Search is not available for this dataset
text
stringlengths
10
518k
A.Məmmədlinin rəhbəri olduğu SMDTM-nin fəaliyyətində diqqətçəkən məqamlardan biri də təşkilatın “beynəlxalq nüfuzlu QHT-yə çevrilməsi” istiqamətində atılan addımlar idi.Misal üçün, SMDTM ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və Avropa Şurası Parlament Assambleyasının tədbirlərinin “fəxri qonağ...
O cümlədən, Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsi (ENEMO), Demokratik Seçkilər üzrə Avropa Platforması (EPDE) və ATƏT-in DTİHB-nin müşahidə missiyalarının tərkibində müxtəlif ölkələrdə keçirilən seçkilərin müşahidəsində iştirak edib.
Azərbaycanda dövlət qeydiyyatında belə olmayan bir təşkilata dünyanın müxtəlif ölkələrində keçirilən seçkilərin monitorinqinin həvalə edilməsi təsadüfi ola bilməz.
Məqsəd qrantların məhz SMDTM-yə ayrılmasının əhəmiyyətli olduğunu göstərmək və təşkilatın Azərbaycandakı seçkilərlə bağlı hazırladığı hesabatların beynəlxalq ictimai rəydə legitim kimi qəbul edilməsidir.
Hər halda ABŞ Dövlət Departamenti də daxil olmaqla, Avropa təşkilatları siravi QHT-yə yox, “beynəlxalq nüfuzlu” təşkilata istinad edə bilərlər.
2013-cü il prezident seçkisində A.Məmmədli və rəhbərlik etdiyi SMDTM yenə “alternativ mənbə” kimi istifadə olundu.
Həmin vaxt Qərbin sifarişilə hesabatların hazırlanması üçün ona 276 min ABŞ dolları maliyyə yardımı ayrıldı.
Bu pullar ABŞ-ın Milli Demokratiya İnstitutu (NDİ) xətti ilə verilmişdi.
Görünür, 2012-ci ildə Azərbaycanda “Facebook inqilabı” adlanan iğtişaş planının icrası üçün 2 milyon dollar xərcləyən NDİ baş tutmayan cəhdini seçkilər üzərindən davam etdirmək qərarına gəlmişdi.
A.Məmmədli seçkilərin gözdən salınması məqsədilə ayrılan 276 min dollar vəsaiti Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi (KBƏİB) və Demokratik Jurnalistika Məktəbi (DJM) təşkilatlarının vasitəsilə əldə edib.
Çünki 2013-cü ilin 11 mart tarixində qrantların qeydiyyatı ilə bağlı qanunda edilən dəyişikliklər ona aldığı qrantları nə “fiziki şəxs” kimi, nə də dövlət qeydiyyatı olmayan SMDTM vasitəsilə əldə etməyə imkan vermirdi.
A.Məmmədli 2013-cü il prezident seçkisi ilə bağlı mənfi hesabatlar hazırlayaraq aldığı tapşırıqları “yüksək səviyyədə icra etdi”.
Lakin qanun pozuntularına yol verdiyi üçün məhkəmə qarşısına çıxmalı oldu və 2014-cü ildə həbs edildi.
2016-cı ildə Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan A.Məmmədli yenidən öz missiyasının icrasına başladı.
SMDTM-nin dövlət qeydiyyatı olmasa da, 2018-ci il prezident, 2019-cu il bələdiyyə və 2020-ci il parlament seçkilərində bu təşkilat adından mənfi hesabatların hazırlanması həyata keçirilib.
Qrantların əldə edilməsi üçün isə fərqli mexanizmlərdən istifdə olunub:"Qərb ölkələrinin səfirliklərindən nağd şəkildə alınması, LGBT hüquqlarının qorunması, yaxud gender bərabərliyi kimi layihələrdən və ya fərqli təşkilatların adından istifadə edilməsi və s;"2016-cı ildən sonra SMDTM-nin əsas maliyyəsi də “İnsan Haqla...
Misal üçün, “COVID-19 pandemiyası ilə mübarizə dövründə Azərbaycan hökumətinin qərarları və insan hüquqlarına münasibətlə bağlı da hesabatlar”, “seçki hüququ, müraciət hüququ, sərbəst toplaşmaq və birləşmək azadlığının tədrisi, vətəndaşların dövlət idarəçiliyində iştirakı, yerli və mərkəzi idarə orqanlarının hesabatlıl...
2024-cü il 7 fevral tarixində keçirilən prezident seçkisində hazırlanan təxribat planının icrasının əsasən A.Məmmədliyə həvalə olunması da onun Azərbaycandakı seçkilə bağlı mənfi hesabatların hazırlanması sahəsində 23 illik təcrübəsi xüsusi rol oynayıb.
Hələ seçki prosesi başlamamışdan öncə A.Məmmədli seçkinin legitimliyini şübhə altına alan çıxışlara start verib.
Misal üçün, o, 4 yanvar 2024-cü il tarixində “Toplum Tv”də X.İsmayılın verilişində seçkilərin “saxtalaşdırılacağı”, seçici aktivliyinin “az olacağı” və s.iddiaları gündəmə gətirir, o cümlədən, ölkədə seçki mühitinin olmadığı, namizədlərin təşviqat kampaniyasının paritet şəkildə aparılmayacağına dair “proqnozlar” irəli ...
Bütün bunlar seçki günü hazırlanan təxribat planının tərkib hissəsi idi.""Məlumatlara görə, A.Məmmədli Qərbdəki dairələrə seçki günü əksər məntəqələrdə müşahidə aparmaq üçün 500 nəfərlik qrup yaradacağına dair vəd edib və bu məqsədlə 350 min manat vəsait əldə edib.
Bu vəsaitin bir hissəsi müşahidəçi qrupların yaradılması, onlara təlimlərin keçilməsi və seçki günü bütün bölgələr üzrə məntəqələrə göndərilməsi üçün nəzərdə tutulub.
Digər hissəsi isə “seçki saxtakarığı” haqqında foto və video görüntülərin hazırlanması və tirajlanması işinə sərf olunmalı idi.Məntəqələrdə olan “müşahidəçilər” qarşılaşdıqları pozuntuları videolentə almalı, belə pozuntular tapmadıqları halda qarşıdurma yaradaraq, səsvermə prosesini pozmalı və həmin anların görüntüləri...
SMDTM-nin dövlət qeydiyyatı olmasa da, aylıq 1500 manat icarə ilə ofisinin fəaliyyət göstərdiyi barədə məlumatlar var.
Ofisdə 10-a yaxın əməkdaş – koordinatorlar, sosial media menecerləri, videogörüntülərin hazırlanmasını həyata keçirən montaj qrupu və digərləri fəaliyyət göstərir.
Seçki günü bu qrupun işi daxil olan görüntülərin “saxtakarlıq edildiyi” formasına salınması və tirajlanması olub.
“Toplum Tv”də X.İsmayılın rəhbərlik etdiyi qrupa isə “jurnalist” kimi məntəqələrdə çəkilişlər aparmaq, o cümlədən, seçki prosesini işıqlandıran medianın fəaliyyətinə “maneələrin” yaradıldığına dair faktların toplanması işi tapşırılıb.
SMDTM-də A.Məmmədlinin hazırladığı “müşahidəçilər”, “Toplum Tv”də X.İsmayılın hazırladığı “jurnalistlər” və AXCP-də təlimatlandırılan partiyanın gənclər təşkilatının üzvlərindən ibarət təxribat qrupu seçki günü “saxtakarlıq faktları”nın tapılması, eləcə də süni pozuntu hallarının yaradılması üçün əllərindən gələni etdi...
Məlumatlara görə, seçkidən bir neçə gün öncə təxribat qrupu arasında narazılıqlar, fikir ayrılıqları yaranıb.
Buna səbəb A.Məmmədlinin “500 nəfərlik qrupun yaradılması” vədi ilə donor təşkilatlarından aldığı 350 min manat vəsaitin böyük hissəsini mənimsəməsi, cəmi 15-20 nəfərlik qrup yaradaraq “müşahidəçilərə” 40-50 manat civarında “əməkhaqqı” verməsi olub.
Xüsusilə cəbhəçilərin əksəriyyəti vəsaitin azlığına görə prosesdə iştirakdan imtina ediblər.
X.İsmayılın “jurnalist” dəstəsindən də son anda ayrılanlar olub.
Onların yerini doldurmaq üçün təcili şəkildə cəlb edilən yeni “əməkdaşlar” isə işi öncədən hazırlanan plana uyğun qura bilməyiblər.
“Toplum Tv”nin canlı efirində jurnalistlərdən birinin getdiyi seçki məntəqələrində hər şeyin qanunauyğun olduğu, medianın fəaliyyətinə maneələrin yaradılmadığını, əksinə çəkiliş üçün bütün şəraitin yaradıldığı haqda etirafları da təcili cəlb edilən “əməkdaşların” təcrübəsizliyindən qaynaqlanır.
A.Məmmədlinin yaratdığı “15-20 nəfərlik müşahidəçi” qrupunda LGBT üzvləri də təmsil olunurdu.
Onların əsas işi seçki məntəqələrində hay-küy salmaq, məntəqə sədrləri ilə qarşıdurma yaratmaq və bütün bunları “pozuntu faktı” kimi göstərmək olub.
LGBT üzvləri Əli Məlikov, Rza Abbaszadə, Rəşad Nəbiyev, Cavid Nəbiyev (bu şəxs Almaniyada həmcinsi ilə evlənib), “Makalooo” ləqəbli İsmayıl adlı şəxs prosesdə daha aktiv iştirak edənlərdir.
23 saylı Nəsimi-Səbail seçki dairəsi 13 saylı məntəqəsində müşahidəçi kimi qeydiyyatdan keçən bu LGBT üzvləri məntəqədə qarşıdurma yaradaraq bunu “Azadlıq radiosu”, “Amerikanın səsi”, “BBC Azərbaycanca” və “Meydan TV”nin efirində “seçki pozuntusu” faktı kimi təqdim ediblər.
LGBT üzvlərinin seçki təxribatı qrupuna daxil edilməsi iki səbəbdən irəli gəlir:""A.Məmmədli ayrılan qrantın böyük hissəsini mənimsəyərək, hazırladıqları “müşahidəçilərə” daha az vəsait verdiyi üçün seçkiyə bir neçə gün qalmış qrupdan çıxanların yerini doldurmaq; "Cinsi azlıqlar vasitəsilə daha çox hay-küy salmaq, mənt...
Lakin bütün cəhdlərinə baxmayaraq, Qərbin təxribat şəbəkəsinin seçki günü hazırladıqları plan alt-üst oldu.
Birincisi, səsvermə prosesində qanun pozuntusu, yaxud hansısa neqativ hal yaşanmadı və təxribatçı qrup məntəqələrdən “əliboş” ayrılmaq məcburiyyətində qaldı:seçkilər demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun şəkildə tam şəffaf keçirildi;"İkincisi, süni şəkildə qarşıdurma yaratmaq və “seçki saxtakarlığı” i...
Planlaşdırılan təxribatın baş tutmaması Qərbin məlum şəbəkəsini məyus edib.
Artıq sosial şəbəkələrdə bunu dilə gətirirlər, xüsusilə SMDTM-nin cəmi 105 məntəqədə müşahidə apararaq, yekun rəy verməsinin qəbuledilməz olduğu barədə müzakirələr gedir, planın baş tutmamasına görə bir-birini ittiham edirlər.
Və zaman keçdikcə bu qarşıdurmanın genişlənəcəyi gözləntisi var, çünki A.Məmmədlinin təxribat planı üçün ayrılan vəsaiti şəbəkənin digər “rəhbərləri” ilə bölüşdürməməsi ciddi narazılıq yaradıb.
7 fevral seçkisi Qərbin Azərbaycandakı şəbəkəsini ifşa etdi və aydın oldu ki, artıq ölkədə bu şəbəkəyə inam azalıb, onların fəaliyyət imkanları böyük ölçüdə məhdudlaşıb, xüsusilə gənclər onlar üzərindən pullar qazanan bu şəbəkəni baykot edir.
7 fevral seçkisi həm də Azərbaycan xalqının onun iradəsinə müdaxilə etmək istəyən qüvvələrə bir daha yerini göstərdiyi təqvim olaraq tarixə keçdi.
Ağsu rayon sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağsu rayon sakini E.Ələkbərovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.
Göyərtəsində altı nəfərin olduğu helikopter ABŞ-ın Kaliforniya və Nevada ştatlarının sərhədində qəzaya uğrayıb.
Bu barədə NBC televiziyası ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində sağ qalan olmayıb.
FAA və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.
Kareliyada qəzaya uğrayan “Mi-8” helikopterinin hər üç ekipaj üzvünün cəsədi tapılıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Cinayət işi çərçivəsində müstəntiq 2024-cü il fevralın 4-də Kareliya Respublikasında qəzaya uğrayan Oneqa gölünün dibindən qaldırılmış helikopterə baxış keçirib.
Hər üç ekipaj üzvünün cəsədi aşkar edilib”, - deyə mətbuat xidməti bildirib.
İstintaq Komitəsi əlavə edib ki, məhkəmə-tibbi və uçuş-texniki ekspertizalar təyin edilib.
Bundan əlavə, zərərçəkmiş kimi tanınan zərərçəkənlərin yaxınları dindirilib.
Ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma maddəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi) ilə cinayət işinin istintaqı davam etdirilir.
Qara qutulardan biri dağılmış pilot kabinəsində aşkar edilib.
Hindistanın Uttarakhand əyalətinin Haldvani şəhərində mədrəsə və məscidin sökülməsi qərarından sonra baş verən şiddətli qarşıdurmalarda ölənlərin sayı 5 nəfərə çatıb.
İki gündür davam edən qarşıdurmalarda 150-dən çox yerli sakin yaralanıb, eyni zamanda, çoxlu sayda polis əməkdaşı xəsarət alıb.
Artıq bölgədə komendant saatı tətbiq olunub.
Gərginlik məhkəmənin məscid və mədrəsənin yerli icra hakimiyyətinin icazəsi olmadan dövlət torpağında inşa edildiyini əsas gətirərək sökülməsi barədə çıxartdığı qərardan sonra yaranıb.
Söküntü üçün gedən səlahiyyətlilər və polis qərara reaksiya verən minlərlə etirazçı ilə qarşılaşıb.
Polisin real güllə və gözyaşardıcı qazla müdaxilə etdiyi hadisələrdə etirazçılar polisə molotof kokteyli və daş atıb, bəzi avtomobilləri də yandırıblar.
Avropa Parlamentinə (AP) qarşıdan gələn seçkilərdə hakim “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyasının siyahısına rəhbərlik edən Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa siyasətdən getdiyini açıqlayıb.
O, Budapeştdə verdiyi bəyanatda Macarıstan Prezidenti Katalin Novakın keçən il pedofiliya cinayətində əli olan bir şəxsi əfv etmək qərarının hazırlanmasına cavabdeh olduğunu vurğulayıb.
“Prezidentin qərarının hazırlanmasına görə siyasi məsuliyyəti öz üzərimə götürürəm.
Mən ictimai həyatı tərk edirəm, parlament üzvü və Avropa Parlamentinə seçkilərdə siyahının lideri kimi mandatımdan imtina edirəm”, - Varqa bildirib.
Xatırladaq ki, yaranmış qalmaqal fonunda Macarıstan Prezidenti Katalin də dövlət başçısı vəzifəsindən postundan istefa verib.
Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib.
Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər.
İmmunitet sistemini güclü saxlamaq üçün balanslı qidalanma və nizamlı yuxu kifayət edir.
Vitamin qəbul etmə ilə əlaqədar xüsusi bir xəstəliyi olmayan insanlar əslində buna ehtiyac duymur, çünki onlar yedikləri qidalarla həmin vitaminləri artıq qəbul etmiş sayılırlar.
Qış aylarında yoluxucu xəstəliklərlə mübarizədə həkim məsləhəti ilə vitamindən istifadə etmək olar.
Məsələn, C vitamini ilə zəngin qidalar bol istehlak etmək xəstəliklərin qarşısını almağa müvəffəqdir.
Bundan əlavə, kifayət qədər maye istehlakı və balanslı qidalanmaya diqqət yetirilməlidir.
İnternetdən alınan, tərkibi bilinməyən vitaminlərdən qəti şəkildə uzaq durmaq gərəklidir.
Bütün bunlar “immunitet sistemini gücləndirir” adı altında satılan və heç də belə olmayan lazımsız məhsullardır.
Əksinə, belə məhsullardan istifadə edən insanlarda sonradan müəyyən fəsadlar da ortaya çıxa bilər.
Həkim məsləhəti olmayan vitaminlər də sağlamlıq üçün zərərlidir.
“Hər bir məhsul mədədə sorulduqdan sonra qaraciyərə və böyrəyə gedir, oradan da xaric olur.
İfraz olunmursa, bu, orqanizmdə yığılır, böyük bir problemə çevrilir.
Ona görə də belə məhsullar bütün orqanlara zərər verir.
Hansısa bir dərman dozadan artıq qəbul edilərsə bu da təbii ki, mənfi təsirini göstərəcək.
Ona görə də hər dərmanın yaş qruplarına görə bir dozası var.
Unutmayaq ki, doğru şəkildə və həkim məsləhəti ilə qəbul edilən vitaminlər insan sağlamlığı üçün faydalıdır”, - deyə Qalip Ekuklu əlavə edib.
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
İqtisadiyyat.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhəri Vaqif küçəsində qeydə alınıb.
Belə ki, təcili tibbi yardım briqadasına küçədə yıxılıb qalan şəxs haqqında məlumat verilib.
Təcili tibbi yardım avtomobili ilə 2008-cı il təvəllüdlü yeniyetmə ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.
Onun qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yarası və kürək nahiyəsindən kəsilmiş deşilmiş yarası xəsarətləri aldığı məlum olub.
Aparılan araşdırmalarla həmin xəsarətlərin ona Cəlilabad şəhəri ərazisində digər bir məktəbli tərəfindən yetirildiyi müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü yeniyetmə müəyyən edilərək saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məktəblilərin Cəlilabad şəhər 4 saylı tam orta məktəbinin 9-cu sinfinin şagirdləri olduğu bildirilir.
Şənbə gecəsi 120-yə yaxın nümayişçi 40 avtomobildə Hamburq yaxınlığındakı Arensburq şəhərində “Bild” və “Welt am Sonntag” qəzetlərinin çap olunduğu mətbəəni bağlayıb.
Nümayişçilər Almaniya hökumətinin kənd təsərrüfatı ilə bağlı siyasətinə və bu mövzunun mediada işıqlandırılmasına qarşı çıxıblar.