Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla müəyyən edilib ki, zərərçəkmiş F.Alıyev restoranının sonuncu və yeni icarəçisi kimi obyektə gəlib və orada olan işçi heyətinə buna dair sənədlər göstərərək oranı tərk etmələrini tələb edib. |
Bu zaman restoranda çalışanlar Aqşin Fatehə zəng edərək məsələ ilə bağlı məlumat veriblər. |
Aqşin Ömər adlı tanışı ilə restorana gələrək Füzuli ilə özünə məxsus əşyaları götürməklə bağlı mübahisə edib. |
Əşyaların Aqşinə, yaxud obyektin sahibinə məxsus olmasına dair məlumatı olmadığı üçün Füzuli buna icazə verməyib. |
Aqşin isə öz işçilərinə özünə aid əşyaları götürməklə bağlı göstəriş verib. |
Cinayət işində təqsirləndirilən şəxs Vaqif Nadirov (ad-soyad şərtidir) əşyaları götürmək istəyərkən qarşı tərəf buna mane olub. |
Nəticədə mühafizəçi işləyən Vaqif qarşı tərəfi itələyib, onlar arasında dartışma olub. |
Bu zaman hadisəni restoranda gül satan Fəridə adlı qadın telefonu ilə videoya çəkmək istəyib. |
Aqşin isə qadının telefonu əlindən alaraq yerə çırpıb. |
Məhkəmə belə qənaətə gəlib ki, hadisə zamanı təqsirləndirilən şəxs heç kimə xəsarət yetirməyib. |
Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlinib ki, mühafizəçi Aqşin Fatehin göstərişlərini yerinə yetirib, heç kimə hədə-qorxu gəlməyib, xəsarət yetirməyib. |
Vaqif Nadirovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilib. |
Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi beynəlxalq mətbuatın diqqət mərkəzində qalmaqdadır. |
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin mətbu orqanlarında dövlət başçılarının Azərbaycan Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə təbrikləri, Azərbaycan xalqının seçkiyə və seçki sonrası proseslərə yanaşması, rəsmi şəxslərin açıqlamaları, ekspert rəylərinə geniş yer verilib. |
Xəbərlər arasında Rusiya Prezidenti Vladimir Putinin, Venesuela Prezidenti Nikolas Maduronun və digər dövlət başçılarının təbriklərinə yer verilib. |
Almaniyanın “ZDF” telekanalı, Argentinanın “realpolitik.com.ar”, İndoneziyanın “Radio Republik İndoneziya” radiosu, Rusiyanın “Vedomosti”, Bəhreynin “newsofbahrain.com” portalı, Çilinin “el periodista” saytı və digər media orqanları seçkinin gedişi, nəticələri, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə səsvermə ... |
Qeyd edilib ki, seçkidə müşahidə aparmaq üçün 790 nəfəri beynəlxalq müşahidəçi olmaqla, minlərlə müşahidəçi, siyasi partiyaların təmsilçiləri və qeyri-hökumət təşkilatlarının üzvləri prosesin azad, şəffaf və demokratik şəraitdə keçdiyinə şahid olublar. |
Xüsusilə diqqətə çatdırılıb ki, bu seçki Azərbaycan müstəqilliyinin bərpasından sonra bütün ölkə ərazisində baş tutan ilk seçki kimi ölkə tarixinə düşüb. |
“ZDF” telekanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsini yayımlayıb. |
Müsahibədə Azərbaycan Prezidentinin bəzi fikirlərinin xarici mətbu orqanlarda təhrif olunmasına da aydınlıq gətirilib, Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddialarında olmadığı bildirilib. |
Lakin bununla yanaşı, azərbaycanlıların tarixən indiki Ermənistan ərazilərində yaşamalarının danılmaz fakt olması, həmin insanların dədə-baba torpaqlarını ziyarət etmək hüququna malik olmalarının vacibliyi vurğulanıb. |
Qeyd edilib ki, Ermənistan üçtərəfli Bəyanatın müddəalarına sadiqlik nümayiş etdirməli, kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini yerinə yetirməli, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz hərəkətin təmin olunmasına şərait yaratmalıdır. |
Prezidentin köməkçisi, həmçinin Azərbaycanın heç bir hərbi məqsədlər güdmədiyini, ölkəmizin ərazi bütövlüyü tam bərpa edildikdən sonra prosesin hərbi hissəsinin başa çatdığını diqqətə çatdırıb. |
Qeyd edib ki, hərbi mərhələdə belə Azərbaycan əməliyyatları BMT-nin İnsan Haqları Xartiyasının 51-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazilərində aparıb. |
Bütün bu məsələlərlə bağlı ərazi bütövlüyü mövzusunda ikili standartlar və selektiv yanaşma olmamalıdır. |
Digər mətbu orqanlarında da Azərbaycanın son illərdə yürütdüyü siyasət, dövlət başçısının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyətinin əhalinin seçkidə aydın qərar verməsinə və Prezident İlham Əliyevin 92,05 faiz səslə qalib gəlməsinə aparıb çıxardığı vurğulanıb. |
Səsvermənin nəticələri elan olunduqdan sonra paytaxt Bakıda və regionlarda insanların böyük coşqu və sevinclə bayram etməsi, səsvermədən öncəki sorğuların seçkinin nəticələri ilə üst-üstə düşdüyü diqqətə çatdırılıb. |
Xocalı rayonunun Malıbəyli kəndi yenidən qurulur. |
“AzTV Xəbər” sözügedən kənddən reportaj hazırlayıb. |
Qeyd edilib ki, ötən ilin sentyabr ayında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları zamanı Azərbaycanın nəzarətinə keçən Malıbəyli kəndində qaz, işıq və su xətləri çəkilir. |
Plana uyğun olaraq kənddə evlər inşa edilir və bu il sakinlərin kəndə köçü nəzərdə tutulub. |
“ABŞ Səfirliyinin 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı verdiyi bəyanat Azərbaycan xalqının iradəsinə hörmətsizlik və elementar diplomatik qaydalara zidd olan qaba hərəkətdir”. |
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub. |
“30 illik Ermənistan işğalını, etnik təmizləməni, “demokratik” Nikol Paşinyanın müdafiə naziri, “dahi sərkərdə” David Tonoyanın Vaşinqtonda Azərbaycanı “yeni ərazilər üçün yeni müharibə” ilə hədələyən açıqlamasını pisləməyən, Qərbi azərbaycanlıların qayıdış hüququnu dilə gətirməyən bir ölkənin bugünkü bəyanatı çox gülü... |
Əgər ABŞ diplomatları ATƏT-in tövsiyələrinə belə önəm verirsə, ilk öncə onları elə həmin ATƏT-in 2020-ci ilin noyabr ayında ABŞ-da keçirilmiş prezident seçkiləri ilə bağlı verdiyi tövsiyələrlə tanış olmağa çağırırıq. |
Həmin hesabatda xüsusilə vurğulanır ki, ATƏT-in əvvəlki hesabatlarında yer almış tövsiyələr yerinə yetirilməmişdir. |
ABŞ diplomatlarını riyakarlıqdan uzaq olmağa çağırırıq”, - deyə bəyanatda bildirilib. |
Model Heyli Biber və Kanadalı müğənni Castin Biber hamiləlik ilə bağlı yayılan xəbərlərdən dərhal sonra boşanmaqda şübhəli biliniblər. |
Məşhur insayderin sözlərinə görə, cütlük çoxdan boşanma ərəfəsindəidi. |
Onlar sadəcə hər şeyin qaydasında olduğunu göstərməyə çalışırdılar. |
O əlavə edib ki, Heyli yenidən sərbəst olması üçün ondan ayrılmaq istəyir. |
Heyli, emosional və psixoloji rifahı üçün boşanmaq qərarını alıb”, - deyə insayder bildirib. |
Xatırladaq ki, Heyli Biberin hamilə olduğuna dair şübhələr “TikTok”da cütlüyün videosu paylaşıldıqdan sonra yayılmağa başlayıb. |
Videonun altında fanatlardan biri Heyli Biberin niyə bədən quruluşunu gizlətdiyini soruşub. |
Digər internet istifadəçisi isə modelin ana olmağa hazırlaşdığını bildirib. |
“Oqtay Əliyevin adı ilə bağlı televiziya üçün mükafat tərtib etmək istərdim. |
İl ərzində televiziyada sözün əsl mənasında fərqlənənləri, sözünü deyə bilənləri, işini bacaranları həmin nominasiya üzrə mükafatlandırmaq istərdim. |
Fərq etməz, bu İncəsənət Universitetində, İncəsənət Gimnaziyasında, akademik sənət dərsləri öyrədən bir məktəbdə tələbələrə təqdim oluna bilər”. |
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva verilişlərin birində mərhum həyat yoldaşı, tanınmış prodüser Oqtay Əliyev haqda danışarkən deyib. |
Aktrisa onun gücünü özündə hiss etdiyini qeyd edib:""“Televiziya sahəsində Oqtaydan çox şey öyrənmişəm. |
Əgər bu gün işlər yaxşı gedirsə, o deməkdir ki, Oqtay yaxşı müəllim olub. |
Mən də yaxşı tələbə olmuşam, bu gün də öyənirəm. |
İnsan hətta işini bilməyəndən də nəsə öyrənir, başa düşür ki, nəyi etmək olmaz. |
Oqtay gücünü də mənə verib gedib. |
Onda “bu alınmır”, “olmaz”, “bilmirəm nə edim” kimi kəlmələr yox idi.Elə bir çıxılmaz məqam olur ki, onun gücü mənə gəlir və fikirləşirəm ki, Oqtay olsaydı, vəziyyətdən belə çıxacaqdı. |
Ən güclü xarakteri insanlara dəstək olmaq idi.O zənglər ki, Oqtaya gələrdi, kömək istəyərdilər, indi də davam edir, ünvan dəyişməyib. |
Mən də heç kimə yox deyə bilmirəm, hamıya qulaq asıram, bacaranda kömək edirəm, bacarmayanda isə ürəyim yanır ki, yardım edə bilmədim”. |
Qeyd edək ki, O.Əliyev ötən il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib. |
Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. |
D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb. |
“Düşünürəm ki, çətin qrupa düşdük”. |
Mütəxəssis səbətlərin ən güclü komandaları ilə üz-üzə gələcəyimizi söyləyib:""“Həmin komandaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. |
Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. |
Milli komandamıza uğurlar arzu edirəm”. |
Qeyd edək ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək. |
Rusiyanın Perm diyarında qaz kəmərində baş verən partlayışdan sonra yük qatarı alovlanıb. |
Qeyd olunub ki, fövqəladə hadisə Kueda kəndində baş verib. |
Alov qatarda olan üç çən, eləcə də yaxınlıqda yerləşən iki yaşayış binasına keçib. |
Hadisənin səbəbləri barədə məlumat yoxdur. |
İki zərərçəkən xəstəxanaya yerləşdirilib. |
Gürcüstan prezidenti Salome Zurabişvili İrakli Kobaxidzenin baş nazir təyin edilməsi haqqında fərman imzalayıb. |
Bu barədə Gürcüstan prezidentinin mətbuat xidməti məlumat yayıb. |
Qeyd edək ki, artıq Gürcüstan parlamentinin deputatları baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətin tərkibinə, eləcə də hökumət proqramına etimad ifadə edən qətnaməni səs çoxluğu ilə dəstəkləyiblər. |
Mənbə:Sputnik"08.02.2024, 22:40"Gürcüstan parlamenti ölkənin baş naziri postuna namizəd kimi İrakli Kobaxidzeyə etimad göstərib. |
Etimadın lehinə 84, əleyhinə 10 deputat səs verib. |
Kobaxidze müvafiq fərmanı Gürcüstan prezidenti Salome Zurabişvili imzaladıqdan sonra rəsmi fəaliyyətə başlayacaq. |
Baş nazirlə birgə onun kabinetinin tərkibi də müəyyənləşib. |
İliya Darçiaşivli Gürcüstanın xarici işlər naziri, Laşa Xutişvili maliyyə naziri, Rati Breqadze ədliyyə naziri, Vaxtanq Qomelauri daxili işlər naziri postuna yiyələniblər. |
İzmirin Torbalı rayonunda mebel fabrikində çalışan işçiləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub. |
Baş verən dəhşətli qəzada iki nəfər ölüb, 15 nəfər yaralanıb. |
Qəzadan sonra hər iki avtomobil idarəetmədən çıxaraq yol kənarındakı binanın divarına çırpılıb. |
Əraziyə polis və xilasetmə qrupları sövq edilib. |
Yaralılar xəstəxanaya yerləşdirliblər. |
Hadisənin səbəbləri araşdırılır. |
Azərbaycan tarixinin qədim və orta dövrlərinin öyrənilməsində kifayət qədər çətinliklər mövcuddur. |
Əsas çətinlik mənbəşünaslıqla bağlı yaşanır. |
Elə buna görədir ki, Azərbaycan tarixi daha çox orijinal mənbələrdən deyil, rus, ingilisdilli mənbələrdən öyrənilib. |
Bəs niyə bu mənbələri orijinaldan oxuya bilən mütəxəssis sayı azdır? |
Daha ətraflı “ATV Xəbər”in süjetində: |
Günlərdir hazırlıqları gedən növbədənkənar prezident seçkisi artıq bitib. |
Vətəndaşlıq borcunu yerinə yetirən hamı bir nəfər kimi seçkilərdə fəallıq göstərib. |
Seçkinin sonunda açıqlanan nəticələr isə bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib. |
Paytaxt sakinləri seçki ilə bağlı təəssüratlarını bölüşüblər. |
Yeni dövr mahiyyətcə yalnız Azərbaycanın ərazi bütövlüyünün bərqərar olunması, sərhəd bütövlüyünün bərpa olunması deyil. |
Bu, həm də iqtisadiyyatda, siyasətdə, sosial həyatda yeni bir həyatın başlanması deməkdir”. |
Bunu Baku TV-yə açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib. |
“Xalqımız Prezident İlham Əliyevə səs verməklə Azərbaycanı bu günə qədər uğurla daşıyan siyasi kursun davamlılığının təminatına səs verdi”, - deyə deputat vurğulayıb. |
İsveçdə 42 yaşlı Per Sundström ona hücum edən ayını öldürüb və ailəsi ilə birlikdə altı aydır onun əti ilə qidalanırlar. |
Heyvan 2023-cü ilin avqustunda İsveçin Yusdal şəhəri yaxınlığında ona hücum edib. |
Vəhşi heyvan onun üzünə xəsarət yetirib, kişi artıq həyatla vidalaşmağa hazırlaşarkən 14 yaşlı oğlu Evert onun köməyinə çatıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.