Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Qeyd edək ki, ötən ilin noyabrında Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının iclası keçirilib və bu toplantıda Azərbaycan 2024-25-ci illər üçün APA-nın sədri seçilib. |
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. |
Oxu.Az xəbər verir ki, İƏT PA heyətinin rəhbəri Salma Joveira öncə Azərbaycan Respublikasının rəhbərliyinə dəvət üçün təşəkkürünü bildirib:""“Belə inam üçün minnətdaram. |
Xüsusilə Prezidentə təşəkkürümü bildirərəm ki, Pakistana inanıb, bizi buraya dəvət edib. |
Bizi burada xoş üzlə, yaxşı qarşıladır. |
Pakistan 2013-21-ci illərdə bir çox tədbirlərdə iştirak etmişdi. |
Seçki ilə bağlı fikirlərim çox müsbətdir. |
Seçki Azərbaycanda çox şəffaf keçib. |
Hesab edirəm ki, bu seçki Azərbaycanın davamlı inkişafına təsir edəcək. |
Pakistan və Azərbaycanın birgə əməkdaşlığı sülh, əmin-amanlıq, xoşbəxtlik verəcək”. |
Qazaxıstan parlamentinin deputatı Aydos Sarım Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. |
Oxu.Az-ın məlumatına görə, A.Sarım bildirib ki, ötən gün keçirilən seçkinin böyük tarixi əhəmiyyəti var:""“Çünki seçki ilk dəfə bütöv Azərbaycan ərazisində keçirildi. |
Fikrimcə, hamı bundan sonra Qarabağın bərpası və sülh sazişinin bağlanması istiqamətində işlər aparılmalıdır”. |
O qeyd edib ki, bir çox məntəqələrdə seçki prosesini izləyiblər:""“Heç bir qayda pozuntusu müşahidə etmədik. |
Hər kəs aktiv şəkildə səsvermədə iştirak etdi”. |
Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Chevrolet” markalı avtomobilin qaçırılması və idarə edilərkən “Toyota” markalı avtomobillə vurulması barədə polisə məlumat daxil olub. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində yuyucu işləyən Səməd Əliyev saxlanılıb. |
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. |
Əfqanıstan 627 milyon dollar vəsaiti xərcləməklə tarixində ilk dəfə xarici dövlətlərə olan elektrik borcunu tam ödəyib. |
Bu açıqlama ilə Əfqanıstan Elektrik Şirkətinin rəhbəri Hikmətullah Mayondi çıxış edib. |
“Əfqanıstan Tacikistan, Özbəkistan, Türkmənistan və İrandan idxal olunan elektrik enerjisinin pulunu tam ödəyib”, - deyə o qeyd edib. |
Hikmətullah Mayondi Əfqanıstan banklarına qoyulan embarqoya, sanksiyalara və iqtisadi problemlərə rəğmən bu problemi həll etdiklərini xüsusi vurğulayıb. |
İranın dəstəklədiyi “Kətaib Hizbullah” qruplaşmasının lideri Əbu Bəkir əs-Səədi İraqda öldürülüb. |
Məlumata görə, o, Bağdadda zərərsizləşdirilib. |
Belə ki, əs-Sədi və iki mühafizəçisi ABŞ-yə məxsus pilotsuz təyyarənin vurduğu avtomobildə olub. |
Qeyd edək ki, Pentaqon “Kətaib Hizbullah” qruplaşmasını yanvar ayında İordaniyadakı ABŞ bazasına üç amerikalı hərbçinin ölümü ilə nəticələnən hücumda günahlandırır. |
Əbu Bəkir əs-Səədi, ümumiyyətlə, regionda ABŞ hərbçilərinə qarşı hücumların təşkilində məsul bilinir. |
Rusiya parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçiriblər. |
Oxu.Az-ın məlumatına görə, Rusiya parlament heyətinin rəhbəri Qriqori Karasin bildirib ki, bu onun Azərbaycana ilk səfəridir:""“Mən müxtəlif vəzifələrdə çalışmışam. |
Amma ilk dəfədir ki, müşahidəçi kimi çıxış etdim. |
Bəxtim gətirib ki, Azərbaycana gəlmişəm və mənim üçün qürurdur”. |
O qeyd edib ki, nümayəndə heyəti müxtəlif məntəqələrə baş çəkib:""“Bizim müşahidəçilər qrupu seçki məntəqələrinə baş çəkdi. |
Seçki şəffaf formatda təşkil olunmuşdu. |
Məntəqələrdə yerli və beynəlxalq müşahidəçiləri də gördük. |
Bakıda doqquza yaxın məntəqəyə baş çəkdik. |
Məntəqələrdə təşkilatlar sıxlıq yaratmadılar. |
Əsas da odur ki, insanların üzlərində təbəssüm vardı”. |
Q.Karasin vurğulayıb ki, Azərbaycanın prezident seçkisindəki təcrübəsi mart ayında Rusiyada keçiriləcək prezident seçkisi üçün faydalı olacaq. |
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. |
Ümumxalq səsverməsinin yekunları Sizin çoxşaxəli islahatlar kursunuza tam etimadın və xalqın birliyinin, dövlətin ərazi bütövlüyünün və dinamik inkişafının təmin edilməsi işində xidmətlərinizin təsdiqinin parlaq sübutuna çevrildi. |
Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan uğurla inkişaf etməkdə, beynəlxalq birliyin nüfuzlu üzvü və regional dövlət kimi güclənməkdə davam edəcəkdir. |
Qazaxıstanda Siz qardaş ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinin əzmkar tərəfdarı kimi böyük hörmətə maliksiniz. |
Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın zəngin potensialının reallaşdırılması naminə sıx məhsuldar işimizin davam etdirilməsinə hazır olduğumu təsdiq edirəm. |
Əminəm ki, bizim Bakıda keçirəcəyimiz tamformatlı görüş Qazaxıstan-Azərbaycan münasibətlərinin gələcəkdə dərinləşməsi məqsədilə qarşılıqlı səmərəli əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirməyə imkan yaradacaqdır. |
Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycanın rifahı və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər diləyir, nəzərdə tutduğunuz bütün planların uğurla reallaşmasını arzu edirəm”. |
Türkiyə Mərmərə Vəqfinin nümayəndə heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. |
Oxu.Az-ın məlumatına görə, üç nəfərdən ibarət olan heyət seçki prosesini izləyib. |
Heyət üzvü Akkan Suver bildirib ki, 42 seçki məntəqəsində müşahidə aparıblar:""“Azərbaycanda şəffaf seçki və fəallıq müşahidə etdik. |
Səhər 8-dən axşama qədər məntəqədə olduq. |
Daha çox qadınların fəallığını gördük. |
Məntəqələrdə müşahidə etdik ki, xalq növbələrdə səbirlə səs verməyi gözləyirdi. |
Belə deyim ki, Qarabağ dastanından sonra Azərbaycan demokratiya dastanı yazdı. |
Seçki prosesində nəzarətçilərin davranışı, seçicilərə münasibəti xoşagələn idi”. |
O qeyd edib ki, qərbdə keçirilən bir çox seçkidə müşahidə aparıblar:""“Azərbaycanda da demokratiyanın bütün qaydalarına riayət olunub. |
İlham Əliyevə təkcə seçkini qazandığı üçün deyil, insanların bütün Azərbaycanda səsverməsini təmin etdiyi üçün təşəkkür edirəm”. |
Özgür Çengel isə bildirib ki, səmimi seçkinin şahidi oldular:""“Can Azərbaycan ilə bərabər, uzun illərə dayanan münasibətin inkişafı bizim üçün önəmlidir. |
Bütün məntəqələrdə səmimi fikir mübadiləsi aparıldı. |
Nəzarətçilərin davranışı xoş idi.Seçkinin xeyirli olmasını diləyirəm”. |
Sezgin Bilgic də uğurlu seçki üçün hər kəsə təşəkkür edib. |
“İnter Mayami”nin hücumçusu Lionel Messi Çin və ispan dillərində yazı dərc edərək, Honkonq millisi ilə yoldaşlıq görüşündə (4:1) iştirak etməməsinin səbəbini açıqlayıb. |
“Çin və Honkonqdakı bütün azarkeşlərə və dostlara salamlar. |
Mətbuat konfransında da dediyim kimi, qasıq nahiyəsindən aldığım zədə səbəbindən Honkonqdakı yoldaşlıq oyununda meydana çıxa bilmədiyim üçün üzr istəyirəm. |
Zədəm inkişaf etdi və bu mənə ağrı verirdi. |
Məni tanıyan dostlar bilirlər ki, hər oyunda əlimdən gələni edirəm. |
Ümid edirəm ki, hələ də Honkonqa səfər etmək və öz oyunumla azarkeşləri sevindirmək imkanım olacaq. |
Mən də tezliklə Çinə qayıtmağı və sizinlə futbol sevincini bölüşməyi səbirsizliklə gözləyirəm”, - deyə Messi bildirib. |
Qeyd edək ki, Messinin yoldaşlıq görüşündə meydanda olmaması azarkeşlərin, eləcə də Honkonq və Çinin dövlət rəsmilərinin geniş narazılığına səbəb olub. |
Azarkeşlər də meydana çıxmayan argentinalını və hücumçu Luis Suaresi fitə basıblar. |
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı HƏMAS-la İsrail arasında atəşkəs elan olunsa belə, Qırmızı dənizdə gəmilərə hücumlarını dayandırmayacaq. |
Bu barədə hərəkatın informasiya şöbəsinin nümayəndəsi Nəsrəddin Amer məlumat verib. |
Onun sözlərinə görə, husilər yalnız Qəzza zolağında blokada götürüldükdən və müharibənin tam başa çatmasına nail olunduqdan sonra dənizdə hərbi əməliyyatları dayandıracaqlar. |
Qeyd edək ki, İrana bağlı olan husilər xüsusən HƏMAS-ın İsrailə basqınından sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücumlara başlayıblar. |
Onlar həm İsrail bayraqlı, həm də İsrail şirkətlərinin sahib olduğu və ya idarə etdiyi gəmiləri hədəfə alırlar. |
Gəmi sahibləri bunun qarşısını almaq üçün qeyri-adi üsula əl atmaq məcburiyyətində qalıblar. |
Belə ki, kapitanlar gəmilərin hərəkətini izləmək üçün elektron platformalarda İsraillə əlaqəli olmadıqlarını qeyd edirlər. |
Fevralın 6-da səhər saatlarında Hövsan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluğa cəhd göstərən Ayxan Hacıyev Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onun qəsəbə ərazisində üç mağazadan ümumilikdə 2 min 500 manat dəyərində iki ədəd mobil telefon, aksesuar, 1000 manat pul və 300 manat dəyərində ətir oğurlaması da müəyyən olunub. |
Faktla bağlı araşdırma aparılır. |
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edib. |
Bununla bağlı President.az məlumat yayıb. |
Sergey Lebedev Prezident İlham Əliyevə seçkidə inamlı qələbə münasibətilə təbriklərini çatdırıb. |
Dövlətimizin başçısı Sergey Lebedevə və MDB müşahidə missiyasının bütün üzvlərinə bu seçkilərni müşahidə etdiklərinə görə təşəkkürünü bildirib, MDB müşahidə missiyasının Azərbaycanda bu və daha əvvəlki seçkilərdə də müşahidələrdə fəal şəkildə iştirak etdiyini vurğulayıb. |
Sergey Lebedev qeyd edib ki, Azərbaycanda seçki prosesini müşahidə etmək onlar üçün böyük şərəf və eyni zamanda məsuliyyətdir. |
Vurğulayıb ki, bu, Azərbaycan xalqı üçün tarixi bir gün və tarixi seçkilər idi.Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, regionda uzunmüddətli və davamlı sülh üçün yaxşı imkanların yarandığını deyən qonaq bu seçki prosesində sadə insanlarla, seçicilərlə, müşahidəçilərlə geniş söhbətlərinin olduğunu, Azərbayca... |
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Azərbaycan xalqının ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunandan sonra ilk dəfə seçkinin keçirilməsi prosesində iştirak etdiyini deyib, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasını və h... |
Sergey Lebedev MDB müşahidə missiyasının 170-ə yaxın müşahidəçi ilə seçki prosesində təmsil olunduğunu deyib. |
Qonaq hər bir seçkinin ölkələrin qanunvericiliyinə uyğun və Seçki Məcəlləsi əsasında keçirilməli olduğunu qeyd edib və bu seçkinin də Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun qaydada açıq, demokratik şəkildə təşkil olunduğunu bildirib. |
Baş katib bu gün mətbuat konfransı keçirəcəklərini və seçki müşahidə missiyasının fəaliyyəti haqqında hesabatlarını geniş ictimaiyyətə təqdim edəcəklərini deyib. |
Dövlətimizin başçısı seçkinin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər rayonlarda keçirildiyini qeyd edərək bunun Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıdığını vurğulayıb. |
Keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qaytarıldığını və bunun üçün Böyük Qayıdış Proqramı əsasında məcburi köçkünlərin geri qayıdışına dair layihələrin icra edildiyini deyən Prezident İlham Əliyev birinci mərhələnin 2026-cı ildə başa çatdırılacağını, bundan sonrakı mərhələlərdə... |
Söhbət zamanı MDB-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunulub, Azərbaycanın MDB çərçivəsində əlaqələrə və müzakirələrə töhfə verdiyi, MDB ölkələri arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb. |
11:02"Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edib. |
Bununla bağlı President.az məlumat yayıb. |
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. |
President.az xəbər verir ki, seçkidə inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə Türk Dövlətləri Təşkilatı adından təbriklərini çatdıran Kubanıçbek Ömüralıyev təşkilatın geniş müşahidə missiyası ilə bu seçkini müşahidə etdiklərini, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şuşada, Xankəndidə və azad edilm... |
Qonaq seçkinin çox mükəmməl və peşəkarlıqla təşkil olunduğunu qeyd edib. |
TDT-nin baş katibi şanlı Qarabağ Zəfəri və ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ilə əlaqədar Azərbaycan xalqının bu seçkilərdə xüsusi əhvali-ruhiyyə ilə seçki hüquqlarından istifadə etdiklərini deyib. |
Kubanıçbek Ömüralıyev qeyd edib ki, bu gün TDT-nin müşahidə missiyasının mətbuat konfransı olacaq və missiya seçki ilə bağlı müşahidələrinin nəticələrini bəyan edəcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.