Search is not available for this dataset
text
stringlengths
10
518k
Amma bu əlamətlər həqiqi revmatoloji xəstəliyin olduğunu göstərmir.
Bir qrup insan da var ki, onlarda heç bir iltihabı revmatoloji xəstəlik yoxdur, ancaq onlar meteoroloji faktorlara, hava dəyişikliyinə həssas olduqları üçün bu ağrıları hiss edirlər.
Onlar revmatoloji xəstə yox, daha çox meteohəssas insanlar kimi nəzarətdə qalmalıdır və aktiv revmatoloji müalicə almalarına ehtiyac yoxdur”.
Bir yaşında uşaqda da rast gəlinə bilər"Revmatizmin son vaxtlar geniş yayılması və cavanlaşmasının səbəblərinə gəldikdə, həkim vurğulayır ki, əslində, bu xəstəliyin yaşı yoxdur:“Bir yaşında uşaqda da rast gələ bilər, 70 yaşında qocada da.
Ancaq bəzi revmatoloji xəstəliklərin rast gəlmə tezliyi dəyişir.
Məsələn, elə revmatoloji xəstəliklər var ki, onlar daha çox gəncləri hədəf alır və aqressiv gedişli olurlar.
Oynaq duzlaşmasına isə daha çox yaşlı insanlarda rast gəlinir”.
Hicama və zəli prosedurları revmatizmi aqressivləşdirir"Sirr deyil ki, revmatoloji xəstələrin əksəriyyəti bu xəstəliyi türkəçarə üsulu ilə sağaltmağa çalışırlar.
Kimisi vanna qəbul edir, kimisi bitkilərdən dərman düzəldir.
Həkim bu müalicə üsulunun əleyhinədir:“Əgər xəstədə hər hansı ciddi iltihabı revmatoloji xəstəlik varsa, türkəçarələr nəinki onu sağaldır, hətta xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olur.
Ona görə də bütün xəstələrə türkəçarə metodlarından uzaq durmağı məsləhət görürəm.
Gün ərzində müayinə etdiyimiz xəstələrdə ağırlaşmalar əsasən bu səbəblərdən olur.
Xüsusilə də, son zamanlar ən çox yayılan hicama, zəli prosedurları xəstəliyi ciddi şəkildə inkişaf etdirir, aqressivləşdirir.
Bəli, müəyyən fizioterapevtik prosedurlar var ki, biz xəstəyə onları təyin edirik.
Onlar ancaq həkim nəzarəti altında müəyyən diaqnoz təsdiqləndikdən və qan nəticələri istənildikdən sonra məsləhət görülə bilər”.
Revmatizm əlilliyə səbəb olur"Müalicəsi düzgün aparılmadıqda, revmatizm əlilliyə səbəb olur.
Revmatoloq həkim deyir ki, Azərbaycandakı revmatoloji xəstələrin 60-70 faizi düzgün diaqnozun qoyulmaması nəticəsində əllilik dərəcəsinə çatanlardır:“Belə xəstələrdə bütün ağırlaşmaları müşahidə edirik.
Hər iki əllərdə, dizlərdə, pəncədə, aşağı ətraflarda bütün oynaqlarda deformasiyalar başlayır və fiziki məhdudiyyətin yaranmasına qədər gətirib çıxarır.
Xəstə özünə qulluğu tamamilə itirir”.
Həkimin sözlərinə görə, Azərbaycanda müəyyən bölgələr var ki, orada revmatoloji xəstəliklərin sıxlığı daha çoxdur:“Öz təcrübəmdən deyə bilərəm ki, hazırda Qəbələ, Qax, Şəki, Oğuz rayonlarından revmatizmli xəstələrə daha çox rast gəlinir.
Burada artiomlu xəstəliklərin əmələ gəlmə sıxlığı daha çoxdur”.
Bəzi xəstəliklər var ki, onunla mübarizə aparmaq üçün pəhriz mütləqdir.
Revmatoloji xəstəliklərdə də pəhrizə ehtiyac olur.
Həkim vurğulayır ki, padaqra xəstəliyi tez-tez ət yeməklərindən istifadə edən insanlarda yaranır:“Revmatoloji xəstəliklərin hamısında qidalanmanın az da olsa yeri var.
Məsələn, hamının tanıdığı padaqra xəstəliyinə daha çox ət, spirtli içki istifadə edən insanlarda rast gəlinir”.
Yağışın yağacağını əvvəlcədən hiss edə bilirlərmi?
Dəfələrlə “dizim ağrıyır, yağış yağacaq” kimi ifadələrin şahidi oluruq.
Hətta bu ifadələr məşhur filmlərdə də qeyd edilib.
Həqiqətən revmatizmli xəstələr yağışın yağacağını əvvəlcədən hiss edə bilirlərmi?
Həkim qeyd edir ki, revmatizmli xəstələrdə meteohəssaslıq normal insanlara görə daha yüksək olur:“Həqiqi revmatoloji xəstələr havanın rütubətinin və temperaturunun dəyişməsini əvvəlcədən hiss edə bilər.
Amma bununla yanaşı, revmatizmlə bağlı xəstəliyi olmayan meteohəssas insanlar var ki, rütubətin dəyişməsini 5-6 saat əvvəldən hiss edirlər.
Bu, həmin insanın mütləq revmatizminin olduğunu göstərmir.
Hər bir halda xəstənin sümük, oynaq şikayəti varsa, yağış yağmazdan öncə hiss edirsə, revmotoloqa müraciət etməlidir.
Üstəlik, klinikada icbari sığorta ilə revmatoloji müayinələr pulsuzdur”.
“Qadınlarda kişilərə nisbətən üç dəfə çox rast gəlinir”"Ortopediya və Travmatologiya mütəxəssisi İlhan Dəmiryılmaz isə deyir ki, revmatizm ən çox qadınları və stressi sevir:“Revmatoid artrit ən çox rast gəlinən iltihablı oynaq xəstəliyidir.
Müalicə edilməzsə, inkişaf edir, daxili orqanlarla yanaşı, oynaqlara da təsir edir.
Oynaqlarda ağrı, şişkinlik, temperaturun artması, qızartı və hərəkətdə çətinlik kimi şikayətlərlə başlayır.
Xəstəliyin aktiv mərhələlərində yorğunluq və yüngül qızdırma kimi ümumi simptomlar ola bilər.
Gecə və ya səhər oynaqlarda ağrı, hərəkətdə çətinlik yaranır, sonra hərəkət etdikcə tədricən açılır.
Ağrı şiddətindən asılı olaraq gün ərzində davam edə bilər.
Barmaqlar və biləklər ən çox təsirlənən oynaqlardır.
Bu, adətən gənc və orta yaşlı insanların xəstəliyidir.
Qadınlarda kişilərə nisbətən üç dəfə çox rast gəlinir”.
Son günlər İran təhlükəsizlik orqanları tərəfindən Güney Azərbaycan milli fəallarının həbs edilməsi ilə bağlı xəbərlər yayılmaqdadır.
“Azad İran” “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunur ki, müşahidəçilər bu prosesi Güney Azərbaycanda milli fəalların kütləvi həbsinin ikinci dalğası adlandırırlar.
Həbslərin birinci dalğası ötən ilin payız aylarında baş verib.
Əsasən İran Kəşfiyyat Nazirliyi, yəni “Ettelaat” tərəfindən həyata keçirilən bu repressiyada milli fəallardan Armita Pavir, Röya Zakiri, Mürtəza Nurməhəmmədi, Davud Şiri, Əli Babayi, Əmirhüseyn Ağayi, Məhəmmədrza Müvəhhid, Hüseyn Azadi, Nasir Rəzmcu, Yürüş Mehrəlibəyli, İbrahim Rəşidi və bir çox digərləri Tehran, Təbri...
Birinci dalğada tutulanların bəziləri sonradan azadlığa buraxılsa da, Güney Azərbaycan milli hərəkatının Yürüş Mehrəlibəyli və İbrahim Rəşidi Savalan kimi önəmli simaları hələ də həbsdə saxlanmaqdadır.
Qeyd edək ki, İran rejiminin ölkədə yaşayan xalqların milli-mədəni haqlarını tələb edən fəallara qarşı amansız davranışı yeni məsələ deyildir.
İran İnsan Haqları Fəalları Təşkilatının hesabatına görə, təkcə 2023-cü ildə etnik hüquqları müdafiə edən 324 nəfər İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
Lakin son vaxtlar rejimin daha çox Güney Azərbaycan milli fəallarına fokuslanması diqqəti çəkir ki, bu da, əlbəttə, səbəbsiz deyildir.
Yayılan hesabatlara görə, fevralın 5-dən başlayaraq üç gün ərzində azı 11 azərbaycanlı fəal müxtəlif şəhərlərdə heç bir izahat verilmədən rejim təmsilçiləri tərəfindən saxlanılıb.
Bakıda yaşlı qadın pilləkəndən yıxılaraq ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.
85 yaşlı H.Adabəyova yaşadığı evdə pilləkənlərdən yıxılıb.
Xəsarət alan yaşlı qadın xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni təbrik edib.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:"""Hörmətli cənab Baş nazir,"Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Biz tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət veririk.
Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın dinamik və hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir.
Əminəm ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan ənənəvi dostluğu, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı ölkələrimizin rifahı, regionumuzun çiçəklənməsi naminə birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının əmin-amanlığı və firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".
Vətəndaşlarda qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Məlumata görə, tədbirlərlə rayon sakinindən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Rusiyalı politoloqlar Prezident İlham Əliyevin seçkilərdəki qələbəsindən danışdı.
Ukraynalıların gözü Amerika Birləşmiş Ştatlarında.
Qazaxıstanda qızılcaya görə məhdudiyyətlərə başlanıldı.
Azərbaycanda qızılca xəstəliyinə görə karantin rejimi tətbiq edilə bilərmi?
Beynəlxalq axtarışda olan daha bir şəxs Bakıya gətirildi.
Meyvə-tərəvəzlərə vurulan maddələr təhlükə yaradır.
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
Bakıda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Orada kirayədə yaşayan Şəmkir sakini Quliyev Eyvaz Ələddin oğlu özünü karnizdən asaraq intihar edib.
Onun asılmış meyitini yaxınları aşkar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Türkiyədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) seçki ilə bağlı keçirdiyi tədbirə silahlı hücum olub.
Qeyd olunur ki, AK Partinin Küçükçekmece bələdiyyə sədrliyinə namizədi Əziz Yeniayın seçki kampaniyası zamanı tədbirin keçirildiyi zala daxil olan şəxs silahdan atəş açıb.
İnsident nəticəsində bir nəfər qadın yaralanıb.
Hadisə ilə bağlı istintaq başladılıb.
Bakıda yol kənarlarında, köşklərin yanında, insanların sıx olduğu küçələrdə pirojki satılan yerləri tez-tez görürük.
Nəinki yerlər, şəhərin küçələrində bu yağlı qidanı plastik qablarda satanlara da rast gəlmək olur.
Pirojki bir çox insanların ayaqüstü yediyi ucuz və doyumlu qida növüdür.
Satılma şəraitinə baxmayaraq, bəh-bəhlə tərifləyənlər, dadından doymayanlar az deyil.
Bəs küçələrdə, toz-torpaqlı yerlərdə satılan pirojkilərin insan sağlamlığı üçün hansı riskləri var?
Ən əsası, onlara nəzarət varmı?
“Kaspi” qəzetinin növbəti məqaləsi sözügedən problemə həsr olunub.
Pirojkilər boyat məhsullardan hazırlanır""Adının açıqlanmasını istəməyən aşpaz deyir ki, əksər yerlərdə pirojkilər boyat, köhnə məhsullardan hazırlanır:“Məsələn, əgər kartof pirojkisi bişirilirsə, hər gün yeni kartof qaynadılmır, kartoflar əvvəlcədən soyulur, qaynadılır, soyuduculara yığılır.
Alver kütləvi olmadığı üçün həmin kartoflar günlərlə soyuducuda qalır.
Pirojkinin xəmiri də eyni qaydada hazırlanır, boyat olur.
Eyni yağdan dəfələrlə istifadə edilməsi isə, hər kəsə məlumdur”.
Malın baş ətini çəkir, qiymə hazırlayırlar"Aşpaz deyir ki, ət pirojkisi kartofdan təhlükəlidir:“Qoca mal əti ucuz olur.
Bununla yanaşı, adətən satılmayan ətlər dəyərindən ucuz verilir.
Ən çox alınan isə, malın baş əti olur.
Malın baş ətini çəkir, qiymə hazırlayırlar.
Məsələn, ətin qiyməti 10 manatdırsa, keyfiyyətsiz, satılmayan əti beş manata verirlər.
Müəyyən yerlər var ki, qalmış ciyərlər satılır, onu alıb sirkəyə yatızdırır və istifadə edirlər.