Search is not available for this dataset
text
stringlengths
10
518k
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust aralığında keçiriləcək.
ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının (husilər) hədəflərinə silsilə hücumlar həyata keçirib.
Qırmızı dəniz sahilində yerləşən Hodeyda əyalətinin Ras İsa liman ərazisi ən azı üç hava hücumuna məruz qalıb.
Mümkün itkilər, xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilmir.
Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra “Ənsar Allah” hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əlaqəli gəmilərin Fələstin anklavında əməliyyatlar dayandırılmayana qədər Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib.
Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az bildirir ki, hadisə Xəzər rayonu ərazisində baş verib.
Rufiyev Həmid İmaş oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil “Saipa” markalı avtomobillə toqquşub.
Sonra onun avtomobili yol kənarında olan piyada 73 yaşlı Şahbazov Nağdəli Şahvəli oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Ötən il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri ilə bağlı yeni görüntülər üzə çıxıb.
Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb.
İTV-nin yaydığı görüntüləri təqdim edirik:
Almaniya dünyanın aparıcı dövlətlərindən sayılır.
Bu ölkə bir çox elmi, mədəni, mütərəqqi hadisələrin mərkəzi olsa da, müasir dünyanın ən eybəcər ideologiyasının, faşizmin çiçəklənib, yayıldığı, dünyanı zəhərlədiyi yerdir.
Dünyanın bir çox bölgələrində baş verən dəyişikliklər insanların öz yurd-yuvalarını tərk etməsi ilə nəticələnir.
Miqrantların üz tutub getdiyi, güvəndiyi ölkələrdən biri də Almaniyadır.
Ancaq orada antisemitizm, irqçilik və ksenofobiyanın güclənməsi müşahidə olunur.
Almaniya kansleri Olaf Şolts da ötən ayın sonunda Holokostu Beynəlxalq Anma Günü də bunu etiraf edib.
O, ölkə əhalisini irqçilik və antisemitzmə qarşı mübarizəyə çağırıb.
Belə qüvvələrə ifrat sağçı, populist Almaniya üçün Alternativ Partiya (AfD) liderlik edir.
2021-ci ilin məlumatına görə, dövlət büdcəsindən maliyyələşən təşkilatın 32 min üzvü var və 736 yerlik ölkə parlamentində (Bundestaq) 81 deputatla təmsil olunur.
Federal torpaqların parlamentlərində 1 884 yerdən 228-ə malikdir.
Avropa Parlamentinə isə 9 deputat göndərə bilib.
Rusiyanın Vahid Rusiya Partiyası ilə müttəfiqdir.
Yeri gəlmişkən, bu yaxınlarda, Almaniya üçün Alternativ Partiya ilə eyni platformada olan neonasist Almaniya Milli-Demokratik Partiyasının varisi, ifrat sağçı Vətən Partiyasının (“Die Heimat”) dövlət büdcəsindən maliyyələşməsi 6 il dayandırılıb.
Rəy sorğularına görə, AfD-nin reytinqi 20 faizdir.
2024-cü ilin sonunda Şərqi Almaniyada regional seçkilər keçiriləcək.
Həmin ərazidə partiyanın reytinqi 30 faizdən çoxdur.
Almaniya kilsəsi ölkədə Üçüncü Yol, “Heimat” və AfD kimi ifrat sağçı, antisemit və antidemokratik qrupların artması ilə bağlı getdikcə güclənən narahatlıqlara qoşulub.
Bu ilin iyun ayının 6-9-da Avropa Parlamentinə keçiriləcək seçkilərə, eləcə də digər mühüm regional və yerli seçkilərə bir neçə ay qalmış seçicilər arasında bu partiyalara dəstək artır.
Beləliklə, millətçi, avroskeptik və antiimmiqrasiya partiyası olan Almaniya üçün Alternativ Partiyası hazırda sorğularda sağ mərkəzçi Xristian Demokrat Siyasi Alyansından (XDS-XSS) sonra ikinci yerdədir.
Yepiskoplar, dindar kişi və qadınlar, dünyəvi katolik təşkilatları bu partiyaların ideologiyasının xristian və demokratik dəyərlərə uyğun gəlmədiyini nəzərə alaraq, onları qəbul edə bilməyəcəklərini vurğulayıblar.
Fevralın 6-da Vatikanın rəsmi mətbu orqanı “Vatican News”da “Kilsə Almaniyada ksenofobiyanın artmasından narahatdır” adlı məqalə dərc olunub.
“Correctiv” media araşdırma qrupunun hesabatına istinadən hazırlanan məqalədə yazılıb ki, ötən il noyabrın 20-də Potsdamda neonasistlər sayı milyonlarla olan immiqrantların, hətta onlardan Almaniya vətəndaşı olanların da ölkədən çıxarılmasını müzakirə ediblər.
Bildirilib ki, “remiqrasiya” planı insan ləyaqətinə ziddir.
Almaniya katolik dini və dünyəvi təşkilatları da oxşar mövqe bildiriblər.
14 300 mömini təmsil edən Almaniya Ali Başçıları Konfransının (DOK) İcra Şurası Potsdamda müzakirə edilən qondarma “remiqrasiya” planının elanından dəhşətə gəldiklərini açıqlayıb.
Bildirilib ki, bu plan bütün insanların ləyaqətlilik prinsipinə, azad və demokratik cəmiyyətin fundamental dəyərlərinə açıq şəkildə ziddir.
Almaniyanın bir sıra şəhərlərində, o cümlədən Düsseldorfda çoxminli etiraz yürüşü keçirilib.
Bu il yanvarın 27-də təşkil olunmuş aksiyaya Aşağı Saksoniya əyaləti, Hildeşaym, Essen, Hamburq və Aaxen şəhərlərinin bir çox kilsə rəhbərləri də qoşulub.
Ölkədə AfD-nin dövlət büdcəsindən maliyyələşdirilməsinin tamamilə dayandırılması, yaxud minimuma endirilməsi müzakirə olunur.
Bu Almaniyada ilk dəfə baş verə bilər - partiyanın fəaliyyəti qadağan edilmir, ancaq dövlət maliyyəsindən məhrum olunur.
Ölkədə siyasi partiyaların fəaliyyəti iki dəfə 1952 və 1956-cı illərdə qadağan edilib.
Onda özlərini nasistlərin varisi kimi təqdim edən partiya, sonra isə sovetyönlü Kommunist Partiyası qadağan olunmuşdu.
Bu, Avropanı yeni bəlanın bürüdüyünə aid örnəkdir.
Fransa, Belçika, İspaniya, Skandinaviya ölkələrində antisemitizm davam edir.
Avropa İttifaqı ölkələrinə Asiya və Afrikadan köç edənlərə qarşı irqi, dini ayrı-seçkilik artıq qitənin başlıca probleminə çevrilir.
İslam və xristian olmayan başqa dinin nümayəndələrinə qarşı dözümsüzlük yeni neonasizm hərəkatının yaranması ilə müşahidə olunur.
Avropanın multikulturalizmdən imtina cəhdləri yeni faşizm dalğasının yaranmasına səbəb olar.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin HƏMAS-İsrail müharibəsini “mədəniyyətlərin toqquşması” kimi təqdim etməsi qitədə baş verənlərin adi siyasi təşkilatdan qaynaqlanmadığını ehtimal etməyə əsas verir.
Bu gün Almaniyada və regionun başqa ölkələrində baş verənlər islamı və müsəlmanları düşmən görüb, onlara qarşı dözümsüzlüyün nəticəsidir.
Bir sıra Avropa dövlətlərin xarici siyasətində xristianlıq islama qarşı qoyulur.
Bu münaqişə bölgələrində baş verənlərə yanaşmalarda özünü daha qabarıq göstərir.
Azərbaycan torpaqları işğal altında olanda, 44 günlük müharibə zamanı Azərbaycan xalqı bunu daha aydın gördü.
Ermənistan və havadarlarının işğal dövründə Qarabağ və ətraf rayonlarda Azərbaycana aid dini, milli-mədəni, tarix abidələri dağıdan zaman susan dünya, torpaqlar işğaldan azad edildikdən sonra xristian təəssübkeşliyi ilə “erməni mədəni abidələrinin qorunması” iddiası ilə çıxış etməyə başlayıb.
Avropa siyasi-ideoloji davranışının bumeranq effektinin yaşayır.
Bu artıq başqaları üçün deyil, hakimiyyətlərin baş ağrısına, bəlasına çevrilir.
Prezident İlham Əliyev “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik edilməsi barədə 24 iyun 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edib.
Fərmana əsasən, bundan sonra hüquqi və fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçirilməsi, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəs...
“Neftçi”nin bir müddət əvvəl zədəli olan futbolçusu Kilan Lebon artıq komanda ilə məşqlərə qoşulub.
Bu barədə “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat verilib.
Qapıçı İvan Brkiç hələ də müalicə prosesini davam etdirir.
Onun nə vaxt məşqləri bərpa edəcəyi bir həftə sonra baş tutacaq müayinədən sonra müəyyənləşəcək.
Digər qolkiper Emil Balayev və Asiya Kubokunda zədələnən yarımmüdafiəçi Ataa Caberin müalicə və reabilitasiyası davam edir.
Qeyd edək ki, “Neftçi” fevralın 9-da Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sumqayıt”ı qəbul edəcək.
İlk matçda paytaxt klubu qələbə qazanıb - 3:2.
Müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, sənətçinin xanımı onun səhhətindən danışıb.
O bildirib ki, Ə.Mirəliyev əməliyyat olunacaq:""“Vəziyyəti çox ağır idi, indi müayinələrin cavabını gözləyirik.
Həkimlər deyib ki, əməliyyat olunacaq”.
“Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Aytaç Media” şirkətinə məxsus olan “Efsane” Türk komediyasının qala gecəsi keçirilib.
Tədbirdə filmin qəhrəmanları Ahmet Kural, Cemile Canyurt, Tuana Tezsay, həmçinin “Aytaç Media” şirkətinin sahibkarı Aytaç Ağdağ və rəhbəri Ediz Kentkuran iştirak ediblər.
Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlara imza verərək şəkil çəkdiriblər.
Filmin rejissoru və ssenari müəllifi Selçuk Aydemirdir.
Baş rolları Ahmet Kural, Cengiz Bozkurt və Cemile Canyurt canlandırıblar.
Film haqqında qısa məlumat:Çorumda yaşayan Sadık və ailəsi minilliklərdən bəri ailə ənənəsi olaraq qatıq hazırlayır və qatıqlarının dadı və müalicəvi xüsusiyyətləri ilə tanınırlar.
Bu əfsanəvi qatığın sirrini ailənin böyüyü Dədə saxlayır və özü hazırlayır.
Amma yay günü babanın evinin damına qar yağması hər şeyi dəyişir...İnanclara əsasən, əgər yayda qar yağarsa, bu möcüzəvi qatığın sirri Dədə tərəfindən ailənin başqa üzvü ilə paylaşılmalıdır.
Hər kəs bu dəyərli sirri əldə etmək istəyir.
Tədbirin təşkilində “Cinema Distribution”, “Coffemania” restoranlar şəbəkəsi, foto və video çəkilişdə - “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
“Tarixi seçkidə iştirak böyük şərəfdir”.
Oxu.Az xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Çjan Min Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
O, seçkidəki iştirakından danışıb:"“Növbədənkənar prezident seçkisində Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi olaraq iştirak etmək böyük şərəfdir.
Seçkidə beynəlxalq müşahidəçilərin dəvəti maksimum açıqlığın, şəffaflığın təmin edilməsinin nümunəsidir.
Tarixi seçki mühüm əhəmiyyətə malikdir.
Seçkidə sərbəstlik, müstəqillik və bitərəflik müşahidə olunurdu.
AFFA İntizam Komitəsi Region Liqasında hakimləri təhqir edən şəxsləri cəzalandırıb.
Bildirilib ki, “Ümid” (Saatlı) komandası ilə görüşdə “Olimpiya Ağcabədi”nin ehtiyat oyunçuları və özünü komandanın nümayəndəsi adlandıran şəxs hakimin üzərinə yüyürərək təhqiramiz ifadələr işlədiblər və referini təhdid etdiklərinə görə matç yarımçıq dayandırılıb.
Bu səbəbdən Ağcabədi təmsilçisinə texniki məğlubiyyət verilib.
“Olimpiya Ağcabədi”nin futbolçusu Cəlil Abdullayev və onun komanda yoldaşı Şahin Rüstəmov ədalət təmsilçisini təhqir etdikləri üçün 5 oyunluq cəzaya məruz qalıblar.
“Cürət” komandasının oyunçusu Murad İsayev İCBFA ilə qarşılaşmada referini təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb.
Rəqib komandadan Nadir Əzimli də bu hərəkətə görə eyni cəzanı alıb.
AFFA U-10 Liqasında da hakim təhqir olunub.
“Azəri” komandasının baş məşqçisi Elşən Əliyev “Lokomotiv” (Gəncə) ilə görüşdə texniki zona qaydalarını pozaraq meydana çıxıb.
Ardınca ədalət təmsilçisini təhqir edib və ona qarşı əl-qol hərəkətləri etdiyi üçün 6 matçlıq diskvalifikasiya olunub.
Fevralın 8-də Azərbaycan Respublikası Prezidenti seçkisində namizəd olmuş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin namizədlikləri öz tə...
AZƏRTAC xəbər verir ki, namizədlərin hər biri demokratik, şəffaf və ədalətli şəkildə keçirilmiş seçkidə yenidən parlaq qələbə qazanması münasibətilə Azərbaycan Respublikasının Prezidentini səmimiyyətlə təbrik edib, səsvermənin nəticələrinin Azərbaycan xalqının dövlət başçısına olan inam və etimadının ifadəsi, ölkəmizin...