Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
İsveç sakini və yeniyetmə oğlu ayının öhdəsindən gələ biliblər və Per vəhşi heyvana ölümcül zərbə endirib. |
Daha sonra onlar heyvanı parçalayıb, ətini isə dondurublar. |
“Biz onun ətindən tako üçün içlik hazırlayırıq. |
Ət tünd, kobud liflidir və onu bişirmək üçün çoxlu ədviyyat tələb olunur. |
Üzümdən dişləyən ayının əti ilə tako doldurmaq, mənim üçün ən yüksək intiqam idi”, - deyə ailə başçısı jurnalistlərlə söhbəti zamanı bildirib. |
Per Sundström hələ də üzündəki ciddi zədədən əziyyət çəkir, belə ki, mübarizə zamanı heyvan onun burnuna və yanağına ciddi xəsarət yetirib. |
Bu səbəbdən Per bir neçə əməliyyat keçirib. |
Qusar-Xudat yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. |
Belə ki, Emin Fərhad oğlu Məmmədovun idarə etdiyi “Ford” markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. |
Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. |
Qəza nəticəsində sürücünün qardaşı, avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Elçin Fərhad oğlu Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. |
Faktla bağlı araşdırma aparılır. |
Bakının Nəsimi rayonunda 42 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. |
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. |
Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. |
Faktla bağlı araşdırma aparılır. |
Moldovanın paytaxtı Kişineuda NATO-nun informasiya mərkəzinin yerləşdiyi binanın qapıları yandırılıb. |
Bu barədə həmin ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Müfəttişliyi məlumat verib. |
“Hadisə yerinə gələn iki ekipaj, Mateyeviç küçəsindəki binanın qapılarının yandığını müəyyən edib. |
Binada NATO-nun məlumat mərkəzi yerləşir. |
Yanğın söndürülüb, tələfat yoxdur”, - deyə qurumun mətbuat katibi Liliana Puşkas bildirib. |
Onun sözlərinə görə, hadisənin səbəbləri polis tərəfindən müəyyən edilir. |
Qeyd edək ki, Moldova neytral statusa malikdir, lakin 1994-cü ildən NATO ilə fərdi tərəfdaşlıq planı çərçivəsində əməkdaşlıq edir. |
Sorğuların nəticələrinə görə, əhalinin əksəriyyəti respublikanın alyansa qoşulmasının əleyhinədir və konstitusiyada nəzərdə tutulan daimi bitərəflik statusunun saxlanmasının tərəfdarıdırlar. |
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Mərkəzində olub. |
Oxu.Az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib. |
Peru Jurnalistlər Federasiyasının internet səhifəsində, həmçinin Perunun nüfuzlu mətbu orqanlarından olan “La Razon” xəbər portalında bu günlərdə Azərbaycanda səfərdə olan məşhur perulu jurnalist Rikardo Sançesin müəllifliyi ilə ölkəmizdə keçirilən növbədənkənar prezident seçkisi barədə geniş məqalələr dərc olunub. |
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib. |
Məqalələrdə seçkinin Qarabağ regionu daxil olmaqla bütün ölkə ərazisində keçirilməsi ilə əlamətdar olduğu, beş milyona yaxın insanın 6 537 seçki məntəqəsində səs verdiyi, eləcə də bu məqsədlə Azərbaycanın xaricdəki 37 diplomatik nümayəndəliyində seçki məntəqələrinin yaradıldığı qeyd olunur. |
Müharibədən sonra Qarabağa qayıdan minlərlə məcburi köçkünün ilk dəfə səsvermədə iştirak etdiyini vurğulayan müəllif, seçkinin 300-ə yaxın xarici KİV nümayəndəsi tərəfindən işıqlandırıldığını bildirir. |
Qeyd olunur ki, Qarabağdakı 30 illik erməni işğalına son qoyan şanlı qələbənin memarı olaraq Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin seçicilərin 92%-dən çox səsini toplayaraq növbəti yeddi illik müddətə bu vəzifəyə seçilməsi xalqın rəhbərinə olan etimadından xəbər verir. |
Nəticələrin açıqlanması ilə birlikdə Azərbaycan Prezidentinin digər ölkələrin dövlət və hökumət başçılarının təbriklərini qəbul etməyə başladığı, ölkə ərazisində isə bayram əhval-ruhiyyəsinin hökm sürdüyü və prezidentə dəstək yürüşlərinin keçirildiyi bildirilir. |
Həmçinin, seçkinin xalqın sabitliyi, iqtisadi inkişafı, demokratik institutların möhkəmlənməsini qarşısına hədəf qoyan ölkə rəhbərliyinə olan yüksək etimadını təsdiqlədiyi və Azərbaycanın öz tarixində yeni səhifə açaraq firavanlığa doğru daha bir addım atdığı diqqətə çatdırılır. |
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı qadın quyuya düşüb. |
APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. |
“Opel” markalı maşının sürücüsünün qarşısına “Toyota Prius” çıxıb. |
Qəzadan yayınmaq istəyən “Opel”in sürücüsü sərt manevr edib və avtomobili aşırıb. |
Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1976-ci il təvəllüdlü Nəzakət Şabalı qızı Ağayeva maşının pəncərəsindən çıxaraq quyuya düşüb. |
Qadın aldığı xəsarətlərdən ölüb. |
Qeyd edək ki, onlar ötən həftə ailə quran qızlarının evinə qonaq gedirlərmiş. |
Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi olub. |
Oxu.Az xəbər verir ki, 1971-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Kəmalə Hüseynova yaşadığı mənzildə dəm qazından zəhərlənib. |
Xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. |
Faktla bağlı araşdırma aparılır. |
Bakının Nəsimi rayonunda 42 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. |
“Trend” xəbər verir ki, 1982-ci il təvəllüdlü İntiqam Məmmədhadi oğlu Cəyiyev yolu keçərkən avtomobil onu vurub. |
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. |
Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. |
Faktla bağlı araşdırma aparılır. |
Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. |
Oxu.Az xatırladır ki, 1924-cü il fevralın 9-da Naxçıvan muxtariyyət statusu alıb. |
Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib. |
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib. |
Muxtar Respublikası inzibati cəhətdən 7 rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir. |
Naxçıvanda 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir. |
Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir. |
Naxçıvanın davamlı inkişafında ümummilli lider Heydər Əliyevin böyük xidməti var. |
Ulu öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub. |
Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərib və Azərbaycanı müstəqilliyə sürətlə... |
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar. |
Dövlət başçısı İlham Əliyev prezidentliyi müddətində 15 dəfə muxtar respublikaya səfər edib. |
Bu müddətdə dövlət başçısı qədim diyarın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar imzalayıb, Dövlət proqramlarını təsdiq edib. |
Ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühü... |
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. |
APA xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. |
Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Əlfəddin Rüstəm oğlu Məmmədov aralarında baş vermiş münaqişə zəminində 2003-cü il təvəllüdlü Rəvan Rəcəb oğlu Hüseynova bıçaqla xəsarət yetirib. |
Faktla bağlı araşdırma aparılır. |
Tərtər rayonunun Gülabadlı kəndi ərazisində yanğın baş verib. |
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub. |
Qeyd olunub ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunublar. |
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində meşə zolağında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. |
Yanğın nəticəsində 0,8 ha sahədə quru ot və kol-kos yanıb. |
Meşə zolağı yanğından mühafizə olunub. |
Yaponiyanın “Astroscale Japan” şirkəti kosmik tullantıların tədqiqi üçün nəzərdə tutulmuş ilk peyki kosmosa buraxacaq. |
Bu barədə layihənin saytında bildirilir. |
Qeyd olunur ki, ADRAS-J cihazı fevralın 19-da Yeni Zelandiyanın Mahia yarımadasında yerləşən özəl “Rocket Lab” kosmodromundan kosmosa buraxılacaq. |
Məlumat üçün əlavə edək ki, kosmik orbitdə olan əsas tullantılar istifadə müddətini tamamlamış kosmik aparatlar, zondlar və onların qırıntılarıdır. |
“8 fevral 2024-cü il tarixində Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanatını qətiyyətlə rədd edir və pisləyirik”. |
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə çıxışına münasibət bildirərkən deyib. |
O bildirib ki, bu çıxış Ermənistanın Roma Statutuna qoşulmasının bu qurumlardan öz əsassız iddiaları, bədxah hərəkətləri, nifrət təbliğatı, dezinformasiya və beynəlxalq hüququn yanlış təfsiri üçün istifadə etmək cəhdi olduğunu bir daha nümayiş etdirir:""“Beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı təcavüzünün qa... |
Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarını davam etdirməsi, o cümlədən azərbaycanlılara qarşı irqi ədavəti qızışdırması və təşviq etməsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deyil, həm də Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan Ermənistana qarşı iş... |
Ermənistanın uydurma tarixi rəvayətlərə və irqçi ideologiyaya əsaslanan qeyri-qanuni ərazi iddialarını reallaşdırmaq məqsədilə təcavüzü zamanı törətdiyi hərbi cinayətlərə, on minlərlə dinc sakini vəhşicəsinə qətlə yetirməsinə, həyata keçirdiyi genişmiqyaslı etnik təmizləməyə və işğal altında olan minlərlə şəhər, qəsəbə... |
Azərbaycan tərəfi beynəlxalq hüququn ciddi pozuntularına görə cəzasızlığa son qoymaq, qanunun aliliyini təşviq etmək, regionda sülh, təhlükəsizlik və sabitliyin qurulması, möhkəmləndirilməsi və davam etdirilməsi istiqamətində səylərini davam etdirəcək”. |
Bu gün saat 07:10-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus elektrovoz Sitalçay yaxınlığında hərəkətdə olarkən 75-Vl-639 dövlət qeydiyyat nişanlı “NAZlifan” markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın yoluna çıxıb. |
Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb. |
“ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır. |
Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnirlər”, - deyə səhmdar cəmiyyəti bəyan edib. |
Biləsuvarda silahlı şəxs və narkokuryerlərə qarşı əməliyyat keçirilib. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sabirabad sakini Elburus Quliyev, paytaxt sakini Təhmuraz Kazımo... |
Onlardan ümumilikdə dörd kiloqrama yaxın psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək aşkar olunub. |
Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər. |
Biləsuvar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Şirvan sakini Vüsal Məmmədov saxlanılıb. |
Ondan “Beretta” markalı tapança, beş ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkarlanıb. |
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir. |
“Əgər təhlükəsizliklə bağlı fövqəladə vəziyyət yaranarsa, Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ərazisini işğal etməyə hazırdır”. |
Bunu Şimali Koreya lideri Kim Çen In Xalq Ordusunun yaradılmasının 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. |
O əlavə edib ki, KXDR Cənubi Koreyanı özünün daimi və əsas düşməni hesab edir. |
Ağsu Rayon Məhkəməsində qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmədə təqsirləndirilən Bilal Vəliyev və Arif Manafovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Babək Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. |
Məhkəmənin hökmü ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar onlara cəza təyin edilməyib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.