Search is not available for this dataset
text
stringlengths
10
518k
Ona görə də yol qırağında satılan pirojkilər keyfiyyətsiz və zərərli olur.
Pirojkinin ətri elədir ki, hər kəsi özünə cəlb edir.
Amma yedikdən sonra çox insan mədəsində o ağırlığı hiss edir.
Barmaqla sayılacaq qədər az yerlər var ki, keyfiyyətli pirojki bişirirlər.
Ona görə də insanlara pirojki alarkən satılan məkana, təmizliyinə baxıb almalarını məsləhət görürəm”.
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, yol kənarlarında, açıq havada satılan əksər qidaların bişirilməsində keyfiyyətli məhsullardan istifadə olunmur:“Belə qidalar insan sağlamlığı üçün yararsız olan və ciddi fəsadlar törədən yağlarla bişirilir.
Bu təhlükə daha çox pirojki, blinçik, ponçik kimi qızartma məhsullarda var.
Çünki bu məhsullar qızardılarkən istifadə olunan yağlar atılmır, təkrar istifadə olunur.
Hətta bişirilən qablar təmizlənmədən növbəti günün məhsulları da o qabda hazırlanır.
Tərkibi pozulan yağ və təmizlənməyən qabda bişən qidalar insanlar tərəfindən bəh-bəhlə tükədilir”.
Mütəxəssis deyir ki, belə məhsulların açıq havada, açıq şəkildə satılması ikinci problemdir:“Çünki açıq satılan məhsullar külək vasitəsilə fiziki çirklənməyə məruz qalırlar.
Ona görə də bu kimi qidaların qəbulu çox təhlükəlidir”.
Ətri ilə insanları cəlb edir"Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, pirojkilər açıq havada əvvəlki kimi, kütləvi şəkildə satılmır:“Əsasən, avtobus dayanacaqlarında tez-tez satılırdı.
Ən çox da avtobus sürücülərinin sevimli qidası idi.Pirojki elə bir qida növüdür ki, ətri ilə insanları cəlb edir.
Uzun müddət idi ki, pirojki biznesi ölkədə məşhur idi.Amma getdikcə, sayı azalır.
Hazırda şəhər mərkəzindən kənarda, rayonlarda pirojkilər yol kənarında satılır”.
Tester kağızlardan istifadə olunmalıdır"Birlik sədri də vurğulayır ki, yol qırağında satılan pirojkilər insanların sağlamlığı üçün kifayət qədər zərərlidir:“Bu pirojkilər eyni yağın içində dəfələrlə qızardıldığı üçün, o yağların tərkibi dəyişir və trans yağlara çevrilir.
Bu yağlar da insanda xərçəng, mədə-bağırsaq, ürək-damar xəstəliklərini yaradır və inkişaf etdirir.
Bu bizneslə məşğul olanlar yağın tərkibini müəyyən etmək üçün xüsusi tester kağzılarından istifadə etməlidirlər.
Əgər yağın tərkibi dəyişibsə, həmin tester kağızlarını yağa batırdıqda rəngini dəyişir.
Bu zaman o yağdan istifadə etmək olmaz.
Amma Azərbaycanda hansı pirojki satılan yerlərdə bu kağızlardan istifadə olunur?
Bu qidanı bişirib əhaliyə satmaq, əlbəttə ki, insanların sağlamlığında ciddi izlər qoyur”.
Nəzarət də aşağı səviyyədədir"Həmsöhbətimiz iddia edir ki, yol qırağında satılan pirojkilərə nəzarət də aşağı səviyyədədir:“Bu bizneslə məşğul olanlar Azərbaycan hökumətinin biznes qurmaq üçün yaratdığı rahat şəraitdən sui-istifadə edirlər.
İnsanlar tədricən zəhərlənir, xəstəliklərə yoluxurlar.
İnsanlara səslənirəm ki, əgər canlarının qədrini bilirlərsə, belə yerlərdən mal alıb istehlak etməsinlər”.
ÜST bu məhsulların ləğv olunmasını tövsiyə edir"Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il yarım milyon insanın vaxtından əvvəl ölümünə səbəb olan toksik süni kimyəvi maddələr - trans yağlardan hazırlanmış qablaşdırılmış yeməklər, çörək məhsulları və kulinariya yağları kimi tez-tez rast gəlinən ...
ÜST-dən bildirilib ki, trans yağların istehlakı nəticəsində ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı 16 ölkədən doqquzunda profilaktika siyasəti düzgün həyata keçirilmir.
Bu ölkələrə Avstraliya, Azərbaycan, Butan, Ekvador, Misir, İran, Nepal, Pakistan və Cənubi Koreya daxildir.
Fransanın qərbində yerləşən “Şinon” Atom Elektrik Stansiyasında (AES) iki reaktor yanğın səbəbindən işini dayandırıb.
Bu barədə ölkənin Nüvə Təhlükəsizliyi İdarəsi məlumat verib.
“Yanğın nəticəsində üç nömrəli reaktorun əsas xarici enerji təchizatın kəsilməsi reaktorun avtomatik dayanmasına səbəb oldu”, - rəsmi məlumatda bildirilir.
Yanğının söndürülməsindən sonra istifadə olunan suyun toplanması üçün qonşu, dördüncü reaktorun da müvəqqəti söndürüldüyü bildirilir.
Bildirilir ki, bu, onun daşmasının və suyun ətrafa yayılmasının qarşısını almaq üçün edilib.
Şəmkirdə ölümlə nəticələm yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Opel” markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Fevralın 11-i dünya şöhrətli musiqiçi Mark Eliyahu Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Kamança ifaçısı tədbirdən öncə Oxu.Az-ın qonağı olub.
O, qarşıdan gələn premyeralarla bağlı eksklüziv məlumatları bizimlə bölüşüb, Bakıya olan sevgisinin səbəbini də açıqlayıb.
- Daha bir konsertlə yenidən Azərbaycandasınız.
Hər dəfə tədbirdə yeni duet və ya yeni bəstə olur.
- Çox şadam ki, 2024-cü ildə dünya turumun ilk şəhəri Bakıdır.
Mən çox həyəcanlıyam, çünki bura mənim musiqi sənətini öyrəndiyim və musiqi alətimin yarandığı ölkədir.
Azərbaycan mədəniyyəti və bu şəhər mənə çox təsir etdi.
Konsertdə son il yarım ərzində yazdığım mahnılar səslənəcək.
Tədbirdə yeni repertuarla çıxış edəcəyik.
- Azərbaycana belə sevgi haradan qaynaqlanır?
Mən Dağıstanda doğulmuşam, ata-babam Dərbənddəndir.
Dağıstanın cənubu Azərbaycan mədəniyyətinin təsiri altındadır.
Ona görə də bir çox tədbirlərdə, toylarda, ailə məclislərində muğama qulaq asaraq böyümüşəm.
Mən yeniyetməlik illərində kamança ustası Habil Əliyevin sayəsində Azərbaycan mədəniyyətinə aşiq olmuşam.
16 yaşım olanda xaricdə musiqi təhsili almaq üçün evdən ayrıldım.
Kamançanı ilk dəfə Yunanıstanda eşitmişəm.
Hiss etdim ki, bu, ürəyimin səsidir, həmişə içimdə olan səsdir.
Ona görə də, 17 yaşımda gözəl ustad Ədalət Vəzirovdan təhsil almaq üçün Bakıya gəlməyə qərar verdim.
Təbii ki, sizin mədəniyyətinizə, xalqınıza, xüsusən də evində yaşadığım müəllimimin ailəsinə aşiq oldum.
Burada özümü evimdə hiss edirəm.
- Bakıya gələndə hansı hissləri yaşayırsınız?
Köhnə tanışlarınızla görüşməyə vaxt ayırırsınız?
- Bəli, bu mənim üçün vacibdir.
Axı Azərbaycanda o qədər insan mənim üçün ailə olub.
Hər dəfə gələndə onları görürəm.
15 il əvvəl dünyasını dəyişən müəllimim Ədalət Vəzirovu hörmətlə anıram.
Konsertlərimdə həmişə onun adını çəkirəm.
- Bilirəm ki, atanız tar çalır, siz də saz çalmağı bilirsiniz.
Daha hansı Azərbaycan musiqi alətlərində ifa edirsiniz?
- Mən konsertlərimdə, o cümlədən Bakıda da saz çalıram.
Mən bir növ tarla böyümüşəm, ona görə də ifa etməyi bacarıram.
Bəzən mahnılarımda tarda olan hissələri özüm yazıram.
Mən Azərbaycan musiqi alətlərini çox sevirəm.
Bir az nağarada çala bilirəm, balabanı da xoşlayıram.
Mədəniyyətiniz musiqi alətləri ilə çox zəngindir.
Bu həmişə müxtəlif yollarla baş verir.
Mən hər şeydə ilham tapa bilirəm.
Kiçik bir çınqılda, bir tanımadığım insanda və ya gözəl mənzərədə.
Bəzən mahnılar bir-bir mənə gəlir və mən onları sadəcə yazıram, ya da telefonda qeyd edirəm.
Bəzən də bir mahnı yazmaq üçün illər lazım olur.
- Milli musiqi alətlərindən istifadə olunsa da, musiqinizi etnik adlandırmaq olmaz.
- Müxtəlif musiqi janrlarından ilham alıram.
Pop, rok, elektronik, psixodelik, trans, texno...Çox fərqli janrları sintez edirəm.
4 yaşımdan 14 yaşıma kimi klassik musiqi ifa edirdim.
Bütün bu janrlar mənim səsimin bir hissəsinə çevrilib.
Musiqim fərqlidir, çünki mən fərqliyəm.
Musiqim mənim öz dilimdə danışır.
Musiqim heç nəyə bənzəmir, amma orada Orta Asiyanın əsas motivləri, Qərb harmoniyası, Hindistan və ya Latın Amerika ritmləri, İrlandiya musiqisini tapa bilərsiniz (çünki Yunanıstandakı müəllimim irlandiyalı idi), həmçinin də yunan musiqisi.
Və təbii ki, köklərim ön plandadır, lakin yuxarıda sadaladığım bütün janrlar də mənim bir hissəmdir.
- Qafqazda böyüdüyünüz üçün qafqazlı vərdişləriniz varmı?
Bəlkə içimizdə olan atəşdən sizdə də var?
- Bəli, düşünürəm ki var (gülür).
O atəşi minimumda saxlayıram, vaxtı gələnə kimi.
- Tez-tez müxtəlif ifaçılarla duet oxuyursunuz.
Bəzən hansısa səsi eşitdikdən sonra onun üçün bəstə yazıram.
Məsələn, türkiyəli müğənni Cem Adrianın səsini eşidəndən sonra "Derinlerde" mahnısı yarandı.
- Musiqinizin pərəstişkarlarını yaxın gələcəkdə hansı yeniliklər gözləyir?
- Son bir il arzuladığım simfonik layihə üzərində işləyirdim.
Artıq hər şey hazırdır, yazmağa başladıq.
Ola bilsin ki, paytaxt sakinləri yaxın gələcəkdə layihəni görə bilərlər.