Search is not available for this dataset
text
stringlengths
10
518k
Bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb.
Görüntülərdə asılmış müqəvvaların üzərində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa komissarı Yanuş Voyçexovskinin fotoşəkillərinin olduğu görünür.
Qeyd edək ki, fermerlərin tətillərinin martın 10-dək davam edəcəyi gözlənilir.
Onlar Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağı, həmçinin Avropa Yaşıl Sövdələşmədən imtinanı tələb edirlər.
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən bildirilib ki, məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiy...
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedras...
Qərarda deyilir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsini həll edən məhkəmə qərarı” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq uşağın hansı valideynin yanında saxlanılmasına...
Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin VI hissəsi, 28-ci maddəsinin III hissəsi və 129-cu maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə uşağın valideynlərdən biri ilə saxlanılmasına dair məhkəmə qərarının mövcud olduğu halda, onun həmin valideyn ilə ö...
Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi ilə bağlı məsələlərin məhkəmə tərəfindən həlli üçün qısaldılmış prosessual müddətlərin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
“Rusiya Azərbaycanda prezident seçkisinin uğurla keçirilməsini alqışlayır”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
“Rusiya tərəfi Azərbaycanda seçkinin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ən yüksək səviyyədə ...
Rusiya XİN Prezident Vladimir Putinin telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevi səmimi qəlbdən təbrik etdiyini və ona təbrik məktubu ünvanladığını xatırladıb:""“Məktubda qeyd olunub ki, səsvermənin nəticələri Azərbaycan Prezidentinin yüksək siyasi nüfuzunu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf...
Bəyanatda bildirilib ki, Azərbaycanda keçirilən seçkini 790 beynəlxalq müşahidəçi izləyib:""“Rusiya Federasiyası 148 nümayəndəni, o cümlədən Federal Məclis, MDB İcraiyyə Komitəsi və Parlamanet Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı və ATƏT DTİHB vasitəsilə göndərib.
MDB-nin Baş katibi Sergey Lebedev seçkinin demokratik iradənin ifadəsi prinsiplərinə uyğun keçdiyini, seçicilərin böyük fəallığının müşahidə olunduğunu vurğulayıb.
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinin sözlərinə görə, səsvermə rəqabətli, alternativ əsasda və əlverişli atmosferdə keçib.
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min seçkilərin açıq və şəffaf keçirilməsinə diqqət çəkib.
Bütün bunların fonunda Qərb dövlətlərinin və onların nəzarətində olan beynəlxalq strukturların qiymətləndirmələri son dərəcə qərəzli görünür.
Onlar əvvəlcədən də Azərbaycanda prezident seçkisinə son dərəcə qərəzli yanaşıb və seçki prosesini gözdən salmaq üçün əvvəlcədən təsdiqlənmiş üsullardan istifadə ediblər”.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrinin 100 faizindən daxil olmuş ilkin məlumatlara əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində liderdir.
Balakəndə tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, rayon ərazisində yerləşən obyektlərdə keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunub.
Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.
Yanvar-fevral ayları ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qeyd olunan inzibati xətaya yol verən ümumilikdə 114 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsi ilə protokol tərtib olunub.
Bakı şəhərində Azərbaycan Respublikası və İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə Konfederasiyasının nümayəndə heyətinə Federal Xarici İşlər Departamentinin Dövlət katibinin köməkçisi, Avrasiya idarəsinin müdiri xanım Müriel Peneveyre rəhbərlik edib.
Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları müzakirə olunub.
Cari ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb və bu əlamətdar tədbirin əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı bildirilib.
Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib.
Siyasi məsləhətləşmələr zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin “Hatayspor” klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Məlumata görə, komanda “Qalatasaray”dan Halil Dərvişoğlunu icarəyə götürüb.
Türkiyə millisinin də formasını geyən 23 yaşlı hücumçu mövsümün sonuna qədər Hatay klubunda top qovacaq.
Qeyd edək ki, müqavilə üzrə İsveçrə “Qrasshopper”inə məxsus olan Renat Dadaşov da icarə əsasında “Hatayspor”da çıxış edir.
Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, başqa ölkələrin ərazisində silahlı birləşmələrdə qanunsuz olaraq iştirak etməkdə təqsirləndirilərək 2023-cü ildə beynəlxalq axtarışa verilmiş Tacikistan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü Mamur İkromoviç Yusupovun verilməsinə dair Tacikistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublik...
Mamur Yusupov 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil ...
Yaponiya şahzadəsi Kiko müəmmalı xəstəlik səbəbindən müvəqqəti olaraq məzuniyyətə çıxmaq məcburiyyətində qalıb.
Məlumata görə, Kiko Keniya Prezidenti Uilyam Ruto və həyat yoldaşı ilə görüşdə iştirakdan imtina edib.
Onun əvəzinə xarici siyasətçini imperator Naruhitonun 22 yaşlı qızı şahzadə Ayko qarşılayacaq.
Həmçinin, qarşıdan gələn tədbirlərdə xəstələnmiş şahzadəni əri, vəliəhd şahzadə Akisinonun əvəzləyəcəyi gözlənilir.
Lənkəranda maraqlı, kreativ və əyləncəli tədris metodları, çəkdiyi videoları ilə hər kəsə tanış olan gənc müəllim Leyla Qarazadə sosial şəbəkə səhifəsindəki yeni paylaşımı ilə izləyicilərin diqqətini çəkib.
Oxu.Az xəbər verir ki, gənc müəllim şagirdlərini öz evində qonaq edib, onlarla birgə yemək bişirib.
Sudanda 700 mindən çox uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir.
On minlərlə azyaşlı aclıqdan ölə bilər.
Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi nümayəndəsi Ceyms Elderin bəyanatında bildirilir.
“Son 300 gün göstərir ki, bu il 700 mindən çox uşaq qida çatışmazlığının ən ölümcül formasından əziyyət çəkir.
UNICEF onların 300 mindən çoxunu lazımi qayğı və müalicə imkanı ilə əhatə edə bilməyəcək.
Belə olduqda on minlərlə azyaşlının ölüm ehtimalı var”, - Elder əlavə edib.
Qeyd edək ki, Sudan əhalisinin yarısının (təxminən 25 milyon nəfər) humanitar yardıma və müdafiəyə ehtiyacı var.
BMT-nin məlumatına görə, 1,5 milyondan çox insan ölkədən Mərkəzi Afrika Respublikası, Çad, Misir, Efiopiya və Cənubi Sudana qaçıb.
Belə ki, Sudandakı vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri, ordu komandiri Əbdülfəttah əl-Burhan ilə çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib və vətəndaş müharibəsinə bənzər vəziyyətə gətirib çıxarıb.
Rusiyanın məşhur aktyoru, Xalq artisti Mixail Boyarski Mariinski Xəstəxanasında planlı ürək əməliyyatı keçirib.
Qeyd olunur ki, prosedur uğurlu keçib və sənətçi artıq evə buraxılıb.
O, xəstəxanada cəmi üç gün qalıb.
Xatırladaq ki, bu həftə bir sıra Rusiya KİV-i Boyarskinin rutin müayinədən keçmək üçün xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.
Sənətçi koronar angioqrafiya və stentləmə əməliyyatından keçməli olub.
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı”nın uçuşunu izlədilər.
Əsgəranda aşkarlanan kütləvi məzarlıqla bağlı araşdırma aparılır.
Dövlət Komissiyası hansı detalları açıqladı?
Rusiya Prezidenti Ukrayna ilə müharibənin başlanmasının köklü səbəblərindən danışdı.
Kürdəmir sakini anası və qonşusunu öldürdü, daha bir həmkəndlisini isə ağır yaraladı.
Yeni Günəşlidə çoxmərtəbəli bina sürüşə bilər.
Əlaqədar qurumlar hansı tədbirləri görəcəklər?
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
Rusiyanın Tümen vilayətində kollec tələbəsi ov tüfəngi ilə 14 yaşlı məktəblini güllələyib.
Məlumata görə, insident İşim çayının sahilində baş verib.
Yaxınlıqdakı kəndlərdən birində yaşayan İşim Texnikumunun 2-ci kurs tələbəsi kənd məktəbinin 8-ci sinif şagirdini ov tüfəngi ilə sinəsindən güllələyib.
Sonradan məlum olduğu kimi, silah qeydiyyata alınmayıb.
Çay sahilində baş verənlərlə bağlı detallar aydınlaşdırılır.
Hələlik hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səhlənkarlıq ucbatından baş verdiyini ehtimal edirlər.
Tələbə barəsində cinayət işi açılıb.
Onun barəsində heç bir qabaqlayıcı tədbir seçilməyib.
Xəsarət alan şagird isə xəstəxanadadır.
“Biz Azərbaycan, Yaponiya və Mikroneziya kimi antisemitizm tarixi olmayan ölkələrə heyranlığımızı və ehtiramımızı bildirməliyik”.
Bu fikirləri İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mər...
“Xaricdə antisemitizmə göz yummayın!” sərlövhəli məqalədə antisemit xarakterli zorakılıq hadisələrinin 46%-nin ABŞ-da, sonra Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Avstraliya və digər ölkələrdə baş verdiyi, İsrailin Diaspor İşləri Nazirliyinin müvafiq hesabatına istinadən 2023-cü ildə dünyada bi qəbildən olan hadis...
Məsələ ilə əlaqədar Ermənistanı xüsusi vurğulayan müəllif qeyd edib ki, cərəyan edən hadisələrin fonunda bir qrup erməni gənci İkinci Dünya müharibəsi zamanı etnik erməniləri nasist kəşfiyyat xidmətlərinə cəlb edən və Hitler rejimi ilə əməkdaşlıq edən Qaregin Njdenin şərəfinə İrəvanda ucaldılmış abidəni ziyarət edərək ...
Bu hadisə Ermənistandakı yeganə sinaqoqu yanğına məruz qoyma hərəkətlərindən sonra baş verib.
Belə ki, 7 oktyabr qırğınından sonra HƏMAS və “Hizbullah”ı dəstəkləyən erməni terror təşkilatı ASALA son iki yanğının arxasında dayandığını etiraf etməklə yanaşı, bütün dünyada ravvinlərə və israillilərə hücum edəcəyi ilə hədələyib.
İsrailli professor yazısında tanınmış erməni politoloq Vladimir Poqosyana da istinad edib:“Yəhudilərin yaşamaq hüququ yoxdur, bu çaqqallar tamamilə məhv edilməlidir.
Mən bunu bütün həyatını kəşfiyyata sərf etmiş, sizin MOSSAD səviyyəsində və hətta daha yüksək səviyyədə əməliyyatlar aparmış biri kimi deyirəm.
İsrailin bəxti gətirib ki, mən nə HƏMAS-a, nə də “Hizbullah”a kömək etmişəm.
Əgər mənim zəkam HƏMAS və ya “Hizbullah” üçün işləsəydi, bu iş, sadəcə, 1000 adamın oldürülməsi ilə bitməzdi.
Mən sizin bütün xalqınızı məhv etməyi ən yüksək ədalət aktı hesab edirəm”.
İsrail xalqını daxildə müharibə edərkən xaricdə baş verən antisemitizm təzahürlərinə göz yummamağa çağıran müəllif yəhudi diasporunu yerli yəhudi icmalarını qorumaq üçün ABŞ, Fransa, Böyük Britaniya, Ermənistan və antisemitizm səviyyəsi yüksək olan digər ölkələrə siyasi təzyiq göstərməyə səsləyib.
Məqalənin sonunda israilli politoloq yəhudi xalqının Azərbaycan, Yaponiya və Mikroneziya kimi antisemitizm tarixi olmayan ölkələrə öz heyranlığını və ehtiramını bildirməsinin vacibliyini xatırladıb.
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, “Uşaqlığımız kəndimizdəki Nil çayında balıq tutmaqla keçirdi” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kənd sakini Şöhrət Əliyevin həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq və məktəb illərinin Göyçə gölünün qırağında, kənddəki Nil çayının ətrafında balıq tutmaqla, futbol oynamaqla keçdiyini bildirib:“Uşaqlığım ermənilərin içində keçib.
Mən uşaq idim, bizə türk deyiblər.
Biz də onlara “gavur” deyirdik.
Orada azərbaycanlı sözü işlənməyib.