Search is not available for this dataset
text
stringlengths
10
518k
O bildirib ki, altı faizdən bir qədər çox seçki məntəqəsindən MSK-ya daxil olacaq nəticələr hazırki vəziyyəti dəyişməyəcək:""“Açılacaq bülletenlər seçki nəticələrinə təsir etməyəcək.
Xalq səsvermə hüququndan istifadə edərək öz liderini seçdi”.
Dünya mediası fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini diqqət mərkəzində saxlayıb və dövlətimizin başçısı İlham Əliyevin inamlı qələbəsindən yazıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin seçkidə inamlı qələbəsi haqqında operativ xəbərlər Türkiyənin Anadolu İnformasiya Agentliyində, Macarıstanın ingilisdilli xəbər portalı “Daily News Hungary”, “Origo”, “Magyar Nemzet”, “Demokrata” və digər mətbuat orqanlarında yayılıb.
Beynəlxalq internet nəşri olan “Breaking News Network Worldwide” isə “Azərbaycanda seçkidə yüksək seçici fəallığı:xalq üçün qələbə” sərlövhəsi ilə məqalə dərc edib.
Avropa, ABŞ, həmçinin Yaxın Şərq və Asiyanın, o cümlədən Çin və Pakistanın media orqanları qeyd edirlər ki, seçki ilk dəfə Azərbaycanın müasir tarixində ölkənin öz ərazisi üzərində tam nəzarəti əldə etməsi şəraitində keçirilib.
Ölkə ərazisinin təxminən 20 faizi 30 il ərzində işğal altında olub.
“Associated Press”, “The Washington Post”, “Euronews” kimi nüfuzlu media orqanları səsvermə günü seçicilərin yüksək fəallığını və əhvali-ruhiyyəsini qeyd edirlər.
Jurnalistlərin seçkiyə qədər söhbət etdikləri ölkə vətəndaşları bildirirdilər ki, onlar Müzəffər Prezidentə səs verəcəklər, çünki məhz o, uzun illər işğal altında olmuş torpaqları geri qaytarıb.
“Euronews” yazır ki, Prezident İlham Əliyevin azərbaycanlılar arasında nüfuzu ölkənin Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra daha da artıb.
Bu nəşr öz övladlarının xoşbəxt gələcəyini indiki seçkilərlə əlaqələndirən sadə Azərbaycan vətəndaşlarının sözlərini təqdim edib.
Məqalələrdə Azərbaycan Prezidentinin dediyi “çünki seçki bir dövrə yekun vurur.
Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir” fikirləri vurğulanır.
Xarici media dövlətimizin başçısının sözlərini sitat gətirərək yazır ki, məhz “işğal olunmuş ərazilərin otuz ildən sonra azad edilməsi və suverenliyimizin bərpası yeni eranın başlanğıcı oldu”.
İtaliyanın nüfuzlu “La Repubblica” nəşrinin müxbirinin azərbaycanlı seçicilərlə söhbətindən sitatlar gətirir:“Mən heç kimə deyil, yalnız İlham Əliyevə səs verəcəyəm”, - deyə Bakıda suvenir satıcısı Şahin Həmidov bildirir.
O, daha sonra əlavə edir:“Mənim oğlum da işğal olunmuş ərazilərin azad edilməsi uğrunda döyüşüb.
Əliyev bizim torpaqlarımızı qaytardı.
O, 30 illik münaqişədən sonra ədaləti bərpa etdi”.
“La Repubblica” daha sonra ilk dəfə səsvermədə iştirak edən 20 yaşlı Elmira Cəfərova və Tenzar Əmirovanın Fəvvarələr meydanındakı kafedə, bulvarda uşaq arabası ilə gəzən 30 yaşlı Aydan Abdullayevanın söylədikləri fikirləri təqdim edir:“Biz Əliyevə səs verəcəyik.
Digər materiallarda bildirilir ki, fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı məntəqəsində səs veriblər.
Bu şəhərdə ötən ilin noyabrında Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirilib.
“Associated Press” yazır ki, bu paradda çıxış edən Prezident deyib:“Biz Azərbaycan xalqının gücünü, iradəsini və əyilməz ruhunu bütün dünyaya göstərdik”.
Nəşrin müxbirləri işğaldan azad olunmuş Füzuli şəhərində seçkini izləyərkən seçicilərin səsvermədə necə həvəslə iştirak etdiklərinin şahidi olublar.
Onlar yazırlar ki, bu şəhərdə dağıntıların izləri görünür, amma dövlət Füzulini sürətlə bərpa edir, burada artıq sakinlərin qayıdışını göstərən 25 yaşayış binası tikilib.
Bəhreynin “The Daily Tribune” qəzeti Azərbaycandakı seçkini sabitliyə və inkişafa sədaqətin nümunəsi olan mühüm hadisə adlandırır, Pakistanın “The Express Tribune” nəşri isə seçkini ölkə tarixində dönüş nöqtəsi, hər bir vətəndaşın respublikanın taleyinin müəyyən edilməsinə cəlb olunmasının rəmzi kimi xarakterizə edir.
“The Express Tribune” Azərbaycanın öz ərazilərində suverenliyini tam bərpa etməsini tarixi Zəfər adlandırır.
Qəzet yazır ki, bu Qələbə bütün regionun geosiyasi mənzərəsini dəyişib.
Qəzet, həmçinin oxuculara son illərdə Azərbaycanın uğurları və nailiyyətləri haqqında geniş icmal təqdim edir.
“Azərbaycan xalqının sosial və iqtisadi rifahı hökumətin təşəbbüsləri sayəsində xeyli yaxşılaşıb”, - deyə nəşrin məqaləsində qeyd edilir.
Diqqətə çatdırılır ki, ümumi daxili məhsulun sürətli artımı 2003-cü ildəki 7,3 milyard dollardan 2022-ci ildə 78,7 milyard dollara qalxıb, habelə yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,5 faizə qədər azalıb.
Məqalədə vurğulanır ki, keçmiş məcburi köçkünlər tədricən öz doğma yurdlarına qayıdır, Azərbaycanın beynəlxalq arenada dünya mərkəzi kimi nüfuzu isə ölkənin inkişafı sayəsində yüksəlib.
Azərbaycan son illərdə Birinci İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi mötəbər tədbirləri keçirib, yaxın gələcəkdə isə COP29-a ev sahibliyi edəcək.
Ölkənin dünyada nüfuzunun artmasının daha bir sübutu onun BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və Qoşulmama Hərəkatına uğurlu sədrliyidir.
Rusiyanın TASS, “İzvestiya”, RBK, “Vedomosti”, “İnterfaks”, “Nezavisimaya qazeta”, “Komsomolskaya Pravda”, “Arqumentı i faktı”, “Rossiyskaya qazeta”, “Qazeta.ru” media orqanlarında “exit-poll” məlumatlarına əsasən qeyd olunur ki, Prezident İlham Əliyev seçkidə 93,9 faiz səslə liderdir.
Eyni zamanda bildirilir ki, prezident seçkisi ölkənin bütün ərazisini, o cümlədən 26 seçki məntəqəsinin açıldığı Qarabağı da əhatə edir.
Ölkə böyük dəyişikliklərdən sonra yaranmış şəraitdə növbədənkənar seçki keçirir.
Prezident İlham Əliyev özü və ailə üzvləri Xankəndidə səs verib.
“Euronews” kanalı “exit-poll” məlumatlarına əsasən yayımlanan təcili xəbərində qeyd edib ki, İlham Əliyev təxminən 94 faiz səs toplayaraq seçkidə qalib gəlir, onun Qarabağda nüfuzu isə 100 faizə yaxındır.
Bir çox materiallarda vurğulanır ki, beynəlxalq müşahidəçilər yüksək seçici fəallığı şəraitində keçirilən seçkidə hər hansı pozuntu aşkar etməyiblər.
“Vestnik Kafkaza” Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin sədrinin birinci müavini İlyas Umaxanovun sözlərini təqdim edib.
O bildirib ki, Azərbaycandakı seçki Avropa seçkilərindən də yüksək səviyyədə təşkil olunub.
“TASS” Agentliyinin baş direktorunun birinci müavini və MDB-dən olan müşahidəçi Mixail Qusman “NEWS.ru” saytına bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi əvvəlkilərdən yüksək seçici fəallığı ilə fərqlənir.
O əlavə edib ki, respublika üçün Qələbə ilə başa çatan müharibə nəticəsində Azərbaycan bu gün ərazisi işğal altında olmayan bir ölkədir.
Bu fakt insanların seçkilərdə ruh yüksəkliyinə ciddi təsir edib.
Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsinin keşişi, Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksi (Nikonorov) “Moskva-Bakı” portalına müsahibəsində Azərbaycanda hazırkı prezident seçkisini xüsusi və nadir adlandırıb.
Onun sözlərinə görə, bu seçki müharibə və sülh epoxaları arasında özünəməxsus keçid xəttidir.
O qeyd edib ki, bu gün təkcə 7 illik gələcəyin deyil, həmçinin Azərbaycanın qədəm qoyduğu yeni epoxanın taleyi həll olunur.
Rusiyanın “Birinci” telekanalı Azərbaycandakı prezident seçkisində yüksək seçici fəallığı haqqında bir neçə reportaj yayımlayıb, “NTV” telekanalı isə Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndidə səsverməsini əlamətdar hadisə kimi xarakterizə edib.
“Belarus seqodnya” nəşri MDB PA-nın müşahidəçisi, politoloq Oleq Leşenyukun prezident seçkisinin Azərbaycanın beynəlxalq arenada mövqelərini möhkəmləndirməsi barədə sözlərini təqdim edib.
O vurğulayıb ki, seçicilərin yüksək fəallığı xalqın siyasi, iqtisadi və sosial rifahını təmin edəcək səmərəli dövlət idarəçiliyinə marağı ilə əlaqədardır.
Türkiyənin Anadolu Agentliyi işğaldan azad olunmuş ərazilərdə, xüsusən Füzuli şəhərində səsvermənin gedişi, öz evlərinə qayıtmış keçmiş məcburi köçkünlərin seçkidə iştirakı barədə yazıb.
“Haber Global” isə yazır ki, 30 il işğal altında olmuş Qarabağda ilk dəfə seçki məntəqələri yaradılıb, bu fakt demokratiyanın təntənəsidir.
Həmin ərazilərdə 20 min seçici bu gün həqiqətən də 300 milyon nəfərdən ibarət Türk dünyasının döyünən ürəyidir.
Türkiyənin İHA, “Hürriyet”, “Son dakika”, “Haberler.com”, “Beyaz Gazete”, “TRT-Haber” kimi media orqanları da növbədənkənar prezident seçkisinin ölkənin bütün ərazisində keçirildiyini vurğulayıblar.
Bildiriblər ki, dövlət başçısı bir vaxtlar separatçı ermənilərin əsas şəhəri olan, ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində azad edilən Xankəndidə səs verib.
Məqalələrdə, həmçinin seçkilərdə həvəslə iştirak edən azad olunmuş ərazilərdəki insanların – qalib ölkə vətəndaşlarının fikirləri yer alıb.
Xarici mediada, həmçinin İlham Əliyevin qələbəsinin bayram edilməsi də yer alıb.
Qeyd olunub ki, respublikanın paytaxtında insanlar Dövlət Bayrağı və Yeni Azərbaycan Partiyasının bayrağı ilə küçələrə çıxıblar, musiqilər səslənir, vətəndaşlar rəqs edirlər.
Bu insanlar müxtəlif yaş qruplarına aiddirlər, onların çoxu uşaqları ilə gəlib.
Tanınmış türkiyəli jurnalist Fulya Öztürk Heydər Əliyev Mərkəzində canlı yayıma çıxaraq, telekanalın efirində Azərbaycan vətəndaşları ilə söhbət edib.
Azərbaycandakı prezident seçkisi Qazaxıstan və Qırğızıstanın “Kazinform”, “Zakon.kz”, “Veçerniy Bişkek” və digər media orqanlarında da operativ işıqlandırılıb.
Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ağaməmmədov saxlanılıb.
Həmin şəxsin üzərindən satmaq məqsədilə daşıdığı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı Xaçmaz rayon sakini Ramazan Əliyev saxlanılıb.
Həmin şəxs ayrı-ayrı vaxtlarda kirayə qaldığı evdən və işlədiyi obyektdən soyuducu, televizor və pul oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 1512 manat ziyan vurub.
Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Teymur Ağaməmmədovun barəsində həbs, Ramazan Əliyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində 1 ədəd qaz sayğacı və 1 kvadratmetr sahədə yığılan məişət tullantıları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Mənzillər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, Kuba Prezidenti “X” sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edib.
Paylaşımda deyilir:“Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edir, ona yeni mandatında uğurlar və xalqına firavanlıq arzulayıram.
Hər iki ölkə arasında dostluğu və əməkdaşlığı bundan sonra da möhkəmləndirməyə hazır olduğumuzu bir daha bildirirəm”.
21:18"Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:""“Hörmətli cənab Prezident.
Xorvatiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Ötən otuz il ərzində Xorvatiya və Azərbaycan yüksək səviyyəli ikitərəfli əməkdaşlığa nail olub.
Mən şadam ki, 2023-cü ilin noyabrında Bakıda keçirdiyimiz görüş zamanı əlaqələrimizi, xüsusilə ticarət və enerji təhlükəsizliyi sahələrində ümumi əməkdaşlığımızı müzakirə etmək fürsətimiz oldu.
Qarşıdakı illərdə Sizinlə və Azərbaycan Respublikasının Hökuməti ilə siyasi, iqtisadi və mədəni münasibətlərin daha da inkişafına nail olmaq üçün sıx işləməyə sadiqliyimizi bildirirəm.
Azərbaycan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə Sizə böyük uğurlar arzu edirəm.
Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.
21:06"Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:""“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan zamanla ayaqlaşan, iqtisadi və sosial həyatda sürətli artım nümayiş etdirən ölkədir.
Bu isə, öz növbəsində, əsas etibarilə uzun illər ərzində xalq tərəfindən geniş şəkildə dəstəklənən və rəğbətlə qarşılanan uzaqgörən dövlət siyasətinizin nəticəsidir.
Bunu keçirilmiş prezident seçkilərinin nəticələri də sübut edir.
Biz Sizin Türkmənistana səmimi dostluq münasibətinizi yüksək qiymətləndiririk.
Qəti əminəm ki, Türkmənistan-Azərbaycan əməkdaşlığı iki ölkə xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifədə bütün məqsədlərə nail olmağı, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzu edirəm”.
20:40"Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.