Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Çox hörmətli cənab Prezident, Sizə dərin hörmətimi bildirirəm, möhkəm cansağlığı, tükənməz enerji və yeni uğurlar arzu edirəm. |
Biz Sizi Qaqauz torpağında görməyə həmişə şad olacağıq. |
Sizə və bütün Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm”. |
10:04"TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə keçirilmiş prezident seçkisində inamlı qələbəniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbr... |
Seçkidə Azərbaycan xalqının Sizin namizədliyinizi hərtərəfli dəstəkləməsi ölkənin ərazi bütövlüyünü tam bərpa etmiş və tarixi ədaləti bərqərar etmiş Ali Baş Komandanına və müdrik liderinə sonsuz inamının əyani təzahürüdür. |
Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə inanıram. |
Əminəm ki, beynəlxalq TÜRKSOY təşkilatının üzv ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması istiqamətində apardığı fəaliyyətlər bundan sonra daha geniş vüsət alacaqdır. |
TURKSOY-a diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi bu mühüm qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm. |
Sizə və ailənizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”. |
Bundan başqa, 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini və ədliyyə naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ana Birçal da Prezident İlham Əliyevi təbrik edib. |
Təbrik məktubunda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. |
Mən Rumıniyanın Baş nazirinin strateji tərəfdaşlıqlar və xüsusi əlaqələr üzrə müavini vəzifəsində çalışarkən ölkələrimiz arasında güclü strateji tərəfdaşlığın şahidi olmuşam. |
Sizin liderliyiniz bu münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayıb və əminəm ki, əlaqələrimiz yeni dövrdə də inkişaf etməkdə davam edəcəkdir. |
Seçkidəki qələbəniz Azərbaycan xalqının Sizin strategiya və liderliyinizə olan inam və etimadının göstəricisidir. |
Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi inkişaf, beynəlxalq münasibətlər sahələrində mühüm nailiyyətlər əldə etmiş, vətəndaşların firavanlığı daha da yüksəlmiş, ölkənin ərazi bütövlüyü bərpa edilmiş və dünyada nüfuzu artmışdır. |
Bu nailiyyətlər Sizin ölkənizin tərəqqisinə sadiqliyinizi nümayiş etdirməklə yanaşı, Rumıniya ilə Azərbaycan arasında ortaq əməkdaşlıq ruhuna mühüm töhfə verir. |
Gələcəyə baxarkən mən Sizin liderliyinizlə ölkələrimiz arasındakı əməkdaşlıq imkanları barədə nikbin düşünürəm. |
Rumıniya-Azərbaycan strateji tərəfdaşlığı regionlarımızda sabitlik, tərəqqi və sülh üçün möhkəm zəmindir. |
Ortaq strateji layihələrimizi daha da inkişaf etdirmək üçün Sizinlə sıx işləməkdə davam etməyə ümidvaram. |
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”. |
2024-cü ilin hazırlıq planına uyğun olaraq, komando bölmələri ilə taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilib. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Beş mərhələdən ibarət məşğələlər zamanı komandolar müxtəlif tapşırıqları yerinə yetiriblər. |
İlkin mərhələdə taktiki yerdəyişmə üsulları ilə hədəfə doğru irəliləmə və kəşfiyyat məlumatlarının toplanması üzrə fəaliyyətlər yerinə yetirilib. |
Daha sonra hücum yarımqruplarının obyektə yaxınlaşması, basqın əməliyyatının icra olunması və hədəfdə tərtiblənmə tapşırıqları icra edilib. |
Sərt iqlim şəraitində və çətin relyefli ərazilərdə keçirilən məşğələlər zamanı komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər. |
Bu gün Azərbaycan aktrisası və rəssamı, Azərbaycan Respublikasının Əməkdar artisti Suğra Bağırzadənin doğum günüdür. |
Oxu.Az xatırladır ki, Suğra Bağırzadə 10 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. |
Orta təhsilini Bakıda 7 saylı tam orta məktəbdə alıb. |
Uşaq yaşlarından incəsənətə böyük marağı olub. |
İlk uğuru 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə “Bolşoy Teatr”ın səhnəsində solo ifa etdiyi “Cücələrim” mahnısı olub. |
Məhz Suğra Bağırzadənin ifasında və maestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Cücələrim” mahnısı “Artek” pioner düşərgəsində buraxılan “Dünyanın ən yaxşı uşaq səsləri” musiqi valına daxil edilib. |
12 yaşında istedadlı qız “Azərbaycanfilm” kinostudiyasına dublyaj aktrisası kimi dəvət olunub. |
Səkkizinci sinifdə oxuyarkən rejissor Zeynəb Kazımovanın “Yollar və küçələrlə” qısametrajlı filmində baş rolda çəkilib. |
1963-cü ildə o, Ağarza Quliyevin böyük populyarlıq əldə etmiş, o vaxtdan böyük uğur və tamaşaçı məhəbbəti qazanan “Ulduz” filmində Yetər roluna dəvət olunub. |
Suğra Bağırzadə 1970-ci ildə Azərbaycan Neft Akademiyasının Mühəndislik-texnologiya fakültəsini bitirdikdən sonra yenidən kinostudiyaya mühəndis kimi qayıdıb. |
Bununla yanaşı aktrisa kimi fəaliyyətini davam etdirib və bir çox filmlərdə yadda qalan obrazlar yaradıb. |
Onun əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan hobbisi tədricən daha bir peşəyə keçib. |
Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini gətirib. |
“Floristika” İncəsənətə Dəstək adlı ictimai birliyin yaradıcısıdır. |
Aktrisa həm də Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Kinematoqrafçılar, MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasının, həmçinin 2004-cü ildən Ümumdünya Floristlər Şurasının üzvüdür. |
Şurada nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir. |
Şura tərəfindən “Floristika sənayesində yeni peşəkar istiqamət” sertifikatı ilə mükafatlandırılıb. |
Bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zelandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil edib. |
Həmçinin Ümumdünya Floristlər Şurasının müxtəlif ölkələrdə keçirilən sammitlərində əsərləri nümayiş olunub. |
Azərbaycan dilində ilk dəfə nəşr edilən “Floristika” kitabının müəllifidir. |
16 dekabr 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni ilə təltif edilib. |
1 avqust 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. |
Yasamal rayonu ərazisində yerləşən ofislərin birində seyfdən qeyri-aşkar şəraitdə 14 800 manat pul oğurlanıb. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. |
Faktla bağlı araşdırma aparılır. |
Paytaxtın Səbail rayonu Neftçilər prospektində texniki problem səbəbindən işləməyən işıqforun fəaliyyəti bərpa edilib. |
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib. |
Bildirilib ki, sözügedən ərazidə nasazlıq aradan qaldırılıb, işıqforlar artıq işlək vəziyyətə gətirilib. |
14:12"Paytaxtın Səbail rayonu Neftçilər prospektində işıqfor işləmir. |
Bu barədə Oxu.Az-a sürücülər məlumat veriblər. |
Bildirilib ki, artıq iki gündür Neftçilər prospektində işıqforun hər üç işığı eyni anda yanır və bu, sürücülərdə çaşqınlıq yaradır. |
Nəqliyyatın hərəkətinə mənfi təsir edən, eləcə də qəza şəraitinə səbəb ola biləcək texniki problem isə hələ də həll olunmayıb. |
Aidiyyəti quruma məsələ ilə bağlı sorğu ünvanlamışıq. |
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Qırmızı şeytanlar”la işini davam etdirəcək. |
İngiltərəli məşhur idman jurnalisti Stiv Beyts sosial şəbəkə hesabında yazıb ki, klub niderlandlı mütəxəssislə yollarını ayırmağı planlaşdırmır. |
O əlavə edib ki, məşqçinin istefası məsələsi yalnız komandanın cari mövsümün sonunda uğursuzluğa düçar olacağı halda aktuallaşacaq. |
Məlumat üçün əlavə edək ki, “Mançester Yunayted”in İngiltərə Premyer Liqasında altıncı sırada getməsi klubun azarkeşlərini və rəhbərliyinin narazılığına səbəb olub. |
Bununla əlaqədar mətbuatda mütəmadi olaraq Erik ten Haqın tezliklə istefaya göndəriləcəyi qeyd olunur. |
Bakıda mənzildən 35 min manatlıq oğurluq olub. |
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mənzillərin birindən 35 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bəhruz Məmmədov saxlanılıb. |
Faktla bağlı araşdırma aparılır. |
“Azərbaycan millisi çox çətin qrupa düşdü”. |
Bunu İdman.biz-ə Azərbaycanın U-18 millisinin baş məşqçisi Elxan Abdullayev deyib. |
Təcrübəli mütəxəssis Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqasının püşkatmasında əsas yığmanın qrupunu dəyərləndirib. |
Abdullayev bildirib ki, komandamızın C divizionunda yer aldığı 1-ci qrup ən çətinidir:""“Rəqiblərin adlarından da bəllidir ki, favorit komandalardır. |
Yalnız Estoniya bizimlə eyni səviyyədədir. |
Bu qrupdan çıxmaq şansımız çox azdır. |
Təəssüflər olsun ki, daha yaxşı qrupa düşə, asan rəqiblərlə də üzləşə bilərdik. |
Amma bu, futboldur, seçimi biz etmirik. |
Bəxtimizə hansı komanda düşübsə, onunla da oynamalıyıq”. |
Yığmaya uğurlar arzulayan Abdullayev futbolçulardan geyindikləri forma uğrunda məsuliyyətlə oynamasını da istəyib:""“İşləri çox çətin olacaq. |
Nə qədər ki, vaxt var, yaxşı çalışmaq lazımdır. |
Qələbə üçün isə əllərindən gələni etməlidirlər”. |
Qeyd edək ki, C divizionunda mübarizə aparacaq Azərbaycan İsveç, Slovakiya və Estoniya ilə oynayacaq. |
Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindəki yaşayış binasında sürüşmə təhlükəsi ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. |
Oxu.Az xəbər verir ki, söhbət Yeni Günəşli qəsəbəsindəki V massivi, 13M nömrəli binadan gedir. |
Şikayətçi bildirir ki, binasının ön və sağ tərəfində ciddi sürüşmə hadisəsi baş verib və hazırda sürüşmə hər gün daha da aktivləşir. |
Ətrafda çoxlu sayda böyük çökəklik və qırılma baş verib. |
“Şikayətçi qeyd edir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN), Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN), Suraxanı Rayon İcra Hakimiyyətinə məlumat verilib. |
Nazirlik və İH əməkdaşları tərəfindən əraziyə baxış keçirilməsinə, vəziyyətin yaxşı olmadığı, sürüşmə prosesinin aktivləşməsinin qurumlar tərəfindən də qeyd olunmasına baxmayaraq, sakinlərə heç bir məlumat verilmir. |
Sürüşmə aktiv şəkildə davam edir, heç bir önləyici tədbirlər görülmür”. |
Məsələ ilə bağlı Oxu.Az Suraxanı Rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışdıq. |
Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, birinci dərəcəli dövlət qulluqçusu Ağayeva Sevinc Eldar qızı “susmaq qızıldır” prinsipini əsas tutaraq, nə verdiyimiz salamı almağı, nə yönləndirdiyimiz sualları cavablandırmağı özünə rəva bilməyib. |
Nə yazdığımız suala cavab verib, nə zəngimizi açıb. |
Fövqəladə Hallar Nazirliyindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ərazidə ekzogen-geoloji proseslərin başvermə səbəblərinin öyrənilməsi üçün çöl tədqiqat işləri FHN tərəfindən davam etdirilir. |
Geoloji tədqiqat işləri yekunlaşdıqdan sonra nəticələr baxılmaq üçün aidiyyəti qurumlara göndəriləcək”. |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq, “relyefdə yaranan dəyişmələrin süni şəkildə doldurulmasına baxmayaraq, proseslərin dinamikasında artım müşahidə olunur, - deyə bildirib. |
- Son günlər Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 13M ünvanında yerləşən çoxmərtəbəli binanın yerləşdiyi ərazidə müşahidə olunan mühəndis-geoloji vəziyyətlə əlaqədar vətəndaş müraciətlərinə (4 fərdi müraciət) əsasən, agentliyin mütəxəssisləri tərəfindən həmin ərazilərə baxış keçirilib, yaranmış vəziyyət qiymətl... |
Hazırda binanın yerləşdiyi ərazidə yer səthində müxtəlif istiqamətli dislokasiya elementləri müşahidə olunmaqdadır. |
Geoloji kəsilişin üst hissəsində çökmə prosesləri və çat zonaları qeydə alınır. |
Relyefdə yaranan dəyişmələr süni şəkildə doldurulsa da, proseslərin dinamikasında artım müşahidə olunur. |
Ərazidə instrumental tədqiqatların və müvafiq bərkitmə işlərinin aparılması zəruridir”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.