Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. |
13 nəfər ən fəal qanun pozucusu müəyyən edilib və onlar sorğu-sual ediliblər. |
Hazırda anbarda işin normal məcrada davam etdiyi bildirilir. |
Məlumat üçün əlavə edək ki, 2004-cü ildə yaradılan “Wildberries” onlayn satış xidməti şəbəkəsinin Azərbaycanda rəsmi dileri də fəaliyyət göstərir. |
“Wildberries” Rusiyada dövriyyəyə görə onlayn satışla məşğul olan ən böyük mağaza şəbəkəsidir. |
“İctimai təşkilatların, siyasi partiyaların seçki prosesində rolu danılmazdır”. |
Oxu.Az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının üzvü, Tacikistandan olan deputat Amonullo Xayrullo Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib. |
O öncə təşəkkür edib:""“Hər bir kəsə minnətdaram. |
Bütün seçki məntəqələri avadanlıqla tam təmin olunmuşdu. |
Seçki məntəqələrində tələb olunan stendlər, proqramlar tam səhih şəkildə hazırlanmışdı. |
Bu da Azərbaycan Respublikasında olan seçkinin şəffaflığını göstərdi. |
Belə ki, Mərkəzi Seçki Komissiyası təşkilatçılığı yüksək səviyyədə təmin etmişdi. |
Sonda Azərbaycan xalqını ürəkdən təbrik edirəm. |
ABŞ Prezidenti Co Bayden çıxışı zamanı Almaniyanın keçmiş kansleri Angela Merkeli Almaniyanın mərhum baş naziri Helmut Kolla səhv salıb. |
Məlumata görə, hadisə Demokrat Partiyasının donorları qarşısında çıxışı zamanı, ABŞ lideri Böyük Britaniyada keçirilən G7 sammitində Merkellə 2021-ci il dialoqu haqqında danışarkən baş verib. |
Onlar 2021-ci il fevralın 6-da ABŞ-nin keçmiş prezidenti Donald Trampın tərəfdarlarının Kapitoliyə soxulmaları zamanı baş verən hadisələri müzakirə ediblər. |
ABŞ lideri Almaniya kanslerlərinin kimliyini qarışdırıb. |
“Sonra Helmut Kol mənə tərəf dönüb dedi:“Cənab prezident, əgər siz “London Times” qəzetini götürsəniz və min nəfərin Britaniya parlamentinin qapılarını sındıraraq yeni baş nazirə vəzifəyə gəlməyinə icazə vermədiyini bilsəniz, nə edərdiniz?”, - deyə ABŞ lideri soruşub. |
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bu yaxınlarda Fransa prezidenti Fransua Mitteranla da (1996-cı ildə vəfat edib) danışdığını bildirmişdi. |
Anqola parlamentinin nümayəndə heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərinin nəticələrinə dair brifinq keçirib. |
Oxu.Az-ın məlumatına görə, nümayəndə Pedro De Morais Neto bildirib ki, Azərbaycanda keçirilən prezident seçkisi səliqəli və şəffaf idi:""“Seçkiyə marağın olması Azərbaycanda yaradılan vəziyyətlə əlaqəlidir. |
Bu o deməkdir ki, Azərbaycanda sosial və iqtisadi stabillik var”. |
O qeyd edib ki, Bakıda və Sumqayıtda 15 seçki məntəqəsində olublar:""“Seçicilər üçün rahat şərait yaradılıb. |
Qadın seçicilər daha çox idilər. |
Biz heç bir qanun pozuntusu ilə rastlaşmadıq. |
Azərbaycandan yaxşı təəssüratla qayıdacağıq”. |
Dünən keçirilən növbədənkənar prezident seçkisi günündə təcili tibbi yardım xidmətinə yüngül simptomlarla altı müraciət olub. |
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. |
Bildirilib ki, onlara yerində ilkin yardım göstərilib. |
“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi çox şəffaf idi.Yalnız qərəzli şəxslər bunun tərsini deyə bilərlər”. |
Oxu.Az-ın məlumatına görə, Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov seçki ilə bağlı monitorinqlərinin nəticələrinə dair keçirilən brifinqdə bildirib. |
Onun sözlərinə görə, işğal dövründə Azərbaycana dəymiş zərərlə tanış olub və dəhşətə gəlib:""“Nə qədər evlər, məktəblər, mədəniyyət ocaqları məhv edilib. |
Hazırda bunları bərpa etmək lazımdır. |
İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm”. |
Rusiya Dumasının Beynəlxalq münasibətlər komitəsinin sədrinin müavini Aleksey Çepa bildirib ki, seçki yüksək səviyyədə keçirilib:""“Müşahidəmdə gördüm ki, seçki ilə bağlı gənclər çox fəal idilər. |
Digər ölkələrdə gənclər seçkilərdə bu qədər fəal iştirak etmirlər. |
Ötən gün bizim seçicilərlə ünsiyyət qurmaq imkanımız oldu. |
Gənclər, belə başa düşdüm ki, gələcəklərinə, özlərinə, inkişaflarına səs verdilər. |
Azərbaycan xalqı öz iradəsilə səs verdi. |
Dünya dəyişib, heç kim Azərbaycana təsir edə bilməz. |
Böyük məmnuniyyətlə İlham Əliyevi təbrik edirəm”. |
Azərbaycan-Rusiya dostluq qrupunun üzvü, millət vəkili Aleksandr Yuşenko da bildirib ki, seçkinin nəticələrinə təsir edən hər hansı bir qanun pozuntusu müşahidə etməyiblər. |
Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “saxla” işarəsi verilən “KamAZ” markalı, 77-CF-094 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Mərhəmət Babayev polisin qanuni tələbinə tabe olmayaraq, hərəkətini davam etdirib. |
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. |
Bildirilib ki, görülən tədbirlər nəticəsində avtomobil saxlanılıb. |
Araşdırma zamanı məlum olub ki, Mərhəmət Babayev nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə etdiyinə, həmin inzibati xətanı il ərzində təkrar törətdiyinə, habelə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı inzibati qaydada məsuliyyə... |
Bununla bağlı sürücü barəsində inzibati qanunvericiliyə uyğun protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. |
Məhkəmənin qərarı ilə Mərhəmət Babayev inzibati qaydada həbs edilib. |
“Seçkidə heç bir qanun pozuntusu olmadı”. |
Oxu.Az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasında iştirak edən Qırğızıstanın deputatı Tınçtık Şahnazarov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində aparılan monitorinqin yekunlarına dair brifinqə deyib. |
O, seçkinin şəffaflığından bəhs edib:""“Tam səmimiyyətimlə deyirəm ki, Azərbaycanda prezident seçkisi heç bir qanun pozuntusu olmadan keçirilib. |
Dövlətin güvəndiyi yer xalqdır. |
Xalq seçirsə, biz buna nə isə deyə bilmərik. |
Bizim müşahidələrimiz də xalqın rəyinə əsasəndir”. |
“Mənim uşağımı bilə-bilə öldürdülər. |
Bunu qızılcadan dünyasını dəyişən Astaranın Maşxan kənd sakini, altı yaşlı Yusif Əliyevin anası deyib. |
“Bazar günü gördüm ki, bədəni səpib, qızdırması da var. |
Uşağı Astaraya apardım, həkim resept yazdı. |
Dedi ki, bunları et, heç nə olmayacaq. |
Bir gün uşaq evdə qaldı, yeriyə bilmədi, ayaqları tutuldu. |
Təcili yardım xidməti ilə xəstəxanaya apardıq, orada dünyasını dəyişdi”, - anası söyləyib. |
Faktla bağlı araşdırma aparılır. |
Ətraflı Baku TV-nin süjetində:""15:18"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Astarada altı yaşlı uşağın qızılcadan ölməsi barədə açıqlama verib. |
Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, rayonun Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü azyaşlıya (kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrində müayinə və analizlərdən sonra qızılca diaqnozu qoyulub:""“Ona müvafiq tibbi xidmətlər göstərilib, profilaktik infuziya tətbiq edilib ... |
08.02.2024-cü il tarixində xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olan çağırış əsasında təhkim olunan briqada tərəfindən çağırış ünvanında azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb. |
Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub”. |
12:11"Astara rayonunda altı yaşlı uşaq qızılcadan ölüb. |
Belə ki, kənd sakini - 2018-ci il təvəllüdlü Y.Ə.-də dörd gün əvvəl qızdırma olub. |
Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. |
Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. |
Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. |
Lakin onun həyatını xilas etmək mümkün olmayıb. |
Faktla bağlı araşdırma aparılır. |
İranda milli fəal Araz Aman Təbrizdə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. |
Məlumata görə, fevralın 5-də repressiv qüvvələr onu həbs etmək üçün mülki geyimdə və bir neçə avtomobillə atasının evinə hücum ediblər, ancaq milli fəal onların əlindən xilas ola bilib. |
Bildirilir ki, təhlükəsizlik qüvvələri əliboş qayıtmamaq üçün onun atasının evində çalışan iki şəxsi girov götürərək, Arazın təslim olmasını tələb ediblər. |
Daha sonra isə girovları sərbəst buraxıblar. |
Qeyd olunub ki, təhlükəsizlik qüvvələri onun həyat yoldaşını həbs edəcəkləri ilə hədələyərək, milli fəalı döyərək saxlayıblar. |
Fevralın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. |
Bununla bağlı President.az məlumat yayıb. |
Vladimir Putin İlham Əliyevə prezident seçkisində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. |
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını ifadə edib. |
Dövlət başçıları müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər. |
Ukrayna parlamentlərarası dostluq qrupu Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. |
Oxu.Az-ın məlumatına görə, qrupun həmsədri Valeri Kolyux bildirib ki, 12 seçki məntəqəsində müşahidə aparıblar:""“Hazırkı seçkinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bütöv Azərbaycanı əhatə edib. |
Azərbaycan vətəndaşı ərazi bütövlüyünün bərpa olunmasında iştirak edib”. |
“Azərbaycanda seçki yüksək səviyyədə keçirilib”. |
Oxu.Az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasında iştirak edən Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Anton Lopatin Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib. |
Seçki Komissiyasının üzvü Azərbaycan xalqını təbrik edib:""“Hər kəsi səmimi-qəlbdən təbrik edirəm. |
Seçki yüksək səviyyədə keçirildi. |
Vaxt çox az idi, lakin yüksək səviyyədə təşkil olunmuşdu. |
Növbədənkənar olmasına baxmayaraq, hər şey qaydasında idi.Məntəqələrdə kameralar quraşdırılmışdı. |
Pakistanın şimal-şərqindəki Hayber Paxtunxva əyalətinin, Köhlü rayonunda əldəqayırma partlayıcı qurğunun partlaması və ardınca atışma nəticəsində beş polis əməkdaşı ölüb, ikisi yaralanıb. |
“Polislər ağır yaralanıb, onlardan beşi xəstəxanaya aparılarkən yolda ölüb”, - deyə məlumatda bildirilir. |
Mənbələrin bildirdiyinə görə, cümə axşamı səhər saatlarında Dera İsmayıl Xan bölgəsində polis maşını əldəqayırma partlayıcı qurğu ilə vurulub. |
Naməlum şəxslər ölkədə keçirilən seçkilərlə əlaqədar həmin vaxt küçələrdə patrulluq edən polis əməkdaşlarına atəş açıblar. |
Hücumun baş verdiyi yer mühasirəyə alınıb. |
12:40"Pakistanın Bəlucistan əyalətində partlayış baş verib. |
Məlumata görə, partlayış Köhlü rayonunda baş verib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.