Search is not available for this dataset
text
stringlengths
10
518k
Atışma nəticəsində təqsirləndirilən şəxsin bazarda işləyən dayısı da daxil olmaqla dörd nəfər həlak olub.
Bir nəfər - təqsirləndirilən şəxsin əmisi oğlu yaralanıb”, - deyə qurumdan bildirilib.
DİN həmçinin atəş açan şəxsin saxlanıldığını bildirib.
“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
İş üzrə mühakimə edilənlər - sabiq rektor Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyev konvoyun müşayiəti ilə məhkəməyə gətiriliblər.
İclasda şahid qismində qətlin icraçısı olduğu iddia edilən Samir Quliyevin anası Məlahət Quliyeva ifadə verib.
Samir cinayət barədə ilk dəfə elə anasına etiraf edib.
Ana oğlunun günahkar olduğunu inkar etməsə də, onun tamahına qurban getdiyinə təəssüflənir.
Oğlunu əziyyətlə böyüdüb-başa çatdırdığından danışan ana mərhum prorektorun ölümünə görə əzab çəkdiyini deyib:""“Hər şeydən əvvəl mən anayam.
Samiri min bir əziyyətlə, halal çörəklə böyütmüşəm.
Kanalizasiya qazıb, daş daşıyıb evə çörək gətirirdi.
Çox da sakit uşaq idi.Oğlum heç vaxt cinayətə meyilli olmayıb.
Evin bir dənə beçəsinin başını kəsməyib.
Dəyanət tutulandan sonra çox narahat idi, evdən çölə çıxmadı.
Dedi, ana, tamahımın qurbanı oldum.
Yaşlı bir insanın həyatına qəsd edilib, təəssüf ki, o da mənim oğlum tərəfindən törədilib.
Bu gün mərhumu həyata qaytarmaq olsa, mən canımı qurban verərəm”.
Şahid ana oğlunun cahilliyinin başına bəla olduğunu düşünür.
Deyir ki, onu Dəyanətin verdiyi vədlər aldadıb:""“Samir savadsız uşaqdır, hərf belə tanımır.
Dəyanət buna söz verib ki, sənə ev tikəcəyəm, həyat şəraitini yaxşılaşdıracağam.
Amma sonra Dəyanət verdiyi vədlərə də əməl etməyib.
Bir ana kimi oğlumun bağışlanmasını istəyirəm”.
Proses fevralın 21-də davam edəcək.
Xatırladaq ki, hadisə 2011-ci ildə baş verib.
İttihama görə, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini sifariş verib.
Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Ötən gün meyiti tapılan Sankt-Peterburq (Rusiya) Karate Federasiyasının prezidenti Vitali Konevin ölümünə təsadüfən açılan atəşin səbəb olduğu göstərilir.
Bildirilir ki, ekspertlər Konevin başında 5,45 kalibrli güllə aşkar ediblər.
Üstəlik, Konevin cəsədinin tapıldığı “Nevski” atıcılıq klubu yaxınlığında yalnız təhlükəsizlik perimetri ilə ayrılmış hərbi poliqon var.
Müstəntiqlərin bir versiyasına görə, Konev qonşu poliqonda Kalaşnikov avtomatından açılan atəş nəticəsində güllə ilə vurularaq təsadüfən öldürülüb.
Hazırda faktla bağlı “Qətlə səbəb olma” maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, Konevin meyiti fevralın 7-də günorta saatlarında “Nevski” atıcılıq klubunun ərazisində aşkar edilib.
Belə ki, idman kompleksinin rəhbəri əraziyə baxış keçirərkən qarda huşsuz vəziyyətdə uzanan kişini görüb və təcili tibbi yardım çağırıb.
Ancaq həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerində istintaq zorakı ölüm əlamətləri aşkar etməsə də, sonradan, yarılma zamanı Konevin başında güllə yarası olduğu məlum olub.
“Ermənistan Azərbaycandan gözlənilən təhlükə ilə bağlı növbəti mifi qızışdırmaqla əvvəlki kimi faktiki olaraq ərazilərimizə iddia edir”.
Bu barədə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Azadlıq radiosu”na müsahibəsində bildirib.
RFE/RL-in müxbiri Coşua Kuçeranın Ermənistan və Azərbaycan arasında sülh prosesinə həsr olunmuş məqaləsində qeyd olunur ki, tərəflər arasında müxtəlif vasitəçilərə inamsızlıq yarandığı üçün Bakı və İrəvan son vaxtlar artıq konkret nəticələr verməyə başlayan ikitərəfli danışıqlar formatına üstünlük veriblər.
Xüsusilə, Bakıda keçirilməsi planlaşdırılan COP29 beynəlxalq iqlim konfransı kontekstində hər iki tərəfdən saxlanılan şəxslərin azad edilməsi və qarşılıqlı diplomatik dəstəyə dair ötən ilin dekabrında tərəflərin əldə etdiyi razılaşma nəzərdə tutulur.
“Ermənistan və Azərbaycan artıq kifayət qədər yetkindir və öz aralarında qalan problemləri həll etmək iqtidarındadır və bu istiqamətdə işlər tam sürəti ilə davam edir”, - deyə E.Əmirbəyov kənardan nəhəng oyunçuların məsələyə qarışmasına görə sülh müqaviləsinin iki əks blok arasında geosiyasi rəqabət teatrına çevrilmək ...
Bu kontekstdə prezidentin nümayəndəsi Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin Azərbaycanın Ermənistana ərazi iddialarına işarə etdiyi və Bakını İrəvanla substantiv danışıqlara qayıtmağa çağırdığı son bəyanatını tam cəfəngiyat adlandırıb.
“Ermənistana qarşı guya ərazi iddialarımızla bağlı Azərbaycana yönələn ittihamlar məsuliyyətdən qaçmaq cəhdindən başqa bir şey deyil.
Ermənistanın hazırkı konstitusiyasına və ona istinadən hazırlanmış “Dağlıq Qarabağın Ermənistan SRR-ə birləşdirilməsi” haqqında qondarma və qeyri-legitim deklarasiyanın olmasına baxmaq kifayətdir”, - deyə Elçin Əmirbəyov qeyd edib.
“Bu cür konkret faktlar çoxdur, ən azı Ermənistanın MDB-yə üzvlüyünün ratifikasiyası prosesində Ermənistan parlamentinin qəbul etdiyi qeyd-şərtləri, Azərbaycana qarşı açıq ərazi iddiaları olan sənədlər, 44 günlük müharibə bitdikdən sonra Qarabağın Azərbaycanın mülkiyyəti olmasını şübhə altına alan Ermənistanın ölkəmizə...
Mən hələ Azərbaycanın Qarabağ bölgəsini tarixi Ermənistanın tərkib hissəsi kimi təqdim etməyə davam edən Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından danışmıram”.
“Biz yuxarıda qeyd etdiyimiz bütün narahatlığımızı dəfələrlə erməni tərəfinin diqqətinə çatdırmışıq, lakin təəssüf ki, hələ də onların aradan qaldırılması üçün konkret addımlar atmayıblar.
Azərbaycana qarşı ərazi iddialarının qorunub saxlanılması ilə paralel olaraq qarşıdan gələn Azərbaycan təhlükəsi ilə bağlı qəsdən gülünc şayiələrin yayılması təkcə hiylə deyil və bu yol heç yerə aparmır”, - deyə E.Əmirbəyov yekunlaşdırıb.
Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat veriblər.
Bildirilib ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb.
Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub.
Sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəlib.
“Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirib.
PUA-nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkib.
Daha sonra Prezident İlham Əliyev yeni inşa edilmiş anqar komplekslərinə baxış keçirib.
Anqarlar müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub.
Müzəffər Ali Baş Komandan burada “Akıncı” hücum PUA-sı və aviabombaları ilə də tanış olub.
12:47"Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
Bununla bağlı President.az məlumat yayıb.
Dövlət İmtahan Mərkəzi 11 fevral 2024-cü il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirəcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunacaq.
Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış, yəni saat 10:45-də buraxılış rejimi başa çatır.
Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır.
İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq.
Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahanın müddəti 3 saat 30 dəqiqədir.
İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır.
Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır.
Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.
Qeyd olunan dəyişikliklə əlaqədar imtahan nəticələri 2 mərhələdə elan olunacaq.
İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq.
Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq.
İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun bal elan olunduqdan sonra baxılacaq və bu zaman yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər qəbul olunacaq.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur.
Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır.
Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır.
Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.)baxılmayacaq.
Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın.
Bir daha xatırladırıq ki, kartı zədələmək vә cırmaq olmaz.
İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.
İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.
İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik.
Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 15‑dən 29-dək aparılıb.
İmtahanda iştirak etmək üçün 19 725 bakalavr ərizə təqdim edib.
Onlardan 18 205 nəfər Azərbaycan bölməsi, 1520 nəfəri rus bölməsi üzrə imtahan verəcək.
Bakalavrlardan 12 713-si cari ilin, 7012-si isə əvvəlki illərin məzunlarıdır, 46 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 55, Sumqayıtda 5, Abşeronda 5, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq.
Bakıda 14 331, Naxçıvanda 497, Gəncədə 1361, Sumqayıtda 1367, Abşeronda 1145, Mingəçevirdə 615, Lənkəranda 409 bakalavrın imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 221 imtahan rəhbəri, 1396 nəzarətçi-müəllim, 266 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 5-dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.