Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu, simfonik orkestrin iştirakı ilə konsert olacaq. |
İndi isə eksklüziv olaraq elan edəcəyəm ki, 3 həftədən sonra yeni albomumdan ilk “Unit” bəstəsi işıq üzü görəcək. |
Daha çox foto burada:PhotoStock.az"Firəngiz Ağalarova |
Macarıstan Prezidenti Katalin Novak istefa verib. |
O, pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda istefa verdiyini açıqlayıb. |
Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib. |
APA-nın məlumatına görə, hadisə rayonun Gər-Gər kəndində qeydə alınıb. |
Hərəkətdə olan “Mitsubishi” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. |
Qəza zamanı Yaşar Əliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. |
Faktla bağlı araşdırma aparılır. |
“Hətta özünü hazırkı hakimiyyətə müxalif hesab edənlər də etiraf etdilər ki, baş tutan sonuncu növbədənkənar prezident seçkisində hazırkı ölkə Prezidenti cəmiyyətin bütün təbəqələri tərəfindən dəstək aldı. |
Lakin bunu dilə gətirib dərhal Qərb strukturlarına, ATƏT-in seçki müşahidə edən qurumlarına istinad edərək yenidən ölkədəki durumdan şikayət etməyə başlayırlar”. |
Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilib. |
Süjetdə qeyd olunur ki, nə ölkə vətəndaşlarının mövqeyinə, nə faktiki nəticələrə sözügedən Qərb qurumlarını maraqlandırmır. |
Bildirilib ki, Qərb strukturların bir vaxtlar təriflədiyi ölkələr isə hazırda bütün dünyanın gözü qarşısında müharibə meydanına çevrilib. |
Jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsinin yeni buraxılışının qonağı futbol üzrə Azərbaycan milli komandasının sabiq qapıçısı Cahangir Həsənzadə olub. |
Hazırda AFFA-nın Texniki direktoru vəzifəsində çalışan Cahangir Həsənzadə Azərbaycan futbolunun durumundan, karyerasının Ukrayna dönəmindən, uşaq futbolunun hazırkı vəziyyətindən danışıb. |
Millinin keçmiş qolkiperi həmçinin millidə kimi məşqçi görmək istədiyini, Qurban Qurbanovun məşqçilik karyerasından və sair maraqlı məqamlara toxunub. |
Qızıl bazarında qiymətlərdə artım müşahidə olunur. |
Xezerxeber.az xəbər verir ki, satıcılar artımı dünya bazarında qiymətlərlə əlaqələndirirlər. |
Satıcılar təlabatın Türkiyədən gətirilən nisbətən ucuz olan qızıla olduğunu söyləyirlər. |
Ərəb qızılı isə bazarda ən baha satılan qızıldır. |
Qiymət artımı ikinci əl qızıl bazarında da özünü göstərir. |
Qızılın bahalaşması zərgərlik məmulatlarının çeşidini azaltmasa da alıcıların sayına təsir göstərib. |
Satıcılar mart ayında qiymətlərin nisbətən enəcəyinə ümid etdiklərini bildirirlər. |
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk türkiyəli astronavt Alper Gezeravcı ilə telefonla danışıb. |
Türkiyə Prezidenti əvvəlcə Gezeravcıya tapşırığı uğurla yerinə yetirdiyinə görə təşəkkür edib. |
“Bütün ailə üzvlərinə salamlarımı və sevgilərimi çatdır. |
İnşallah Türkiyəyə qayıdanda ətraflı görüşmək fürsətimiz olacaq” – deyə R.T.Ərdoğan qeyd edib. |
Xatırladaq ki, 19 yanvar Türkiyə vaxtı ilə 00:49-da Alper Gezeravcının da olduğu “Dragon” kapsulu “SpaceX”ə aid “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-ə göndərilib. |
Ax-3 komandası BKS-də 14 gün vaxt keçirib. |
Azərbaycana gətirilən və istehsal ili dörd ildən artıq olan maşınlara görə utilizasiya haqqı alınır. |
Bəs utilizasiya məbləğindən başqa, əlavə dəyər vergisinin (ƏDV) də tələb edilməsi qanunidirmi? |
Xezerxeber.az xəbər verir ki, qaydalara əsasən, ölkəyə idxal edilən bəzi avtomobillərə görə, gömrük rəsmiləşdirilməsi zamanı istehsal ilindən asılı olaraq 400 və 700 manat utilizasiya haqqı alınır. |
Bəzi sosial şəbəkələrdə, xüsusilə avtomobil qruplarında utilizasiya haqqına görə alınan pulun təkcə bununla bitmədiyi deyilir. |
Bəzi istifadəçilər gömrükdə həmçinin 400 və 700 manat olan utilizasiya məbləğinin üzərinə 18%-lik əlavə dəyər vergisinin də gəldiyini yazırlar. |
Bəs bu iddialar nə qədər doğrudur? |
Gömrükdə utilzasiya haqqına görə, ƏDV də alınırmı? |
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: |
Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində aparıcı Fəxriyyə Lilparın müəllifi olduğu növbəti veriliş efirə gedib. |
Oxu.Az xəbər verir ki, veriliş Azərbaycan dövlət xadimi, Qərbi Azərbaycandan olan ziyalı Həbib Həsənova həsr olunub. |
Bildirilir ki, H.Həsənov 1922-ci il avqustun 5-də Qərbi Azərbaycanın Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olub. |
O, Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR-nin Əməkdar jurnalisti olub. |
H.Həsənovun qardaşı, filologiya elmləri namizədi, İrəvan Pedaqoji İnstitutunun Filologiya fakültəsinin müəllimi Mehdi Həsənovun erməni şovinistləri tərəfindən öldürülməsindən sonra İrəvanı tərk edərək Bakıda məskunlaşıb və elə Bakıda da dünyasını dəyişib. |
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyə... |
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb... |
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. |
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
“Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var”. |
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. |
O deyib:“Təhlükəsiz kiber gələcəyin təminatı maariflənmədən keçir. |
Qazandıran vədlər yalandır, saxtadır. |
Beh verdiyiniz məhsullara görə kiber məkanda ödənişlər geri qaytarılmır. |
“Qaytarıram”, -deyirsə kartda olan əlavə vəsaitlər də talamaya məruz qalır. |
Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var”. |
Fevralın 10-da, saat 22 radələrində Mingəçevir şəhəri ərazisində 1983-cü il təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. |
Bu barədə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib. |
İlkin araşdırma zamanı 1983-cü il təvəllüdlü Sadiq Yusifovun şəhərin Günəşli Bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Aqil Əhmədova tir silahından açdığı atəş nəticəsində sonuncunun almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. |
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. |
10:20"Mingəçevirdə baş verən qətlin təfərrüatı məlum olub. |
Belə ki, hadisə şəhərin Günəşli Bağlar yaşayış massivində qeydə alınıb. |
Mərhumun qohumunun sözlərinə görə, dostların etdikləri zarafat qətllə nəticələnib. |
“Cinayəti edən öz dostudur, İçində güllə olduğunu bilməyiblər”. |
Qeyd edək ki, ötən gün saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. |
A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb. |
Ətraflı Baku TV-nin süjetində:""00:16"Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb. |
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. |
Məlumata görə, saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. |
A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb. |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi Respublika Alyansının namizədi Əziz Yenianın seçki kampaniyası zamanı baş verən silahlı insidentə münasibət bildirib. |
“Həyata keçirilən silahlı hücumu qınayır, ağır yaralanan vətəndaşımıza şəfa diləyirəm” - Ərdoğan özünün “X” sosial şəbəkə hesabında yazıb. |
Türkiyə lideri əlavə edib ki, hadisədən dərhal sonra hücumla bağlı hərtərəfli istintaq başladılıb. |
“Seçki prosesinin sağlam və demokratik gedişinə dözə bilməyənlərin prosesi zəhərləməsinə heç vaxt imkan verməyəcəyik” – deyə R.T.Ərdoğan vurğulayıb. |
Qeyd edək ki, Türkiyədə seçkiqabağı tədbirdə atışma olub. |
Belə ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərlik etdiyi Respublika Alyansının namizədi Əziz Yenianın seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə irikalibrli silahdan atəş açılıb. |
Hadisə nəticəsində 22 yaşlı Türkiyə vətəndaşı yaralanıb. |
Qərbin anti-Azərbaycan dairələrinin tapşırığı ilə 7 fevral növbədənkənar prezident seçkisində təxribat hazırlayan şəbəkənin planları baş tutmadı. |
Azərbaycan xalqı seçki məntəqələrinə axın edərək, ona Zəfəri yaşadan lideri - İlham Əliyevi 92 faizlik mütləq səs çoxluğu ilə yenidən Prezident seçdi və təxribat planlarını pozdu, bu planları quranları və icraçılarını məyus etdi. |
Seçkidən öncə məlum idi ki, Qərbdə Azərbaycana qarşı olan dairələr fevralın 7-də səsvermə prosesini pozmağa və “saxtakarlıq” görüntüləri yaradaraq, seçkinin legitimliyini şübhə altına almağa hazırlaşır. |
Bu təxribat planının icrası Anar Məmmədlinin rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM), “Toplum Tv”nin redaktoru Xədicə İsmayıl və komandası, “Azadlıq” qəzeti, AXCP dəstəsi, “Azadlıq radiosu”, eləcə də LGBT üzvlərindən ibarət böyük şəbəkəyə həvalə olunmuşdu. |
Təxribat planı iki mərhələ şəkilində icra edilməli idi:""Birincisi, səsvermə prosesində neqativ halları və pozuntuları foto və videolentə almaq, bunu faktlaşdırmaq;"İkincisi, seçki məntəqələrində qarşıdurmaya getmək, hay-küy salmaq, süni problemlər yaratmaq və bütün bunları “seçki pozuntusu” kimi sənədləşdirmək. |
Səsvermə prosesinin pozulmasına hesablanan planın əsas məqsədi də seçkilərlə bağlı mənfi rəyin yaradılması və Qərbin anti-Azərbaycan strukturlarının hazırlayacağı hesabatlara daxil edilməsi idi. |
Planın böyük hissəsinin icrası SMDTM rəhbəri A.Məmmədliyə həvalə olunmuşdu. |
Çünki 2001-ci ildən “seçki eksperti” kimi fəaliyyətə başlayan A.Məmmədlinin əsas missiyası Azərbaycanda bütün seçkilərlə bağlı Qərb dairələrinin istəklərinə uyğun olan və rəsmi Bakıya qarşı təzyiq aləti kimi istifadə edilən “hesabatların” hazırlanması, seçkinin “beynəlxalq standartlara uyğun keçirilmədiyi” rəyinin yara... |
A.Məmmədlinin fəaliyyət tarixçəsinə nəzər yetirdikdə də onun Azərbaycandakı seçkilərdə Qərb dairələrinin istifadə etdiyi “əsas şəxs” olduğu aydın görünür. |
A.Məmmədli 2001-ci ilin 24 iyul tarixində Seçkilərin Monitorinq Mərkəzini (SMM) təsis edib. |
2001-2008-ci illər ərzində referendum, parlament, bələdiyyə və prezident seçkiləri daxil olmaqla ölkədə keçirilən bütün seçki prosesi haqqında mənfi hesabatlar hazırlayıb. |
Bununla yanaşı, SMM-nin seçki keçirilməyən dövrlərdə əsas işi müxtəlif layihələr adı altında şəbəkə qurmaq olub. |
Bu iş təkcə paytaxtda yox, bölgələrdə də həyata keçirilib. |
Xüsusilə 2005-ci ildən başlayaraq, Gəncə, Sumqayıt, Beyləqan, Mingəçevir, Göyçay, Quba, Cəlilabad, Şəki və Naxçıvanda “filial” və “nümayəndəliklər” yaradılıb. |
Bu “filialların” işi bölgələrdə özlərinə bağlı şəxsləri yetişdirmək, xüsusilə gənclərdən ibarət qruplar yaratmaq idi və seçki dövründə bu gəncləri məntəqələrə göndərir, onlardan “lazım olan faktların” toplanması üçün istifadə edirdilər. |
2008-ci ildə SMM-nin dövlət qeydiyyatı qrantların qeyri-şəffaf xərclənməsi, vergidən yayınmaq və digər qanunsuz fəaliyyətlərə görə ləğv edildi. |
Çünki A.Məmmədli SMM adı altında aldığı qrantları hüquqi şəxs kimi yox, fiziki şəxs kimi sənədləşdirir və bununla vergidən yayınırdı. |
SMM-nin dövlət qeydiyyatının ləğvindən sonra A.Məmmədli SMDTM-ni yaradaraq eyni işi davam etdirməyə başladı. |
Lakin SMDTM dövlət qeydiyyatında olmadığı üçün qrantların əldə edilməsi və vergidən yayınmaq çətinləşmişdi. |
A.Məmmədli iki fənd işlətdi:""- 2008-2013-cü illərdə xarici donor təşkilatlarından layihələri SMDTM-nin adına alır, layihə üçün ayrılan qrant isə onun “fiziki şəxs” kimi bank hesabına köçürülürdü:bu illər ərzində A.Məmmədlinin bank hesabına 480 min manat pul daxil olub;"- 2013-cü il prezident seçkisi ərəfəsində isə A.M... |
A.Məmmədlinin bu fəndlərdən istifadə etməsi 2013-cü ildə qrant layihələrinin alınması ilə bağlı dəyişiklik edilən qanunun tələblərindən yayınmaq məqsədi daşıyırdı və bir müddət buna nail oldu da. |
SMDTM-nin əsas donorları ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitutu (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), “German Marşal” Fondu, ABŞ səfirliyi, eləcə də digər Qərb ölkələrinin Azərbaycandakı səfirlikləri olub. |
A.Məmmədlinin rəhbərlik etdiyi SMDTM-nin Azərbaycandakı seçkilərlə bağlı hazırladığı mənfi hesabatlar Avropa strukturlarının istinad etdiyi “əsas mənbə” rolunu oynayıb, hətta ABŞ Dövlət Departamenti belə açıqlamalarında bu “hesabatlara” istinad edib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.