Search is not available for this dataset
text
stringlengths
10
518k
Səsvermə prosesi boyu seçicilərə hansısa təzyiqlər edilməsinə, yaxud onların fikrini qarışdıra biləcək təbliğat materiallarına rast gəlinməyib.
Vətən müharibəsinin qalibi olan Azərbaycan xalqının bu seçkiyə yanaşması və öz Ali Baş Komandanına səs verərək onu yenidən qalib etməsi üçün qətiyyət göstərməsi seçkini izləyənləri heyrətləndirib.
Bunun nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilib.
Biz seçkinin nəticələrini legitim hesab edir və Prezident İlham Əliyevin yeni qələbəsi münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Hesab edirik ki, bu seçkini məhz Azərbaycan xalqı və dövləti qazanıb”.
09:50"Haqq Ədalət Partiyası növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:""“Haqq Ədalət Partiyası 7 fevral tarixində keçirilmiş növbədənkənar prezident seçkisini bütün seçki prosesi ərzində yaxından müşahidə edib və seçki prosesi ilə bağlı partiya üzvlərinin yekdil qərarlarını dəfələrlə ictimaiyyətə açıq şəkildə bildirib.
Partiya Prezident seçkisində Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanı qalib dövlətə çevirən, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini öncədən bildirib.
Partiyanın ümumi müşahidəsinə əsasən bəyan edirik ki, ümumilikdə seçki prosesi qanunvericiliyə uyğun, demokratik və azad rəqabət mühitində təşkil olunub.
Hər bir namizədə ödənişsiz təbliğat imkanlarından, efir vaxtından bərabər şəkildə faydalanmaq, öz təbliğat materiallarını yaymaq və ölkənin bütün ərazisində seçicilərlə kütləvi görüşlər keçirmək imkanı yaradılıb.
Bununla yanaşı partiyamızın çoxsaylı üzvləri Prezident seçkisində müşahidəçi olmaq üçün seçki dairələrində və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib.
Səsvermə günü Haqq Ədalət Partiyasının qərargahında müşahidəçilərdən gələn məlumatlar təhlil olunmuş və səsvermənin gedişatı analiz edilib.
Analizlərin nəticələrinə əsasən bildiririk ki, seçki günü səsvermə, səslərin sayılması və səsvermənin seçki məntəqələri üzrə yekunlarının sənədləşdirilməsi prosesi uğurla və qanunvericiliyə uyğun aparılıb, seçkilərin saxtalaşdırılması ilə bağlı hansısa qanun pozuntularına rast gəlinməyib.
Seçki prosesində aşkarlıq yüksək səviyyədə təmin olunub, müşahidəçilərə prosesi aydın müşahidə etmək üçün bütün imkanlar yaradılıb.
Seçkilər seçicilərin yüksək fəallığı ilə baş tutmuş və nəticələr Azərbaycan xalqının siyasi iradəsini tamamilə əks etdirib.
Hesab edirik ki, Haqq Ədalət Partiyasının da bu seçkilərdə dəstəklədiyi namizəd Ali Baş Komandan İlham Əliyevin xalqın böyük etimadını qazanaraq qələbə çalması haqq və ədalətin qələbəsidir.
Bu böyük qələbə münasibətilə partiyamızın çoxsaylı üzvləri adından cənab İlham Əliyevi ürəkdən təbrik edir, qalib Azərbaycanı daha da gücləndirməsi yolunda Prezidentimizə uğurlar arzulayırıq”.
Qeyd edək ki, Haqq Ədalət Partiyasının sədri Əli İnsanovdur.
09:41"Azərbaycan Ümid Partiyası 7 fevral 2024-cü ildə keçirilən prezident seçkisini azad və şəffaf, nəticələrini legitim və ədalətli hesab edir.
Oxu.Az xəbər verir ki, bu barədə partiyanın bəyanatında bildirilir.
Bəyanatda deyilir:""“7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkisi təyin olunduqdan sonra Azərbaycan Ümid Partiyası Mərkəzi Aparat və Yerli Təşkilatlarında müzakirələr keçirərək, yekdil qərarla bu seçkidə Azərbaycan Respublikasının Prezidenti, Qarabağ qələbəsinin və suverenliyimizin ölkə ərazisində bərqərar olm...
Seçki təbliğatı dönəmində partiyanın səlahiyyətli şəxsləri çoxsaylı çıxışlarında bu qərarın tarixi əhəmiyyətini və vacibliyini seçicilərə çatdırıb, müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verilməsinin ölkəmiz üçün faydalarından danışıblar.
Seçki günü çoxsaylı müşahidəçilərimiz dairə və məntəqələrdə seçki prosesini izləyib, seçkinin Seçki Məcəlləsinə uyğun keçirilməsini təsbit ediblər.
Hər kəs sərbəst və azad şəkildə seçkidə iştirak edərək, mövqeyini ifadə edib.
Bu seçki ölkədə indiyə qədər keçirilmiş seçkilərdən öz mahiyyəti baxımından əhəmiyyətli dərəcədə fərqlənib.
Müstəqilliyimiz bərpa olunandan sonra ilk dəfə idi ki, ölkənin bütün ərazisində seçki keçirilirdi.
Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevə Cənubi Qafqazda əbədi sülh və barışın olması üçün başladığı işi uğurla davam etdirməsi, ölkəmizin problemlərinin həlli istiqamətində cansağlığı və müvəffəqiyyət arzu edirik”.
Yaponiyanın Fukui prefekturasında yerləşən Tsuruqa atom elektrik stansiyasının (AES) birinci enerji blokunun bağlandığı turbin zalında tüstülənmə baş verib.
Hadisənin başvermə səbəbləri aydınlaşdırılır.
2017-ci ildən etibarən Tsuruqa AES-in birinci enerji blokunda sökülmə işləri aparılır.
Çilinin helikopter qəzasında həlak olan keçmiş prezidenti Sebastyan Pinyera göyərtədə olan sərnişinləri xilas etmək üçün özünü fəda edib.
Bu barədə mərhum siyasətçinin Nazirlər Kabinetinin keçmiş naziri Karla Rubilar, Pinyeranın bacısının dediklərinə istinadla məlumat verib.
“Prezidentin bacısı deyir ki, mərhumun son sözləri “əvvəlcə siz atılın, çünki mən sizinlə tullansam, helikopter (hamımızın üstünə) düşəcək” olub”, - deyə Rubilar bildirib.
Məlumata görə, Pinyera helikopter havaya qalxdıqdan sonra onun nasaz olduğunu anlayıb və sərnişinləri xilas etmək üçün gölün üzərindən enməyə başlayıb.
Onunla birlikdə gəmidə bacısı Maqdalena Pinyera, dostu və oğlu olub.
Yarılma nəticəsində Pinyeranın ölüm səbəbinin suda bataraq boğulma olduğu müəyyən edilib.
Onun meyiti suyun 40 metr dərinliyində helikopterdə tapılıb.
Xatırladaq ki, faciə fevralın 6-da baş verib.
Eks-prezidentin vəfatı ilə əlaqədar Çilidə üçgünlük matəm elan edilib.
Pinyera 2010-2014-cü və 2018-2022-ci illərdə prezident olub.
Prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi prosesi fevralın 17-dək yekunlaşacaq.
APA-nın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.
Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu müddət fevralın 17-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, fevralın 7-də keçirilən səsvermənin ilkin nəticələrə əsasən, İlham Əliyev 92,05% səslə liderdir.
“ASEAN Inter Parlamentary Assembly”nin (AIPA ) nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçiriblər.
Oxu.Az-ın məlumatına görə, tədbirdə təşkilatın üç nümayəndəsi - Sanya Praseut, Souban Savabos və Kemfone Anotay - iştirak edib.
Nümayəndə sədri Sanya Praseut onlara seçki məntəqələrində yaradılan şəraitə görə ölkə rəhbərliyinə, hökumətə təşəkkür edib:""“Seçki zamanı yeddi məntəqədə olduq və bütün seçki prosesini izlədik.
Səsvermə prosesi tamamlandıqdan sonra yerli və beynəlxalq nümayəndələrlə birlikdə səslərin sayılmasında iştirak etdik.
Seçkidə vətəndaşları qorxutma, hər hansı mənfi hal müşahidə etmədik.
Texniki cəhətdən də problemlə qarşılaşmadıq”.
S.Praseut vurğulayıb ki, Azərbaycanda seçki şəffaf və ədalətli olub.
Seçkidə siyasi partiyalar təmsil olunublar və onlara qarşı hər hansı neqativ addım atılmayıb.
Səslərin sayılması prosesi də uğurla tamamlanıb.
Azərbaycanda seçkinin demokratik və şəffaf keçirilməsi təmin olunub”.
Daha çox foto burada:PhotoStock.az"İlhamə Əbülfət
Bu gün Fransanın paytaxtı Parisdə UEFA-nın 48-ci Növbəti Konqresi keçiriləcək.
AFFA-nın rəsmi saytı xəbər verir ki, toplantıda milli assosiasiyanın vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev iştirak edəcəklər.
Tədbir “Maison de la Mutualite” konfrans mərkəzində təşkil olunacaq.
Asiya Parlament Assambleyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.
Oxu.Az-ın məlumatına görə, assambleyanın baş katibi Məhəmməd Rza Məcidi prezident seçkisində yüksək səs toplayan İlham Əliyevi qalib olması münasibəti ilə təbrik edib.
Təşkilatın üzvü İlyas Topsakal bildirib ki, Bakı şəhərində altı seçki məntəqəsində və digər qəsəbələrdə müşahidələr aparıblar:""“Seçkidə səslərin sayılması prosesində də iştirak etdik.
Seçkinin şəffaf keçməsinin şahidi olduq.
Prezident İlham Əliyev bu seçkidə qələbə qazandı.
Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirik.
Türkiyə Böyük Millət Məclisinin millət vəkili olaraq da qardaş Azərbaycan xalqını təbrik edirəm”.
Pakistanda seçki məntəqəsinin əməkdaşlarına atəş açılıb, nəticədə bir polis ölüb.
Məlumata görə, hadisə Hayber-Paxtunxva əyalətinin Tank rayonunda baş verib.
Bundan əvvəl Pakistanın Daxili İşlər Nazirliyi Milli Assambleyaya (parlamentin aşağı palatası) davam edən seçkilərlə əlaqədar bütün ölkə ərazisində mobil rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə göstəriş verib.
Bu qərar ölkədə son vaxtlar artan terror fəaliyyəti fonunda təhlükəsizlik məqsədilə qəbul edilib.
Pakistanda Milli Məclisə və əyalət qanunvericilik orqanlarına seçkilər saat 08:00-da (Bakı vaxtı ilə 07:00) başlayıb və 17:00-a (Bakı vaxtı ilə 16:00) qədər davam edəcək.
Qarşıdan gələn seçki kontekstində ən perspektivli siyasi birliklər Pakistan Müsəlman Liqası (Nəvaz fraksiyası) və Pakistan Xalq Partiyasıdır.
Bakıda Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, Kürdəmir sakini, 2004-cü il təvəllüdlü Asəf Yusifov (şərti) Xətai rayonu ərazisində polis tərəfindən saxlanılıb.
İttihama əsasən, o, metronun “Əhmədli” stansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsində telefonla yüksək səslə söyüşlə danışarkən saxlanılıb.
Bu zaman 2-ci kurs tələbəsi müqavimət göstərib.
Barəsində Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilən tələbə məhkəməyə göndərilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib.
“Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinin döyüş hazırlığı planı”na əsasən keçirilən dərs və məşğələlərdə qoşunların müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi, həyəcan siqnalı ilə qaldırılaraq cəmlə...
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəxsi heyətin bilik və bacarıqlarının artırılması, bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, dayanıqlı, fasiləsiz və operativ idarə olunmasının təmin edilməsi məqsədilə keçirilən dərs və məşğələlər tədris ili dövründə mütəmadi olaraq davam etdiriləcək.
Türkiyənin Rizə vilayətinin Çayeli rayonunun dağlıq bölgəsində güclü qar uçqunu baş verib.
Kənd sakinləri gəzinti zamanı müşahidə etdikləri uçqun anını qeydə alaraq sosial şəbəkələrdə paylaşıblar.
Həmin görüntüləri təqdim edirik:""Mənbə:DHA
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.
Oxu.Az-ın məlumatına görə, ittifaqın baş katibin müavini, heyət rəhbəri Əli Əsgər Mohammadi Sicani bildirib ki, bir çox seçki məntəqələrində müşahidələr aparıblar:""“Biz yeddi məntəqədə müşahidə apardıq və aktiv səsvermənin şahidi olduq.
İki gün ərzində bizim üçün yaradılan şəraitdən istifadə edərək, xalqın adət-ənənələri ilə yaxından tanış olduq”.
O qeyd edib ki, bu, Azərbaycanın Qarabağ zəfərindən sonra keçirilən ilk seçki idi:""“Bu, şəffaf və önəmli seçki idi.
Bunun üçün Azərbaycan xalqını təbrik edirik”.
Heyət rəhbəri əlavə edib ki, qadınların seçkidə yaxından iştirakının şahidi olublar:""“Bu, bizim diqqətimizi cəlb etdi.
Eyni zamanda, cavanlar və yaşlı nəsil də seçkidə aktiv şəkildə iştirak etdilər.
89 yaşlı seçicinin məntəqəyə gələrək öz hüququndan istifadə etdiyini gördük”.
Nümayəndə Osama Mahmud Abdelfəttah Mohamed isə demokratik seçki ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Fevralın 4-nə keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Fətəliyev saxlanılıb.
Polis əməkdaşları həmin avtomobili onunla birlikdə Abşeron rayonunun Çaylı kəndində hissələrə bölüb satmaqda şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş Urfan Əhmədovu da müəyyən edərək saxlayıblar.
E.Fətəliyevin M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən daha bir “KamAZ” markalı avtomobili qaçırması da müəyyən olunub.
Həmin avtomobil də polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Bu il fevralın sonundan Azərbaycan Asiya Parlament Assambleyasına sədrlik edəcək.
“Assambleyanın fevralın sonunda keçiriləcək iclasında təşkilata sədrlik Türkiyədən Azərbaycana keçəcək”, - o bildirib.