri və partiya funksionerlərinin yekdil qərarı ilə mümkün olub.
Fevralın 7-də keçirilən seçkilərə hazırlıq müddətinin qısa olmasına baxmayaraq, Milli Cəbhə Partiyası bu seçkiləri partiyanın növbəti sınağı kimi dəyərləndirib.
Partiyanın sədri Razi Nurullayevin namizədliyini irəli sürmək və qeydiyyata alınması üçün tələb edilən vətəndaş imzalarını toplamaq heç də asan olmayıb.
Müharibədən yeni çıxmış, haqq savaşında qalib gəlmiş, öz rəhbərinə güvənən Azərbaycan xalqından namizədlik üçün imza almaq çox çətinliklə mümkün olmuş, bunun üçün partiya fəalları tərəfindən bütün ölkə ərazisində proses başladılmışdır.
Vətəndaşlarımızın imzalarını toplamaq partiyamızın gücünü göstərən amil hesab edilə bilər”.
“Seçki prosesində ölkədə mövcud olan demokratik mühit və fikir azadlığının dövlət təminatı Milli Cəbhə Partiyasının seçkiöncəsi prosesdə uğurlarının əsasını təşkil etmişdir.
Aparılan təbliğat və təşviqat işləri ölkənin ayrı-ayrı regionlarını, kəndləri, qəsəbələri, şəhərləri və paytaxt Bakını əhatə etmişdir.
Bu görüşlərdə minlərlə vətəndaşımız iştirak etmiş və öz problemlərini partiyamızın prezidentliyə namizədi Razi Nurullayevlə bölüşmüşdür.
Prezidentliyə namizəd Razi Nurullayev də öz növbəsində vətəndaşların sosial problemlərini həlli yollarını öz platformasına daxil edərək televiziya, radio və müxtəlif mətbuat orqanları vasitəsilə Azərbaycan xalqına çatdırmışdır.
Bunun nəticəsində seçicilər seçki günü prezidentliyə namizəd Razi Nurullayevin qələbəsi üçün seçki məntəqələrinə gəlmiş və öz namizədlərinə səs vermişlər.
Bu prosesi Milli Cəbhə Partiyasının 6 mindən çox müşahidəçisi ölkədə mövcud olan bütün seçki məntəqələrində yaxından izləmiş və öz qeydlərini seçki günü bir neçə dəfə Milli Cəbhə Partiyasının Seçki qərargahı ilə bölüşmüşdür.
Müşahidəçilərin qeydlərindən və rəylərindən seçkilərin ölkənin bütün ərazisində sakit və sülh şəraitində keçdiyi, prosesin gözlənilənlərə adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğu qənaətinə gəlinmişdir.
Milli Cəbhə Partiyası bəyan edir ki, seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanları təmin edilmiş, müşahidəçilər tərəfindən heç bir qanun pozuntusu qeydə alınmamışdır.
Seçkilərin ilkin nəticələrinə və ekzitpolların nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi Milli Cəbhə Partiyasının üzvləri, seçki qərargahının üzvləri və partiyanın sədri Razi Nurullayevin adından təbrik edir, vətənə və millətimizə xeyirli...
Suveren Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunvericilik aktlarının, həmçinin ölkədə mövcud olan plüralizm, söz və fikir azadlığının yaratmış olduğu imkanlardan istifadə edək Fuad Ağası oğlu Əliyev ölkədə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmüşdür.
Digər 16 namizəd kimi lazımi sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim ediləndən dərhal sonra Fuad Əliyevin namizədliyi təsdiq edilmiş və imzalar toplanması üçün müvafiq imza vərəqələri namizədin səlahiyyətli nümayəndələrinə təqdim edilmişdir.
Qısa zamanda təşkilatlanan komandamız öncə Seçki qərargahı təşkil etmiş və ölkə üzrə imzalar toplamağa başlamışdır.
Heç bir təzyiq və maneə ilə qarşılaşmadan, tam sərbəst şəkildə imzalar toplanmış və aidiyyəti üzrə təhvil verilmişdir.
Oxu.Az xəbər verir ki, bu barədə Prezidentliyə namizəd Fuad Əliyevin Seçki qərargahının bəyanatında qeyd olunub.
Prezidentliyə namizəd Fuad Əliyevin Seçki qərargahı namizədlik üçün imza verən şəxslər arasından və namizədin digər tərəfdarlarından öz müşahidəçilərini seçmiş və 6 min nəfərdən çox şəxs müşahidəçi kimi DSK-da qeydiyyatdan keçirilmişdir.
Aktiv təbliğat zamanı Bakının Xəzər, Nəsimi və Nizami rayonlarında, həmçinin Abşeron, Ağsu, Astara, Beyləqan, Balakən rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində, digər yaşayış massivlərində, kənd və qəsəbələrdə minlərlə seçici ilə Fuad Əliyevin birbaşa canlı görüşləri keçirilmişdir.
Bu görüşlərdə Fuad Əliyev təkcə öz platformasını seçicilərə çatdırmamış, onları maraqlandıran sualları cavablandırmış və problemlərini dinləyərək ictimailəşdirmişdir.
Televiziya, radio və qəzetlərdə namizədlər üçün müəyyən edilmiş pulsuz təşviqatdan lazımınca istifadə edilmiş və görüşdüyümüz əhalinin fərdi və kollektiv problemləri aidiyyəti dövlət orqanlarının diqqətinə çatdırılmışdır.
Seçki günü bütün ölkə ərazisində 6 mindən çox seçki məntəqəsində və 125 dairənin hər birində Prezidentliyə namizəd Fuad Əliyevin müşahidəçiləri seçkiləri izləmiş və gün ərzində bir neçə dəfə vəziyyətlə bağlı qərargahı məlumatlandırmışdır.
İstər seçki öncəsi prosesdə, istərsə də səsvermə günü müşahidəçilər tərəfindən seçkinin nəticələrinə təsir edə biləcək neqativ hala rast gəlinməmişdir.
Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda Prezident seçkiləri dinc və sakit ab-havada keçmiş, seçkilərdə bütün namizədlər və müşahidəçilər üçün bərabər şərait yaradılmış, bütün seçki prosesi MSK tərəfindən qanunlara uyğun təşkil olunmuşdur.
Seçkilərin ilkin nəticəsi onu deməyə əsas verir ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə böyük etimad göstərmişdir.
Bu qələbə münasibətilə İlham Əliyevi ürəkdən təbrik edir və Prezidentə Azərbaycanın qüvvətlənməsi, insanlarımızın rifahının daha da yaxşılaşdırılması üçün atacağı bütün addımlarda uğurlar arzulayırıq.