Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Ekspertlər xəbərdarlıq edirlər ki, “Dexit”in nəticələri həm blok, həm də bütövlükdə Almaniya üçün fəlakətli ola bilər. |
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. |
Almaniya iqtisadiyyatı 227 milyard avro itirəcək"İqtisadi proqnozlara fikir verək. |
Almaniyanın Bertelsmann Fondunun araşdırmasına görə, ölkənin Aİ-dən çıxması onun blokda qaldığı ssenari ilə müqayisədə 2030-cu ilə qədər təşkilatın ÜDM-nin 0,3, Almaniyanın ÜDM-nin isə 0,5% azalmasına səbəb olacaq. |
Araşdırmada həmçinin xatırladılır ki, Böyük Britaniyanın Aİ-dən çıxması blokun ixracının 1,7%, Almaniyanın ixracının 3,2%, həmçinin Aİ əhalisinin müvafiq olaraq 1,4% və Almaniya əhalisinin 3,9% azalmasına səbəb olub. |
Almaniya Aİ və vahid bazarı tərk edərsə, o, daha ciddi ticarət maneələri və blok daxilində işçi qüvvəsinin hərəkətliliyinin azalması ilə üzləşəcək. |
“Al Arabiya” yazır ki, iqtisadçılar Almaniyanın Aİ-dən çıxmasının zərərini hesablayıblar. |
“Dexit” baş verərsə, Aİ büdcəsinin beşdə birini, Almaniya iqtisadiyyatı isə 227 milyard avro itirəcək. |
Avropa İslahatları Mərkəzinin araşdırmasında isə bildirilir ki, Almaniyanın blokda qaldığı ssenari ilə müqayisədə “Dexit” 2030-cu ilə qədər Aİ-ni ÜDM-in 0,9%-dən və Almaniyanı ÜDM-in 1,9%-dən məhrum edəcək. |
Tədqiqat “Dexit”in AB ixracını 2,3%, Almaniya ixracını isə 4,7% azaldacağını göstərib. |
Bu, həmçinin Aİ əhalisinin 0,8%, Almaniya əhalisinin isə 2,5% azalması deməkdir. |
Pisləşən iqtisadi göstəricilər"Əslində, Fransa ilə yanaşı, Almaniyanın daxilində də iqtisadi tənəzzül yaşanmaqdadır. |
Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) təhlilinə görə, Almaniya hazırda Ukraynadakı müharibə və Rusiya qazının tədarükünün tamamilə kəsilməsi səbəbindən 100 milyard avro artıq itirib. |
“Euronews”un məlumatına görə, “alman lokomotivi” 2023-cü ilin dördüncü rübündə enerji daşıyıcılarının qiymətlərinin artması, Avropada tələbin zəifləməsi səbəbindən ÜDM-də 0,3 faizlik geriləmə yaşayıb. |
Ölkə artıq qlobal dünyada rəqabət qabiliyyətini itirir. |
Bütün bunlar 2023-cü ildə ixracın 1,2 faizlik göstərici ilə ciddi şəkildə azalmasına səbəb olub. |
Digər tərəfdən, Mərkəzi Bankın faiz dərəcələrini yüksəltməsi, 2023-cü ildə qeydə alınan yüksək qaçaq inflyasiya Almaniyada məcburi vergi tənzimləmələrinə və kənd təsərrüfatı subsidiyalarının kəsilməsinə gətirib çıxarıb. |
Bu da öz növbəsində alman fermerlərinin və digər sahələrdə çalışanların kütləvi etirazlarına təkan verib. |
Aİ-nin hesabına əlavə gəlirlər əldə edənlər var"“Dexit” bloka daxil olan digər üzv dövlətlər üçün də iqtisadi tənəzzül vəd edir. |
Aİ-nin bu il üçün təxmini büdcəsi 143 milyard avro təşkil edir ki, bunun da 137 milyardı üzv ölkələrin birbaşa investisiyalarından ibarətdir. |
Almaniyanın payı 30,3 milyard avrodan çoxdur. |
Aİ-yə üzv dövlətlərin əksəriyyətinin ümumi büdcədən aldığı pay öz büdcələrindən qatqılarından qat-qat çoxdur. |
Məsələn, Polşa ən böyük benefisiardır. |
2022-ci ildə Aİ büdcəsinə qoyduğu sərmayədən 16,6 milyard avro çox vəsait əldə edib. |
İkinci yerdə İspaniya (13 milyard avro), üçüncü yerdə isə İtaliya (8,4 milyard avro) qərarlaşıb. |
Aİ-nin son hesabatında bildirilir ki, 7,5 milyon alman aztəminatlı işlərdə çalışır. |
“Paritatischer Gesamtverband” qeyri-hökumət təşkilatının məlumatına görə isə, Almaniyada yoxsulluq riski altında olan insanların nisbəti ümumi əhalinin 16,6 faizini təşkil edir. |
Bütün bunlar xüsusilə də Şərqi Almaniyada yaşayanlar arasında ksenofobik hisslərin güclənməsinə səbəb olur. |
Proqnozlara görə, bütün bu yaşananlar Aİ-nin əsas iqtisadi gücü hesab edilən ölkədə 2025-ci ildə keçiriləcək növbəti seçkilərdə ifrat sağçı partiya və təşkilatların populyarlığının əhəmiyyətli dərəcədə artmasına təkan verir. |
Qərəzli siyasi ambisiyalar"Göründüyü kimi, bu gün Azərbaycana Avropanın müxtəlif strukturlarında “dərs” verməyə çalışan, ölkəmizə münasibətdə ədalətsiz qərarların əsas təşkilatçıları olan ölkələrin özləri tənəzzül içindədir. |
Qərəzli siyasi ambisiyalar bu ölkələrin iqtisadi inkişafının əsas lokomotivini təşkil edən enerji daşıyıcılarının əsas tədarükçülərindən olan və etibarlı tərəfdaş kimi özünü sübut etmiş Azərbaycanla münasibətlərə kölgə salır. |
Bu cür çətin durumda zərərin yarısından da dönmək mümkündür. |
Azərbaycanın haqlı tələbləri və yaratdığı reallıq nəzərə alınmaq şərtilə... |
Avstraliyanın cənubunda ən azı 16 hokkeyçi dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. |
Məlumata görə, Melburn və Adelaida hokkey komandalarının oyunçuları “Adelaide Ice Arena”da keçirilən oyundan sonra dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. |
Hadisə yerinə gələn xilasedicilər və yanğınsöndürənlər idmançıların buz təmizləyən maşının çənlərindən maye sızması nəticəsində xəsarət aldıqlarını müəyyən ediblər. |
Cənubi Avstraliya Təcili Yardım Xidmətinin sözçüsü açıqlamasında bildirib ki, bütün zərərçəkənlər Adelaida Kral Xəstəxanasına çatdırılıblar. |
Nigeriyanın “Access Bank”ının baş icraçı direktoru Herbert Viqve, həyat yoldaşı və oğlu Kaliforniya-Nevada ştatlarının (ABŞ) sərhədində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar. |
Bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru, əvvəllər Nigeriyanın maliyyə naziri vəzifəsində çalışmış Nqozi Okonjo-İveala bildirib. |
Qeyd edək ki, “Eurocopter EC 130” helikopteri Nipton şəhəri yaxınlığında qəzaya uğrayıb. |
Onun göyərtəsində 6 nəfər olub və onlardan heç biri sağ qalmayıb. |
Elə nəğmələr var ki, insan mənəviyyatının zənginləşməsi, duyğularının kamilləşməsində önəmi əvəzsizdir. |
Həmişəyaşar mahnılarla insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil. |
Oxu.Az xəbər verir ki, bu gün vəfatından 12 il ötən Azərbaycanın Xalq artisti Elza İbrahimova bu xoşbəxtliyi qazanmış sənətkarlardandır. |
Duyğumuza hakim kəsilən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi əvəzsiz bəstələr Xalq artisti Elza İbrahimovanı unutdurmağa qoymur. |
O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. |
O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açmaqla həmkarlarının qibtə etdikləri səviyyəyə ucalıb, ifaçıların rəğbətini, kiçikdən böyüyədək müxtəlif zövqlü dinləyicilərin məhəbbətini qazanıb, onlarda musiqinin bu və ya digər janrına maraq oyadıb. |
Musiqini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Elza İbrahimova mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə başa vurub. |
Görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimovanın əlli ildən artıq bir dövrü əhatə edən zəngin yaradıcılığı mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarını əhatə edir. |
Onların arasında fortepiano üçün prelüdiya və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skertso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara musiqiləri xüsusi ... |
Peşəkar musiqiçinin meydana gətirdiyi bütün bu əsərlər məzmun dərinliyi və yüksək bədiiliyi ilə səciyyələnir. |
“Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir. |
Bəstəkarın milli qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri isə dinləyicilərin yaralarına bir məlhəmdir. |
Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov, Murad Kajlayev, Qara Qarayev, Niyazi kimi dünyaşöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər. |
Şübhəsiz Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur. |
Onun ilk mahnısı olan “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. |
Özü də bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir. |
Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. |
Müəllifin yaradıcılığına xas olan sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb. |
Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub. |
Elza İbrahimovanın mahnıları ən ülvi hisslərin - vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. |
Belə əsərlərdə milli muğamımızın, Azərbaycan və Qərb musiqisinin böyük sintezi vardır. |
Bəstəkarın milli intonasiyanın və ritmlərin estrada janrında ifadə etdiyi mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə, sözün geniş mənasında sevməyə sövq edir. |
Onun hər bir əsəri dinləyicini fərqli duyğular aləminə - bəstəkarın musiqi dünyasına aparır. |
Bütün bu keyfiyyətlər Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb. |
Təsadüfi deyildir ki, Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığını “mahnı janrında lövhə ustası” kimi xarakterizə edib. |
Elza İbrahimovanın Vətən sevgisini, elə-obaya bağlılığını, təbiətə vurğunluğunu tərənnüm edən “Ey Vətən” mahnısı bu səmimi hissləri həm də dinləyicidə aşılayır. |
Ölməz sənətkarımız Rəşid Behbudovun ifasında bu əsər Azərbaycanı dünyada tərənnüm edən mahnılardan biri olub. |
Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə onlarla mahnı bəstələmiş Elza İbrahimovanın təkcə bu janrda yazdıqları bəlkə də on bəstəkarın yaradıcılığı qədərdir desək, şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq. |
Musiqi bəstələdiyi şeirlərin gözəl məzmun və dil vəhdəti isə bəstəkarın yüksək bədii zövqünü təsdiqləyir. |
Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilmiş, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. |
Vəfatından sonra isə sənətkar “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə layiq görülüb. |
Bu gün qlobal dünyaya sürətlə inteqrasiya edən ölkəmizin yerli və xarici televiziya və radio kanallarında növbənöv musiqilər səsləndirilir, hətta bəzən məzmun və janr “bolluğundan” insan çaşbaş qalır. |
Lakin Elza İbrahimovanın musiqisi səslənəndə insan sanki ayılır, əsl sənətin heç zaman ölməyəcəyi qənaətinə gəlir. |
Tam əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı istiqamətlər yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək. |
Xalq artisti Möhsün Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olub. |
Sənani aktyora çox vacib olan hər cür qabiliyyətə - oxumaq, oynamaq, çalmaq bacarığına malik idi.“Sənani” onun təxəllüsüdür. |
Oxu.Az xəbər verir ki, bu gün Azərbaycan teatr və kinosunun korifey sənətkarı, Xalq artisti Möhsün Sənaninin vəfatından 43 il ötür. |
Möhsün Sənani Cəfərov 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində ruhani ailəsində anadan olub. |
O, 4-5 yaşında ikən ata-anasını itirib, nənəsinin himayəsində qalıb. |
1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. |
Nənəsinin məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan etmək idi.Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki, nənəsinin arzusu yerinə yetir. |
1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. |
Molla Zinyət respublikanın Xalq artisti Əli Qurbanovun anasıdır. |
Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. |
O, Sənaninin oxuması ilə şəxsən özü məşğul olur. |
Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. |
Onun özünün ailə üzvləri də çox idi. |
Buna baxmayaraq, Zinyət Möhsünü də, onun bacısını da doğma övladı kimi saxlayır. |
Kiçikyaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir. |
Odur ki, 1909-cu ildən işləməli olur. |
O, “Şeytanbazar”da hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır. |
Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırıb. |
O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. |
Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. |
Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir. |
1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. |
Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. |
Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə birpərdəli povestlərdə sınamağa başlayır. |
Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin müqəddir komik aktyoru Mirzəxan Quliyev olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.