Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
O vurğulayıb ki, regiondakı mürəkkəb vəziyyətə baxmayaraq, Gürcüstan balanslaşdırılmış siyasət yürüdür və dəfələrlə Azərbaycanla Ermənistan arasında kommunikasiyanı təşviq edib. |
Xarici işlər naziri vəzifəsinə namizəd Gürcüstanın sülh və sabitliyə əsaslanan mehriban qonşuluq siyasətini davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib. |
Mərakeşli media nümayəndələri növbəti günlərdə Ağdama, Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfər edəcəklər. |
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. |
Bildirilib ki, komitə sədri Rövşən Rzayev bir qrup mərakeşli media təmsilçisi ilə görüşüb. |
Görüşdə Dövlət Komitəsinin və Azərbaycanın Mərakeşdəki səfirliyinin nümayəndələri, həmçinin “Məqrib Ərəb Press” qəzetinin redaktoru Mohammed Asvab, “L’Opinion” jurnalının redaktoru Anass Maçlux, “Le Matin” mətbu nəşrinin redaksiya rəhbəri Suheyl Naili, “Al Bayane” qəzetinin rəhbəri, nəşrlər üzrə direktoru Mahtat Rakas,... |
R.Rzayev ölkədə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti, bu kateqoriyadan olan insanların sosial-məişət, yaşayış və məşğulluq problemlərinin həlli istiqamətində görülən işlər, ərazilərimizin erməni işğalından azad edilməsindən sonra yaranan vəziyyət, “Böyük Qayıdış” proqramının icrası bar... |
Prezident İlham Əliyevin qaçqınlar və məcburi köçkünlərə daim qayğı göstərdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın onlarla bağlı məsələlərə xüsusi diqqət göstərdiyi vurğulanıb. |
Qeyd olunub ki, dövlət rəhbərləri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin gedişini, məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətlə əvvəlki yaşayış yerlərinə qayıdışının təmin edilməsini şəxsən nəzarətdə saxlayırlar. |
Bildirilib ki, “Qayıdışa Dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarında işlər sürətlə davam etdirilir və həmin torpaqların sakinləri mərhələli surətdə öz doğma yurdlarına köçürülürlər. |
İndiyədək dörd mindən çox məcburi köçkünün işğaldan azad edilmiş ərazilərdə yeni salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışı təmin edilib. |
Eyni zamanda, diqqətə çatdırılıb ki, işğal dövründə və sonradan Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi mina terrorunun nəticələrinin aradan qaldırılması zərurəti qayıdış prosesini ləngidir. |
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib. |
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev seçkilərdə müşahidəçi qismində iştirakına görə TÜRKPA nümayəndə heyətinə və müşahidə missiyasının bütün üzvlərinə təşəkkürünü bildirib. |
Müşahidə missiyasının üzvləri prezident seçkisində inamlı qələbə münasibətilə dövlətimizin başçısını təbrik ediblər. |
Onlar həm Şuşada, həm də Xankəndidə səsvermə prosesini müşahidə etdiklərini məmnunluqla bildirib və bunu tarixi məqam kimi qiymətləndiriblər. |
Prezident İlham Əliyev bu seçkinin tarixi hadisə olduğunu deyərək ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində təşkil olunmuş səsvermə prosesində iştirak etdiyini xüsusi vurğulayıb. |
Qonaqlar bildiriblər ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan xalqının Qarabağ Zəfəri bütün türk dünyasının zəfəridir və bu, türk dünyasının özünəinamını daha da gücləndirib. |
Söhbət zamanı türk dünyasının bir ailə olduğu və bu çərçivədə əməkdaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsinin və genişləndirilməsinin vacibliyi qeyd edilib. |
13:31"Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib. |
Bununla bağlı AZƏRTAC məlumat yayıb. |
Rusiyanın məşhur Lenta.ru saytında Azərbaycanda ötən gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı yazı dərc olunub. |
Müəllif oxucuların diqqətinə çatdırıb ki, Qarabağ işğaldan azad ediləndən sonra dövlətin müasir tarixində ilk dəfə olaraq prezident seçkisi ölkənin bütün ərazisini əhatə edib, 125 seçki dairəsinin 6 537 seçki məntəqəsində altı milyon yarımdan çox seçici iştirak edib. |
Yazıda qeyd olunur ki, saytın əməkdaşları seçkiyə bir neçə gün qalmış Bakı küçələrində sorğu keçirib və Azərbaycan cəmiyyətini ən çox narahat edən Qarabağ problemini həll edən İlham Əliyevin populyarlığının şahidi olublar. |
“Prezidentimiz balanslaşdırılmış daxili və xarici siyasət aparır və hamı ilə dost olmaq istəyir. |
İndi ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və sizin Prezident Vladimir Putinlə çox yaxşı dostdurlar, hamı bir-birini çox yaxşı başa düşür. |
Bizim Prezidentimiz 30 il ərzində azərbaycanlıların ən böyük dərdinə çevrilmiş olan Qarabağın işğalına son qoydu. |
Dünyada bunun analoqu yoxdur, hansısa başqa rəhbərin belə bir uğuru təkrarladığını görə bilməzsiniz, amma bizim Prezidentimiz, Ali Baş Komandanımız bunu həyata keçirə bildi”, - deyə Bakı sakinlərindən biri rusiyalı jurnalistin diqqətinə çatdırıb. |
Seçki günü saytın əməkdaşları bir qrup rusiyalı və beynəlxalq jurnalistlərlə birgə Bakıdan Qarabağa yola düşüblər. |
Onlar işğaldan azad edilən Azərbaycan torpaqlarında təşkil edilən növbədənkənar prezident seçkisini müşahidə ediblər. |
“İlk olaraq Zabux kəndinə getdik. |
Bu gün artıq 797 nəfər zabuxlu uzun illərin çətin sınaqlarından sonra doğma kəndinə qayıdıb. |
Yeni tikilmiş məktəbdə yerləşən seçki məntəqəsində fəallıq hiss olunur. |
Kənd sakinlərindən başqa, əraziləri minalardan təmizləyən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da öz seçki hüququndan istifadə edirlər”, - jurnalist qeyd edir. |
Məqalə müəllifinin marşrutunun növbəti nöqtəsi Laçın şəhəri olub. |
Jurnalist qeyd edib ki, artıq 1 627 laçınlı öz doğma yurduna qayıdıb. |
“Burada iki seçki məntəqəsi var ki, onlardan birində, əsasən, yerli sakinlər, digərində isə yenidənqurma işləri ilə məşğul olan işçilər səs verirlər. |
Bizi təəccübləndirən hər iki seçki məntəqəsində yaşanan seçici fəallığıdır. |
Və burada da hamı yekdilliklə İlham Əliyevi dəstəklədiyini və səslərini məhz hazırkı prezidentə verdiyini vurğulayırdı”, - seçkiləri müşahidə edən jurnalist qeyd edib. |
Müəllif vurğulayır ki, rusiyalı jurnalistlərin baş çəkdikləri seçki məntəqələrinin heç birində qanun pozuntusu qeydə alınmayıb. |
“Seçkidən sonra Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası elan edib ki, İlham Əliyev 76,73 faiz (son seçkidə seçici fəallığı 74 faiz olub) səslərin 92,1 faizini toplayaraq beşinci dəfə prezident seçkisində qalib gəlib. |
Bu xəbərin ardınca isə Qarabağın, Şuşanın səması atəşfəşanlığa büründü”, - məqalə müəllifi fikrini tamamlayıb. |
“Seçki prosesini müşahidə etmək çox maraqlı oldu”. |
Oxu.Az xəbər verir ki, bunu Özbəkistan Senatının Elm, təhsil və səhiyyə komitəsinin sədri Odilcon İminov deyib. |
O qeyd edib ki, heyətlərinə lazımi şərait və imkanlar yaradılıb:""“Xarici nümayəndələr ilə birlikdə seçki günü Qarabağ bölgəsində yerləşən Şuşa və Xankəndidəki məntəqələrdə olduq. |
Məntəqələrdə seçki prosesini müşahidə edərkən hər şeyin qaydasında olduğunu gördük. |
İlk dəfə səs verən gənclər çox fəallıq göstərirdilər. |
Çünki onlar həm də öz gələcəklərinə səs verirdilər. |
Seçki prosesi açıq və şəffaf formada baş tutdu. |
Seçki məntəqələri vaxtında açıldı. |
Hər bir seçicinin adı siyahıda vardı. |
Seçicilər öz hüququndan faydalanırdılar. |
Bundan əlavə, getdiyimiz seçki məntəqələri videomüşahidə ilə təmin olunmuşdu. |
“Dörd idman növündə oynamağım unikal göstərici deyil”. |
Futbol, futzal və çimərlik futbolunda çıxış etmiş 44 yaşlı mütəxəssis bu günlərdə minifutbol üzrə Azərbaycan çempionatında mübarizə aparan “İnter” komandası ilə anlaşıb. |
O, hər bir növün özünəməxsus tələblərinin olduğunu söyləyib:""“Birini qumda, birini zalda, birini ot üzərində oynayırsan. |
Məncə, ən çətini çimərlik futboludur. |
Çünki torpaq üzərində topla oynamaq üçün həm fiziki, həm də texniki cəhətdən ikiqat güc sərf edirsən. |
Hamısında oynamağımı qeyri-adi hadisə saymıram”. |
Zeynal Zeynalov digər üç növ üzrə millilərdə çıxış etməsinə baxmayaraq, minifutbol yığmasında oynamaq fikrində olmadığını bildirib:""“İnter”də çıxış edənlərin hamısı Azərbaycan futbol millisinin sabiq üzvləridir. |
Onlardan təklif gəldi, mən də qəbul etdim. |
Əslində, bu, peşəkar futbola qayıdış deyil. |
Əsas işim çimərlik futbolu üzrə yığmanın baş məşqçiliyidir. |
Hava şəraiti ilə əlaqədar milli hələ toplaşmır. |
Minifutbolda isə hər gün məşq olmur ki, bütün günümü buraya həsr etmək məcburiyyətində qalım”. |
Qeyd edək ki, “İnter” doqquz turdan sonra minifutbol üzrə Azərbaycan çempionatında 16 xalla 8-ci pillədə qərarlaşıb. |
Kamboca parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. |
Oxu.Az-ın məlumatına görə, Kamboca parlamentinin deputatı Mosine Sos bildirib ki, müşahidəçilər səsvermə günü məntəqələr açılandan bitənə qədər bütün proseslərdə iştirak ediblər:""“Bütün baş çəkdiyimiz məntəqələrdə gördük ki, seçicilər üçün bütün lazımi şərait yaradılıb. |
Tələb olunan avadanlıqlar və materiallar təmin edilmişdi. |
Hesab edirik ki, Azərbaycanın aidiyyəti orqanları seçicilərin təhlükəsizliyinin və rahatlığının təmin olunması üçün bütün addımları həyata keçiriblər. |
Şəffaf proses təmin edilmişdi, müşahidəçilər üçün də hər şərait yaradılmışdı”. |
O qeyd edib ki, Azərbaycanda seçki azad və şəffaf keçib:""“Bütün partiyalara seçkidə bərabər hüquq yaradılmışdı. |
Demokratik mühit yüksək səviyyədə idi.Heç bir pozuntu, zorakılıq, siyasi partiyalara diskriminasiya tətbiq edilməyib. |
Kamboca nümayəndə heyəti Azərbaycan xalqını demokratik və şəffaf seçkiyə görə təbrik edir”. |
Bakının Xəzər rayonunda, Zirə bağlarında yaşayan sakinlərin əraziyə internet xətti çəkən işçilərin səhlənkarlığı səbəbindən içməli su xətlərinin zədələndiyinə dair iddiaları öz təsdiqini tapıb. |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xəzər rayonunun Zirə qəsəbəsində 2 fevral 2024-cü il tarixində “Bakı Telefon Rabitəsi” MMC tərəfindən internet xəttinin çəkilişi üçün dirəklər basdırılan zaman su borusu zə... |
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat yayıb. |
Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:""“Azərbaycan hökumətinin dəvəti ilə 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisini izləmək üçün İƏT Baş Katibliyinin yüksək səlahiyyətli müşahidəçi heyəti göndərilib. |
Seçki ölkənin hər yerində keçirilib. |
İƏT heyəti seçkinin hər üç mərhələsini - səsvermədən öncə hazırlığı, səsvermə gününü və səslərin sayılmasını - müşahidə edib. |
Heyət, həmçinin, aidiyyəti qurum və partiyalarla görüşüb və səsvermənin gedişi ilə bağlı məlumat alıb. |
İƏT heyəti monitorinq funksiyalarını yekunlaşdıraraq seçki prosesinin şəffaf, azad və mütəşəkkil şəraitdə, seçicilərin siyasi və vətəndaş hüquqlarından istifadə etmək üçün yüksək fəallığı ilə keçirildiyini qeyd edib”. |
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. |
Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. |
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkisində liderlik edir. |
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabulun Atbulaq kəndində qeydə alınıb. |
Atbulaq kənd sakini, 1989-cu il təvəllüdlü Ramil Muradulla oğlu Muradov mübahisə zəminində Xəyyan adlı şəxs tərəfindən bıçaqlanıb. |
R.Muradov bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. |
Məlumata görə, hadisəyə R.Muradovun qardaşının bir neçə şəxs tərəfindən döyülməsi səbəb olub. |
Bunu aydınlaşdırmaq istəyən R.Muradova bıçaqla xəsarət yetirilib. |
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. |
İşğaldan azad olunmuş ərazilərdə ən böyük, Laçında isə ilk məscid inşa edilir. |
Bu barədə “AzTV Xəbər”in birbaşa bağlantısında Laçına ezam olunmuş əməkdaşı məlumat verib. |
Qeyd edilib ki, bu ilin sonuna kimi həmin məscidin təhvil verilməsi planlaşdırılıb. |
O da bildirilib ki, Laçında bərpa və yenidənqurma işlərinin ikinci mərhələsi başlayıb. |
Bu mərhələdə 500 evdə təmir-bərpa işləri aparılacaq və ilin sonuna kimi bu evlər sakinlərin istifadəsinə veriləcək. |
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib. |
Oxu.Az Ağdam təmsilçisinin rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, Minskdə təşkil olunan “Bizim gələcəyimiz” adlı turnirin B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Rusiya “Olimpik”i ilə qarşılaşıb. |
İlk turda “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn komanda ardıcıl ikinci qələbəsini qazanıb. |
“Qarabağ” bu dəfə də rəqibinin qapısından iki cavabsız qol keçirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.