Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Prezident İlham Əliyev TDT-nin müşahidə missiyasının bütün üzvlərinə seçkiləri müşahidə etdiklərinə görə minnətdarlığını bildirib. |
Kubanıçbek Ömüralıyev qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesinə və tərəfdaşlığın daha da yüksəlməsinə daim öz töhfələrini verir. |
Görüşdə bu il Azərbaycanda TDT-nin qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyi məmnuniyyətlə qeyd edilib. |
Təşkilatın bundan sonra da inkişafının, əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcək yeni layihələrlə çıxış etməsinin vacibliyi diqqətə çatdırılıb. |
11:03"Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. |
Bununla bağlı President.az məlumat yayıb. |
Meksika parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçiriblər. |
Oxu.Az-ın məlumatına görə, nümayəndələr ötən gün ərzində 10 seçki məntəqəsinə baş çəkiblər. |
Parlamentin nümayəndə heyətinin rəhbəri Alberto Vilya Vilyeqas bildirib ki, Azərbaycanda seçki prosesi başa çatana qədər məntəqələrdə olublar:""“Seçki tam şəffaf təşkil olunmuşdu. |
Mənim üçün əsas məqamlardan biri o oldu ki, Azərbaycandakı seçki yüksək səviyyədə təşkil edilib”. |
O qeyd edib ki, seçki prosesi zamanı Qarabağa baş çəkə bilməsə də, daha əvvəl Şuşada olub. |
Şəhid anasına və digər şəxslərə qarşı dələduzluqda ittiham edilən Nuranə Orucova və Sabrina Süleymanovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi yekunlaşıb. |
APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. |
Dövlət ittihamçısı Samir Məmmədov təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiklərini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmalarını istəyib. |
Daha sonra prosesdə hökm elan olunub. |
Hökmə əsasən, təqsirləndirilən şəxslər Nuranə Orucova cinayət məsuliyyətindən azad edilib, cinayət işinə xitam verilib. |
Barəsində seçilmiş polis nəzarətində olma qətimkan tədbiri ləğv edilib. |
Ona 2000 manat cərimə tətbiq olunub və altı ay ərzində ödəməli olması barədə qərar çıxarılıb. |
Sabrina Süleymanova barəsində olan cinayət işinə də xitam verilib. |
Qeyd edək ki, ötən prosesdə təqsirləndirilənlərin vəkili çıxış edərək zərərçəkmişlərə vurulan zərərin tam ödənildiyini deyib və bu barədə qəbzi məhkəməyə təqdim edib. |
Dəymiş ziyan tam ödənildiyi üçün zərərçəkmişlər təqsirləndirilənlərdən şikayətçi olmadıqlarını deyiblər və barışıq ərizəsi məhkəməyə təqdim edilib. |
Xatırladaq ki, hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, Xaçmaz rayon sakini Nuranə Orucova həmkəndlisi Sabrina Süleymanova ilə əlbir olaraq müxtəlif şəxsləri məktəbdə işə düzəldəcəyinə dair vədlər verib. |
Bunun qarşılığında isə onlardan müxtəlif məbləğlərdə pul alıb. |
Onlar vətəndaşlara qarşı ümumilikdə 20 min manat məbləğində dələduzluq etməkdə təqsirli bilinirlər. |
N.Orucova və Sabrina Süleymanova şəhid anası Zabilə Musayevaya qarşı da dələduzluqda ittiham olunurlar. |
N.Orucova Vətən müharibəsində şəhid olan Əliheydər Hüseynlinin anasına zəng edib özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək onu inandırıb ki, oğlu sağdır və əsirlikdədir. |
N.Orucova Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə Z.Musayevadan 4000 manat pul alıb. |
Təqsirləndirilən şəxslər istintaq müddətində vətəndaşlara vurduqları ziyanın 12 min manatını ödəyiblər. |
Xatırladaq ki, Əliheydər Hüseynli Vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının uğrunda gedən döyüşlərdə iştirak edib. |
O, Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı həlak olub. |
Şəhid “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. |
Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə Oljas Bektenova təbrik məktubu ünvanlayıb. |
Nazirlər Kabinetindən bildirilib ki, məktubda Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub. |
Həmçinin, iki ölkənin qardaş xalqlarının mənafeyi naminə gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksinin inkişafı məqsədilə fəal birgə fəaliyyətə hazırlıq ifadə olunub. |
“Müdrik Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi ilə ölkənin parlaq gələcəyinə, firavanlığına, respublika daxilində genişmiqyaslı islahatların davam etdirilməsinə və beynəlxalq aləmdə yeni irimiqyaslı uğurlara imza ataraq növbəti dəfə düzgün seçim etdi”. |
“Qardaş Azərbaycanı və Prezident İlham Əliyevi növbəti inamlı qələbə münasibətilə təbrik edirəm. |
Növbədənkənar prezident seçkisində hörmətli İlham Əliyevin qələbəsinə heç bir şübhəmiz yox idi.Müdrik Azərbaycan xalqı növbəti dəfə düzgün seçim etdi, bacı-qardaşlarımız ölkənin işıqlı gələcəyinə, onun çiçəklənməsinə, respublika daxilində genişmiqyaslı islahatların davam etdirilməsinə və müzəffər Prezident İlham Əliyev... |
Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib. |
Müraciətdə bildirilir:""“Qanunvericiliyə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. |
Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır. |
Lakin təəssüf ki, bəzi sürücülər havanın yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir. |
Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq”. |
Türkiyə Kubokunda oynanılan “Qaziantep”-“Fənərbağça” matçının şərhi zamanı “A Spor”un müxbiri Onur Yıldız canlı yayımda olduğuna əhəmiyyət vermədən siqaret çəkib. |
Oxu.Az-ın verdiyi məlumata görə, qalmaqallı vəziyyətin efirə getməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və istifadəçilər tərəfindən çoxsaylı müzakirələrə səbəb olub. |
Qalmaqal o qədər böyüyüb ki, oyundan sonra Onur Yıldız açıqlama vermək məcburiyyətində qalıb. |
O, görüntülərin kanaldakı canlı yayımdan olmadığını vurğulayıb. |
“Beynəlxalq yayım üçün verilən peyk tezliyində qeyri-qanuni olaraq qeydə alınıb və efirdən kənar görüntüdür. |
“A Spor” izləyənlər heç vaxt yayımda belə görüntünün şahidi olmayıblar”, - deyə diktor vurğulayıb. |
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif vədlər verərək vətəndaşlara məxsus maddi vəsaitləri mənimsəyən şəxs məsuliyyətə cəlb edilib. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, qeyd olunan əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Elşad İsmayılov saxlanılıb. |
Araşdırmalar zamanı məlum olub ki, onun vətəndaşların etibarından istifadə edərək, xarici dövlətlərin birində işləmək üçün müvafiq sənədlər almaları üçün yalan vədlər verib və zərərçəkənlərin ümumilikdə 12 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. |
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, E.İsmayılov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. |
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. |
Əgər E.İsmayılovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Şirvan ŞPŞ-yə məlumat vermələri xahiş olunur. |
Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası, Qarabağ və Şərqi Zəngəzur rayonlarının milli iqtisadiyyata reinteqrasiyası əsas prioritetə çevrilib. |
Eyni zamanda qələbəni təmin etmiş hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzillə təminatı istiqamətində davamlı fəaliyyət həyata keçirilir. |
Bu məbləğ sonradan artırıla bilərmi? |
Qarabağ və Şərqi Zəngəzurdakı layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından kredit cəlb olunması imkanlarını necə qiymətləndirirsiniz? |
- Məsələyə vəsaitin azaldılması kimi baxmağın tərəfdarı deyiləm. |
İlk növbədə biz çalışırıq ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün maliyyələşmə səviyyəsini saxlayaq. |
Heç şübhəsiz ki, hər bir tədbirin maliyyələşdirilməsi dövlətin maliyyə imkanları ilə bağlıdır. |
Biz imkan yarandıqca layihələrə vəsait ayırırıq. |
Ötən ilə fikir versəniz görərsiniz ki, ilkin olaraq həmin məqsədlər üçün büdcədən cəmi 3 milyard manat vəsait ayrılmışdı. |
Lakin sonradan dövlətin maliyyə imkanları artdı və 2023-cü ilin iyun ayında ölkə Prezidentinin təqdimatına əsasən, büdcəyə yenidən baxıldı. |
Bunun da iki əsas səbəbi vardı. |
Birinci səbəb ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi idi.Digər səbəb isə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi idi.Yenidən baxılma nəticəsində büdcədən bu məqsədlər üçün əlavə 1,8 milyard manat ayrıldı. |
Onu da deyim ki, ötən il büdcənin icrası zamanı əlavə olaraq həm Prezidentin ehtiyat fondundan, həm də büdcənin ehtiyat fondundan vəsait ayrıldı. |
Beləliklə, ümumi məbləğ 5 milyard manatı üstələdi. |
Cari ildə də bunu istisna etmək olmaz. |
2024-cü ilin dövlət büdcəsində də müəyyən vəsaitlər nəzərdə tutulub. |
Dövlətin maliyyə imkanlarından asılı olaraq, əlavə gəlirlər olduqda və yaxud büdcə vəsaitlərinə qənaət olunduqda həmin pullar ilk növbədə qeyd etdiyiniz məqsədlərə yönəldiləcək. |
Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasını sırf öz maliyyə imkanları hesabına həyata keçirir və bu proses davam edəcək. |
O ki, qaldı bu layihələrə kreditlərin cəlb edilməsinə, bu istiqamətdə işlər aparıla bilər. |
Bununla bağlı müəyyən niyyətlərimiz var. |
Ancaq hazırda bunlar sadəcə müzakirə mövzusudur. |
Ona görə də, konkret bir şey demək mümkün deyil. |
- Bu il mənzil növbəsində olan, Silahlı Qüvvələrdə 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin olunmasına bu il dövlət büdcəsindən nə qədər vəsait ayrılacaq? |
- Bildiyiniz kimi, bu məqsəd üçün hüquqi çərçivə mövcuddur. |
“Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə xüsusi Komissiya yaradılıb. |
Həmin Komissiyada müxtəlif orqanların nümayəndələri təmsil olunur. |
Komissiya vaxtaşırı iclas keçirərək həm müvafiq meyarlara uyğun hərbi qulluqçuların növbəyə qəbul edilməsi məsələlərini həll edir, həm də növbədəki hərbi qulluqçulara mənzillərin verilməsi məsələsini nəzərdən keçirir. |
Həmin məqsəd üçün bu il büdcədə 35 milyon manat nəzərdə tutulub. |
Bu gün hərbi qulluqçular mənzil məsələsinin həlli üçün güzəştli ipoteka kreditləşməsi mexanizmindən yararlana bilirlər. |
Bu əsnada ötən ilin dekabrında Prezident İlham Əliyevin “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmanı xüsusilə qeyd etmək istərdim. |
Sənədə əsasən İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin 15%-ni dövlət qarşılayacaq. |
Proqram 2024-2025-ci tədris ilindən başlayaraq təhsil alan kursantlar üçün nəzərdə tutulur. |
Onlar 5 il zabit və yaxud gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra bu hüququ əldə edəcəklər. |
- Azərbaycanda ümumi dövlət borcu, o cümlədən xarici borclanma ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz? |
- Bildirmək istərdim ki, bu il yanvarın 1-nə dövriyyədə olan dövlət qiymətli kağızlarının ümumi məbləği 6 milyard manatdan çoxdur. |
Ötən ilin nəticələrinə görə Azərbaycanda ümum daxili məhsulun (ÜDM) dəyərinin 123 milyard manat təşkil etdiyini nəzərə alsaq, bu, dövlət qiymətli kağızlarının ÜDM-dəki payının 5%-i keçdiyi anlamına gəlir. |
Bildiyiniz kimi, 2018-ci ildə dövlət qiymətli kağızları bazarında bir canlanmağa baş verdi. |
Bu, həmin il ölkə Prezidentinin sərəncamı ilə “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın qəbul edilməsi ilə əlaqədar idi.Həmin strategiyada ilk olaraq nəzərdə tutulub ki, xarici dövlət borcu tədricən daxili dövlət borcu ilə əvəz edilsin. |
Hesab edirəm ki, bu proses uğurla davam edir. |
Nəticə etibarı ilə xarici dövlət borcunun ümumi dövlət borcunda xüsusi çəkisi azalıb. |
Xarici dövlət borcunun və ümumiyyətlə dövlət borcunun ÜDM-yə müəyyən nisbət göstəriciləri təqdim edilir. |
Hazırda onlar yenidən baxılmaqla 30% səviyyəsində nəzərdə tutulur. |
Qeyd etmək istərdim ki, cari ilin əvvəlinə biz bu məhdudiyyəti gözləmişik. |
Belə ki, ümumi dövlət borcumuzun ÜDM-yə olan nisbəti 21%-dən bir qədər çoxdur. |
Nəzərdə tutulduğu kimi xarici dövlət borcumuz azalır. |
Artıq onun ÜDM-yə nisbəti 10%-nin altındadır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.