Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Xarici dövlət borcumuz ötən il də mütləq ifadədə azalıb. |
- Bu ilin noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. |
Belə bir mötəbər tədbirin Azərbaycanda təşkil edilməsini necə dəyərləndirisiniz? |
COP29-un maliyyələşmə mexanizmləri üzərində iş gedirmi? |
- Azərbaycan artıq özünü böyük mötəbər beynəlxalq tədbirlərin keçirilmə məkanı kimi doğruldub. |
Ölkəmizdə uğurla beynəlxalq miqyaslı həm siyasi, həm humanitar, həm də ki, idman tədbirləri keçirilib. |
Bu mənada Azərbaycan dövləti dünyada özünü etibarlı, mütərəqqi bir ev sahibi kimi tanıdıb. |
Bu baxımdan heç şübhəsiz ki, COP29 da uğurla Azərbaycanda həyata keçiriləcək. |
Qeyd olunduğu kimi, bu, ölkəmiz üçün böyük bir uğurdur ki, bütün dünya ölkələri bu tədbirin Azərbaycanda keçirilməsinə səs verdilər. |
Bunun maliyyə tərəfi ilə əlaqədar xüsusi işlər aparılır. |
Dövlət büdcəsindən müəyyən vəsaitlər ayrılacaq. |
Həmin vəsaitlərin məbləği barədə hələ ki, hər hansı bir fikir söyləyə bilməyəcəyəm. |
Çünki bununla əlaqədar təşkilat komitəsi, onun nəzdində yaradılan əməliyyat şirkəti müvafiq hesablamalar aparır. |
Dövlətin maliyyə vəsaiti ayırmasına ehtiyac yaranacaqsa şübhəsiz ki, bu işlər təmin ediləcək. |
Ev sahibi olaraq müəyyən xərclər bizim payımıza düşür, iştirakçıların bura gəlib-getməsi, burada qalması, tədbirdə iştirakı isə onların öz hesabına olacaq. |
MDB-nin müşahidə missiyasının rəhbəri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. |
Oxu.Az xəbər verir ki, brifinqdə MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev çıxış edib. |
O, səriştəli və dəqiq işə görə təşəkkür edib:""“Keçirilən prezident seçkisində MDB-nin 160-dan çox nümayəndəsi müşahidəçi qismində iştirak edib. |
Yalnız Ermənistan, Moldova və Ukraynadan nümayəndələr olmayıb. |
İlk növbədə vurğulamaq lazımdır ki, seçicilər yüksək səviyyədə iştirak ediblər. |
Müşahidəçilərimiz artıq neçə həftədir ki, Bakıdadırlar. |
Seçki çox yüksək səviyyədə təşkil olunub. |
Azərbaycanlı seçici və müşahidəçilərlə söhbətlər aparırdım. |
Hər biri çox səmimi idi.""Namizədlərin də hər biri yüksək səviyyədə təmsil olunurdu. |
Postsovet məkanında keçirilən ən şəffaf seçki idi. |
Bütün namizədlər xalqla çox səmimi söhbətlər aparırdılar. |
Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, seçki azad, şəffaf və qanunlara uyğun keçirilib”. |
Rusiyalı müşahidəçilər Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərinin nəticələrinə dair brifinq keçiriblər. |
Oxu.Az-ın məlumatına görə, 20 nəfərlik heyət seçki prosesini izləyib. |
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, seçki tam şəffaf keçirilib:""“Fürsətdən istifadə edərək prezident seçkisində inamlı qələbəsinə görə İlham Əliyevi təbrik edirəm. |
Biz əminik ki, bundan sonra da Azərbaycan və Rusiya arasında əlaqələr davam edəcək”. |
O qeyd edib ki, seçicilərin sıra növbəsini gözlədiklərini müşahidə ediblər:""“Seçicilərin belə yüksək səviyyədə iştirakı gözlənilən idi. |
Bu seçki ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edib. |
Bilirsiniz, dünən seçicilər tək seçki olduğuna görə gəlməmişdilər. |
Onlar İlham Əliyevi milli qəhrəman kimi qəbul edib gəlmişdilər. |
Seçicilər İlham Əliyevin “Qarabağ Azərbaycandır!” deyimindən istifadə edirdilər”. |
Bakıda SOCAR və Beynəlxalq Qazma Şirkətləri Assosiasiyasının təşkilatçılığı ilə ikigünlük “Drilling Caspian” beynəlxalq konfransı başlayıb. |
Bu barədə “Trend” agentliyi xəbər verib. |
Tədbirdə SOCAR-ın Qazma İdarəsinin nümayəndəsi Asif Zəngi giriş təqdimatı ilə çıxış edib. |
Konfransda MENA-nın tədqiqat direktoru, “Rystad Energy Aditya Sapasvatt”, “GL LTD”nin quyular və qazma üzrə direktoru David Triolo, SOCAR AQŞ, “Turan Drilling and Engineering”in nümayəndələri və başqaları çıxış edəcəklər. |
Konfransın məqsədi Xəzər dənizinin potensialını və karbohidrogen laylarının məhsuldarlığını aydınlaşdırmaqdır. |
Konfransın ikinci günündə bp, “Totalenergeis” və Xəzər regionunda fəaliyyət göstərən bir sıra digər şirkətlərin nümayəndələri çıxış edəcəklər. |
Tədbirdə çıxış edən “Offshore”, “KCA Deutag” şirkətinin prezidenti və “Turan Drilling & Engineering” şirkətinin İdarə Heyətinin sədri Ole Mayer qeyd edib ki, bu il Xəzər dənizinin Azərbaycan sektorunda şirkət bp üçün ACE qurğusundan “Azəri-Çıraq-Günəşli”dən əlavə karbohidrogenlərin çıxarılması layihəsi çərçivəsində nef... |
Daha sonra çıxış edən “Rystad Energy” şirkətinin nümayəndəsi 2050-ci ilə qədər karbohidrogen hasilatı proqnozları və istixana qazlarının emissiyalarının azaldılması üzrə BMT-nin Paris Sazişinə əsasən şirkətlərin iqlim öhdəlikləri çərçivəsində qalıq yanacaq istehsalı ssenariləri haqqında hesabat təqdim edib. |
“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisindən sonra Qərbin reaksiyası mənə çox maraqlıdır. |
Görəsən, Fransa Prezidenti Emmanuel Makron və digərləri Azərbaycan xalqını təbrik edəcəklər, yoxsa tənqid edəcəklər? |
Susacaqlarmı?”"Oxu.Az-ın məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərinin nəticələrinə dair keçirilən brifinqdə bildirib. |
O, Qərbə tövsiyələr verib:""“Mən istəyirəm ki, buradan onlara tövsiyə edim ki, əsassız tənqiddən əl çəksinlər. |
Azərbaycan xalqı artıq gələcəyə doğru inamlı addım atdı. |
Xalqı, İlham Əliyevi təbrik edirəm”. |
İqor Korotçenko vurğulayıb ki, Azərbaycanda prezident seçkisi tam şəffaf təşkil edilib:""“Altı seçki məntəqəsində iştirak etdim. |
Seçicilər də yüksək səviyyədə iştirak etdilər və ölkənin gələcəyinə dair fikirlərini nümayiş etdirdilər. |
İlham Əliyevin qələbəsi artıq xalqın iradəsi ilə əvvəldən müəyyən olunub. |
O, bir çox təhlükələrin olduğu şəraitdə xalqa sadiq oldu. |
Həmişə ölkənin maraqlarını müdafiə edir. |
Azərbaycanın dostları, dövlət rəhbərləri İlham Əliyevi inamlı qələbəsinə görə təbrik edirlər. |
İ.Əliyev Rusiya dövlətinin də dostudur. |
Bundan sonra da iki ölkə siyasi, iqtisadi sahədə tərəfdaş olmaqda davam edəcəklər”. |
İmereti diyarının Nergeti kəndində torpaq sürüşməsi zamanı itkin düşənlərin hamısının meyitləri tapılıb. |
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər verib. |
Bildirilir ki, itkin düşmüş hesab olunan doqquzuncu şəxsin cəsədi bu səhər aşkar edilib. |
Xatırladaq ki, fevralın 7-də yağan güclü yağış nəticəsində baş verən torpaq sürüşməsi nəticəsində dörd ev tamamilə uçub. |
Təbii fəlakət zamanı evlərdə 10 nəfər olub. |
Onlardan yalnız birini xilas etmək mümkün olub. |
Azərbaycanda yenidoğulmuşa səhv qan qrupu təyin edilib. |
Bu barədə “Qafqazinfo”ya körpənin valideynləri məlumat veriblər. |
Ata Rəhman Abbaszadə deyir ki, yanlışlıq Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qeydə alınıb. |
Belə ki, 2022-ci ilin iyul ayının 31-də dünyaya gələn körpəyə müsbət rüzuslu I qan qrupu təyin olunsa da, sonradan bunun doğru olmadığı ortaya çıxıb. |
Valideynlər iddia edirlər ki, övladlarının müsbət rüzuslu III qan qrupuna aid olduğu sonradan müəyyənləşib. |
Qan qrupunun yanlış təyin olunduğu isə “ASAN xidmət”ə vəsiqə almaq üçün getdiklərində məlum olub. |
Atanın sözlərinə görə, xəstəxanaya irad bildirsələr də, biganə yanaşılıb:“ASAN xidmət”də 2 dəfə analiz verildi və məlum oldu ki, səhvlik xəstəxanaya aiddir. |
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu isə bizə laboratoriyada analizlərin qarışıq düşdüyünü çox rahat şəkildə bildirib. |
Həkim Cahan İslamovaya normal doğuş üçün 400 AZN ödəniş etmişik, lakin indi boynuna almır və problem həll edilmir”. |
Məsələ ilə bağlı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna sorğu göndərdik. |
6 nömrəli doğum evi uşağa O (I) RH + qan qrupunun təyin olunduğunu təsdiqləsə də, iddianı tam əsaslı saymayıb:""“Qeyd olunan tarixdən 1 il 7 ay müddət keçdiyinə görə, uşağın qan nümunəsi laboratoriyada mövcud deyil. |
İddianın əsaslı və əsassız olduğu haqqında hər hansı fikir səsləndirmək qeyri-mümkündür”. |
Ötən ilin martında Gəncə şəhərinin Məhsəti qəsəbəsində arvadını qətlə yetirən 1983-cü il təvəllüdlü Ruslan Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. |
“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Şirinov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. |
Araşdırmalar zamanı məlum olub ki, Ruslan Şirinov 2014-cü ildə uzaq qohumu olan 1995-ci il təvəllüdlü Züleyxa ilə ailə qurub, onların iki övladı dünyaya gəlib. |
2020-ci ildən etibarən isə cütlüyün münasibətləri tədricən pozulub. |
Həmin ərəfədə Züleyxa Bakıda yaşadıqları evi tərk edərək Gəncədə anasının yanına köçüb. |
Lakin Ruslan Züleyxa ilə əlaqəni kəsməyib. |
Bir müddət sonra keçmiş xanımının Gəncədə marketlərdən birində çalışmasını öyrənən Ruslan Şirinov onun işdən çıxmasını tələb edib. |
Barışmaq və işdən çıxmaqla bağlı tələblərinin yerinə yetirilmədiyini görən şəxs daha sonra bıçaq götürərək Züleyxanın iş yerinə gedib. |
O, marketə daxil olaraq heç bir söhbət etmədən insanların gözü qarşısında Züleyxaya 16 bıçaq zərbəsi endirib. |
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. |
Məhkəmənin hökmü ilə Ruslan Şirinova 16 il həbs cəzası verilib. |
O, cəzasını ciddi rejimli müəssisədə çəkməlidir. |
“Hər kəs səs vermək üçün can atırdı”. |
Oxu.Az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib. |
O qeyd edib ki, missiya bir aydan çoxdur Azərbaycandadır:""“Azərbaycanda olan seçkidə gizli səsvermə üçün bütün şərait var idi.Azərbaycan Respublikasının Seçki Məcəlləsi dünya standartlarına tam uyğundur. |
Müşahidəçilərimizlə səhər yola düşərkən bütün eyvanlarda üçrəngli bayraq gördük. |
7 fevral prezident seçkisi tarixi əhəmiyyət kəsb edirdi. |
Azərbaycan ərazi bütövlüyünü tam təmin etmiş ölkə olaraq seçki keçirdi. |
Seçicilər arasında bir ağsaqqalın 91 yaşı var idi.Azərbaycanın gələcəyi üçün səs vermək üçün gəlmişdi. |
Müxtəlif yaş qrupunda olan insanlar seçkidə iştirak edirdilər. |
Hər biri gələcəyə olan ümidlə gəlmişdi”. |
Rusiyanın Elektrostal şəhərində yerləşən, onlayn satış xidməti ilə məşğul olan “Wildberries” şirkətinin anbarında işçilərlə mühafizəçilər arasında kütləvi dava olub. |
Davanın sifarişlərin düzgün yığılmaması səbəbindən başladığı bildirilib. |
Qeyd olunur ki, 100-dən çox işçi qəfildən avadanlıqları məhv etməyə, rəfləri sındırmağa və malları korlamağa başlayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.