Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hətta bəzi qeyri-rəsmi rəqəmlərə görə, bu ərazilərdə çıxarışı olmayan evlərin sayı 500 minə yaxındır. |
Xezerxeber.az-ın məlumatına görə, illərdir həmin fərdi yaşayış evləri və qeyri-yaşayış sahələri çıxarışla təmin edilmir. |
Çıxarış verilməməsinin əsas səbəblərindən biri kimi isə həmin əmlakların kənd təsərrüfatı təyinatlı ərazilərdə tikilməsi göstərilir. |
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, fərdi evlərin yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın təyinatını tikintiyə dəyişdirmək çətin prosesdir. |
Buna görə də aidiyyəti dövlət qurumları bu məsələni özləri həll etməlidirlər. |
Çünki faktiki olaraq aidiyyəti qurumlar tərəfindən həmin ərazilər yaşayış məntəqələri kimi tanınır, bütün kommunikasiya xətləri çəkilib. |
Ekspert təklif edib ki, həmin qurumlar monitorinq apararaq, lazımi sənədləri toplayıb kütləvi şəkildə Nazirlər Kabinetinə təqdim etsinlər. |
Onun sözlərinə görə, bu gün həmin yaşayış massivlərində faktiki kənd təsərrüfatı imkanları yoxa çıxıb. |
Maldarlıq, əkin-biçin işlərinin aparılması da mümkünsüzləşib. |
Azərbaycan təbiəti mineral sularla zəngindir. |
Ölkəmizdə mindən çox mineral bulaq var ki, onların da çoxu dağlıq rayonların ərazisindədir. |
Belə bulaqlardan biri də həm tərkibi, həm də möcüzəvi axını ilə fərqlənən “Turşsu” bulağıdır. |
Mineral su mənbəyi olan “Turşsu” bulağı Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Şuşa-Laçın yolundan bir qədər aralı, Zarıslı çayının sahilində 1700 metr hündürlükdə meşədən çıxır. |
Bu ərazi uzun illər şuşalıların və şəhərin qonaqlarının istirahət etdikləri sevimli məkanlardan olub. |
Yay aylarında ətraf rayonlardan buraya insanlar gələr, yaxınlıqdakı yamaclarda çadırlar qurar, dincələr, bulağın suyundan istifadə etməklə sağlamlıqlarını möhkəmləndirərdilər. |
“Turşsu” bulağının suyu fasilələrlə - təxminən 1 saatdan da artıq müddətdən bir axır. |
Bulağın suyu faydalı mikroelementlərlə, əsasən karbon, hidrogen-karbonad, maqnezium, natrium, kalsiumla zəngindir. |
Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5-10 dərəcə Selsidir. |
Bu su ürək-damar, qanazlığı, qaraciyər, öd yolları, öd kisəsi, mədə-bağırsaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi xüsusiyyətlərə malikdir. |
Həmçinin orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqan xəstəliklərinə qarşı profilaktik təsir göstərir. |
Şuşa ərazisində suyu minerallarla zəngin olan digər bulaqlar da var. |
Bu bulaqlardan karbon turşulu-hidrokarbonatlı-natriumlu “narzan” tipli mineral sular axır. |
Bu müalicəvi sulardan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də vanna qəbulunda istifadə olunub. |
AZƏRTAC “Turşsu” bulağının görüntülərini təqdim edib: |
“Ermənistan tərəfinin son təxribatı sülh prosesinə ciddi zərbədir”. |
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən törədilmiş son hərbi təxribatına dair şərhində deyilir:""“12 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribatı nəticəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. |
Ermənistan tərəfinin bu təxribatı Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbədir. |
Son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan edilən sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. |
Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır. |
Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır”, - şərhdə qeyd edilib. |
Almaniyanın biotexnologiya şirkəti “BioNTech” 2026-cı ilə qədər ilk xərçəng peyvəndini bazara çıxarmağı planlaşdırır. |
Bu barədə şirkətin qurucuları Uğur Şahin və Özlem Türeci “Focus” jurnalına müsahibəsində bildiriblər. |
“BioNTech” mütəxəssisləri ağciyər xərçənginin bir növünə qarşı anticisim əldə edə bildilər. |
Döş xərçənginə qarşı dərmanın hazırlanması üzərində də iş aparılır. |
İlin sonuna qədər Şahin və Türeci həmkarları ilə birlikdə sınaqları başa çatdırmağa və peyvəndin qeydiyyatı prosesinə başlamağa ümid edirlər. |
Qeyd olunur ki, “BioNTech” xərçəngin 30 növü, o cümlədən dəri, uşaqlıq yolu, prostat vəzi və digər orqanların xərçəngi üzrə klinik tədqiqatlar aparır. |
2030-cu ilə qədər şirkət şişlərlə mübarizə üçün innovativ üsullar portfelini yaratmaq niyyətindədir. |
Liberiyada on gün əvvəl müdafiə naziri təyin edilən şahzadə III Çarlz Conson hərbçilərin həyat yoldaşlarının etirazları nəticəsində istefa verib. |
Bu barədə Liberiya Prezidentinin Administrasiyası məlumat verib. |
Məlumata görə, Prezident müdafiə nazirinin istefasını qəbul edib. |
Bildirilib ki, Liberiya ordusunun aşağı rütbəli üzvlərinin arvadları son iki gündür paytaxt Monroviyada etiraz aksiyaları keçirərək, əsas magistral yolları bağlayıblar. |
Onlar ərləri üçün maaş və pensiyaların artırılmasını, sosial müavinətlərin verilməsini istəyirlər. |
Qadınlar həmçinin Malidən qayıdan Liberiya sülhməramlılarına ödənişləri kəsən yeni müdafiə nazirinin istefasını tələb ediblər. |
“ABŞ Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyir”. |
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib. |
“Biz açıq şəkildə bu məsələ ilə bağlı davamlı dialoqu dəstəkləyirik. |
İnanırıq ki, bu, davamlı nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və biz bununla bağlı səyləri davam etdirəcəyik”, - Miller bildirib. |
Rusiyanın Tula vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. |
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ad günündən qayıdan azərbaycanlı gənclər qəzaya düşüblər. |
Həmyerlimiz Sənan Ağabala oğlu Qədirov hadisə yerində dünyasını dəyişib. |
Avtomobildə olan digər sərnişin Sənan Vaqif oğlu Mirzəyevin isə vəziyyəti ağırdır. |
Qeyd edək ki, hadisəyə səbəb Sənan Qədirovun sevdiyi qızın doğum günündə sərxoş olaraq sükan arxasına əyləşməsi olub. |
Qəzaya uğrayan gənclər Ucarın Lək kəndində yaşayıblar. |
Məktəbi burada bitirən gənclər daha sonra ailələri ilə birgə Rusiyaya köçüblər. |
Fevralın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar səsləndirib. |
Bu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Paşinyanın müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb. |
“Müsahibə zamanı, beynəlxalq razılıqların və öhdəliklərin yerinə yetirilməsini təşviq edən Ermənistan baş nazirinin təmsil etdiyi ölkəsinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə, habelə istinad etdiyi Alma-Ata bəyannaməsinə məram və məqsədlərinə zidd olaraq Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal a... |
Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi və digər kobud pozuntu və təxribatlar törətməsi barədə danılmaz f... |
Ermənistan baş nazirinə həmçinin yaxşı məlumdur ki, Ermənistan tərəfi Praqa və Soçi görüşlərində və daha sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin saxta “müstəqilliyi” ilə bağlı 2023-cü ilin sentyabr ayında təbrik bəyanatları verməklə yanaşı, bu gü... |
Ermənistan tərəfinin Alma-Ata bəyannaməsinə qoşulan zaman verdikləri qeyd şərti, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğunu unutdurmağa çalışması da digər ciddi narahatlıq mənbəyidir. |
Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər və addımlar əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir”, - XİN-dən bildirilib. |
Ermənistanın Xarici İşlər Nazirliyi öz rəsmi saytında müəyyən dəyişikliklər edib. |
Belə ki, indiyədək saytda yer alan “Dağlıq Qarabağ problemi” bölməsindəki bütün məlumatlar silinib. |
Qeyd edək ki, bölmə üzrə dörd dildə olan bütün materiallar artıq istifadəçilər üçün əlçatan deyil. |
“Bu ilin yanvar ayında Avropa İttifaqının Ermənistandakı “missiya”sı (EUMA) Azərbaycanla sərhədyanı ərazilərə 1500 nəfər patrul göndərib. |
Onlara yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb. |
Qurumdan bildirilib ki, “missiya” sərhədyanı ərazilərdə guya “sabitliyə tövhə vermək”, iki ölkə arasında münasibətlərin normallaşmaq məqsədilə iş aparacaq”. |
Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı Oxu.Az-a açıqlamasında deyib. |
O bildirib ki, “missiya”nı həvəslə qəbul edən və onunla əməkdaşlıq edəcəyini bildirən Ermənistandan fərqli olaraq, Azərbaycan ilk gündən onun məram və məqsədinin Cənubi Qafqazda sülh və sabitliyə deyil, sülh və sabitlik istəməyənlərin qara niyyətlərinə xidmət edəcəyini bəyan etmişdi. |
Çünki sözügedən “missiya”da təmsil olunan ölkələrin ayrı-ayrılıqda hər birinin Azərbaycana, Qarabağ üzərində dövlət suverenliyimizin bərpası məsələsinə münasibəti hamıya yaxşı məlumdur. |
Bu gün - fevralın 12-də erməni silahlı qüvvələrinin əsgərləri bu “sülsevər missiya”nın gözü qarşısında atəş açaraq əsgərimizi yaraladılar. |
Hadisənin məqsədyönlü şəkildə törədildiyi və vəziyyətin gərginləşməsinə yönəldiyi gün kimi aydındır. |
Hətta atəşin “missiya” üzvlərindən biri tərəfindən açıldığı variantı da nəzərdən keçirilə bilər. |
Bu hadisədən sonra Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı. |
Burada ona Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyəti ilə bağlı ilkin razılaşmalara zidd olan fəaliyyətindən ciddi narahatlıq ifadə edildi. |
Səfirin diqqətinə çatdırıldı ki, regionda sabitliyin təşviq edilməsi, Azərbaycan və Ermənistan arasında etimadın yaradılması kimi bəyan edilmiş məqsədlərə zidd olaraq, “missiya”dan Azərbaycan əleyhinə bir təbliğat vasitəsi kimi geniş istifadə olunur. |
“Missiya” faktiki olaraq müxtəlif Avropa rəsmilərinin və qeyri-rəsmi nümayəndə heyətlərinin sərhədyanı ərazilərə səfərlərini həyata keçirən “dürbün diplomatiyasının” agentinə çevrilib. |
Odur ki, səfirdən Aİ tərəfindən “missiya”nın bəyan edilmiş mandatına uyğun olaraq ciddi şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsi, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirləri görmək tələb olunub. |
Şübhəsiz ki, bu gün ikitərəfli Azərbaycan-Ermənistan danışıqlarının ləng də olsa müsbət məcrada inkişaf etməsi, sülh sazişinin imzalanması istiqamətində müəyyən irəliləyişlərin müşahidə olunması, nəqliyyat kommunikasiyalarının açılmasının bir həyati zərurətə çevrilməsi və s.tendensiyalar fonunda Aİ ölkələrinin təşvişin... |
Bu mənada baş verən təxribat Aİ missiyasının bölgədə daha uzun müddətə qalmasına və hətta, gücləndirilməsinə bir “arqument” kimi lazım idi.Çünki sabitlik olanda hər hansı bir “missiya”ya da ehtiyac olmur. |
Bəli, bu gün bir əsgərimiz yaralandı. |
Sabah, bir həftə və ya bir ay sonra nə olacaq, bilinmir. |
Çünki son zamanlar Ermənistanın sürətlə silahlanması, Fransadan, Hindistandan və başqa ölkələrdən ən müasir hərbi texnika alması, həmçinin ritorikası tez-tez dəyişən Nikol Paşinyanın ziddiyyətli və aqressiv bəyanatları ilk baxışdan Ermənistanın iri miqyaslı hərbi əməliyyatlara hazırlaşması kimi görünür. |
Bəli, firənglər Ermənistanı növbəti dəfə fəlakətə sürükləyir, ermənilər isə bunu görmək və anlamaq istəmirlər. |
Bizdən demək, gerisi onlara qalıb” , - deyə F.Şahbazlı bildirib. |
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb. |
Bu barədə diplomat “X” hesabında paylaşım edib. |
Bildirilib ki, görüşdə iki ölkə arasında son dinamikalar və qarşılıqlı münasibətin perspektivi haqda fikir mübadiləsi aparılıb. |
@SAMOUSAVI9 🇮🇷ın Azərbaycandakı səfiri bu gün 🇦🇿 prezidentinin köməkçisi cənab Hikmət Hacıyev və 🇦🇿xin’nin müavini cənab Samir Şərifov’la görüşüb və iki ölkə arasında son dinamikaları və qarşılıqlı münasibətin perspektivi haqda fikir mübadiləsi aparmışdır. |
Bir neçə həftədir paytaxtın müxtəlif istiqamətlərində sürüşmə zonalarında aktivlik müşahidə edilir. |
Qaraçuxur qəsəbəsi, Günəşli yaylası küçəsində fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə də eyni mənzərə hökm sürür. |
Sakinlərin sözlərinə görə, sürüşmə nəticəsində evlərdə çatlar əmələ gəlib:""“Səhəri ürəyimizi yeyə-yeyə açırıq ki, birdən gecə nəsə olar, beton hissələr uşağın başına düşər. |
Çatlar böyükdür, evləri qızdırmaq olmur. |
Bir çox yerdən gəlib baxıblar, bir xeyri yoxdur. |
Bizə deyirlər ki, öz hesabınıza çıxın evdən”. |
Əksər uşağın çox sevdiyi, tez-tez yediyi bişirilməmiş quru makaronlarla bağlı sosial şəbəkələrdə yayılan görüntülər insanları bu məhsulla bağlı yenidən düşünməyə vadar edib. |
Tərkibində qurdların olduğu iddia edilən kadrlarda balacaların sağlamlığı üçün təhlükə olduğu aydın görünür. |
Ekspertlər bu makaronların zərərli olduğunu, hətta xərçəng yarada biləcəyini deyirlər. |
Quru makaronların tərkibində asılılıq yaradan maddə olduğu da qeyd olunur. |
Qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, belə qidaları qəbul edən şəxslərdə bir çox daxili orqanların xəstəlikləri, eyni zamanda da həzm problemi yaranır:""“Onların yanında istifadə olunan, el arasında Çin duzu kimi tanınan dadlandırıcılar ağızda ənənəvi dadbilmə hissini pozmaqla yanaşı, həm də həmin qidadan... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.