Search is not available for this dataset
text
stringlengths
10
518k
Buna səbəb isə Talehin heç yerdə işləməməsi və narkotik vasitələrdən istifadə etməsi olub.
2019-cu ilin may ayında artıq yoldaşının hərəkətlərinə dözə bilməyib və övladını Talehin himayəsində qoyaraq çıxıb gedib.
Qeyd edək ki, Mehman Mansurovun azyaşlı Məryəmi döyməsini onunla qeyri-rəsmi münasibətdə yaşayan Xəyalə Ağamalıyeva da öz ifadəsində təsdiqləyib və bildirib ki, Mehman narkotik vasitə təsiri altında olduğu müddətdə onu və övladlarını da döyüb.
Mehmanın bir neçə dəfə Məryəmi döyməsinin şahidi olub.
Xəyalə Ağamalıyeva qeyd edib ki, Məryəmi Mehman döyərək öldürüb.
Heç bir səbəb olmadan uşağa işgəncələr verib.
Bir neçə dəfə qızın saçından yapışaraq onun başını döşəməyə çırpıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Mansurov 11 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, qeyri-rəsmi münasibətdə yaşadığı Günel Hüseynlini geri qayıtmağa məcbur etmək üçün uşağına yetirdiyi xəsarətlərə görə Taleh Allahyarov da məsuliyyətə cəlb olunub və Xəzər rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Pakistanın Seçki Komissiyası bazar günü Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin ilkin nəticələrini açıqlayıb.
Komissiyanın məlumatına görə, müstəqil namizədlər 101 yer qazanıblar.
Keçmiş baş nazir Nəvaz Şərifin Pakistan Müsəlman Liqası (Nəvaz fraksiyası) isə parlamentdə 75 yer alıb.
Daha iki mandatın taleyi hələlik bəlli deyil.
Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb.
Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb.
Sözügedən videonu təqdim edirik:
Mayotta adasında (Hind okeanında Fransanın xarici ərazisi) doğulmuş əcnəbilərin uşaqlarının torpaq hüququ əsasında Fransa vətəndaşlığı almaq imkanı milli qanunvericilikdən çıxarılacaq.
Bu barədə jurnalistlərə Fransanın daxili işlər naziri Jerald Darmanin məlumat verib.
“Biz Mayottada “torpaq hüququ”nun ləğvini qanunvericilikdə təsbit edəcək radikal bir qərar qəbul etmək niyyətindəyik.
Əgər siz fransız valideynlərin övladı deyilsinizsə, artıq fransız olmaq mümkün olmayacaq”, - deyə nazir qeyd edib.
Darmanin vurğulayıb ki, bu yolla Paris miqrantlar üçün Mayottanın cəlbediciliyini sıfıra endirəcək”.
Onun sözlərinə görə, yaxın vaxtlarda konstitusiyaya müvafiq dəyişiklik edilə bilər.
Qeyd edək ki, son zamanlar Mayotta Afrika ölkələrindən və qonşu Komor adalarından əhəmiyyətli miqrant axını ilə üzləşib.
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandasının çempionluq uğrundakı mübarizədə birbaşa rəqibi “Jirona”ya qalib gəldiyi oyunu şərh edib.
İtaliyalı mütəxəssis Kral klubunun 4:0 üstün olduğu matçdan sonra bəzi futbolçuları tərifləyib.
“Bu oyun səviyyəsi və işə münasibətlə Vinisius mənim üçün dünyanın ən yaxşısıdır.
O, yüksək səviyyəli matç keçirdi.
Bellinqem ikinci, Rodriqo isə üçüncüdür”, - Ançelotti bildirib.
Xatırladaq ki, İspaniya Primerasının 24-cü turu çərçivəsində baş tutan “Real Madrid” - “Jirona” matçında Vinisius bir qol vurub və iki məhsuldar ötürmə edib.
Ümumilikdə, bu mövsüm braziliyalı vinger bütün turnirlərdə 21 matçda iştirak edib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.
“Tasnim” agentliyinin İranın Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşının öldürülməsi ilə bağlı dərc etdiyi məlumat səhvdir.
Belə ki, agentlik ötən ayın 27-də baş vermiş hadisəni bu gün yanlışlıqla yenidən saytında yayımlayıb.
Mənbə:TASS"14:18"İranın Pakistanla sərhədində yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşı ölüb, 3-ü yaralanıb.
Məlumata görə, üç silahlı şəxs əcnəbi vətəndaşların evinə atəş açmağa başlayıb və sonra cinayət yerindən qaçıb.
Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.
Qeyd edək ki, bu, Sistan və Bəlucistan əyalətində baş verən ilk belə hadisə deyil.
Yanvarın 27-də naməlum şəxslərin silahlı hücumu nəticəsində bölgədə 9 əcnəbi həlak olub.
İranın sərhəd bölgələrində fəaliyyət göstərən qruplardan heç biri hələlik bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Tailanddakı rusiyalılar və ukraynalılar ekskursiya zamanı qəzaya uğrayan çinli turistləri xilas ediblər.
Məlumata görə, çinliləri daşıyan qayıq Krabi əyalətindəki Honq adasına gedərkən batıb.
Yeddi turist gəminin kapitanı ilə birlikdə özlərini suya atıblar.
Qəza yerində güclü dalğalar olub, buna görə turistlər digər gəmilərdən görünməyiblər.
15 dəqiqə suda çırpınan insanları yaxınlıqdan keçən və içərisində Rusiyadan, Ukraynadan, eləcə də bir neçə Avropa ölkəsindən gələn qonaqların olduğu qayığın sərnişinləri xilas ediblər.
Bütün çinli turistlər və yerli kapitan gəmiyə mindirilib, sahilə aparılıb və milli parkın əməkdaşlarına təhvil veriliblər.
Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, fevralın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Füzulidə torpaq uçqunu altında qalan şəxs xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Füzuli şəhəri ərazisində torpaq uçqunu nəticəsində vətəndaşın uçqun atında qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yeraltı qaz boru xəttində bərpa işləri aparılan zaman baş vermiş torpaq uçqunu nəticəsində bir nəfər vətəndaş uçqun altında qalıb.
Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş uçqun altından çıxarılaraq xilas edilib.
Hazırda həbsdə olan Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının gənclər təşkilatı komitəsinin üzvü Əyyub Çələbi həbs olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Oxu.Az-a bildirib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb.
O, ictimai qayda pozuntusuna görə, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.
Lerikdə beş otaqlı evdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Lerik rayonunun Bobla kəndində ümumi sahəsi 110 kvadratmetr olan taxta konstruksiyadan ibarət kürsülü, birmərtəbəli beş otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rusiyanın Orenburq vilayətinin Donskoy kənd məktəbinin idman zalının damı uçub.
Bu barədə region üzrə İstintaq İdarəsi məlumat yayıb.
“Bazar günü Krasnoqvardeysk rayonunun Donskoy kəndində yerləşən Krasnoqvardeyskaya gimnaziyasının binasının təmiri zamanı vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində idman zalında tavan plitələri uçub.
Xəsarət alan olmayıb”, - məlumatda deyilir.
İlkin versiyaya görə, dam örtüyü son vaxtlar Orenburq vilayətində yağan güclü qarın ağırlığı altında çöküb.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsi (“Səhlənkarlıq”) ilə cinayət işi başlanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) milli bayram - İslam İnqilabının Qələbəsi Günü münasibətilə İranı təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
“İran İslam Respublikasını milli günü münasibətilə təbrik edirik.
İnanırıq ki, Azərbaycan və İran arasında qarşılıqlı hörmətə, anlaşmaya və beynəlxalq hüquqa əsaslanan mehriban qonşuluq münasibətləri regional inkişafa və çiçəklənməyə töhfə verəcək”, - təbrikdə bildirilib.
Congratulations to Islamic Republic of #Iran on the occasion of #NationalDay.
We believe that good-neighborly relationship based on mutual respect, understanding & international law btw 🇦🇿-🇮🇷 will contribute to regional development & prosperity.
Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkisinin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı məsələni təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu məsələ MSK-nın bugünkü iclasının gündəliyində müzakirəyə çıxarılıb.
15:59"Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkisi ilə bağlı iclası keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, MSK prezident seçkisinə yekun vuraraq nəticələri Konstitusiya Məhkəməsinə təqdim edəcək.
Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkisinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya fevralın 13 və 14-nə planlaşdırılan səfərini təhlükəsizlik səbəbi ilə təxirə salıb.
Məlumata görə, Yelisey sarayının bu qərarı həm Fransanın dövlət qulluqçuları, həm də Ukrayna diplomatları tərəfindən çoxlu suallar doğurub.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Fransa Ukraynaya “Sezar” artilleriya sistemləri və mərmilər vermək niyyətindədir.
Missuri ştatında körpə anasının səhvi ucbatından ölüb.
Məlumata görə, Kanzas-Sitidə bir xanım 911-ə zəng edərək uşağının nəfəs almadığını bildirib.
Hadisə yerinə gələn xilasedicilər ciddi yanıq xəsarətləri almış və həyat əlaməti olmayan körpə aşkarlayıblar.
Məlum olub ki, ana uşağı beşik əvəzinə səhvən sobaya qoyub.
Bunun necə baş verdiyi izah edilməyib.
Hazırda qadın körpənin həyatını təhlükəyə atmaqda ittiham edilir.
İordaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı iki hərbçi həlak olub.
Bu barədə ölkənin ordu komandanlığı məlumat yayıb.
“İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarələrindən biri təlim uçuşu zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində pilotlar mayor Ömər Ətta əl-Abadi və kapitan Məhəmməd Abdulla əl-Xudeyr həlak olublar”, - məlumatda bildirilir.
Hadisənin səbəbləri barədə məlumat verilmir.
Cəlilabad sakini Ukraynada döyüş bölgəsində həlak olub.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
Mərhumun nəşinin yaxın vaxtlarda rayona gətirilərək, dəfn olunması gözlənilir.
Meksikanın mərkəzi Morelos əyalətində hakim Morena partiyasından konqres (parlament) üzvlüyünə namizəd öldürülüb.
Hücum ölkədə keçirilən ümumi seçkilərə bir neçə ay qalmış baş verib.
Ekatepek bələdiyyəsinin rəhbərinin sözlərinə görə, siyasətçi Yair Martin Romero qardaşı ilə birlikdə güllələnib.
Qeyd edək ki, son illər Meksikada seçkilər tez-tez siyasi zorakılıq və hücumlar fonunda keçirilir.
Belə ki, 2021-ci ildə keçirilən aralıq seçkiləri ərəfəsində onlarla siyasətçi və deputatlığa namizəd öldürülüb.