Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Şimal axını” və “Şimal axını 2” boru kəmərlərində təxribat ABŞ kəşfiyyat xidmətləri tərəfindən həyata keçirilib”. |
Bu barədə Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib. |
Belə ki, o, ABŞ-li icmalçının boru kəmərlərini kimin partlatması ilə bağlı sualına - “əlbəttə, siz”, - cavabını verib. |
Jurnalist zarafatla həmin gün məşğul olduğunu və partlayış həyata keçirmədiyini deyəndə isə prezident aydınlıq gətirib:""“Şəxsən sizin alibiniz ola bilər, lakin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) belə bir alibisi yoxdur. |
Bilirsiniz, mən təfərrüata varmayacağam, lakin belə hallarda həmişə deyirlər:maraqlı tərəfi axtarın. |
Amma bu halda biz təkcə maraqlı tərəfi deyil, həm də bunu bacaran birini axtarmalıyıq. |
Çünki maraqlı tərəf çox ola bilər, amma Baltik dənizinin dibinə enib bu partlayışı hamı həyata keçirə bilməz. |
Bu iki komponent bir-birinə bağlı olmalıdır:kim maraqlıdır və kim edə bilər”. |
“Ermənistanın xarici işlər nazirinin Ararat Mirzoyanın dünən Haaqada etdiyi çıxış onu göstərir ki, ya Ermənistan hakimiyyəti öz diplomatlarına heç cür nəzarət edə bilmir, ya da elə özü onlara gecə-gündüz Azərbaycan əleyhinə danışmaq, böhtan atmaq tapşırığı verib və bir növ, rol bölgüsü aparıb”. |
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. |
Qeyd olunub ki, Ermənistanın 30 il ərzində beynəlxalq təşkilatların qərarlarını qulaqardına vurması, hətta onlara kinayə ilə yanaşması fonunda bu gün elə həmin erməni diplomatlarının BMT Təhlükəsizlik Şurasından, Beynəlxalq Ədalət Məhkəməsindən, Fransa senatından, Litva XİN-dən, Rasmus Kanbak, Lindsi Snell kimi irqçi v... |
“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin dörd hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilərək yekunlaşdırılır. |
Layihəyə əsasən, torpaq yatağının ümumi eni 27,5 metrdir. |
Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü olacaq. |
Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri üç lot üzrə icra olunur. |
1-ci və 2-ci lotlar, həmçinin 3-cü lotun bir hissəsi üzrə tikinti işləri artıq yekunlaşıb və 2023-cü ilin avqust ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun ümumi uzunluğu 102 kilometr olan sözügedən Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib. |
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, yenidən qurulan 1b texniki dərəcəli yolun bu hissəsində 67 alt keçid, 19 qovşaq və 17 (36 ədəd) körpünün tikintisi də başa çatdırılıb. |
Hazırda tikinti işləri magistralın 28 km-lik Qazaxbəyli-Gürcüstan sərhədi hissəsində, yəni layihənin 102,2-130,15-ci km-lik hissəsində davam etdirilir. |
Ümumilikdə layihəyə əsasən, torpaq yatağının tikintisi yekunlaşır, bundan başqa hazırda dənəvər tərkibli əsasın tikintisi, suötürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri davam etdirilir. |
Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür. |
Ümumilikdə sözügedən hissə boyu dörd yol qovşağı və ötürücüsü, iki çay körpüsü, 14 yeraltı keçid, 13 düzbucaqlı su keçidi, 68 dairəvi suötürücü boru inşa edilir. |
Layihəyə uyğun olaraq, zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılır. |
Artıq sözügedən hissədə süni qurğuların tikintisi 74% yerinə yetirilib. |
Ümumi tikinti işlərinin yerinə yetirilmə faizi isə 90% təşkil edir. |
Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır. |
Uzunluğu 130,15 kilometr olan Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. |
Bundan başqa, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir. |
Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. |
Layihə tam reallaşdırıldıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. |
Fevralın 17-dək Azərbaycanda növbədənkənar prezident seçkisinin nəticələrinə yekun vurulması və nəticələrin Konstitusiya Məhkəməsinə təqdim edilməsi prosesi başa çatmalıdır. |
Fevralın 7-də keçirilən səsvermənin nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev 92 faizdən çox səs toplayaraq inamlı qələbə qazanıb. |
Azərbaycanda keçirilən seçki dünya mediasının diqqətini cəlb edib. |
Bu barədə Oxu.Az-a ərəb analitik, “Əl-Cəzirə”nin jurnalisti Fəhim əl-Surani məlumat verib:""- Dünya mediasının, o cümlədən ərəb KİV-in ölkənizdəki seçkiyə marağını təsadüfi adlandırmaq olmaz. |
Son illər Azərbaycan regionun görkəmli strateji oyunçusuna çevrilib və qlobal beynəlxalq layihələrdə iştirak edir. |
Ölkənizin iqtisadi islahatlarda böyük təcrübəsi var. |
Bundan əlavə, bu, Azərbaycan Respublikasının 2020-ci ildə İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin nəticələrinə görə öz suverenliyini və ərazi bütövlüyünü bərpa edə bilməsi ilə bağlıdır. |
Azərbaycan öz tarixinin çox mühüm problemini müstəqil surətdə və uğurla həll etdi. |
Kömək etmək istəyən digər oyunçuların bütün cəhdləri uğursuz olduqda Bakı nəticəyə gətirib çıxara biləcək yeganə üsuldan istifadə edərək işi öz əlinə aldı. |
Qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq növbədənkənar prezident seçkisi bütün Azərbaycanda keçirildi. |
Bu, çox mühüm siyasi və hətta geosiyasi məqamdır. |
Ərəb dünyasının Azərbaycana marağı həm də onunla bağlıdır ki, ölkənizin əhalisinin əksəriyyəti müsəlmandır, çoxlu ortaq mədəni ənənələr var, eyni mentalitet var. |
- Prezident İlham Əliyev seçkidə böyük fərqlə qalib gəldi...""- ...bu, analitiklər və müşahidəçilər üçün sürpriz olmadı. |
İlham Əliyevin qələbəsinə heç kim şübhə etmirdi, yeganə maraq Azərbaycan dövlətinin başçısının neçə səs alacağı idi.İnsanlar gördülər ki, məhz İlham Əliyevin sayəsində tarixi hadisə baş verdi - Azərbaycanın bütün ərazisində suverenlik bərpa olundu. |
Təbii ki, Azərbaycan Prezidenti populyarlığının zirvəsindədir, onu ölkə vətəndaşları dəstəkləyirlər. |
İndi Azərbaycan tarixində növbəti dövr başlayır, bu dövr dəyişir və növbəti illərdə bizi yeni bir formada təəccübləndirə bilər. |
Mən ötən ilin sentyabr-oktyabr aylarında Bakıda olmuşam və əhalinin iqtisadi fəallığına, vətəndaşların rifahına diqqət yetirmişəm. |
Bu, həm də ərəb turistlər, xüsusən də Azərbaycanın paytaxtında çoxlu sayda olan Fars körfəzi ölkələrindən gələn turistlər üçün çox cəlbedicidir. |
İstirahət planlaşdırarkən həmişə Avropaya getməyi fikirləşənlər indi Azərbaycanı seçirlər. |
Amma cəmi bir neçə il bundan əvvəl Azərbaycan ərəb ölkələrindən qonaqları cəlb edən ölkə kimi bizdə tanınmırdı, Azərbaycanın inkişaf etmiş infrastrukturundan az adam xəbərdar idi.""Düşünürəm ki, indi Qarabağın qaytarılmasından və prezident seçkisindən sonra zəngin ərəb ölkələrindən bölgəyə daha çox investisiyalar gələc... |
Nəticələrini, o cümlədən ərəb investorların iştirakı ilə Qarabağın bərpasını yaxın illərdə görəcəyik. |
Prezident İlham Əliyevin seçkidə parlaq qələbəsi sabitliyə və təhlükəsizliyə təminat verir və bu, vacibdir. |
Ərəb mətbuatında dərc olunan yazılardan da göründüyü kimi, Azərbaycana böyük maraq var. |
“Biz bu barədə Birləşmiş Ştatlar rəhbərliyinə demişik, əgər Vaşinqton Kiyevə silah tədarükünü dayandırarsa, Ukraynadakı münaqişə bir neçə həftəyə bitəcək”. |
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib. |
V.Putin əlavə edib ki, yalnız silah tədarükü dayanandan sonra rəsmi Moskva Kiyevlə bəzi şərtləri razılaşdıra bilər. |
Cəlilabadın Alar kənd sakini, 14 yaşlı Yusif İbayevin qızılcadan dünyasını dəyişməsi barədə xəbərlər yayılsa da, ailə üzvləri yeniyetmənin başqa xəstəlikdən öldüyünü bildiriblər. |
Mərhumun babasının sözlərinə görə, yeniyetmənin ağciyərlərində problem olub:""“Uşağı apardıq Bakıya, orada 10 nəfər qan verdi. |
Dedilər uşaq qızılcaya yoluxmayıb, ağciyərlərində problem var”. |
Yeniyetmənin ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs yanvarın 24-də dəqiqləşməmiş meninqoensefalit diaqnozu ilə 2 saylı Klinik Uşaq Xəstəxanasının Neyroinfeksiya şöbəsinə daxil olub. |
Xəstəyə zəruri tibbi yardımın göstərilməsi üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. |
Həkimlərin səylərinə baxmayaraq, xəstə vəfat edib. |
Faktla bağlı araşdırma aparılır. |
Ətraflı Baku TV-nin süjetində:""10:54"Azərbaycanda daha bir nəfər qızılcadan vəfat edib. |
“Qafqazinfo” xəbər verir ki, Cəlilabad rayonunun Alar kənd sakini 2010-cu il təvəllüdlü Yusif Bəhruz oğlu İbayev qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, orada vəfat edib. |
İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib. |
Xatırladaq ki, ötən gün Astara rayonunda da 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev qızılca nəticəsində vəfat edib. |
Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib. |
“İsveç, Slovakiya və Estoniya ilə əvvəlki matçlarda yaxşı oyun nümayiş etdirə biləcəyimizi artıq göstərmişik. |
Bunu davam etdirməyə çalışmalıyıq”. |
26 yaşlı hücumçu C Liqasının 1-ci qrupunda ciddi rəqiblərlə üz-üzə gələcəklərini söyləyib:“Yaxşı nəticələr qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. |
Nəticələrlə xalqımızın üzünü güldürə, onları sevindirə bilərik. |
Məncə, insanlar da artıq futbola real yanaşmağa başlayıblar və rəqiblərin nə dərəcədə ciddi olduğunu bilirlər”. |
Emreli qarşılaşmalarda komandanın hazırlığının, məşqçilərin verdiyi qərarın da önəmli olduğunu diqqətə çatdırıb. |
O, qrupdakı bütün matçlarda əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlarını vurğulayıb. |
Nardaran qəsəbəsində tikili yanır. |
Bu barədə Baku.ws məlumat yayıb. |
Bildirilib ki, hadisə qəsəbənin Abşeron küçəsində qeydə alınıb. |
Yanğın baş verən ərazidən qaz boruları keçir. |
Bu da təhlükənin ciddiliyindən xəbər verir. |
Hadisə yerindən görüntüləri təqdim edirik: |
Bir qrup rusiyalı turist təyyarənin nasazlığı səbəbindən Kubadan Moskvaya uça bilməyib. |
Nəticədə 300-dən çox sərnişin hava limanında gecələməli olub. |
Lakin evinə tələsən bir qrup rusiyalı turist hava limanın binasında etiraz keçirərək onlara ayrıca reysin təşkil olunmasını tələb ediblər. |
“Dostluq” kinoteatrının sökülməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri aidiyyəti qurumların əməkdaşları ilə birgə tikiliyə baxış keçiriblər. |
Dövlət Xidmətindən verilən məlumata görə, binanın qorunması, qəzalı vəziyyətə düşmüş memarlıq elementlərinin bərpası, eləcə də binada möhkəmləndirmə işlərinin aparılması planlaşdırılıb:""“Azadlıq prospekti 76 ünvanında yerləşən “Dostluq” kinoteatrının binası dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abid... |
Kinoteatrın binası xüsusi mülkiyyətdədir”. |
Məlumatda o da vurğulanıb ki, 1952-ci ildə inşa olunan tikilinin tarixi əhəmiyyəti nəzərə alınaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı təkliflərə baxılır. |
16:40"Bir neçə gündür, “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı sosial mediada məlumatlar dərc olunur. |
Məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 76 ünvanında yerləşən, 1960-cı illərə aid “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır. |
“6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb. |
Bununla yanaşı qeyd edək ki, kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb, Komitə tərəfindən heç bir tikinti icazəsi verilməyib. |
Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və memarlıq sahəsində qanunvericiliyə əməl olunmasına nəzarət edir. |
Əlavə olaraq bildirək ki, bu gün Komitə rəhbərliyi səviyyəsində binaya baxış keçirilib və heç bir söküntü işlərinin aparılması faktı aşkarlanmayıb. |
Buna baxmayaraq, uzun illər təmir və istismar olmadığından binanın dam və fasad örtüyündə ciddi dağıntılar və təhlükəli vəziyyət müəyyən olunub. |
Hazırda mülkiyyətçinin Komitəyə müraciəti əsasında müvafiq qurumlarla birlikdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və binanın ornamentlərini saxlamaq şərtilə bərpa-bərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti göstərişlər verilib”. |
15:28"Bakıda tarixi bina kimi tanınan “Dostluq” kinoteatrının söküldüyü iddia edilir. |
Oxu.az xəbər verir ki, bununla bağlı memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib. |
Professor qeyd edib ki, iki gündür ki, 1960-cı illərin memarlıq abidəsi olan “Dostluq” kinoteatrının sökülməsi işləri aparılır:""“Bina 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilib. |
Təəssüf ki, rəsmi mənbələrdə dəqiq məlumat yoxdur, amma öyrəndim ki, bir çox bakılının yaddaşında qalan kinoteatrın yerində çoxmərtəbəli bina tikmək istəyirlər”. |
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.