Search is not available for this dataset
text
stringlengths
10
518k
1915-ci ildə M.Sənani Tiflis truppasına cəlb edilirlər.
Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar.
O, bu rolu çox böyük ustalıqla ifa edir.
Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur.
Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi.
Bunlardan Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b.adını çəkə bilərik.
Möhsün Sənani onların arasında ən gənc aktyor idi."""Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli (“Arşın mal alan”), Qoçu Əsgər (“Məşədi İbad”), Rzaqulu (“Nadir Şah”), Kasio (“Otello”) kimi məsul rollar tapşırılıb.
Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır.
M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır.
M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır.
O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib.
Bunlardan “Səbuhi”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və s.filmləri qeyd etmək kifayətdir.
Əlli il ərzində bir gün də olsun səhnədən ayrılmayan Möhsün Sənani qədirbilən xalqımızın sevilən və məşhur sənətkarıdır.
Onun zəngin səhnə təcrübəsini, yaradıcılıq xüsusiyyətlərini öyrənmək bizim gənc aktyor və kino sənətkarlarımız üçün maraqlı olduğu qədər də səmərəlidir.
İndoneziya büdcə məhdudiyyətləri və hakimiyyət orqanlarının mövcud təyyarələri modernləşdirmək niyyəti səbəbindən Qətərdən 790 milyon dollara Fransa istehsalı 12 ədəd “Mirage 2000-5” döyüş təyyarəsi almaq planlarından imtina edib.
Bu barədə İndoneziya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.
Cakarta hava hücumundan müdafiə sistemindəki boşluğu doldurmaq məqsədilə 2023-cü ilin yanvarında Qətərdən ikinci əl döyüş təyyarələri almaq üçün müqavilə bağlayıb.
Sənədə həmçinin 14 mühərrikin tədarükü, üç illik texniki yardım, yerüstü dəstək avadanlığı və ekipaj hazırlığı daxil idi.Qırıcılar müqavilənin imzalandığı tarixdən iki il ərzində təhvil verilməli idi.""Bildirilir ki, bu mübahisəli sövdələşmə köhnə təyyarələrin alınmasına qarşı çıxan İndoneziya millət vəkillərinin etira...
Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” 2024-cü ilin yayından başlayaraq Daiba ərazisində sərnişinləri daşıyacaq avtonom taksi xidmətinə başlamaq niyyətindədir.
Sürücüsüz nəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarda bu məqsədlər üçün istifadəsi Yaponiyada ilk dəfə sınaqdan keçiriləcək.
Avtomobil istehsalçısı əvvəlcədən müəyyən edilmiş marşrut üzrə bölgənin qonaqlarına pulsuz nəqliyyat təmin etməyi planlaşdırır.
Daşınma üçün xüsusi sensorlar, yol şəraitinin real vaxt rejimində monitorinqinə və təhlükəli vəziyyətlərin proqnozlaşdırılmasına imkan verən süni intellekt texnologiyası ilə təchiz edilmiş “Toyota Sienna” minivenindən istifadə olunacaq.
Qeyd edək ki, Tokio körfəzinin sahilində yerləşən Daiba ticarət və əyləncə rayonu, şəhərin turistik yerlərindən biri hesab olunur.
Avtomobil Daiba küçələrində avtonom şəkildə hərəkət edə bilsə də, idarəetmə və təhlükəsizlik üçün içəridə bir sürücü olacaq.
2025-ci ildən etibarən xidmətin Tokionun mərkəzi ərazilərinə qədər genişlənəcəyi, həmçinin pullu olacağı planlaşdırılır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“11 fevral - Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır.
Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirərək biznes mühitinin təkmilləşməsi, dövlət-biznes tərəfdaşlığının təşviqi və iqtisadi təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynayırlar.
Şəffaflığın və vergi mədəniyyətinin yüksəldilməsi ilə səciyyələnən vergi daxilolmalarının davamlı artımı maliyyə sabitliyinə, sosial layihələrin icrasına və vətəndaşların rifahına mühüm töhfələr verir.
Bu əlamətdar gündə bütün vergi işçilərinə peşə bayramı münasibətilə təbriklərimizi çatdıraraq işlərində uğurlar və nailiyyətlər arzulayır, ölkəmizin mənafelərinə sadiqliyi və fədakar əməyi üçün təşəkkürümüzü bildiririk”, - nazir qeyd edib.
11 fevral – #Azərbaycan-ın vergi xidməti işçilərinin peşə bayramıdır.
Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirərək #biznes mühitinin təkmilləşməsi, dövlət-biznes tərəfdaşlığının təşviqi və #iqtisadi təhlükəsizliyin təminatında əhəmiyyətli rol… pic.twitter.com/vI844ykqD4
Avstraliyada su xizəyi üzrə turnirin iştirakçısı yarış zamanı ölüb.
Turnir Viktoriya və Yeni Cənubi Uels sərhədi yaxınlığındakı Mürrey çayında baş tutub.
İnsident sonrası yarış dayandırılaraq ləğv edilib.
Hazırda polis hadisənin başvermə şəraitini araşdırır.
Misir Qəzza zolağından qaçqın axınına hazırlaşır.
Qahirə Anklavla sərhəddəki Rəfah şəhəri yaxınlığında yeni istehkam inşa edib.
Məlumata görə, İsrail quru əməliyyatının Rəfaha doğru genişləndiriləcəyini elan etdikdən sonra misirlilər sərhəddə yeni divar tikiblər.
Bildirilir ki, istehkam ucbatından 1,5 milyondan çox fələstinli faktiki olaraq çıxılmaz vəziyyətə düşüb.
Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı keçirilən “Rəşadətli Naxçıvan” adlı tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti Fariz Sərxanov ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi və Naxçıvanın muxtariyyətinin qorunması istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən danışıb və ölkə başç...
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev çıxışında Naxçıvanın muxtariyyət statusunun tarixi önəmindən danışıb.
Ulu öndər Heydər Əliyevin muxtariyyət statusu haqqında fikirlərini diqqətə çatdıran akademik bildirib ki, bu status Naxçıvana Moskva və Qars müqavilələri, həmçinin 1921-ci ilin dekabrında keçirilən referendum ilə verilib.
Akademik İsmayıl Hacıyev Moskva və Qars müqavilələrinə əsasən bölgənin fiziki xəritələri əsasında Naxçıvandan qoparılaraq ermənilərə verilmiş ərazilərdən, ermənilərin muxtariyyət statusunun ləğvi ilə bağlı canfəşanlığı barədə də tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd ediblər.
Tədbirdə hərbi hissələrin bədii özfəaliyyət kollektivləri ədəbi-bədii kompozisiya ilə çıxış edib, Naxçıvana və ordumuzun qüdrətinə həsr olunmuş şeirləri bədii qiraət edib, mahnılar səsləndiriblər.
Heydər Əliyev adına Hərbi Liseydə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş kursantlar arasında sınaq test imtahanı keçirilib.
Kursantlar ölkəmizin, o cümlədən Naxçıvan Muxtar Respublikasının tarixi və coğrafi mövqeyi barədə sualları cavablandırıblar.
Əlahiddə Ümumqoşun Orduda Naxçıvanın 100 illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ağacəkmə aksiyası da təşkil olunub.
Daim Vətənin müdafiəsində dayanan hərbi qulluqçular təbiətimizə töhfə vermək üçün aksiyada fəal iştirak ediblər.
Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Küveyt Əmiri Prezident İlham Əliyevə cansağlığı, Azərbaycana və onun dost xalqına sürətli inkişaf və çiçəklənmə arzulayıb.
Digər bir xəbərə görə, Küveyt Dövlətinin Baş naziri Əlahəzrət Şeyx Məhəmməd Sabah əl-Salim əl-Sabah da dövlətimizin başçısını seçkidə qələbəsi münasibətilə təbrik edib.
11:40"Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkidə qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud dövlətimizin başçısına səmimi təbriklərini çatdırıb, ona uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb.
11:23"İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı parlaq qələbə münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Kral Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə səmimi təbriklərini ifadə edərək uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Vaşinqton istənilən ölkəyə təmənnasız yardımdan imtina etməli və yalnız kredit şəklində vəsait ayırmalıdır.
Bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
Trampın fikrincə, ABŞ Senatı xarici yardımların pul şəklində ayrılmasını dayandırmalıdır.
O, hesab edir ki, bu, yalnız kredit şəklində edilməlidir.
Siyasətçi kreditin əlverişli şərtlərlə, məsələn, faizsiz və qeyri-məhdud müddətə verilə biləcəyini vurğulayıb.
Xatırladaq ki, Tramp yenidən Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülmək üçün mübarizə aparır.
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:""“Hörmətli cənab Prezident,"İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi çatdırıram.
Tarixən xalqlarımızı birləşdirən dostluq münasibətləri və ortaq mənəvi dəyərlər Azərbaycan-İran dövlətlərarası əlaqələrinin və əməkdaşlığının inkişafı üçün yaxşı zəmindir.
Bu gün iqtisadi-ticari, nəqliyyat və digər sahələrdə ölkələrimizin qarşılıqlı fəaliyyəti məmnunluq doğurur.
İnanıram ki, Azərbaycan ilə İran arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.
Fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam bəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.
Havanın temperaturu gecə 5-10, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
2022-ci ilin yanvar ayında baş vermiş cinayət faktının təfərrüatı məlum olub.
Söhbət azyaşlı Məryəmin ölümündən gedir.
Belə ki, həmin il fevralın 1-də Baş Prokurorluq Qala qəsəbəsinin “Xaşaxuna” bağlar massivində su quyusundan 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb.
Hadisə yerinə cəlb olunmuş FHN-nin xüsusi riskli əməliyyat qrupu təxminən 10 metr dərinlikdə olan su quyusundan azyaşlının meyitini tapıb.
Məlum olub ki, 2022-ci il yanvarın 23-də azyaşlının atası Taleh Allahyarov polisə müraciət edərək bildirib ki, yanvarın 1-də qızı Məryəm Hüseynlini bir müddət baxmaları üçün qonşuluqda yaşayan Mehman Mansurova verib.
Bir müddət sonra övladı ilə maraqlanmaq üçün tanışının evinə getdikdə, orada heç kimin olmadığını görüb.
Yanvarın 31-də əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman Mansurov Yasamal rayonu ərazisində saxlanılıb.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, yanvarın 23-ü gecə saat 01:00 radələrində Mehman Mansurov qonşusu Taleh Allahyarovun qızı Məryəm Hüseynlinin köməksiz vəziyyətindən istifadə edərək onu döyüb.
Saçından tutaraq başını döşəməyə vurub.
Nəticədə aldığı ağır dərəcəli bədən xəsarətlərindən azyaşlı ölüb.
Cinayət məsuliyyətindən yayınmaqdan ötrü onun tələbi ilə qeyri-rəsmi yaşadığı Xəyalə Ağamalıyevanın övladları Allahverdi və Vüsal Cəfərovlar sellofana və parçaya bükülmüş meyiti qonşuluqda yerləşən su quyusuna atıblar.
İş üzrə dindirilmiş Mehman Mansurov bildirib ki, qonşusu Taleh Allahyarov hər dəfə işləməyə gedəndə övladını gətirib onlara qoyurmuş və işdən qayıtdıqdan sonra isə götürürmüş.
Axırıncı dəfə uşağı yanvarın 1-də gətirib.
Məryəm ayın 22-nə kimi onlarda qalıb.
Arabir tənbeh metodu kimi uşağı döyüb.
Yanvarın 23-nə keçən gecə o, Məryəmin halının qəflətən pisləşdiyini, daha sonra nəbzinin vurmadığını, nəfəsinin gəlmədiyini görüb.
Narkotik vasitənin təsiri altında olduğundan və məsuliyyətdən yayınmaq məqsədilə Təcili Tibbi Yardıma və polisə məlumat verməyib.
Azyaşlı Məryəmin anası Günel Hüseynli ifadəsində göstərib ki, 2017-ci ildə sosial şəbəkə vasitəsilə Taleh Allahyarovla tanış olub.
Bir ildən sonra Məryəm adlı qızları dünyaya gəlib.
İlk vaxtlarda münasibətləri normal olsa da, sonradan aralarında ailə-məişət zəminində mübahisələr yaranıb.