Search is not available for this dataset
text
stringlengths
10
518k
Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə heç bir çoxmərtəbəli binanın tikilməsindən söhbət gedə bilməz:""“Sadəcə olaraq, təmir işləri aparılır.
Hazırda tərəfimizdən araşdırma da aparılır.
Əlimizdə olan məlumata görə, “Dostluq” kinoteatrı özəl mülkiyyətdir.
Yəni, ərazi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Rasim Süleyman oğlu Salmanovun mülkiyyətindədir”.
“Paytaxtın Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyinin əməkdaşları tərəfindən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılma işləri aparılıb”.
Bu barədə Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.
“Ərazidə olan tikinti və lövhəyə gəldikdə isə məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyiniz tövsiyyə olunur”.
17:24"Paytaxtın Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında yerləşən beşmərtəbəli binanın sakinləri həyətyanı sahənin hələ də bərbad vəziyyətdə qaldığından şikayətçidirlər.
Onlar şikayətlərini yenidən Oxu.Az-ın redaksiyasına ünvanlayıblar.
Sakinlər bildiriblər ki, ərazidə heç bir abadlıq işi görülməyib:""“Biz, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 31 ünvanında yaşayan sakinlər 29.01.2024-cü il tarixdə beşmərtəbəli binanın qapalı həyətyanı sahədə bərbad vəziyyətdə olan çoxəsrlik ağacların quruması ilə bağlı, şəhərin mərkəzində, sözügedən...
Nəzərinizə çatdırırıq ki, mürəciətinizə cavab verən Səbail Rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyi (YTB) ərazidə ağacların bir neçəsində suvarma işləri aparıb və ərazidə olan yarpaqları yığışdıraraq öz işləri barədə sizə hesabat veriblər.
Lakin qurumuş budaqlar kəsilməyib, yeni ağaclar əkilməyib.
Tikinti tullantıları yerində qalıb.
Heç bir abadlıq işləri görülməyib.
Zədələnmiş əsas divar bərpa olunmayıb.
Sonradan qoyulmuş taxta lövhələr çıxarılmayıb”.
Məsələ ilə bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanladıq.
Həmin fotoları təqdim edirik:"""""Nəzrin Vahid
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununa təyinat alıb.
Ədalət təmsilçisi fevralın 11-də keçiriləcək XXII turun PAOK - AEK matçını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.
Yerli referi Aristotelis Diamantopulos dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Digər FIFA referimiz Elçin Məsiyev Reynhard Buxbaumla birlikdə VAR hakimidir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
İki xal az toplayan AEK ikinci pillədə qərarlaşıb.
“Milyarder və sahibkar İlon Mask bir çox qabaqcıl innovativ texnologiyaların hazırlanmasında iştirakı olan ağıllı insandır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ-li jurnalist Taker Karlsonun “Tesla”nın baş direktoruna münasibəti barədə sualını cavablandırarkən bildirib.
Söhbət əsnasında o xatırladıb ki, Maskın “Neuralink” şirkəti bu yaxınlarda insan beyninə implant tətbiq edib.
“Düşünürəm ki, Maskı dayandırmaq mümkün deyil, o, yenə də bildiyini edəcək.
Amma biz onunla hansısa yolla danışıq aparmalıyıq, onu inandırmaq üçün bəzi yollar axtarmalıyıq.
Mənə elə gəlir ki, Mask ziyalı adamdır, yəni ziyalı olduğuna əminəm.
Onunla hansısa şəkildə razılaşmaq lazımdır ki, bu proses müəyyən qaydalara uyğun kanonizasiya olunsun”, - deyə Putin bildirib.
“Oskar” mükafatlandırması üçün daha bir kateqoriya əlavə edilib.
Belə ki, filmdə ən yaxşı aktyor seçiminə görə “kastinqdə nailiyyətlərə görə” mükafatı veriləcək.
Yenilik artıq Kino Sənəti və Elmləri Akademiyasının Rəhbərlər Şurası tərəfindən təsdiqlənib.
Kateqoriyanın ilk qalibi 2026-cı ildə - 98-ci “Oskar” mükafatı mərasimində veriləcək.
Belə ki, gələn il Kino Akademiyası filmlərin aktyor heyətini təhlil edəcək və ən yaxşılarını seçəcək.
Yeri gəlmişkən, Akademiya sonuncu dəfə 2001-ci ildə yeni Oskar kateqoriyası (“ən yaxşı tammetrajlı cizgi filmi”) təsis etmişdi.
Xatırladaq ki, yanvarın sonunda Amerika Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası 2024-cü il “Oskar” mükafatına namizədlərin siyahısını açıqlayıb.
“Pagani Automobili” şirkəti tarixində ən güclü - 900 at qüvvəsinə malik olan üstüaçıq “Huayra R Evo” hiperkarını təqdim edib.
Qeyd olunub ki, avtomobil eksklüziv “Arte in Pista” proqramının bir hissəsi olacaq, burada müştərilər mühəndislər və məlumat analitiklərinin dəstəyi ilə avtomobili dünyanın ən yaxşı yarış treklərində sınaqdan keçirə biləcəklər.
Yeni məhsulun sürət xarakteristikası barədə məlumat verilmir, lakin “Pagani Automobili” iddia edir ki, “Huayra R Evo” idman yarışlarında iştirak edən “Le Mans Prototype” (Dünya Dözümlülük Çempionatında (WEC) LMP2 sinfi) səviyyəsində sürət yığa bilir.
Əsgəran qalası ətrafında kütləvi məzarlıq aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda deyilir:""“Məlum olduğu kimi, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Beqlaryan Raşid Aramayisi Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsir-girovlara işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətməkdə şübhəli bilin...
Adıçəkilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı, özünün də daxil olduğu qanunsuz erməni silahlı birləşmələri tərəfindən əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsin 26 fevral 1992-ci il tarixində Əsgəran qalasına yaxın ərazidə pusquya salınaraq avtomat silahlarda...
Ötən ilin noyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti qurumların mütəxəssis heyətinin iştirakı ilə Raşid Beqlaryanın göstərdiyi ərazidə axtarış və qazıntı işlərinə başlayıb.
Hava şəraitinin əlverişsiz olması qazıntıların müvəqqəti dayandırılmasına səbəb olsa da, sonradan Əsgəran qalası ətrafında axtarış və qazıntı işləri yenidən aparılmağa başlanılıb, qazıntı prosesində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin meyitinin basdırı...
Ərazidə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir”.
Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı göstərən dairələr məlum olub.
Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən yekun məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 17 saylı Yasamal üçüncü seçki dairəsidir.
Bu dairədə seçici fəallığı 89,22% olub.
Seçici fəallığının ən aşağı olduğu dairə isə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsidir.
Burada seçici fəallığı 66,03% təşkil edib.
Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə olunaraq, maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, xüsusən investisiya yatırma imkanları, o cümlədən saxta istiqrazların alınması, işə düzəltmə və s.ilə bağlı müxtəlif təkliflər edilir.
SOCAR-dan bildirilib ki, bu cür dələduzluq halları müxtəlif internet kanalları, sosial media platformaları, mobil tətbiqlər, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir.
“Ötən müddət ərzində görülən işlər, aparılan məlumatlandırma tədbirləri nəticəsində dələduzluq hallarının sayında kifayət qədər azalma müşahidə olunsa da, son həftələr bu tip saxta məlumatlarla bağlı kampaniyalarda yenidən aktivlik müşahidə olunur.
SOCAR bu cür hallarla mübarizə məqsədilə müvafiq dövlət qurumları ilə birgə səmərəli fəaliyyət həyata keçirir.
İctimaiyyəti mütəmadi olaraq məlumatlandırmaq məqsədilə hazırlanan informasiyalar ölkəmizin media resurslarında dərc olunur.
Eyni zamanda, SOCAR-ın sosial şəbəkə hesablarında dələduzluq hallarına qarşı təbliğat aparılır.
SOCAR-a bu məsələ ilə bağlı vətəndaşlardan telefon, elektron poçt, sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrin monitorinqi zamanı müəyyən edilən faktlar toplanaraq Daxili İşlər Nazirliyinə təqdim olunur.
Məsələ ilə bağlı vətəndaşlar tərəfindən SOCAR-a edilən müraciətlər dərhal cavablandırılır, dələduzluq halları ilə bağlı ətraflı məlumat verilir, ayıq-sayıq olmaları tövsiyə edilir.
Ötən müddət ərzində məsələ ilə bağlı SOCAR tərəfindən 60-dan çox vətəndaş müraciəti cavablandırılıb.
Aparılan araşdırmalar və müraciətlər nəticəsində vətəndaşlara edilən zənglərin əsasən, müxtəlif xarici ölkələrin mobil operatorlarına məxsus nömrələr vasitəsilə edildiyi müəyyən edilib.
Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə edilən əməkdaşlıq nəticəsində SOCAR adından saxta investisiya kampaniyaları ilə bağlı mobil tətbiqlərin silinməsinə nail olunub.
Bu istiqamətdə iş mütəmadi olaraq davam etdirilir.
Vətəndaşlarımızı heç bir əsası olmayan bu cür məlumatlara inanmamağa, bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır, yalnız rəsmi mənbələrdə yer alan informasiyalara istinad olunmasını xahiş edirik”, - deyə SOCAR-ın yaydığı məlumatda qeyd olunur.
Eyni zamanda, vətəndaşlardan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələri və məlumatları [email protected] ünvanına göndərmələri xahiş olunur:""“Sonda vətəndaşları aldadıb, etibarından sui-istifadə edib, onların əmlakını, əmlak hüquqlarını və fərdi məlumatlarını ələ keçir...
Ötən ilin oktyabrında Neftçala rayonunda 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilovanın intiharı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Neftçala Rayon Məhkəməsində keçirilən prosesdə mərhumun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Aydın Xəlilov təqsirləndirilib.
Cinayət Məcəlləsinin 125 və 128-ci (özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham edilən şəxs məhkəmədə özünü təqsirli bilib və törətdiyi əməlləri etiraf edib.
Bildirilib ki, Q.Xəlilova 1994-cü ildə Aydınla ailə qurub və həmin vaxtdan etibarən əri tərəfindən şiddət görüb.
1995-ci ildə Qızqayıdın ondan xəbərsiz anasıgilə getməsini və qayınanasının onun atasının yasına gəlməməsini illərdir unuda bilmədiyini deyən A.Xəlilov 30 ilə yaxın müddətdə arvadını döydüyünü, onu təhqir etdiyini etiraf edib.
İstintaqla müəyyən edilib ki, ərinin uzun illərdir şiddətindən bezən qadında frustrasiya halı (insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin, dözüm iradi səviyyəsindən üstün olması vəziyyəti) müşahidə edilib.
O, intihardan əvvəl kağız parçalarına - “Aydın, demirdin, sən olmasan, yaxşı yaşayacağam?!
İndi yaşa, mən də gedirəm bu dünyadan, Şükür, balalarım böyük kişidirlər.
Allah qorusun, öpürəm”, “Balalarım, mənim üçün heç nə etməyin, bir dənə basdırın, mənə bəs edər”, “Əziz balalarım, məndən inciməyin, gedin yaşayın, daha mən dözmürəm, şükür, alnım açıqdır.
Gedin, Allah sizi xoşbəxt etsin”, - yazaraq həm əynindəki paltarın cibinə, həm də evdə döşəyin altına qoyub.
Daha sonra isə özünü asaraq intihar edib.
Meyiti tapıldığı zaman onun üzərində xəsarətlər aşkar edilib.
O da məlum olub ki, Q.Xəlilovanın iki oğlu var.
Onlardan biri digər rayonda, kiçik oğlu isə Bakıda işləyir.
Hadisə günü hər iki qardaş Neftçala rayonunun Xəzər kəndində yaşadıqları evdən çıxaraq Bakı istiqamətinə hərəkət edib.
Bir neçə saat sonra isə onlara analarının intiharı barədə məlumat verilib.
Neftçala Rayon Məhkəməsində keçirilən prosesdə Q.Xəlilovanın hüquqi varisi olan yaşlı anası kürəkəni Aydını bağışlamadığını, onun qızına illərdir zülm verdiyini deyib və ömürlük həbs olunmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Aydın Xəlilov 5 il müddətinə azadlıqdan mərhum edilib.
Ötən gün Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı İbrahim İbrahimzadə Bakıya gətirilib.
Oxu.Az-ın məlumatına görə, o bu gün səhər saatlarında paytaxtdakı xəstəxanaların birinə təxliyə olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 8-də Zaqatalada baş verən-yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) bədənin çoxsaylı travması diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:""“V...
Fevralın 9-da saat 05:30-da isə təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Vəziyyəti ağır qiymətləndirilir”.
Qeyd edək ki, ötən gün, saat 13 radələrində Zaqatala şəhər sakini, Emin Oqtay oğlu İbrahimov sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes-Benz” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi...
Hadisə nəticəsində azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itiriblər, İbrahim İbrahimzadə isə xəsarət alıb.
Xatırladaq ki, E.İbrahimov əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunubmuş.
O, polis əməkdaşları tərəfindən tutulub.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Gürcüstanın Rustavi şəhərində bazarda baş verən atışma nəticəsində azı dörd nəfər həlak olub.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
“Müəyyən edilib ki, 1988-ci il təvəllüdlü Q.O.
bazarın ərazisində bir neçə dəfə atəş açıb.