Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hadisə zamanı dörd nəfər xəsarət alıb. |
Polis hadisə yerini mühasirəyə alıb, araşdırma aparılır. |
Qeyd edək ki, dünən Bəlucistan əyalətində ard-arda iki güclü partlayış baş verib. |
Partlayış nəticəsində 28 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. |
Malayziya senatının sədr müavini Nur Cazlan Muhamed Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. |
Oxu.Az-ın məlumatına görə, o bildirib ki, heç kimin səsvermə hüququna müdaxilə edilməyib:""“Bakıda beş, Bilgəh qəsəbəsində bir seçki məntəqəsində müşahidə apardım. |
Seçici aktivliyi yüksək səviyyədə idi.Əminik ki, seçkidən sonra Azərbaycan və Malayziya arasında dostluq və əməkdaşlıq daha da güclənəcək”. |
“Rusiya Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ictimai hücumları dayandırmağa çağırır”. |
Bu açıqlama ilə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin çıxış edib. |
“Biz hamımız KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi effektivliyinin daha da təkmilləşdirilməsində maraqlıyıq. |
Təəssüf ki, bizim erməni müttəfiqlərimiz hələlik həqiqətən də təşkilatdan məsafə saxlayırlar”, - deyə Rusiya XİN rəsmisi bildirib. |
O, İrəvandakı həmkarlarını ictimai emosional hücumlar və təşkilatı tənqid etmək əvəzinə, siyasi və ekspertlər səviyyəsində aktual problemləri müzakirə etməyə çağırıb. |
Bərdə Rayon Məhkəməsinin sabiq hakimi barəsində cinayət işi başlanıb. |
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb. |
İbtidai istintaqla Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində alması... |
Qeyd edək ki, Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb. |
İş üzrə toplanmış ilkin sübutlar əsasında Elsun Məzahir oğlu Əhmədov şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı... |
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. |
“Seçkinin bütün ərazilərdə keçirilməsi olduqca qürurvericidir”. |
Oxu.Az xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesten Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinqdə deyib. |
O əlavə edib ki, seçkidə, əsasən, qadın və gənclərin fəallığı müşahidə olunub:""“Seçki çox şəffaf keçirilib. |
Hətta görmə məhdudiyyəti olan insanlar üçün də hazırlıqlar görülmüşdü. |
Bu seçki Azərbaycan xalqı, türk dünyası üçün xeyirli olsun. |
Öncəki seçimlərdə olduğu kimi, fərqli bir həyəcan var idi.Seçki vaxtı hər şey qaydasında idi.İlham Əliyevin qələbəsi türk dünyasının uğurudur”. |
Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisi xalq, millət, dövlət birliyinin təcəssümü kimi Azərbaycan xalqının tarixinə düşdü. |
Ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan xalqı bu seçkiyə bir daha dünyaya birliyini, həmrəyliyini nümayiş etdirdi. |
Seçki günü məntəqələrə kütləvi seçici axını, yüksək fəallığı əksər yerli və xarici müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri verdikləri bəyanatlarda təsdiq etdilər. |
Seçki həm də cəmiyyət daxilində milli birliyin, siyasi etikanın təcəssümü kimi də yadda qaldı. |
Nəticələr elan olunduqdan sonra prosesə qatılan namizədlərin əksəriyyəti siyasi mədəniyyət nümayiş etdirərək, qalib namizədi təbrik etdilər. |
Eyni mövqeni prosesdə iştirak etməyən ölkənin əksər siyasi partiyaları nümayiş etdirdilər. |
Seçkinin nəticələri elan olunduqdan sonra namizədlərin qalibi təbrik etmələri siyasi mədəniyyət nümunəsi hesab edilə bilər. |
Seçkidə namizəd Fazil Mustafanın lideri olduğu Böyük Quruluş Partiyası proses zamanı heç bir maneə ilə üzləşmədikllərini və təzyiqlər göstərilmədiyini bəyan edib:""“Partiyanın seçki qərargahının üzvləri müşahidəçilərimizin rəyinə əsasən belə hesab edir ki, bu prezident seçkisi demokratik rəqabət mühitində keçirilib və ... |
Milli Cəbhə Partiyası da növbədənkənar seçkinin nəticələri ilə bağlı bəyanat yayıb. |
“Seçkinin ilkin nəticələrinə və “exit poll”ların nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi Milli Cəbhə Partiyasının üzvləri, Seçki qərargahının üzvləri və partiyanın sədri Razi Nurullayevin adından təbrik edir, vətənə və millətimizə xeyir... |
Prezidentliyə namizəd Zahid Orucun seçki qərargahı bəyan edib ki, öz xalqını qalibiyyətə çatdıran, ölkəsini qalib ölkəyə çevirən namizəd İlham Əliyevlə mübarizə aparmaq olduqca çətin olsa da, bu seçki bizim komandamıza müsbət təcrübə qazandırıb və xalqla daha yaxın ünsiyyətimizə imkan yaradıb. |
Digər namizəd Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında deyilib ki, seçkidə inamlı qələbə qazanaraq yenidən ölkə prezidenti seçilən İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirlər. |
Böyük Azərbaycan Partiyası da seçki ilə bağlı yaydığı bəyanatda prosesin demokratik keçirildiyini bəyan edib. |
Partiyadan namizədliyi irəli sürülən Elşad Musayev qalib namizədi təbrik edib. |
Müstəqil namizəd kimi seçkidə iştirak edən Fuad Əliyev bildirib ki, seçkinin ilkin nəticəsi onu deməyə əsas verir ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə böyük etimad göstərib. |
Əksər siyasi partiyalar seçkidə iştirak etməsələr də, prosesi yaxından izləyib və qiymətləndiriblər. |
Məsələn, seçkinin nəticələri ilə bağlı bəyanat yayan Haqq Ədalət Partiyası seçkini bütün proses ərzində yaxından müşahidə etdiklərini və seçki prosesi ilə bağlı partiya üzvlərinin yekdil qərarlarını dəfələrlə ictimaiyyətə açıq şəkildə bildiriblər. |
Qeyd edilib ki, ümumilikdə seçki prosesi qanunvericiliyə uyğun, demokratik və azad rəqabət mühitində təşkil olunub. |
Ümid Partiyası da yaydığı bəyanatda prezident seçkisini azad və şəffaf, nəticələrini legitim və ədalətli hesab etdiyini bəyan edib. |
Bəyanatda deyilir ki, “bu seçki ölkədə indiyə qədər keçirilmiş seçkidən öz mahiyyəti, azad və şəffaflığı baxımından əhəmiyyətli dərəcədə fərqlənib. |
Müstəqilliyimiz bərpa olunandan sonra ilk dəfə idi ki, ölkənin bütün ərazisində seçki keçirilirdi”. |
Öz növbəsində Demokratik İslahatlar Partiyası bütün səsvermə prosesinin beynəlxalq standartlara uyğun, səslərin sayılmasının açıq və şəffaf təşkil olunduğunu, heç bir problem qeydə alınmadığını bəyan edib. |
Seçki öncəsi prosesdə namizədlər üçün yaradılmış demokratik şərait və imkanlar da partiya tərəfindən təqdir olunmuş, namizədlərin təbliğat və təşviqat kampaniyası demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirilib. |
Azərbaycan Demokratik Maarifçilik Partiyası seçki prosesinin demokratik və dinc şəraitdə keçdiyini bəyan edib. |
Seçkinin elan edilmiş nəticələrini legitim və xalqın iradəsinin ifadəsi hesab edib, bu seçimlərdə Azərbaycan xalqının böyük dəstəyini qazanaraq qalib gəlmiş Azərbaycan xalqının inam və ümid yeri olan cənab İlham Əliyevi səmimi qəlbdən təbrik etdiklərini açıqlayıb. |
Gələcək Azərbaycan Partiyası seçki prosesini izləyən üzvlərinin səsverməni müşahidə edərkən hansısa neqativ halla qarşılaşmadıqlarını və qanun pozuntularına rast gəlmədiklərini bəyan edib:“Hesab edirik ki, bu seçkini məhz Azərbaycan xalqı və dövləti qazanıb”. |
Seçki prosesini yaxından izləyən Yeni Zaman Partiyası, prezident seçkisinə öz müşahidə missiyası ilə qatıldığını açıqlayıb. |
Seçki iştirakçıları - seçicilər, namizədlər, müşahidəçilər, məşvərətçilər üçün qanunvericiliyin tələblərinə uyğun şərait yaradıldığının şahidi olub. |
Seçkinin nəticəsini legitim hesab edir və İlham Əliyevi qələbə qazanması münasibətilə ürəkdən təbrik edir, Prezidentə şərəfli fəaliyyətində uğurlar arzulayırıq”, - bəyanatda vurğulanıb. |
Öz növbəsində Ana Vətən Partiyası da bəyan edib ki, Azərbaycanda 2 ay əvvəl 2023-cü ilin 7 dekabr tarixində başlanan prezident seçkisi ölkədə böyük siyasi aktivliyə səbəb olmaqla sakit şəraitdə, heç bir qarşıdurma və neqativ hal müşahidə edilmədən uğurla sona çatdı. |
Azərbaycan Milli İstiqlal Partiyası da yaydığı bəyanatda İlham Əliyevi ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməklə keçirilən Zəfər seçkisində Azərbaycan xalqının böyük səs çoxluğunu qazanaraq qalib gəlməsi münasibətilə təbrik edir, yeni hədəflər və güclü, demokratik, firavan Azərbaycan uğrunda davamlı fəaliyyəti... |
İnanırıq ki, bu seçkidəki qələbə müxtəlif istiqamətlər üzrə islahatların həyata keçirilməsinə təkan verəcək və bundan qazanan məhz Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi olacaqdır. |
Ədalət Partiyası yaydığı bəyanatda bu seçkinin Azərbaycan dövlətçilik tarixində bir çox xüsusiyyətlərinə görə öncəki seçkidən kəskin şəkildə fərqləndiyini qeyd edib. |
Vurğulanıb ki, ilk növbədə 30 ildən sonra Azərbaycanda hansısa bir seçki ölkənin bütün suveren ərazisini əhatə edirdi. |
Vəhdət Partiyası bəyan edib ki, 7 fevral tarixində ölkəmizdə keçirilən seçki Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymuş Vətən müharibəsindən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində baş tutub. |
Bu müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcıdır deyə bilərik. |
Qarabağın və Şərqi Zəngəzurun azadlığı, böyük Zəfər və nəhayət Xankəndidə dalğalanan bayraq da onu sübut edir ki, Azərbaycan indi daha güclüdür və yenilməzdir. |
Azad Vətən Partiyası yaydığı bəyanatda bu seçkiyə qatılmayacağını elan etsə də, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən qalib İlham Əliyevi dəstəkləyəcəyini bildirmişdi:“Biz bu nəticəni xalqın siyasi iradəsinin göstəricisi hesab edir, qələbə münasibətilə bütün xalqımızı və Prezident İlham Əliyevi təbrik edir... |
Bundan əlavə, Müasir Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı, Vətəndaş Həmrəyliyi Partiyası da seçkinin demokratik qaydada keçirildiyini bəyan edib, seçkidə qalib gələn Müzəffər Ali baş Komandan İlham Əliyevi təbrik ediblər. |
Xüsusi olaraq qeyd ediblər ki, bu seçki müstəqil Azərbaycanın bütün suveren ərazisində keçirilib. |
Pakistan parlamentinin nümayəndə heyətinin rəhbəri Faysal Salim Rəhman Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. |
Oxu.Az-ın məlumatına görə, o bildirib ki, bu seçkidə müsbət məqamlardan biri o oldu ki, gənclər təşkilat işlərində aktiv iştirak edirdilər:""“Bu isə ölkənin rifahına işarədir. |
İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm”. |
Rusiya şou-biznesində “Navai” təxəllüsü ilə fəaliyyət göstərən, “HammAli&Navai” duetinin keçmiş solisti Nəvai Bəkirov Azərbaycanda ferma tikir. |
Oxu.Az-ın məlumatına görə, azərbaycanəsilli rep ifaçısı bu barədə özünün sosial media hesabında xəbər verib və kadrlar paylaşıb. |
Görüntülərdən aydın olur ki, ferma Şəmkirin Talış kəndində qurulacaq. |
“Kənd cəlb edir, kəndi çox sevirəm. |
Azərbaycanda ferma tikirəm”, - deyə o, videoda bildirib. |
Belarus Parlamenti Respublika Şurasının üzvləri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçiriblər. |
Oxu.Az-ın məlumatına görə, şuranın sədr müavini Valeri Belski bildirib ki, Azərbaycan dövləti hər zaman xoşməramlı qonşuluq münasibətlərinə və xalqlararası dostluq və əməkdaşlığa önəm verib:""“Bəzi dövlətlər Azərbaycan haqqında qeyri-obyektiv fikirlər səsləndirsələr də, biz bu fikirlərlə razılaşmırıq. |
Hesab edirəm ki, bu qələbə xalqın iradəsinin qələbəsidir”. |
V.Belski qeyd edib ki, Qarabağda iki seçki məntəqəsində olublar:""“Seçki şəffaf keçirilib. |
Qarabağın dirçəlməsi və yenidən qurulması prosesində iştirak edənlərin seçkidə iştirakını xüsusilə vurğulamaq istəyirəm. |
Onlar səs verdikdən dərhal sonra öz işlərinə - Qarabağın bərpasına qayıdırdılar ki, bu da nəzərimizdən qaçmadı”. |
V.Belski vurğulayıb ki, AŞPA başqa dövlətlərə, onların keçirdikləri seçki prosesinə fikir bildirir, onlara ağıl öyrətmək istəyir:""“Hesab edirlər ki, buna haqları var. |
Mən həmin insanları Azərbaycana dəvət edirəm”. |
“Xalq birlik nümayiş etdirdi”. |
Oxu.Az xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndəsi, Qazaxıstan parlamentinin deputatı Abzal Kuspan deyib. |
O, bütün prosesin göz önündə olduğunu bildirib:""“Xalq olaraq birlik nümayiş etdirildi. |
Azərbaycan xalqının öz prezidentini dəstəkləməsinin şahidi olduq. |
Qazaxlarda bir ata sözü var:“Bir qolda bir əl, bir yaxada bir baş”. |
Yəni bu da hakimiyyət ilə xalqın yaxınlığını göstərir”. |
Türkiyə parlamentinin nümayəndə heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. |
Oxu.Az-ın məlumatına görə, heyətin rəhbəri Şamil Ayrım bildirib ki, xalqın əksəriyyəti İlham Əliyevə səs verib:""“Xalq ilk dəfə bütöv Azərbaycan ərazisində səs verdi. |
Əksəriyyət müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verdi. |
Azərbaycan 44 günlük müharibə, ardınca antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. |
Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev sülh prosesinin icrasına nail olacaq. |
Biz hər zaman Azərbaycanın yanında olacağıq. |
Azərbaycanın sabitlik içərisində olması heç kimi narahat etməməlidir. |
Azərbaycan xalqını isə bu seçiminə görə təbrik edirik”. |
“Almaniya Bundestaqının üzvü Frank Şvabenin son vaxtlar Azərbaycana qarşı fəaliyyətini təlxəklik kimi xarakterizə etmək olar”. |
Bu fikir Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub. |
“F.Şvabe kimi uğursuzun qəzəbi bir daha onu göstərir ki, Azərbaycan təkcə işğalçı Ermənistanı deyil, onun arxasında duran bütün qüvvələri məğlub edib və həmin dairələr indi Azərbaycandan məhz buna görə qisas almaq istəyirlər. |
Lakin tarix göstərir ki, F.Şvabe kimi əliqələmli səlibçilər Azərbaycanın iradəsinə zərrə qədər təsir göstərə bilməzlər”, - deyə bəyanatda vurğulanıb. |
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini qəbul edib. |
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev müşahidə missiyasında iştirakına görə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinə, müşahidə qrupunun üzvlərinə və üzv dövlətlərə minnətdarlığını bildirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.