Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilib. |
Keçmiş Astarxanbazar rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi kənd isə Cəlilkənd adlandırılıb. |
Naxçıvan və Cəlilabadda heykəli qoyulub. |
Bakı və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılıb. |
Azərbaycan Prezidenti İlham Əliyev 17 yanvar 2019-cu ildə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. |
Böyük ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. |
Azərbaycanda Albaniyanın yeni səfirliyi açılacaq. |
Bunu Albaniyanın Baş naziri Edi Rama “X” sosial şəbəkə hesabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik etdiyi paylaşımında bildirib. |
“Tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözləyirəm”, - deyə E.Rama qeyd edib. |
Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür. |
Oxu.Az xatırladır ki, qətliamın törədilməsindən 32 il ötür. |
1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib. |
Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. |
Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı. |
Qarabağ müharibəsi başlanan andan bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. |
1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi.""Fevralın 5-də kəndlərin üzərində uçan helikopter sakinlərə üzərində yaşayış yerlərini tərk etmək üçün iki gün vaxt verildiyi yazılan bildirişlər paylayıb. |
Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış helikopterlə mümkün olub. |
Şuşaya uçan axırıncı helikopter isə yanvarın 28-də ermənilər tərəfindən vurulub. |
Fevralın 10-da gecəyarısı erməni silahlı birləşmələri Malıbəyliyə hücum ediblər. |
Qadın və uşaqlar Quşçular kəndinə qaçıblar. |
Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşublar. |
Məhz Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız azərbaycanlının qanı axıdılan Qaradağlı, Ağdaban soyqırımları və əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı baş verib. |
Paytaxtın Nəsimi rayonu Rəsul Rza küçəsindəki kafe sahibinin səkiyə qoyduğu stollar yığışdırılıb. |
Bakı Şəhər Ticarət və Xidmət Departamentindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazi maneələrdən təmizlənib. |
12:58"Bakıda şəhərin mərkəzində səki zəbt edilib. |
Oxu.Az xəbər verir ki, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən kafe piyadaların hərəkətinə süni maneə yaradıb. |
Sakinlər iddia edirlər ki, səkiyə qoyulan masalara görə yol gedərkən avtomobil yoluna çıxmağa məcbur olurlar. |
Kafelərdə hazırlanan yeməklərin tüstüsü ətrafa yayılır və yoldan keçənlərin üstünə yemək qoxusu hopur. |
Yaxın ərazidə yaşayan sakinlər aidiyyəti üzrə qurumlardan problemin həlli üçün zəruri addımların atılmasını istəyirlər. |
Həmin görüntüləri təqdim edirik:"""Könül Cəfərli |
Tovuz sakini özünü güllələyib. |
APA xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. |
1959-cu il təvəllüdlü Arif Rəhmanov yaşadığı evin arxa tərəfində quş vurmaq istəyərkən ehtiyatsızlıqdan ov tüfəngindən açılmış atəş nəticəsində özünə xəsarət yetirib. |
Faktla bağlı araşdırma aparılır. |
ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer dövlətimizin başçısı İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik edib. |
AZƏRTAC xəbər verir ki, Mark Şnayerin sosial şəbəkə hesablarında bununla bağlı etdiyi paylaşımda deyilir:"“Zati-aliləri Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik edirəm. |
Mən Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun, həmçinin dünyada birgəyaşayışın dayaq məkanına çevrilməsində müstəsna liderliyinə, İsrail Dövlətinə və Yəhudi xalqına göstərdiyi nümunəvi dəstəyə görə əziz dostuma heyranam”. |
Lökbatan qəsəbəsində əlvan metal oğurluğu olub. |
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-nə keçən gecə Lökbatan qəsəbəsi ərazisində şirkətlərdən birinin həyətindən 4 000 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən Xanəli Bəyaliyev müəyyən olunar... |
Faktla bağlı araşdırma aparılır. |
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Prezidenti İlham Əliyevi seçkidə qazandığı qələbə münasibətilə təbrik edib. |
AZƏRTAC xəbər verir ki, Denis Beçiroviç dövlətimizin başçısına göndərdiyi təbrik məktubunda ölkələrimiz arasında münasibətlərin uzun illərdir səmimilik və dostluq xarakteri daşıyan yaxşı əməkdaşlıqla yadda qaldığını vurğulayıb. |
O, əmin olduğunu qeyd edib ki, qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli münasibətlər bundan sonra da dostluq ruhunda inkişaf edəcək. |
Rəyasət Heyətinin üzvü ölkələrimizin və xalqlarımızın rifahı naminə tərəfdaşlığın qorunub saxlanılmasına və genişləndirilməsinə sadiqliyini ifadə edərək Prezident İlham Əliyev ilə yeni görüşləri və əməkdaşlığımızın davamını səbirsizliklə gözlədiyini diqqətə çatdırıb. |
***"Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Zati-aliləri, əziz qardaşım. |
Sizin seçkidəki uğurunuz və Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz Sizə ən xoş arzularımı və ən səmimi təbriklərimi çatdırmaq üçün gözəl fürsətdir. |
Bu fürsətdən istifadə edərək Sizə Albaniya hökuməti adından və şəxsən öz adımdan aramızdakı yüksək səviyyəli dialoqa və iqtisadiyyatlarımız üçün, xüsusilə enerji və turizm kimi əhəmiyyətli sahələrdə əməkdaşlığa görə minnətdarlığımı bildirirəm. |
Qəti şəkildə inanıram ki, Sizin yeni prezidentlik mandatınız dost ölkələrimiz arasındakı münasibətlərə yeni təkan olacaq. |
Həmçinin Albaniya Respublikasının tezliklə Bakıda səfirliyinin açılması aramızdakı kommunikasiyanın daha da sürətlənməsinə töhfə verəcək. |
Bir daha ən xoş arzularımı çatdırıram. |
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. |
23:01"Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə seçkidə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib. |
AZƏRTAC xəbər verir ki, məktubda dövlətimizin başçısına yeni uğurlar, ölkəmizə davamlı rifah diləyən Prezident Gitanas Nauseda qeyd edib:“Qəti əminəm ki, Sizin prezidentliyinizin yeni dövründə də Litva ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri, uğurlu ikitərəfli və çoxtərəfli tərəfdaşlıq daha da inkişaf... |
Prezident Gitanas Nauseda ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, xüsusilə iqtisadiyyat, informasiya texnologiyaları və bərpaolunan enerji sahələrində ikitərəfli təmasların inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. |
Prezident İlham Əliyevi seçkidə qazandığı qələbə münasibətilə bir daha təbrik edən Litva dövlətinin başçısı yeni mandatın regionda dayanıqlı sülhün qurulması üçün möhkəm təməl olduğunu qeyd edib. |
20:09"Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Hörmətli İlham Heydər oğlu. |
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. |
Seçkidə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizin fədakar əməyinizə və dövlət suverenliyinin möhkəmləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və açıq xarici siyasətin davam etdirilməsi üzrə Sizin səylərinizə hörmətin və dəst... |
Hazırda strateji xarakter daşıyan Qırğızıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi bizim ölkəmizdə yüksək qiymətləndirirlər. |
Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm. |
Sizə möhkəm cansağlığı, qardaş Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”. |
***"Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Zati-aliləri. |
Prezident seçkisində inamlı qələbəniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan, vətəndaşlarınız və ölkəniz üçün faydalı işlərdə uğurlar arzulamaqdan məmnunluq duyuram. |
Azərbaycan xalqının Sizə göstərdiyi etimad əvvəlki dövrdə görülən müsbət və məsuliyyətli işin, ölkənizin tərəqqisinin, sabitliyinin və firavanlığının gələcəkdə də davam etməsi istəyinin təsdiqidir. |
Əminəm ki, mandatınız çərçivəsində Bosniya və Herseqovina, Serb Respublikası və Azərbaycan Respublikası arasında mehriban münasibətlər bundan sonra da dostluq şəraitində inkişaf edəcək, əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın qarşılıqlı rifahı naminə daha da yaxşı və səmərəli olacaqdır. |
Zati-aliləri, Sizi seçkidə qələbəniz münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”. |
19:39"Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Cənab Prezident, əziz dostum. |
İcazə verin, ölkənizdə keçirilən prezident seçkisində tarixi qələbəniz və aşkar zəfəriniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. |
Bu, siyasi, iqtisadi daxil olmaqla Sizin hər bir strategiyanızın doğru olduğunu təsdiq edən parlaq qələbədir. |
Azərbaycan Respublikasını möhkəm addımlarla sabit və firavan gələcəyə aparmaqda xalqınızın Sizə və Sizin müdrikliyinizə inamı və etimadı vardır. |
Cənab Prezident, seçicilərin bu qərarı təkcə Azərbaycan və onun xalqı üçün deyil, habelə bütün regionda və dünyada sülh uçun önəmlidir. |
Biz Serb Respublikasında Azərbaycandakı seçki kampaniyasını və seçkinin nəticələrini diqqətlə izlədik və mən birmənalı olaraq dəstəyimi və Sizin qalib gələcəyinizə dair ümidimi açıq şəkildə ifadə etdim. |
Zati-aliləri, Azərbaycan Respublikasının möhtərəm Prezidenti, fürsətdən istifadə edərək Sizi növbəti yeddi illik prezidentlik müddətiniz münasibətilə bir daha təbrik edirəm. |
Sizə dərin minnətdarlığımı bildirir, cansağlığı, dost Azərbaycan xalqına rifah, firavanlıq və inkişaf arzulayıram”. |
19:29"Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Hörmətli cənab Prezident. |
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. |
Sizə və Azərbaycan xalqına sülh, firavanlıq arzulayıram. |
Ümidvaram ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri bundan sonra da ölkələrimizin əməkdaşlığının inkişafı üçün əsas təşkil edəcək. |
Dövlətlərimiz arasında siyasi dialoqun konstruktiv xarakterini vurğulamaq və ölkəmin ikitərəfli münasibətlərin dərinləşməsinə açıq olduğunu təsdiqləmək istərdim. |
Əminəm ki, biz birgə səylərlə ölkələrimizin vətəndaşlarının mənafeyi naminə iqtisadi-ticari, investisiya, enerji və kənd təsərrüfatı sahələrində Moldova-Azərbaycan əməkdaşlığını daha da intensivləşdirə biləcəyik. |
Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar və nailiyyətlər arzulayır, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. |
18:50"MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və Baş katibin müavini Aydın Cəfərov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Möhtərəm cənab Prezident. |
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının Katibliyi adından Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirik. |
Prezident seçkisində inamlı qələbəniz vətəndaşların Sizə yüksək etimadının və Azərbaycan xalqının yekdil dəstəyinin parlaq sübutudur. |
İnanırıq ki, Sizin fəaliyyətiniz gələcəkdə də əmin-amanlığa və Azərbaycanın tərəqqisinə, bütün dünyada nüfuzunun möhkəmlənməsinə kömək edəcəkdir. |
Sizə - görkəmli dövlət xadiminə möhkəm cansağlığı və bu məsuliyyətli vəzifədə yeni məhsuldar fəaliyyət arzulayırıq”. |
17:51"BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Seçkidə qazandığınız qələbə və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. |
Seçkinin nəticələri Azərbaycan xalqının Zati-alinizin liderliyinə, eləcə də birliyi, tərəqqini və sülhü möhkəmləndirmək qətiyyətinə davamlı dəstəyini və inamını nümayiş etdirdi. |
Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı hökumətin irəli sürdüyü müxtəlif təşəbbüslərdə, o cümlədən “Bakı Prosesi”ndə Azərbaycanın uzunmüddətli tərəfdaşı olmaqda davam edir. |
UNAOC 2024-cü ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq İşçi Qrupunun üzvüdür. |
Komandamız artıq proqram üzrə əsas məsləhətləşmələrə başlayıb və 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNAOC-u şəxsən təmsil etməyi, müzakirələrə qatılmağı və uğurlu nəticələr əldə olunmasına töhfə verməyi səbirsizliklə gözləyirəm. |
UNAOC Xarici İşlər, Mədəniyyət nazirlikləri və Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyi ilə sıx əlaqədə işləyərək əməkdaşlığın və Azərbaycan hökuməti ilə birgə fəaliyyətin daha da möhkəmləndirilməsinə sadiq olduğunu bildirir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.