Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Azərbaycan hər zaman Cənubi Qafqaz regionunun lokomotivi rolunda çıxış edib. |
Əgər bu öncüllük 44 günlük müharibəyədək özünü siyasi və iqtisadi müstəvidə büruzə verirdisə, II Qarabağ savaşından sonra Bakı tək bölgəmizin deyil, daha geniş arealın - Orta Asiya (Türkdilli dövlətlər) ilə Türkiyəni (Avropa) birləşdirən iri geosiyasi faktora çevrildi. |
Bu yeni reallıq arxitekturasının qurulması və ayaq üstündə durması Prezident İlham Əliyevin xidmətidir. |
Dövlət başçısının növbəti dəfə bu vəzifəyə seçilməsi özü ilə sülh və sabitlik, iqtisadi tərəqqi və regional rifah gətirən kursun davam etməsi deməkdir. |
Bu seçki ilə Cənubi Qafqazda sülh erası başlayır. |
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. |
Sülh gətirən seçki"Erməni xalqının mental özəllikləri və Ermənistan dövlətinin mahiyyəti baxımından bölgənin inkişafı önündə əsas maneə olan Azərbaycan torpaqlarının işğalına sülh yolu ilə son qoymaq mümkün deyildi. |
Bunu 30 il ərzində aparılan nəticəsiz danışıqlar da sübut etdi. |
Özü də söhbət tək sülhə maneə olan erməni xislətindən getmir. |
Son üç il aydın şəkildə göstərir ki, bölgəmizdə dayanıqlı barışın əldə olunmasına dünyanın iri geosiyasi oyunçuları, daha konkret isə Qərb razı deyildi və hər vəchlə mümkün prosesin qarşısını alırdı. |
Başqa sözlə, torpaqlarımızın azad olunmasının hərb variantının alternativi yox idi.Dünya tarixində hərb yolu ilə sabit sülhə nail olmaya dair yüzlərlə nümunə var. |
Bu baxımdan, Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi yolla ədaləti bərpa etməsi əslində tək bizim qələbəmiz deyil, həm də digər region dövlətləri üçün inkişaf, tərəqqi və iqtisadi çiçəklənməyə yol açmış faktordur. |
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan müharibənin qalibi olsa da, müasir dünya tarixi üçün unikal təşəbbüsə müəlliflik etdi:döyüş meydanında məğlub edilən Ermənistana sülh əlini uzatdı. |
7 fevral seçkisində əhalinin mütləq əksəriyyətinin cənab İlham Əliyevə səs verməsi Ermənistan rəhbərliyi və əhalisi tərəfindən layiqincə dəyərləndirilməlidir:Azərbaycan xalqı Prezident İlham Əliyev tərəfindən Qafqaza gətirilmiş sülh reallığını dəstəkləyir. |
Bu reallığın erməni xalqı tərəfindən düzgün qiymətləndirilməsi onun düşdüyü ağır iqtisadi böhrandan çıxışı üçün ilkin addım ola bilər. |
Yeni geosiyasi arxitektura"Vətən müharibəsi bitəndən dərhal sonra Azərbaycan Prezidenti bütün bölgənin rifahına xidmət edəcək 3+3 təşəbbüsü ilə çıxış etdi. |
Geosiyasi praqmatizmə əsaslanan bu düstur regional problemlərin bölgə ölkələri və yaxın qonşular - Türkiyə, Rusiya və İranla birlikdə həllini nəzərdə tutur. |
Bu təşəbbüs həm tarixi, həm də gerçəklik baxımından optimal sabitlik yoludur. |
Qərbin, əsasən də Fransanın qısqanclığı ilə qarşılanmasına və nəticə etibarilə Ermənistanın bu prosesdən uzaqlaşdırılma cəhdlərinə baxmayaraq, təşəbbüs üç ildən çoxdur ki, davamlılığını sübut edir. |
Əgər regionda sülhdən danışılırsa, onunla qonşu olan, burada tarixi maraqlara malik dövlətlərin nəzərə alınmaması ağır fəsadlara səbəb ola bilər ki, Ermənistanın düşdüyü mürəkkəb geosiyasi düyün bunun əyani göstəricisidir. |
Qafqazın cənubunda Azərbaycanın maraqlarını nəzərə almadan nəinki sülhə nail olmaq, ümumiyyətlə, adi iqtisadi layihəni belə həyata keçirmək mümkün deyil. |
Ölkəmizin dominant üstünlüyü və söz sahibi olmasının müəllifi məhz Prezident İlham Əliyevdir. |
Azərbaycan xalqı əsrlərdir bu statusundan məhrum olub. |
Seçkinin nəticələri göstərir ki, illərdir işğala, təzyiqə, məhdudiyyətlərə və ədalətsizliyə məruz qalan xalq statusundan tamamilə fərqli mövqeyə yiyələnməkdəyik:biz həm bölgəmizin, həm də təmasda olduğumuz coğrafiyanın açarı, söz sahibi olan xalqına çevrilmişik. |
İlham Əliyevin böyük üstünlüklə qalib olması Azərbaycan xalqının bu geosiyasi rıçaqı ciddi dəyərləndirməsinin göstəricisidir. |
Qlobal siyasi və iqtisadi oyunçuya çevrilmiş Azərbaycan tək hakim siyasi qüvvənin, yəni dövlətin kursunun nəticəsi deyil, həm də xalq tərəfindən diktə edilən sosial sifarişdir. |
İqtisadi çiçəklənmə"Azərbaycan postsovet Qafqazının iqtisadi xilaskarıdır. |
Əgər Ermənistan özünün ekspansionist siyasəti ilə regional iqtisadi inkişaf önündə bir maneədirsə, qonşu və dost Gürcüstanda bu reallığı daha yaxşı bilir və dəyərləndirirlər. |
Azərbaycanın nüvəsini təşkil etdiyi neft, qaz, logistika sahələrini əhatə edən iri transmilli layihələr qonşu Gürcüstan üçün həm maddi gəlir mənbəyi, həm də sabitliyin təminatçısı olub. |
Təəssüf ki, Ermənistan köhnə hakimiyyətləri dövründə olduğu kimi, indi də Azərbaycanın geniş iqtisadi imkanlarından yararlana bilmir. |
Məsələn, Zəngəzur dəhlizi müasir Ermənistan üçün yeni Bakı-Tbilisi-Ceyhan ola bilər. |
Ermənilərin il ərzində büdcəyə milyardlarla vəsait gətirə biləcək bu logistik layihədən yararlana bilməmələri onların bir xalq olaraq dövlətçi düşüncədən məhrum olmalarının göstəricisidir. |
Prezident İlham Əliyevin yenidən bu posta seçilməsi Rusiya-Ukrayna müharibəsi və Qərb-Moskva qarşıdurmasının dərinləşməsi fonunda Cənubi Qafqazın artan iqtisadi önəminin materiallaşmasının davamı deməkdir. |
Bölgəmiz dünyanın ən iri nəqliyyat və logistika dəhlizlərindən birinə çevrilir. |
Əgər bu, II Qarabağ savaşının ardınca, yəni işğal edilmiş torpaqlarımızın azadlığa qovuşması ilə coğrafi üstünlüyümüzün yaratdığı imkanlar hesabına aktuallaşmışdısa, Ukraynadakı hadisələr dünyanın da diqqətinin bu layihələrə yönəlməsinə səbəb oldu. |
Azərbaycan hələ müharibədən illər öncə inkişaf etmiş yol-nəqliyyat infrastrukturunun qurulmasına nail olub. |
Dəmir yolu xətləri modernləşir və yük qabiliyyətinin artırılması istiqamətində miqyaslı işlər görülür. |
Ələtdə tikilmiş yeni limanın əsas missiyası Çindən Qərbə daşınan yük axınında özünə yer etməkdir. |
Ancaq yeni şərait bizim bu imkanlarımızı daha real edir və əslində, cənab İlham Əliyevin rəhbərliyi ilə hökumətin atdığı addımların strateji miqyasını göstərir. |
7 fevral seçkisinin nəticələri bu prosesin - “Orta dəhliz”in daha böyük həcmlərdə fəaliyyət göstərməsi üçün təminat deməkdir. |
Azərbaycan özünün siyasi gücü, iqtisadi imkanları və hərbi qüdrəti ilə faktordan güc statusuna transformasiya etmiş dövlətdir. |
Məhz buna görə ölkəmizdə keçirilmiş seçkinin sonucları tək daxili auditoriya deyil, həm də xarici tərəfdaşlar və bölgədə həyati maraqları olan dövlətlər üçün də əhəmiyyətlidir. |
Azərbaycan bu statusa məhz Prezident İlham Əliyevin ardıcıl siyasi kursu hesabına nail olub. |
Xalqımızın liderinə yenidən və böyük fərqlə etimad göstərməsi, Azərbaycanın geosiyasi çəkisinin artmasında ardıcıllığın və davamlılığın təmin olunması deməkdir. |
İqtisadi çiçəklənmə Cənubi Qafqaz üçün yeni sülh erasının başlıca trendi olacaq. |
Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. |
Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər. |
Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 8,1 faiz artaraq 2023-cü il dekabr ayının 1-nə milli valyuta ekvivalentində 12 milyon 524 min 9 manat təşkil edib. |
Əmanətlərin 65,8 faizi milli, 34,2 faizi xarici valyutada qoyulub. |
Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artıb. |
Bu, insanların banklara olan inamının artdığını göstərir. |
Bəs artan inamın əsasında hansı səbəblər dayanır? |
Yeni qaydalar nəticəsini verir"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Kaspi” qəzetinə açıqlamasında deyib ki, bu gedişlə əmanətlərin həcminin daha da artacağı gözlənilir:""“Mərkəzi Bank tərəfindən yürüdülən siyasət, banklara depozit cəlbetmə imkanlarının yaxşılaşdırılmas... |
Yeni qaydalara əsasən, əhalinin milli valyutada olan əmanətlərinin aylıq 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad olunur. |
Vətəndaş banka 10 faizlə 24 min manat depozit yerləşdirdikdə, onun aylıq gəliri 200 manat təşkil edəcək və bu vəsaitdən vergi tutulmayacaq. |
Yaxud banka 8 faizlə 30 min manat əmanət qoyan şəxs illik 2400, aylıq 200 manat gəlir əldə etdiyindən, ondan da vergi tutulmayacaq. |
Vergi həmin məbləğdən sonrakı hissədən tutulacaq. |
Bu isə banklara yatırılan əmanətlərin artımına əlavə stimul verəcək. |
Hazırda əhalinin banklardakı əmanətlərinin həcmi 13 milyard manata yaxındır, ilin sonuna bu rəqəmin yenidən artması gözlənilir”. |
Bank Məcəlləsi qəbul edilməlidir"A.Hüseynov bildirib ki, bank depozitlərinin həcminin artması banklar üçün daha çox kredit vermə imkanlarını da stimullaşdırır:“Ona görə də bank sektorunda rəqabətin güclənməsinə, xüsusən də konservativ siyasətdən mərhələli şəkildə daha liberal siyasətə keçidin təmin olunmasına ehtiyac v... |
Bir sıra xarici bankların, xarici kapitalın bank sektoruna gəlməsi rəqabətin güclənməsinə gətirib çıxara bilər. |
Mərkəzi Bank tərəfindən depozit faizləri ilə kredit faizləri arasında müəyyən asılılığın tövsiyə olunması da mümkündür. |
Hazırda Mərkəzi Bank da bu istiqamətdə çalışır. |
Maliyyə bazarlarına nəzarət sahəsində ciddi islahat aparılmalı, bank sektoruna nəzarət gücləndirilməlidir. |
Tək Mərkəzi Bankın fəaliyyəti azdır, həm də qanunvericilik bazası möhkəmləndirilməli, Bank Məcəlləsi qəbul edilməlidir”. |
İnsanlar bilir ki, pulunu itirməyəcəklər"Maliyyə və bank məsələləri üzrə ekspert Xəyal Məmmədlinin sözlərinə görə, əmanətlərin sığortalanması insanların banklara olan inamını daha da artırıb:“Əmanətlərin artmasına səbəb ilk növbədə sığorta mexanizminin normal şəkildə işləməsidir. |
Əmanətlərin Sığortalanması Fondu milli valyutada maksimum 12 faiz, dollar və avroda 2,5 faiz hədd müəyyənləşdirib. |
Bir nəfər üçün 100 min manat sığorta məbləği mövcuddur. |
Əmanətlərin Sığortalanması Fondunun iş mexanizmi onu göstərir ki, hansısa bir bank bağlansa da, qaydalara uyğun şəkildə əmanətlər vaxtında qaytarılır. |
Sığorta mexanizmi normal şəkildə işlədiyinə görə insanlar bilirlər ki, əmanət itirilməyəcək və qorunur. |
Gəlirlilik dərəcəsi də kifayət qədər normaldır. |
Milli valyutada 12 faiz gəlir əldə etmək mümkündür”. |
Sığorta limitinin məbləği artırılsın"X.Məmmədlinin fikrincə, müəyyən addımlar atılsa, hər şey banklar üçün daha da yaxşılaşar:“Gələcəkdə əmanətlərin məbləği daha da arta bilər. |
Əvvəl fiziki şəxslərin qorunan əmanətlərində limit yox idi. |
Sonradan 100 min manat limit müəyyənləşdirildi. |
Əgər Mərkəzi Bank istəsə ki, kommersiya banklarında əmanətlərin məbləği daha da artsın, 100 min manatlıq limiti ya artıra, ya da ləğv edə bilər. |
Bu zaman banklara daha çox vəsait cəlb olunar. |
Amma hüquqi və sahibkar fiziki şəxslərin banklardakı vəsaitləri sığortalanmır. |
Onlar üçün də sığorta mexanizmi yaradılsa, bu da əmanətlərin məbləğinin artırılmasına dəstək olar”. |
Bəzi banklar var ki...""İqtisadçı Fuad İbrahimov dedi ki, xarici valyutada faizlərin artırılması da insanları stimullaşdırır:“Əmanətlərin həcminin artmasındakı ilk göstərici depozit faizlərinin artmasıdır. |
Bununla yanaşı, vəsaitlərin sığortalanmış hissəsinin kifayət qədər yüksək olması da təsir göstərir. |
Bəzi banklar var ki, xarici valyutada depozit faizlərini artırılmış şəkildə təklif edirlər. |
Bu da vətəndaşlar tərəfindən müsbət qəbul olunur”. |
Bu vergi ləğv edilsin"F.İbrahimov qeyd etdi ki, əmanətlərin daha da artması üçün sabitliyi qorumaq lazımdır:“Depozitlərə tətbiq edilən gəlir vergisi yumşalıb. |
Amma yaxşı olardı ki, bu vergi ümumiyyətlə ləğv edilsin. |
Çünki pul kütləsinin rəsmi dövriyyəyə cəlb olunması istiqamətində maneə törədən əmsaldır. |
Vergi aradan qaldırılsa, bu, prosesi daha da stimullaşdıracaq”. |
Böyük Britaniyadan sonra daha bir böyük dövlətin Avropa İttifaqından ayrılması məsələsi gündəmdədir. |
Söhbət blokun əsas iqtisadi gücü sayılan Almaniyadan gedir. |
Ölkədə yaşanan iqtisadi tənəzzül və etiraz aksiyaları fonunda bu ideyanı dəstəkləyənlərin sayı artır. |
Son aylarda Avropa İttifaqının (Aİ) iki əsas üzvü olan Fransa və Almaniyada başlayan etiraz aksiyaları birliyin gələcəyini təhlükə altına alan meyllərin artmasına səbəb olub. |
Fermerlərin, sürücülərin, tranzit daşıma şirkətləri işçilərinin kütləvi itaətsizlik aksiyaları bu ölkələrdə ifrat sağçıların yüksəlişinə təkan verib. |
Bu tendensiya daha çox Almaniyada müşahidə edilir. |
Ölkə daxilində Aİ-dən çıxmaqla bağlı çağırışlar artır. |
Sözdə “Dexit” adlandırılan bu prosesin həm Almaniya, həm də Aİ-yə mümkün mənfi nəticələri indi əsas müzakirə mövzularından biridir. |
Qeyd edək ki, Aİ-yə hazırda 27 dövlət daxildir. |
Lakin onların iqtisadiyyatları, ölçüləri və strukturları bir-birindən fərqlənir. |
Almaniya iqtisadi baxımdan təşkilatın lider ölkəsidir. |
Onun iqtisadi gücü bütünlükdə Aİ-nin ümumi daxili məhsulunun (ÜDM) 24 faizini, üzv ölkələrdən birbaşa investisiyaların beşdə birini (21%) təşkil edir. |
Almaniya həm də Aİ daxilində mal və xidmətlərin ən böyük ixracatçısı və idxalçısıdır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.