Search is not available for this dataset
text
stringlengths
10
518k
Təqsirləndirilən şəxslər barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar 5 il sonra Ağsu şəhər sakinləri - Bilal Vəliyev, Asif ...
İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində sevgilisi Ayşən Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və tanışı Bilalın köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıb.
Qeyd olunan əraziyə baxış zamanı Ayşən Qəhrəmanovanın cəsədinin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asif Manafov 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Bilal Vəliyev və Arif Manafovun cinayəti ayrıca icraata ayrılıb və onların barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Bilal Vəliyev məhkəmə iclasında elan edilmiş ittihamda özünü tam təqsirli bilib.
O qeyd edib ki, Ağsu şəhəri Mənzil istismar sahəsində fəhlə işləyir.
Qəbələ sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qəbələ şəhər sakini K.Seyidovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində əlindən xəsarət aldığı müəyyən edilib.
K.Seyidovun idarə etdiyi avtomobildən qanunsuz olaraq saxladığı həmin tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Mövsüm Məmmədov şəhər ərazisində saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı çəkisi 1 kiloqram 500 qramdan artıq olan marixuana və 720 qram heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı M.Məmmədov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotikləri bir miqdar narkotik vasitə qarşılığında Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qəzza zolağında yerləşən şəhər və qəsəbələrin küçələrində 12 milyon tona yaxın zibil yığılıb və onların təmizlənməsi dörd ildən çox vaxt aparacaq.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında deyilir.
BMT-nin sənədində qeyd edilib ki, Qəzza zolağında 650 mindən çox insan evini itirib və onların geri qayıdıb qalmağa ünvanları yoxdur.
Bakı Apellyasiya Məhkəməsində restoranda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonunun Binəqədi şosesində yerləşən restoranlardan birində baş verib.
Belə ki, spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü P.Salmanov tanışı, 2005-ci il təvəllüdlü Xəyal Hüseynovu bıçaqlayıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində P.Salmanov saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Salmanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
“171 nömrəli marşrut xəttinin sürücüləri saat 21:15-dən sonra avtobusu son dayanacağa qədər idarə etmirlər.
Yarı yoldan qayıdırlar, nəticədə sərnişinlər yolda qalır, axşam olduğu üçün taksi tapmaq da çətinləşir”.
Bu şikayətlə “Qafqazinfo”ya 171 saylı marşrut avtobuslarından istifadə edən bir qrup sərnişin müraciət edib.
Onların iddialarına görə, hər gün axşam saatlarında sərnişinlər bu aqibəti yaşayırlar:""“Zuğulba yolunda sürücülər sərnişinləri avtobusdan düşürür və qarşıdan dönüb təkrar şəhər istiqamətinə gedirlər.
Avtobus sürücüləri bunu sərnişin sayının az olması ilə əlaqələndirirlər.
Deyirlər ki, 10 nəfər sərnişin olsa, gedərlər, 1-2 nəfərə görə sonuncu dayanacağa qədər avtobus sürmək sərf etmir.
Hər gün taksi ilə evə qayıtmaq məcburiyyətində qalırıq”.
Bakıətrafı digər qəsəbə və kəndlərə gedən avtobuslarda da analoji hallar tez-tez müşahidə olunur.
Belə hərəkətə yol verən sürücülər və daşıyıcılarla bağlı hansı tədbirlər görülür?
Problemlə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib.
Qurumdan cavab olaraq bildirilib ki, həmin marşrut avtobuslarında sözügedən faktların olduğu aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb:""“Məsələ ilə bağlı əraziyə baxış keçirilib və 171 nömrəli müntəzəm avtobus marşrutu üzrə sərnişindaşıma xidməti göstərən bəzi sürücülərin təyin olunmuş hərəkət sxemindən yayınaraq ...
Faktla bağlı AYNA tərəfindən müvafiq intizam tənbeh tədbirləri görülüb.
Belə ki, 171 nömrəli marşrutun istismarçısına xəbərdarlıq edilib və marşrutun fəaliyyətinə nəzarətin artırılması, başlanğıc və son dayanacaq məntəqələri arasında əlaqəliliyin təmin edilməsi tapşırılıb”.
Qeyd edək ki, 171 saylı marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından Bilgəh qəsəbəsi istiqamətində və geriyə hərəkət edir.
ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında yaddaş probleminin olmadığını bildirib, bundan sonra Meksika və Misir prezidentlərini səhv salıb.
Brifinq ABŞ prezidentinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanıb.
ABŞ tarixinin ən qocaman lideri Fələstin-İsrail münaqişəsində ABŞ-nin hərəkətlərindən danışarkən iki dəfə Misir Prezidenti Əbdülfəttah əs-Sisini Meksika prezidenti adlandırıb.
“Bildiyiniz kimi, Meksika prezidenti Sisi humanitar yardımın keçməsi üçün sərhəddəki qapıları açmadı.
Mən Meksika prezidenti Sisiyə zəng vurdum və onu Qəzzaya yardım çatdırmağa razı saldım”, - deyə Bayden söyləyib.
Ağ Ev də rəhbərinin səhvini təsdiqləyib.
“Bir anda o, Misirin liderini nəzərdə tutan Meksika prezidenti ilə danışdığını söylədi”, - deyə ABŞ prezident administrasiyası məsələyə aydınlıq gətirib.
Şəkidə iki avtomobil toqquşub, ölən var.
Nəticədə Ç.Səmədov fevralın 8-də aldığı xəsarətlərdən müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Bakı şəhərinin Xətai rayonu, Gəncə prospektində və Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıblar.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in müvafiq olaraq Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.
Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Edi Rama “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
Paylaşımda deyilir:"“Əziz dostum İlham Əliyevə dost Azərbaycanın şəksiz lideri olmasının bir daha təsdiqlənməsi münasibətilə səmimi təbriklərimi çatdırıram.
Çalışqan xalqı olan Azərbaycan sevimli ölkədir və onun rəhbərliyi ilə daha da irəliləyəcək.
Tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözləyirəm”.
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin doğum günüdür.
Oxu.Az xatırladır ki, o, 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olub.
İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində alıb.
Çar hökuməti 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsi yaradılması haqqında fərman verib.
Seminariya kənd məktəbləri üçün müəllim hazırlayıb.
Seminariyanın Azərbaycan şöbəsinin müfəttişi A.O.Çernyayevski ilk illərdə Azərbaycan rayonlarını gəzərək, seminariyada oxumaq üçün tələbələr seçib.
O, 1882-ci ildə Naxçıvana gəlib və Cəlil Məmmədquluzadəni də digər şagirdlərlə birlikdə təhsil alması üçün siyahıya alıb.
Cəlil Məmmədquluzadə seminariyanı 1887-ci ildə bitirib və müəllimlik attestatı alıb.
Ədibin dünyagörüşünün, bədii zövqünün, yaradıcılıq vərdişlərinin formalaşmasında 5 il oxuduğu Zaqafqaziya Müəllimlər Seminariyasındakı təhsil illəri mühüm mərhələ təşkil edib.
Cəlil burada Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, Avropa, rus elmi, mədəniyyəti və demokratik fikri, mütərəqqi pedaqoji təlimi ilə də yaxından tanış olub.
Cəlil Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra pedaqoji fəaliyyətə başlayıb.
O, burada da təlim-tərbiyə işlərinin yüksəldilməsinə xüsusi fikir verib, məktəbə səkkiz nəfər azərbaycanlı qız cəlb edərək xüsusi sinif təşkil edib və məşğələləri özü aparıb.
İctimai xadim Azərbaycan ədəbiyyatı tarixində görkəmli jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınıb.
Cəlil Məmmədquluzadənin ilk yaradıcılıq dövrü 1905-ci il inqilabına qədər davam edib.
Bu dövrdə “Çay dəsgahı” adlı alleqorik mənzum dramını, “Danabaş kəndinin əhvalatları” povestini, “Danabaş kəndinin məktəbi”, “Kişmiş oyunu”, “Poçt qutusu” hekayələrini yazıb.
Ədibin yaradıcılığının birinci dövrünə aid olan bu ilk əsərlərində inqilabdan əvvəlki dövrdə Azərbaycan kəndlisinin həyat və məişətinin müxtəlif cəhətləri əks olunub.
Mirzə Cəlilin ilk məlum nəsr əsəri 1894-cü ildə yazılmış “Danabaş kəndinin əhvalatları” povestidir.
XX əsrin əvvəlindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla da ardıcıl məşğul olub.
Qüdrətli yazıçının “Usta Zeynal”, “Dəllək”, “İranda hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı”, “Pirverdinin xoruzu” hekayələri onu kiçik janrın böyük ustadı kimi tanıdıb.
Cəlil Məmmədquluzadə bədii yaradıcılığa 23 yaşından, kənddə müəllimkən başlayıb.
Ədibin ilk qələm təcrübəsi “Çay dəsgahı” alleqorik dramı olub.
“Çay dəsgahı”nda müəllif nökər Əlinin simasında kəndin ən aşağı təbəqələrinin cəmiyyətdə yazıq və acınacaqlı halını əks etdirir.
XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən “Ölülər” komediyası 1909-cu ildə yazılıb.
Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapıb.
“Ölülər”də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur.
Avamlıq və nadanlığın nə kimi bəlalar yaratdığı göstərilir.
Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olub.
O, Azərbaycanda və Şərqdə qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunub.
Cəlil Məmmədquluzadənin hekayələrində qadın əsarətinə qarşı mübarizə mövzusu mühüm yer tutub.
Mirzə Cəlil qadın azadlığı məsələsinə həm hekayələrində, həm də dramaturji və publisist fəaliyyətində geniş yer verib.
İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub.
Həmin vaxtdan Mirzə Cəlil artıq Molla Nəsrəddin adı ilə tanınıb.
Publisistin təbliğ etdiyi dərin demokratiya və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırıb.
Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib, “Qeyrət” mətbəəsində axtarışlar aparıb, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırıb.
Dramaturqun əsərləri bir sıra dillərə tərcümə edilib.