Search is not available for this dataset
text
stringlengths
10
518k
Onur Əliyev 21-ci dəqiqədə hesabı açıb, 10 dəqiqə sonra Kəmaləddin Cəfərli fərqlənib.
Qeyd edək ki, komanda qrupdakı son matçında Belarus təmsilçisi BATE ilə qarşılaşacaq.
Bakıda manevr qaydasını pozan sürücü təhlükə yaradıb.
Avtosfer.az xəbər verir ki, hadisə fevralın 2-də, paytaxtın hava limanı yolunda baş verib.
Belə ki, 99-XR-615 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü heç bir dönmə işığı yandırmadan sola manevr edib.
Bu zaman görüntünü qeydə alan sürücünün qarşısına keçərək ona təhlükə yaradıb.
Daha sonra isə qəfildən sürəti artıraraq yoluna davam edib.
Videodan aydın şəkildə görünür ki, avtomobilin işlənmiş qazlarının xaricetmə sistemində nasazlıq var.
Bu səbəbdən havaya zərərli qazlar buraxıb.
Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb.
Qalıqların daha çox olacağı ehtimal edilir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının təşkilatçılığı ilə əraziyə xarici media nümayəndələrinin də iştirakı ilə mediatur təşkil edilib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Şuşa həbsxanası və Daşaltı kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Xocalı rayonunun Fərrux kəndi, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi və Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində kütləvi məzarlıqlar aşkar edilib.
Bu məzarlıqlardan indiyədək 400-ə yaxın insan qalıqları aşkarlanıb.
Xatırladaq ki, daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Raşid Beqlaryan ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Xocalı soyqırımında qətlə yetirilən azərbaycanlıların Əsgəran qalası ətrafında kütləvi basdırıldığı həmin ərazini göstərmişdi.
Bakı Metropolitenində sərnişinin telefonunu oğurlayan şəxsə hökm oxunub.
“Qaynarinfo”nun məlumatına görə, oğurluğu törətməkdə təqsirləndirilən 15 avqust 1966-cı ildə Bakı şəhərində anadan olmuş Vüqar Əliyev saxlanılıb.
O, ötən ilin noyabr ayında metronun “Nəriman Nərimanov” stansiyasından “Gənclik” stansiyası istiqamətinə hərəkət edən qatarda Gülər (şərti) adlı sərnişinin cibindən “BakıKart” ictimai nəqliyyat ödəniş kartını və “Xiaomi Redmi Note” markalı mobil telefonu oğurlayıb.
Vüqar Əliyev oğurladığı telefonu format etdikdən sonra özü işlətməyə başlayıb.
Aparılan araşdırma zamanı telefonun yeri müəyyənləşdirilib və Vüqar Əliyev hadisəni törətdiyini etiraf edib.
Məhkəmənin qərarı ilə əvvəllər məhkum olunmuş Vüqar Əliyev Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Zaqatalada avtomobillə iki şagirdi vuraraq öldürən sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
“Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, - qurumdan qeyd olunub.
16:38"Bu gün, saat 13:00 radələrində Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, Emin Oqtay oğlu İbrahimov sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes-Benz” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ər...
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.
Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
DİN-in Baş DYP İdarəsi bir daha sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərə müraciət edərək onları bu ağır yol-nəqliyyat hadisəsindən düzgün nəticə çıxarmağa, həm özlərinin, həm də neçə-neçə məsum insanın həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.
15:47"Fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan İbrahimzadə İbrahim Əziz oğlu, İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub.
Bu barədə Oxu.Az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəblilərdən ikisi - Ramazan Babək oğlu İsayev və Kamal Elçin oğlu Permadov elə hadisə yerindəcə dünyasını dəyişiblər.
İbrahim Əziz oğlu İbrahimzadə isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.
15:31"Zaqatalada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb"DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil ilə piyadal...
Onlardan ikisi vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
14:42"Zaqatalada üç məktəblini maşın vurub.
Lent.az xəbər verir ki, hadisə rayonun Göyəm kəndində qeydə alınıb.
Dərsdən çıxıb evə gedən üç məktəblini “Mercedes-Benz” markalı maşın vurub.
İlkin məlumata görə, nəticədə məktəblilərdən ikisi ölüb, birinin vəziyyəti ağırdır.
Hazırda hadisə yerində araşdırma aparılır.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Poladtoğay kənd tibb məntəqəsi tövləni xatırladır.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə tibb məntəqəsində antisanitar vəziyyətin hökm sürdüyü, eləcə də vətəndaşlara xidmətin çox aşağı səviyyədə olduğu iddia edilir.
Məsələ ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Poladtoğay kənd tibb məntəqəsinin binası yoxdur.
Məlumatda qeyd edilib ki, kənddə bir tibb işçisi səyyar surətdə vətəndaşlara xidmət göstərir və ehtiyac yaranarsa, kənd sakinləri Yaxa-Dəllək Ailə Sağlamlıq Mərkəzinə yönləndirilirlər.
Tibb işçisi hər ay zəruri dərman və dərman vasitələri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən təmin olunur.
Qeyd edək ki, videoda yer alan bina bələdiyyənin balansındadır.
Binanın bir otağı əvvəllər vətəndaşlara tibbi xidmət göstərilmək üçün ayrılıb.
Ancaq Sabirabad rayonunda 2009-10-cu illərdə baş verən daşqınlar səbəbindən bina yararsız hala düşüb.
O müddətdən sonra sözügedən binada xidmət göstərilməyib.
Sevgililər günü üçün geri sayım başladı.
Siz hələ də hədiyyə axtarışlarınızı tamamlaya bilməmisinizsə indi sadalayacağımız təklifləri ən yaxşı şəkildə dəyərləndirin deyirik.
Odur ki, onun ürəyinə toxunacaq ən yaxşı hədiyyə ideyaları ilə qarşınızdayıq:""Nəzərinizə çatdıraq ki, “Kontakt” mağazalar şəbəkəsində bunun kimi minlərlə faydalı hədiyyə seçimləri mövcuddur.
Odur ki, ən yaxşısını almaq üçün fevralın 18-dək şəbəkənin sizə yaxın olan mağazasına yaxınlaşa və nağd alışda 50%-dək endirimli kampaniyadan yararlana bilərsiniz.
Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzinə zəng edin.
“Azərbaycan Respublikasının dəvəti ilə TDT müşahidələr aparıb”.
Oxu.Az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinqdə deyib.
O bildirib ki, missiya seçki günü Bakıda, Şuşada, Xankəndidə və Xocalıda monitorinqlər aparıb:""“Missiyamız 22 məntəqəyə baş çəkib.
Seçki prosesi zamanı missiyamız heç bir qanunsuzluq, narazılıq müşahidə etməyib.
Hər şey qanunauyğun idi.Seçicilərin rahatlığı üçün hər cür şərait yaradılmışdı.
Müşahidə missiyamız seçkiyə təsir edə biləcək hər hansı bir mənfi halla qarşılaşmayıb.
Seçki məntəqələrində beynəlxalq və yerli müşahidəçilər üçün əlçatanlıq təmin olunmuşdu.
Müşahidəçilər bütün məntəqələrdə seçkiyə nəzarət edə bilirdilər.
Həmçinin, missiya onu da müşahidə etdi ki, bütün seçki məntəqələri lazımi texnikalarla təmin olunmuşdu.
Nəticə olaraq missiya bu qərara gəldi ki, Azərbaycanda növbədənkənar prezident seçkisi açıq və şəffaf keçirilib”.
“Azərbaycan Respublikası seçkiyə tam hazır idi”.
Oxu.Az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinqdə deyib.
O bildirib ki, seçki tam şəkildə beynəlxalq qaydalara uyğun keçirilib:""“Seçki günü bütün insanlar azad şəkildə səsvermədə iştirak etdilər.
Bütün baş çəkdiyimiz seçki məntəqələrində ictimai asayiş hökm sürürdü.
Missiyanın əhatə etdiyi bütün məkanlara sərbəst daxil olması təmin edilmişdi.
Hər şey tam qanunauyğun keçirilib.
TDT təsdiq edir ki, Azərbaycanda növbədənkənar prezident seçkisi tam şəffaf, beynəlxalq standartlara uyğun keçirilib.
Qardaş Azərbaycan vətəndaşlarına təbriklərimizi çatdırırıq.
Bu seçki Azərbaycanın çiçəklənməsinə töhfə verəcək”.
İsrail Qəzza zolağında keçirilən əməliyyat zamanı həbs olunan fələstinliləri azad edib.
Bu barədə Qəzza zolağının Sərhəd Keçidləri Baş İdarəsi məlumat yayıb.
“İsrail bu gün anklavın müxtəlif ərazilərində həbs edilmiş 71 məhbusu, o cümlədən 19 qadını Kerem Şalom keçidi vasitəsilə azad edib”, - deyə bəyanatda bildirilir.
Bundan əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, Xan Yunisdəki döyüşlərdən sonra İsrail ordusu Qəzza zolağında - Rəfahda hərbi əməliyyata hazırlaşır.
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
President.az xəbər verir ki, Prezident İlham Əliyev seçkini müşahidə etdiklərinə görə nümayəndə heyətinə minnətdarlığını bildirib.
Şamil Ayrım nümayəndə heyəti adından çıxış edərək dövlətimizin başçısını prezident seçkisində inamlı qələbəsi münasibətilə təbrik edib.
Qonaq Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun və qardaşlığının ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb.
Dövlətimizin başçısı seçkidə qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanın ona təbrik məktubu göndərdiyini və Türkiyə Prezidenti ilə telefonla danışdıqlarını məmnunluqla qeyd edib.
Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrini böyük əhəmiyyət daşıdığını bildirib.
Dövlətimizin başçısı da Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu vurğulayıb.
Şamil Ayrım 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində Prezident İlham Əliyevin və Azərbaycanın dünyaya bir nümunə göstərdiyini qeyd edib.
Ümummilli lider Heydər Əliyevin vəsiyyətinin dövlətimizin başçısı tərəfindən yerinə yetirildiyini deyən qonaq vurğulayıb ki, Azərbaycan xalqı ilk dəfə olaraq bu seçkidə ərazi bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qürurla iştirak edib.
Azərbaycan Prezidenti Vətən müharibəsində Qələbədə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirildiyini bir daha qeyd edib.
Görüşdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsizlik vurğulanıb, Türkiyə Böyük Millət Məclisinin bunun əleyhinə olduğu və Türkiyə parlamentində də bununla əlaqədar müvafiq bəyanatların və müraciətlərin qəbul olunacağı qeyd edilib, Azərbaycan nümayəndə heyətinin etimadnaməsini...
Söhbət zamanı Türk Dövlətləri Təşkilatı və Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, Türk Dövlətləri Təşkilatında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşdirilməsinin önəmi qeyd olunub.
Nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının daha da inkişafı üçün fəaliyyətini yüksək qiymətləndirdiklərini deyiblər.
15:01"Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Bununla bağlı President.az məlumat yayıb.
Paris-2024 Olimpiya Oyunlarına biletlər satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, Fransanın paytaxtı Parisdə təşkil olunacaq olimpiadanı izləmək istəyən idmansevərlər üçün portal istifadəyə verilib.
Tamaşaçılar buraya keçid edərək, istədikləri idman növünə bilet ala və yarışlara biletlərin daxil olduğu səyahət paketlərini sifariş verə bilərlər.