Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Daha ətraflı Baku TV-nin süjetində: |
Bakıda “Dostluq” kinoteatrında bərpa işlərinə başlanılıb. |
Oxu.Az xəbər verir ki, işlər binanın qəzalı vəziyyətə düşmüş memarlıq elementlərini möhkəmləndirmək üçün ornamentlərini saxlamaq şərtilə aparılır. |
Qeyd edək ki, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 76 ünvanında yerləşən, 1960-cı illərə aid “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassız olduğunu, 6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi... |
Bununla yanaşı kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb, Komitə tərəfindən heç bir tikinti icazəsi verilmədiyini qeyd etmişdi. |
Daha çox foto burada:PhotoStock.Az"Nəzrin Vahid |
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi təhlükəsizlik kəməri ilə bağlı müraciət edib. |
Oxu.Az xəbər verir ki, müraciətdə deyilir:""“Təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır. |
Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, passiv təhlükəsizlik sisteminə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitələrdən biridir. |
Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. |
Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır. |
Təəssüflə qeyd etməliyik ki, 2023-cü il ərzində yol-nəqliyyat hadisələrində həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 31 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olublar. |
Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır. |
Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. |
Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir. |
Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü, həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır. |
Sərnişinlər də təhlükəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar. |
Unutmayaq ki, təhlükəsizlik kəməri avtomobildə hərəkət zamanı bizi həyata bağlayan bağdır”. |
Sosial şəbəkələrdən məşhur olan Sərvər Bəşirlinin avtomobili Adıyamanda sərgilənəcək. |
Məlumata görə, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat sosial şəbəkələrdən məşhur olan Sərvər Bəşirlinin avtomobilini Adıyamanda keçiriləcək sərgidə nümayiş etdirmək istəyir. |
“Bu təklifi məmnuniyyətlə qəbul etdim. |
İstədikləri zaman götürə bilərlər”, - deyə Sərvər Bəşirli təklifə cavab verib. |
Xatırladaq ki, Türkiyədə ötən il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən dərhal sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş dövlətə köməyə tələsən Sərvər Bəşirlinin fotosu böyük rezonans doğurub, Türkiyə-Azərbaycan münasibətlərinin simvoluna çevrilib. |
“Qarabağ erməniləri bölgəni tərk ediblər. |
Bu, onların könüllü seçimi idi”. |
Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. |
O, həmçinin əlavə edib ki, Rusiya Azərbaycanda konsulluq fəaliyyətini genişləndirməyə çalışır. |
“MDB ölkələrində diplomatların işinin spesifikliyi, ilk növbədə, bu ölkələrin çoxəsrlik ümumi tarixi, bir-birimizin adət-ənənələrini dərindən anlaması, ortaq mədəniyyətinin olması və rus dilidir”, - deyə Rusiya XİN rəhbərinin müavini qeyd edib. |
Azərbaycanda daha bir məhkum həbsdə ölüb. |
Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. |
Orada cəza çəkən məhkum Rahil Həmzə oğlu Nəhmətov dünyasını dəyişib. |
Onun xəstəlikdən öldüyü bildirilir. |
Xatırladaq ki, son hadisə bu il yeddinci məhkum ölümüdür. |
“Mançester Siti”nin ispaniyalı baş məşqçisi Xosep Qvardiola jurnalistlərlə söhbətində komandasının ardıcıl ikinci “trebl” (üç turnirdə qalibiyyət) şansını dəyərləndirib. |
“Bu, reallıqdan çox nağıla bənzəyir, hər şey xeyli çətindir”, - deyə Xosep Qvardiola bildirib. |
Həmçinin ispaniyalı mütəxəssis qeyd edib ki, 99,9 faizlik ehtimalla “şəhərlilər” ötən mövsümün uğurunu təkrarlaya və yenidən “trebl” qazana bilməyəcəklər. |
“Heç vaxt heç bir komanda buna nail ola bilməyib”, - deyə Qvardiola ardıcıl “trebl”ə işarə edib. |
Xatırladaq ki, ötən mövsüm Qvardiolanın himayəsində olan “Mançester” klubu Premyer Liqanın, İngiltərə Kubokunun və Çempionlar Liqasının qalibi olub. |
Bu mövsüm “Mançester Siti” bu turnirlərin hər birində qələbə uğrunda mübarizəni hələlik davam etdirir. |
Bu il Azərbaycanda keçiriləcək COP29 konfransında BMT dinlərarası pavilyonun və dini liderlər sammitinin keçirilməsi Müsəlman Ağsaqqalları Şurasına (MAŞ) həvalə edilib. |
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Müsəlman Ağsaqqalları Şurasının üzvü, Şeyxülislam Allahşükür Paşazadə iştirak edib. |
QMİ-dən bildirib ki, tədbir iştirakçıları ötən il Əbu-Dabi şəhərində keçirilən BMT iqlim dəyişikliyi 28-ci çərçivə konfransında (COP28) ilk dəfə təşkil olunmuş dinlərarası pavilyonunda BMT-nin müvafiq qərarı ilə əsas təşkilatçı qismində çıxış edən, eləcə də adı çəkilən konfrans çərçivəsində Vatikan ilə birgə dini lider... |
Vurğulanıb ki, bu il Azərbaycanda keçiriləcək növbəti COP29 konfransında da BMT dinlərarası pavilyonun və dini liderlər sammitinin keçirilməsini Müsəlman Ağsaqqalları Şurasına həvalə edib. |
Bu məsələdə Şeyxülislam Allahşükür Paşazadəyə düşən mühüm rolu xüsusi vurğulayan Şuranın sədri və baş katibi QMİ sədrindən məsələ ilə bağlı Azərbaycan rəhbərliyinə müraciət etməsini, baş katib Məhəmməd Əbdüssəlamın Azərbaycan rəsmilərilə görüşlər keçirmək üçün ölkəmizə səfərini təşkil etməklə bağlı xahiş ediblər. |
Şeyxülislam Allahşükür Paşazadə sonuncu BMT iqlim dəyişikliyi konfransında Şuranın dəyərli təcrübə qazandığını, bu təcrübənin Bakıda keçiriləcək COP29 konfransına töhfə verəcəyinə ümid etdiyini, bunun üçün Azərbaycan dövlətinin müvafiq orqanları ilə görüşəcəyini bildirib. |
Balakən rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı qızla cinsi əlaqədə olan gənc həbs edilib. |
Publika.az xəbər verir ki, bu barədə Balakən Rayon Məhkəməsi yanvarın 31-də hökm çıxarıb. |
Məhkəmə rayonun Qullar kənd sakini 2003-cü il təvəllüdlü Fərid Usubovu (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib. |
O, bir il müddətinə azadlıqdan məhrum edilib. |
Qeyd edək ki, Fərid Usubovun cinsi əlaqədə olduğu yeniyetmə orta məktəbi 9-cu sinifdə yarımçıq dayandırıb. |
“Instagram” sosial şəbəkəsi vasitəsilə tanış olan və aralarında sevgi münasibəti yaranan şəxslər həftənin şənbə və bazar günləri Qullar kənd 2 saylı tam orta məktəbinin sanitar qovşağında bir neçə dəfə intim münasibətdə olublar. |
Bir müddət sonra isə qızın 8 aylıq hamilə olması üzə çıxıb. |
Bundan sonra ailələr razılığa gələrək nişan mərasimi keçiriblər və övladlarını evləndirmək qərarına gəliblər. |
Lakin hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra Fərid Usubov cinayət məsuliyyətinə cəlb edilib. |
Son günlər sosial şəbəkələrdə və bəzi KİV-də eşşək südü ciddi şəkildə təbliğ edilir. |
Hətta bəziləri eşşək südünün qızılcanın yeganə dərmanı olduğunu iddia edirlər. |
Ona görə də bir çox insan sosial şəbəkələrdə eşşək südünün axtarışına çıxıb. |
Nəzərə alaq ki, eşşək südünün xərçəng xəstəliyinin, o cümlədən sədəf, sirroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malik olduğu ilə bağlı iddialar kifayət qədərdir. |
Dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. |
Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. |
Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək fermaları yaradılıb. |
Eşşək südünün bu cür məşhurlaşmasından istifadə edən işbazlar da eşşək südünün qiymətini “ceyranın belinə qaldırıblar”. |
Araşdırmamız nəticəsində məlum olub ki, eşşək südünün stəkanı - 20 manata, litri isə 100 manata təklif olunur. |
Eşşək südü qızılcanın müalicəsində effektiv ola bilər? |
Məsələ ilə bağlı Bizim.media-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, qızılca bu gün əvvəlki dövrlərdən fərqli bir davranış göstərir:"""“Yəni virus müəyyən bir dəyişikliyə uğrayıb. |
Ona görə də qızılcanın tüğyan etməsi vaksinasiya olunmamaqla bağlı deyil. |
Sadəcə qızılcanın yeni xassəsi yaranıb. |
Əslində bu, daşıyıcı virus olduğu üçün dəyişmə də gözləniləndir. |
Ona görə vaksinasiya əsas çıxış yolu olaraq qalır. |
Bununla paralel digər mübarizə vasitələri də önəmlidir”. |
Adil Qeybulla eşşək südünün xalq təbabətindən gəldiyini qeyd edib:""“Əslində bu, məsələnin həlli deyil. |
Düzdür, müxtəlif ağciyər xəstəliklərində əks-təsirinə görə bu süd müəyyən önəm daşıyır. |
Amma - “eşşək südü yüz faiz qızılcanı aradan qaldırır”, - demək düzgün deyil. |
Bu cür şayiələrlə insanlar COVID-19 pandemiyası zamanı vaksindən uzaqlaşdı. |
Nəticədə xeyli problem yarandı. |
İnfeksiya bütün dünyaya yayıldı və qlobal bir pandemiyaya çevrildi. |
Ona görə də elmin göstərdiyi yolla getmək lazımdır. |
Təbabətdə elə bir şey yoxdur ki, hansısa bir dərman hansısa xəstəliyin tam əlacı olsun. |
Yaxşı olar ki, insanlar şayiələrə yox, elmin göstərdiyi yola inansınlar”. |
Bakıda daha bir küçədə velosiped zolağı salınır. |
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. |
Belə ki, Azadlıq prospektində velosiped zolağı üçün yer ayrılıb və rənglənmə işlərinin bir qismi artıq yekunlaşdırılıb. |
Qeyd edək ki, bir müddət öncə paytaxtın Nəsimi rayonu Mirzəağa Əliyev küçəsində də velosiped zolağı salınıb. |
Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata görə, layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini - İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulva... |
Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək. |
“Son bir neçə ildə Azərbaycanda qlobal iri texnologiya şirkətləri tərəfindən rəqabət pozuntularına yol verildiyi müşahidə olunur”. |
“Nisbətən kiçik bazarların da öz mürəkkəbliyi var, çünki qlobal şirkətlərin bizim qaydalara uyğunluğuna nail olmaq bəzən problemə çevrilir. |
Təəssüf ki, həmin şirkətlərlə əlaqə qurmaq və onları əməkdaşlığa dəvət etmək öz müsbət nəticəsini verməyib”, - M.Abbasbəyli bildirib. |
Onun sözlərinə görə, Dövlət Xidmətinin effektiv planlaşdırma və resurs bölgüsünə sadiqliyi potensial maneələrin yumşaldılmasında əsas strategiya olaraq qalır. |
“1993-cü ildən yığılan təcrübə rəqabətin tənzimlənməsində bizə kömək etdi. |
Bazarda rəqabətə təsir edən maneələri diqqətlə müəyyənləşdirilməsi ədalətli rəqabəti təmin etmək üçün daha dəqiq tədbirlər görməyə imkan verir. |
Çünki, məhdud büdcənin hər hansı bir qurumun fasiləsiz fəaliyyətində maneə olduğundan, bu məsələ Dövlət Xidmətinin əsas narahat edən sahələrdən hesab olunur. |
Rəqabətlə bağlı məlumatlılığı artdıqca, iş yükümüz mütənasib olaraq artır və əlavə resurslar tələb edir”, - M.Abbasbəyli vurğulayıb. |
44 günlük müharibə ilə erməni işğalından azad olunandan sonra bərpa-quruculuq dövrünə qədəm qoyan Laçın rayonunun bu gün hər kəs ecazkar gözəlliyindən danışır. |
Lakin son 30 ildə Laçın ərazilərinin tarixinin və mədəniyyətinin sərhəd tanımayan erməni vandalizmi nəticəsində dağıdılmasından və mənimsənilmə cəhdlərindən çox az adamın xəbəri var. |
Laçın şəhərini “Berdzor”, yəni, “qala dərəsi” adlandıran ermənilər bu ərazinin “qədim erməni torpaqları” olması barədə heç bir dəlili olmayan əsassız iddialarla çıxışlar edir, onlara yad olan Alban mədəniyyətini mənimsəməyə çalışırdılar. |
Təqribən minillik tarixi olan Alban dövlətinin mövcudluğu dövründə Şimali Azərbaycanın bütün bölgələrində, eləcə də Laçın rayonunda xristianlıq dövrünə qədər bazilikalar, sovmələr, digər tikili və qurğular, xristianlıq dövründə isə alban-xristian dininə aid məbədlər, kilsələr və monastırlar meydana gəlməyə başlamışdı. |
Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubunun, yəni, divar yazılarının, ornamental oymaların, bədii memarlıq elementlərinin, xaç simvollarının ermənilərə heç bir aidiyyətinin olmadığını sübut edir. |
Bunu Alban tarixini öyrənən müxtəlif xarici ölkələrin tarixçiləri də təsdiqləyirlər. |
Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etimologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.