Search is not available for this dataset
text
stringlengths
10
518k
Xüsusilə tıxac zamanı bu görüntünün şahidi ola bilərik.
Nəsimi rayonu Rəşid Behbudov küçəsində qeyd etdiyimiz qaydanı pozan sürücü kameraya düşüb.
“Avtosfer”in məlumatına görə, hadisə fevralın 5-də günorta saatlarında qeydə alınıb.
Videodan göründüyü kimi, 20-EL-615 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü avtobuslar üçün nəzərdə tutulmuş zolaqla hərəkət edib.
Belə ki, o, yolda yaranmış sıxlığa düşməmək üçün qayda pozmaqdan çəkinməyib.
Qeyd edək ki, avtobus zolağına daxil olan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq, 40 manat cərimə olunurlar.
Haitidə Baş nazir Ariel Anrinin istefası tələbi ilə davam edən etiraz aksiyaları zamanı nümayişçilərlə Haiti Milli Polis qüvvələri arasında baş verən toqquşmalarda azı 10 nəfər ölüb.
Etirazlar zamanı küçələrdə silahlı müxalifət tərəfdarları da olublar.
Həmin silahlı şəxslərin polis bölməsinə hücumu nəticəsində bir nəfər həlak olub.
Həmçinin paytaxt Port-o-Prinsdə hökumət binalarına hücumlar qeydə alınıb.
Qeyd edək ki, yanvarın sonunda Haiti Parlamenti Senatının keçmiş üzvü, 2021-ci ilin iyulunda öldürülən prezident Jovenel Moisenin müttəfiqi Jan-Şarl Moise ölkə vətəndaşlarını Ariel Anri hökumətini devirmək üçün fevralın əvvəlində kütləvi etiraz aksiyalarına çıxmağa çağırıb.
Yevlax şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 35 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində 1,5 kvadratmetr sahədə mebel yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, mətbəxin qalan hissəsi və ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ali Məhkəmədə adam oğurluğunda təqsirli bilinən Niyaməddin Kazımlı və Fərəh Rəsulovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə bildirib ki, təqsirləndirilən şəxslər kassasiya şikayətini geri götürüblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə aralarında dünya və Avropa çempionlarının olduğu dəstə üzvlərindən Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlu 8 il 6 ay azadlıqdan məhrum edilib.
İdmançı Fərəh Rəsulovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.
Adam oğurluğunun sifarişçisi olan Aygün Abbasova da 5 il həbs cəzası alıb.
Lakin onun himayəsində azyaşlı uşaq olduğundan övladının 14 yaşı tamam olandan sonra məhkumluğu başlayacaq.
Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, idmançılar Xətai rayon sakini Hüseyn Əsgərovu oğurlamaqda ittiham olunublar.
Məhkəmə araşdırması zamanı məlum olub ki, onlar Aygün Abbasovanın sifarişini yerinə yetiriblər.
Belə ki, H.Əsgərovun A.Abbasovaya 25 min manat borcu olub.
Borcunu ala bilmədiyi üçün idmançı dəstəyə müraciət edərək pulunu geri alacaqları təqdirdə onlara 10 min manat verəcəyini vəd edib.
Dəstə üzvləri Əsgərovu məcburi avtomobilə əyləşdirib Abbasovanın Pirşağı qəsəbəsindəki bağ evinə aparıblar.
Orada Hüseyni döyüb 25 min əvəzinə 30 min manat ödəməsini tələb ediblər.
DİN-in keçirdiyi əməliyyatla idmançı dəstə saxlanılıb və Hüseyn Əsgərov girov saxlandığı yerdən sağ-salamat azad olunub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, ittiham olunan şəxslərdən Fərəh Rəsulova universal döyüş üzrə dünya və Avropa çempionudur.
Niyaməddin Kazımlı klassik güləş üzrə dəfələrlə Azərbaycan çempionu olub.
Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvü olub.
O, 2009-cu ildə Ermənistanda bürünc medal qazanıb.
Vasif Allahverdiyev də güləşçi olub.
Qaçırılan Hüseyn Əsgərovun da peşəkar idmançı olduğu bildirilir.
Qazaxıstanda təbii fəlakətin baş verdiyi ərazidən dörd nəfərin meyiti çıxarılıb.
Bu barədə Almatı Fövqəladə Hallar Departamenti məlumat verib.
Bildirilir ki, meyiti çıxarılanlar - 1984-cü il təvəllüdlü kişi, 1980-ci il təvəllüdlü qadın və 2007-ci il təvəllüdlü iki yeniyetmədir.
Həmçinin qeyd edilib ki, dağıntılar altında olan insanların axtarışına maksimum sayda xilasedici cəlb edilib.
Bununla belə, yolun çox dar olması səbəbindən avadanlıqlardan tam istifadə etmək mümkün olmadığı üçün, xilasedicilər əllə işləyirlər.
Sürüşmənin mümkün səbəbi kimi təsərrüfat üsulu ilə tikilmiş yeraltı su borusu və düzgün qurulmayan yağış drenajı göstərilir.
11:01"Almatıda sürüşmə nəticəsində dağılan evin dağıntıları altından 16 yaşlı yeniyetmənin meyiti tapılıb.
Bu barədə Almatı Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, hazırda ərazidə 182 mütəxəssis və 32 texnika cəlb olunub.
İtkin düşən şəxslərin axtarış-xilasetmə işləri davam etdirilir.
10:44"Almatıda (Qazaxıstan) yaşayış evləri palçıq axını nəticəsində torpağın altında qalıb.
Almatı Fövqəladə Hallar Departamentinin mətbuat xidmətinin məlumatına görə, çökmə texnogen xarakterli torpağın bataqlıqlaşması nəticəsində baş verib.
İlkin məlumata görə, yaşayış evlərində ikisi uşaq olmaqla dörd nəfər olub.
Hadisə yerində Fövqəladə Hallar Xidmətinin əməkdaşları işləyirlər.
İtkin düşən insanların axtarışı aparılır.
Göyçay rayonunda yeddi yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb.
O, yaxınları tərəfindən təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
V.Cəlilli ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib və fevralın 7-də həmin xəstəxanada ölüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Nikolas Maduro bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:""“Azərbaycan xalqını və onun yenidən seçilmiş Prezident İlham Əliyevi təbrik edirəm.
Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqınızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz.
Daha yeni zirvələrə doğru irəli!
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Bu barədə Respublikaçı Alternativ Partiyası məlumat yayıb.
Təbrikdə İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasında rolu xüsusi vurğulanıb.
10:58"Azərbaycan Milli İstiqlal Partiyası bəyanat yayıb.
Oxu.Az-ın məlumatına görə, bəynatda deyilir:""“Azərbaycan Milli İstiqlal Partiyası növbədənkənar prezident seçkisi elan olunduqdan dərhal sonra seçkidə iştirakla bağlı məsələni partiya daxilində ətraflı müzakirəyə çıxarıb.
AMİP Siyasi Şurası 15 dekabr 2023-cü il tarixdə müzakirələri yekunlaşdırmaqla müvafiq Qərar qəbul edib və 7 fevral 2024-cü il prezident seçkisində partiyanın öz namizədi ilə iştirakı məqsədəuyğun hesab edilməsə də, çoxsaylı partiya üzvləri tərəfindən seçkini müşahidə missiyasının həyata keçirilməsi qərara alınıb.
Partiyanın ölkə üzrə yerli rayon təşkilatlarının verdiyi məlumatlara əsaslanaraq, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin böyük əksəriyyətinin seçkilərin legitim, şəffaf və ədalətli keçdiyi, hər hansı zorakılıq halları müşahidə edilmədiyi ilə bağlı fikirlərini bölüşərək, media təmsilçilərinin məlumatlarını, eləc...
Cənab Prezident İlham Əliyevi ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməklə keçirilən Zəfər seçkisində Azərbaycan xalqının böyük səs çoxluğunu qazanaraq qalib gəlməsi münasibətilə təbrik edir, yeni hədəflər və güclü, demokratik, firavan Azərbaycan uğrunda davamlı fəaliyyətində uğurlar arzulayırıq.
İnanırıq ki, bu seçkidəki qələbə müxtəlif istiqamətlər üzrə islahatların həyata keçirilməsinə təkan verəcək və bundan qazanan məhz Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi olacaq”.
10:29"Azərbaycan Demokratik Maarifçilik Partiyası bəyanat yayıb.
Oxu.Az-ın məlumatına görə, bəynatda deyilir:""“Yeni Azərbaycan Partiyasının namizədi, müzəffər Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyən Azərbaycan Demokratik Maarifçilik Partiyası 7 fevral - prezident seçkisində çoxsaylı üzvləri və müşahidəçiləri ilə yaxından iştirak edib.
Bir sıra seçki dairələrində və səsvermə məntəqələrində seçkini canlı izləyən müşahidəçilərimiz səsvermənin gedişatı və bütünlüklə seçki prosesi ilə bağlı öz fikir və rəylərini mütəmadi olaraq partiyanın qərargahı ilə bölüşüb.
Demokratik və dinc şəraitdə keçən seçkiöncəsi proses bir çox xüsusiyyətləri ilə fərqlənib.
Namizədlər üçün yaradılmış geniş imkanlar, onların effektiv təbliğat işi aparması üçün ödənişsiz televiziya və radio efir vaxtları ilə təmin edilməsi, dövlət qəzetlərinin səhifələrində ödənişsiz təbliğat imkanlarının yaradılması, ölkənin hər bir yerində açıq və qapalı məkanlarda görüşlərin təşkili üçün yerlər ayrılması...
Açıq-aydın hiss edilib ki, prezident seçkisinə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan olduqca yaxşı təşkil olunub.
Hər bir seçki məntəqəsində səsvermə prosesi bütün qayda və qanunlara uyğun, şəffaf şəkildə təşkil edilərək hər bir seçiciyə sərbəst və gizli seçim etməsi üçün şərait təmin edilib, səsvermə prosesində seçicilərin seçimlərinə müdaxilə hallarına rast gəlinməyib.
Partiyamız adından bəyan edirik ki, prezident seçkisi ölkənin Seçki Məcəlləsinə uyğun keçirilib və önəmlisi demokratik əsaslarla təşkil edilib.
İşğaldan azad edilən ərazilər də daxil olmaqla bütün ölkə ərazisində seçicilərin fəallığı açıq şəkildə hiss olunub.
Vətən müharibəsi qələbəsindən sonra xalqımız prezident seçkisinə qələbə əhvalında qatılmış və öz siyasi iradəsini ortaya qoyub.
Azərbaycan Demokratik Maarifçilik Partiyası seçkinin elan edilmiş ilkin nəticələrini legitim və xalqın iradəsinin ifadəsi hesab edir, bu seçimlərdə Azərbaycan xalqının böyük dəstəyini qazanaraq qalib gəlmiş Azərbaycan xalqının inam və ümid yeri olan cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, Prezidentimizə fəaliyy...
10:07"Demokratik İslahatlar Partiyası seçkidə qələbə münasibətilə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevi təbrik edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə partiyanın yaydığı bəyanatda qeyd edilib.
Bildirilib ki, Azərbaycanda keçirilən bələdiyyə, parlament seçkilərində müşahidəçi və namizədlə, prezident seçkisində isə müşahidəçi qismində iştirak edərək böyük seçki təcrübəsi qazanan Demokratik İslahatlar Partiyası 7 fevral növbədənkənar prezident seçkisində də öz müşahidə missiyası ilə yaxından iştirak edib.
Bütün ölkə ərazisində və bir sıra seçki dairələrində, həmçinin onlarla seçki məntəqəsində müşahidələr aparan partiyanın üzvləri seçkinin demokratik prinsiplərə uyğun keçirildiyi haqda qeydlərini partiyanın rəhbərliyi ilə bölüşüb.
Bununla yanaşı, səsvermə prosesi birbaşa partiyanın qərargahından onlayn şəkildə də müşahidə edilib və veb-kameralar qurulmuş məntəqələrdəki səsvermə haqqında qeydlər ümumiləşdirilib.
“Demokratik İslahatlar Partiyasının yekdil qərarına əsasən bildiririk ki, 7 fevral tarixli prezident seçkisi sakit məcrada keçib, səsvermə məntəqələrinə sərbəst giriş tam təmin edilib, seçicilərin qeydiyyatı ilə bağlı proses boyu hansısa narahatlıq yaşanmayıb.
Bütün səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil keçib, səslərin sayılması açıq və şəffaf təşkil olunub, heç bir problem qeydə alınmayıb.
Hər bir seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək dairə səviyyəsində mərkəzi qərargaha göndərilib.
Məntəqələrdəki və dairələrdəki səsvermə sayını özündə əks etdirən protokolların nümunələri seçki bitəndən dərhal sonra müvafiq lövhələrdən asılıb və müşahidəçilərə təqdim olunub.
Seçkiöncəsi prosesdə namizədlər üçün yaradılan demokratik şərait və imkanlar da Demokratik İslahatlar Partiyası tərəfindən təqdir olunub, namizədlərin təbliğat və təşviqat kampaniyası demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirilib.
Seçkidə Azərbaycan xalqı öz iradəsini ifadə edərək ölkəsinə qələbələr qazandıran İlham Əliyevi yenidən ölkə Prezidenti seçib.
Xalqın seçim azadlığının göstəricisi olan bu möhtəşəm qələbə münasibətilə İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edirik”, - bəyanatda vurğulanıb.
09:56"Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisi ilə bağlı Gələcək Azərbaycan Partiyası bəyanat yayıb.
Oxu.Az-ın məlumatına görə, bəyanatda deyilir:""“Azərbaycanda keçirilən hər bir seçkini ölkəmizdə siyasi təsisatların daha da təkmilləşməsi, özünü sınaması və uğurlu təcrübələr qazanması baxımından əhəmiyyətli hesab edən Gələcək Azərbaycan Partiyası 7 fevral tarixində keçirilmiş prezident seçkisinə də bu baxımdan müsbət...
Gələcək Azərbaycan Partiyasının ötən ilin dekabr ayında keçirilən toplantısında prezident seçkisi müzakirə edilib və partiyamızın Azərbaycan xalqının qalib Ali Baş Komandanı İlham Əliyevi dəstəkləyəcəyi və seçkidə müşahidəçi kimi iştirak etməsi haqqında qərar qəbul olunub.
Partiyanın qərarına uyğun olaraq üzvlərimiz ölkə ərazisindəki müxtəlif dairələrdə və məntəqə seçki komissiyalarında müşahidəçi kimi qeydiyyatdan keçib və seçki günü səsverməni yaxından izləyiblər.
Gələcək Azərbaycan Partiyasının üzvləri səsverməni müşahidə edərkən hansısa neqativ halla qarşılaşmayıb və qanun pozuntularına rast gəlməyiblər.
Hər bir məntəqədə səsvermə prosesi 10, bəzən isə 15 nəfərə yaxın müşahidəçinin gözləri qarşısında şəffaf, demokratik və azad şəkildə keçirilib.
7 fevral seçkisi öz miqyasına və aktivliyinə görə bundan əvvəlki seçkilərdən xeyli fərqlənib.
Belə ki, səsvermə hüququ olan əhalinin əksəriyyəti seçkidə iştirak etmək üçün günün müxtəlif saatlarında məntəqələrə gəlib.
Əsas seçici aktivliyi günün birinci yarısında müşahidə edilib.