Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Namizədlər budəfəki seçkinin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmizin bütün ərazisində keçirilməsinin mühüm tarixi hadisə olduğunu qeyd ediblər. |
Bunun əyani göstəricisi olaraq Prezidentin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində yerləşən seçki məntəqəsində səs verməsinin böyük siyasi və rəmzi məna daşıdığını vurğulayıblar. |
Namizədlər Prezident İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycanın firavanlığı, yüksəlişi və qlobal aləmdə nüfuzunun daha da güclənməsi yolunda qarşıya qoyduğu bütün hədəflərə çatmağı arzulayaraq, xalqımızın əmin-amanlığı, rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər diləyiblər. |
Azərbaycan Respublikasının Prezidenti təbriklərə görə təşəkkürünü bildirib. |
Dövlətimizin başçısı prezident seçkisində iştirak edən namizədlər arasında konstruktiv dialoqa əsaslanan siyasi mədəniyyətin nümayiş etdirilməsini müsbət qiymətləndirərək seçkiqabağı təşviqat prosesi zamanı namizədlər tərəfindən səsləndirilmiş bir sıra təkliflərin nəzərə alınacağını qeyd edib. |
Prezident İlham Əliyev seçkidə iştirak etmiş namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. |
Fevral ayında sahibkarlar üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə 10-dan çox mövzuda sahəvi, eləcə də maarifləndirici görüşlər təşkil olunacaq. |
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək tədbirlər arıçılıq, heyvandarlıq, çayçılıq, ailə kəndli təsərrüfatının inkişafı, baramaçılıq və ipəkçilik, turizm və ictimai iaşə, aqrobiznes, ərzaqlıq buğda istehsalı, üzümçülük və şərabçılıq, qadın sahibkarlığının inkişafı, güzəştli m... |
Tədbirlər Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlarda olmaqla onlayn və oflayn formatlarda təşkil olunacaq. |
Qeyd olunan tədbirlərdə iştirak etmək istəyən sahibkarlar tədbirlərin keçiriləcəyi tarix, yer və digər məlumatları agentliyin rəsmi internet səhifəsindən əldə edə (https://smb.gov.az/az/events?slug=gorus), tədbirlə bağlı sualları yaranarsa, əlaqələndirici şəxslərə müraciət edə bilərlər. |
Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə sahibkarlar müvafiq sahələrdə dövlət dəstəyi mexanizmləri və yeniliklər barədə məlumatlandırılacaqlar, biznes subyektlərinin qarşılaşdıqları çətinliklər və onların həlli yolları müzakirə ediləcək, müvafiq sahələr üz... |
Sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görüləcək. |
KOBİA sahibkarları fevral ayında keçiriləcək sahəvi görüşlərdə aktiv iştirak etməyə dəvət edir. |
Eyni zamanda, sahibkarlar müzakirəsinə və məlumatlandırmaya ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini agentliyə təqdim edə bilərlər ([email protected]). |
Serbiya parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. |
Oxu.Az-ın məlumatına görə, konfransda İvana Radoviç, Sandra Boziç və Dusan Mariç iştirak ediblər. |
İvana Radoviç bildirib ki, seçki yüksək səviyyədə həyata keçirilib:""“Texniki tərəfdən hər şey həll edilmişdi. |
Seçki prosesi ərzində Xankəndi və Şuşada olduq. |
Orada seçki məntəqələrində şəffaf seçki aparıldı. |
Azad seçkilərin keçirilməsində hər hansı qanun pozuntusu ilə rastlaşmadıq. |
Heç bir insident qeydə almadıq. |
Seçki məntəqələrinin ətrafında vəziyyət sabit olmuşdu”. |
O qeyd edib ki, onlara bütün məntəqələrdə azad şəkildə başçəkmə imkanı verilib:""“Azərbaycanın demokratik prinsiplərə olan sadiqliyi danılmazdır. |
Seçkinin nəticələri ilə bağlı Azərbaycan xalqını və İlham Əliyevi təbrik edirəm”. |
Lənkəran rayonunda canavarlar mal-qaraya hücum ediblər. |
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. |
Bildirilir ki, hadisə Lənkəranın Balıqçılar kəndi ərazisində baş verib. |
Bir qrup vətəndaşın ərazidən keçməsi inəkləri yırtıcıların ağzından xilas edə bilib. |
Görüntünü təqdim edirik:"Əzizə İsmayılova |
İmişlidə kanalda batan yeniyetmənin axtarışları davam etdirilir. |
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batdığı ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir. |
Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla yeniyetmənin itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. |
Mərkəzi Lankaşir Universitetinin (UCLan) britaniyalı astrofizikləri müəyyən ediblər ki, ekzoplanetlər (Günəş sistemindən kənarda olan planetlər) formalaşmanın ilkin mərhələsində dairəvi deyil, draje konfeti xatırladan yastı formada olur. |
Alimlərin qənaətləri gənc ulduzların ətrafındakı sıx qaz disklərində planetlərin əmələ gəlməsi proseslərinin kompüter modelləşdirilməsinə əsaslanır. |
“Biz uzun müddətdir ki, planetlərin əmələ gəlməsini öyrənirik, lakin indiyədək planetlərin simulyasiyalarda necə formalaşdığını yoxlamaq ağlımıza gəlməmişdi. |
Biz həmişə onların sferik formada olduğunu güman edirdik”, - elmi qrupun üzvü, astrofizik Dimitris Stamatellos bildirib. |
Astrofiziklər bu kəşfi Yupiter kimi qaz nəhənglərinin əmələ gəlmə proseslərini öyrənərkən ediblər. |
7 fevral 2024-cü il tarixdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində “Sivil toplum” Monitorinq Koalisiyasının 613 müşahidəçisi respublika üzrə 63 seçki dairəsini əhatə edən 745 seçki məntəqəsində müşahidə aparıb. |
Q.İbrahimli bildirib ki, koalisiyanın seçki müşahidəçiləri “Sivil toplum” Monitorinq Koalisiyasının tərkibinə daxil olan üç qeyri-hökumət təşkilatından (QHT) formalaşıb:""“Onlardan 217 nəfəri “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin, 215 nəfəri “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin, 181 nəfəri isə “Müst... |
Müşahidəçilərimiz koalisiyanı seçki günü uğurla təmsil edib, gün ərzində ölkə üzrə seçki dairələrinin yarısından çoxunda müşahidə aparmaqla zəruri qeydlər götürüb”. |
Q.İbrahimlinin sözlərinə görə, koalisiyanın müşahidəçiləri azad edilmiş ərazilərdə - Xankəndidə, Şuşada, Laçında, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocalıda, Ağdərədə, Xocavənddə, Ağdamda, Füzulidə müşahidələr aparıblar. |
“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi başa çatıb. |
Sürpriz baş verməyib - seçkinin aşkar favoriti qalib olub. |
İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkidə 92%-dən çox səs toplayaraq qalib olub”. |
Rusiyanın “Rossiyskaya Qazeta” nəşrində dərc olunan yazıda belə yazılıb. |
Qəzet qeyd edib ki, fevralın 7-də keçiriləcək seçki Azərbaycan üçün yeni dövrün başlanğıcı adlandırılır. |
“Ona görə də tarixi seçki prosesinin təşkilinə tam məsuliyyətlə yanaşılıb. |
Respublika Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səsvermə prosedurunun şəffaflığını təmin etmək üçün 90 300-dən çox müşahidəçi qeydiyyatdan keçib, onlardan 790-nı 89 ölkədən olan əcnəbidir. |
109 beynəlxalq media akkreditasiyadan keçib. |
MSK-nın internet saytında canlı yayımlanan seçki məntəqələrində mindən çox veb-kamera quraşdırılıb. |
Nəşr yazır ki, Azərbaycandakı seçkidə olduqca maraqlı metoddan istifadə edilib. |
Məsələn, qeyri-qanuni olan təkrar səsvermə ehtimalını aradan qaldırmaq üçün hər bir seçicinin baş barmağı seçki məntəqələrinin girişində skanerlənib. |
Ona görə də hər hansı seçki məntəqəsinə qayıdıb ikinci dəfə səs vermək qeyri-mümkün olub”. |
Yazıda Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevin açıqlaması da yer alıb. |
O, seçki kampaniyasını, seçki prosesini yaxından müşayiət etdiyini vurğulayıb:""“Biz namizədlərin irəli sürülməsi və qeydə alınması proseslərini hərtərəfli təhlil etdik. |
Və tam məsuliyyətlə deyirik ki, seçkilər rəqabət əsasında keçirilib. |
Səsvermənin özü də mütəşəkkil şəkildə, böyük fəallıqla keçirilib. |
Bu onu göstərir respublikanın vətəndaşları ölkədə əmin-amanlığın hökm sürməsində maraqlıdırlar. |
Seçki kampaniyası çərçivəsində yeddi namizədin hamısına bərabər imkanlar yaradılmışdı, onlar media, televiziyada sərbəst çıxış edirdilər. |
ATƏT-dən, Şanxay Əməkdaşlıq Təşkilatından, Türk Dövlətləri Təşkilatından, həmçinin digər ölkələrdən respublikaya xeyli sayda xarici müşahidəçi gəlib. |
Bu, Azərbaycandakı seçkilərə marağın çox yüksək səviyyədə olduğunu göstərir”. |
Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq. |
Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq:""“Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur”. |
O əlavə edib ki, Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq. |
İdris İsayev sözlərinə görə, universitetdə tələbələr üçün yataqxananın olması nəzərdə tutulur:"“Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. |
Universitetin bir neçə tədris korpusu olacaq. |
İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar”. |
“Topu qəbul edəndə həmişə rəqib qapıçıya baxıram”. |
İkinci dəfədir uzaq məsafədən “Zirə”ni məyus edən 26 yaşlı hücumçu bunu xüsusi hazırlıqla əlaqələndirməyib:“Zirə” ilə matçlara xüsusi hazırlaşdığımı deyə bilmərəm. |
Adətən istər cərimə meydançası daxilində, istərsə də xaricində topu qəbul edəndə ilk olaraq qapıya baxıram. |
Qapıçının öndə olduğunu gördüyüm anda zərbə vururam. |
Sevindirici haldır ki, “Zirə” ilə hər iki matçda uzaq məsafədən vurduğum zərbə qolla nəticələndi”. |
Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Araz-Naxçıvan”la ilk görüşdə heç-heçə (1:1) etdiklərini xatırladan Ülvi İsgəndərov yarımfinala adlamaq üçün əllərindən gələni edəcəklərini bildirib:“Kubok oyunları fərqli olur. |
Bu turnir avrokuboklara vəsiqə qazanmaq üçün daha qısa yoldur. |
Maksimum nəticə əldə etməyə calışacağıq”. |
Forvard Azərbaycan Premyer Liqasında son pillədə qərarlaşmalarına da münasibət bildirib. |
O, düşdükləri durumdan çıxacaqlarına inanır:“Düzdür, indiki mövqeyimiz ürəkaçan deyil. |
“Qəbələ” hər zaman iddialı olub, yüksək yerlər uğrunda mübarizə aparıb. |
Bu durumdan çıxmaq üçün qarşıdakı matçlarda əlimizdən gələni edəcəyik”. |
Qeyd edək ki, “Qəbələ” ilə “Araz-Naxçıvan” arasında Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu fevralın 9-da keçiriləcək. |
“Qırmızı-qaralar” 21 turdan sonra 15 xalla Premyer Liqada turnir cədvəlinin son pilləsində yer alıb. |
Komanda çempionatda növbəti görüşünü fevralın 13-də səfərdə “Turan Tovuz”a qarşı keçirəcək. |
Rusiyada seçki bülletenində prezidentliyə dörd namizədin adı olacaq. |
Məlumata görə, namizədlər Rusiyanın hazırkı Prezidenti Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski, Nikolay Xaritonovdur. |
Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova xəbər yayıb. |
Qeyd edək ki, Rusiya MSK “Vətəndaş Təşəbbüsü” partiyasından Boris Nadejdinin və “Rusiya Kommunistləri” partiyasından Aleksey Malenkoviçin prezidentliyə namizədliyini qeydə almayıb. |
Bu, onların dəstəklənməsi üçün toplanan imzaların 10%-dən çoxunun etibarsız olması ilə əsaslandırılıb. |
ABŞ-də federal prokurorlar senator Bob Menendesin vəkillərinin ona qarşı xarici hökumətdən rüşvət almaq ittihamını rədd etmək cəhdinə cavab olaraq, məxfi mənbədən əvvəllər açıqlanmayan qeydlərə istinad edərək məhkəməyə yeni dəlillər təqdim edib. |
Bu barədə Birləşmiş Ştatlar mətbuatı xəbər yayıb. |
196 səhifəlik ittihamnamədə prokurorlar bir məxfi mənbədən olan qeydlərə və məhkəmədə təqdim etməyi planlaşdırdıqları çoxlu sübutlara istinad edirlər. |
Prokurorlar bildiriblər ki, səsyazmada rüşvət sxemi müzakirə edilib. |
Səsyazma, həmçinin Bob Menendez və həyat yoldaşının nyucersili iş adamı Vael Hana tərəfindən aldadıldığı və onlara çatacaq rüşvətin tam dəyərində verilmədiyi ortaya çıxır. |
Bob Menendez Senatın Xarici Əlaqələr Komitəsindəki vəzifəsindən istifadə edərək Vael Hanaya Misir hökuməti ilə halal ət yoxlaması müqaviləsini almağa kömək etməkdə ittiham olunur. |
Prokurorlar deyirlər ki, sübutlar Menendezin Hana ilə rüşvət ortağı olduğunu və Misir hökumətinə fayda gətirmək üçün iddia edilən sxemi həyata keçirməkdə iştirak etdiyini göstərir. |
Xatırladaq ki, daha əvvəl Bob Menendes Misir və Qətər hökumətlərinin marağına atdığı addımlarla bağlı rüşvət və korrupsiyada, həmçinin Nyu-Cersidən olan bir neçə iş adamına qızıl külçələr, nağd pul, dəbdəbəli avtomobil və “Formula-1” yarışlarına bilet müqabilində kömək etməkdə ittiham olunur. |
İran hökuməti tərəfindən son iki gündə ən azı beş güneyli milli fəal saxlanılıb. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. |
Məlumata görə, milli fəallar Kamal Nuri İslamşəhr, Vədud Əsədi və Səid Minayi Rəşt, Ayaz Seyfxah və Baqir Hacızadə isə Təbrizdə həbs ediliblər. |
Onların hansı səbəblərdən həbsə atılması və hara aparılması hələlik bəlli deyil. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.