Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Üstəlik, bu makaronların plastik qablarda olması, həmin qabda qidaya qaynar suyun əlavə edilərək hazırlanması onları daha da zərərli edir. |
Mütəxəssislər deyirlər ki, adi gün şüalarının təsiri nəticəsində bu növ qida məhsullarında kimyəvi reaksiyalar gedir və qəbulu zamanı bütün orqanların zədələnmək ehtimalı artır. |
Goranboy rayonunun Gülüstan kəndi və Gülüstan qalasının videogörüntüləri yayılıb. |
Oxu.Az xəbər verir ki, uzun müddət işğal altında olan Gülüstan qalasının ətrafında Ermənistan silahlı qüvvələri tərəfindən xeyli sayda müxtəlif təyinatlı minalar basdırılıb. |
Goranboy rayonunun Gülüstan kəndi ərazisində hələ də tank və piyada əleyhinə mina təhlükəsi mövcuddur. |
Qeyd edək ki, qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. |
Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. |
XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. |
Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb. |
Həmin görüntüləri təqdim edirik: |
Almaniyanın Darmştad şəhərindən olan 80 yaşlı Haynz B.kasıb qocaya bənzəyir. |
O, zibillikdə eşələnir, tapdığı müəyyən əşyaları həyətinə yığır. |
Keçmiş elektrik mühəndisi tək yaşayır, 3600 avro pensiya alır və yemək, geyim və istirahət də daxil olmaqla, tamamilə hər şeyə qənaət edir. |
Qoca qışda zibillikdən çıxan odun tullantıları ilə evini qızdırır. |
Onun mobil telefonu belə yoxdur. |
Onun yeganə xərci “YouTube”da biznes mühazirələrinə baxmaq üçün notbuk və internetlə bağlıdır. |
“Mən qənaətlə yaşayıram, belə tərbiyə almışam. |
Ayda yeməyə 5 avro da xərcləmirəm. |
İnsanlar israfçılıq edir və yeməklərin çoxunu zibil qabına atırlar. |
Məsələn, bir qutu kolbasa alır, birini yeyir, qalanını isə sadəcə atırlar”, - deyə Haynz bildirib. |
Onu həm də “Almaniyanın ən qəribə milyonçusu” adlandırırlar. |
Belə ki, Haynzın biznes modeli ev almaq və kirayə verməkdən ibarətdir. |
Təqaüdçü deyir ki, bu, əmanətləri inflyasiyadan xilas etməyin ən yaxşı yoludur. |
O, bu yaxınlaradək 700 min avro yığıb və onuncu evini alıb. |
Evlərin hamısı yaxınlıqda yerləşir ki, kişi onların ətrafında velosiped sürə bilsin. |
Qoca kirayənişinlərin bütün təmir işlərini özü edir. |
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus yeni pandemiya ilə bağlı xəbərdarlıq edib. |
O, bunun mümkün olduğunu bildirib. |
“Amma insanlar buna hazır deyillər. |
Dünya hələ də növbəti “X xəstəliyi”nə və növbəti pandemiyaya hazır deyil. |
Əgər sabah növbəti pandemiya olsa, dünya COVID-19 zamanı qarşılaşdığımız eyni problemlərlə üzləşəcək”, - ÜST-ün baş direktoru vurğulayıb. |
Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düşməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarışa elan edilib. |
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. |
O qeyd edib ki, məktəblilər ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. |
Əməldə hər hansı kriminal tərkib yoxdur. |
10:17"Abşeronda itkin düşən məktəbli qızlar tapılıb. |
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib. |
01:02"Abşeronda iki məktəbli qız itkin düşüb. |
Oxu.Az xəbər verir ki, yeniyetmə qızlar dərsdən sonra evə qayıtmayıblar. |
Bu barədə 14 yaşlı qızların valideynləri məlumat veriblər. |
Onların sözləri görə, Masazır kənd 3 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdləri olan Saray Məmmədli və Aydan Muradzadə adlı qızlar saat təqribən 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar. |
Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər. |
Valideynlər bildiriblər ki, qızlar tapılana qədər onlar özləri də axtarışlar həyata keçirəcəklər. |
“Amasiya rayonunun Güllücə kəndində anadan olmuşam. |
Çox gözəl kənd idi.Ermənilər bizə çox əziyyət verdilər”. |
Bu sözləri AzTV-yə açıqlamasında Surayya Elləzova deyib. |
O qeyd edib ki, beş azyaşlı övladını qarlı gecədə yorğana bükərək Güllücə kəndindən çıxmaq məcburiyyətində qalıb:""“Heç nə çıxarda bilmədik. |
Ermənilər normal yaşamağımıza icazə vermirdilər”. |
Oyunun taleyini bir qol həll edib. |
25-ci dəqiqədə qonaqların futbolçusu Canetti “Udineze”yə üç xalı qazandıran topu Turin klubunun qapısından keçirib. |
Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. |
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. |
Eyni zamanda bütün məlumat sürət tablolarından “Dumanlı hava” işarəsi də götürülüb. |
08:00"Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. |
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. |
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir. |
Qeyd edək ki, ötən gün də dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi saat 21:00-dək 20 km/saat aşağı salınmışdı. |
Balakəndə fərdi yaşayış evində yanğın olub. |
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsində Ramiz Mollaəli oğlu Qarayevə məxsus, ümumi sahəsi 120 kvadratmetr olan kürsülü birmərtəbəli dörd otaqdan ibarət fərdi yaşayış evində baş verib. |
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. |
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. |
Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. |
Yanğın zamanı xəsarət alan olmayıb. |
Faktla bağlı araşdırma aparılır. |
Bakı şəhərinin, Nərimanov rayonunda yerləşən hoteldə yanğın baş verib. |
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri cəlb olunub. |
“Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 4500 kvadratmetr olan beşmərtəbəli hotelin 1-ci mərtəbəsində yerləşən elektrik açarlarında baş verdiyi müəyyən olunub. |
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək hotel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. |
Yanğın nəticəsində binanın birinci mərtəbəsində divara bərkidilmiş 7 ədəd elektrik qoruyucu açarı və iki metr elektrik kabeli yanıb. |
Hadisə zamanı köməksiz vəziyyətdə qalan ana və 2024-cü il təvəllüdlü körpə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. |
Hotel binası yanğından mühafizə olunub”, - deyə qeyd olunub. |
Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində partlayış olub. |
Yaralı xəstəxanaya yerləşdirilib. |
Hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir. |
Faktla bağlı araşdırma aparılır. |
Türkiyənin Bursa şəhərində Qətər, İraq və İndoneziyadan gələn turistləri daşıyan tur avtobusu qəzaya uğrayıb. |
Türkiyə KİV yazır ki, hadisə nəticəsində 10 nəfər turist xəsarət alıb, onlardan dördü azyaşlıdır. |
Qəzaya yolun yağışdan sonra sürüşkən olması səbəb olub. |
Qeyd olunur ki, avtobus əvvəl yanacaqdoldurma məntəqəsinin işarəsinə, ardınca beton işıq dirəyinə çırpılıb. |
Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. |
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. |
Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) Azərbaycan üzrə uzun müddətdir gözlənilən qiymətləndirmə nəticələrinə görə hesabatı açıqlanıb. |
Oxu.Az xəbər verir ki, hesabatda son beş il ərzində Azərbaycanda bir neçə qiymətləndirmə kriteriyası üzrə görülmüş işlər, əldə edilmiş nailiyyətlər qiymətləndirilərək məqbul hesab edilməklə, gələcəkdə bu sahələr üzrə qarşıda duran işlərə dair tövsiyələr qeyd edilib. |
Onlardan terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilib. |
Hesabatda göstərilir:“MONEYVAL qeyd edir ki, Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və hakimiyyət orqanları terrorçuluğu maliyyələşdirmə cinayətlərinin istintaqını uğurla aparmaq bacarıqlarını nümayiş etdiriblər. |
(Müvafiq qiymətləndirmə dövründə yeddi belə iş üzrə məhkumetmə həyata keçirilib). |
Eynilə beynəlxalq əməkdaşlıqda Azərbaycan yüksək effektivliyə nail olub, konstruktiv yardım göstərmək və digər ölkələrə müraciət etmək üçün dövlət orqanlarının imkanları yüksək qiymətləndirilib”. |
MONEYVAL tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması üzrə Azərbaycanda görülən işlər ilk dəfədir ki, yüksək qiymətləndirilir. |
Son illər terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış cinayət işləri üzrə nəticələr üzv dövlətlərin analoji orta statistikasını əhəmiyyətli dərəcədə aşır. |
Diqqətəlayiq haldır ki, MONEYVAL tərəfindən son bir il ərzində göstəricilərinə görə qiymətləndirmə hesabatları dərc edilmiş ölkələr sırasında terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılmasının effektivliyi üzrə yüksək göstərici olaraq qiymətləndirilən yeganə dövlət Azərbaycan Respublikası olub. |
Mürəkkəb geosiyasi məkanda olmasına baxmayaraq, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində son illər aparılan qətiyyətli işlər Azərbaycana beynəlxalq arenada investisiya və turizm üçün cəlbedici ... |
Ali Məhkəmədə Bakıda tanışını amansızlıqla döyərək xəsarət yetirməkdə təqsirləndirilən Coşqun Novruzovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. |
Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib. |
O, məhkəmə zalında həbs olunub. |
Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. |
Qeyd edək ki, hadisə 2020-ci ilin noyabrında paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsində baş verib. |
Belə ki, C.Novruzov tanışı Adil Rəhimovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı küt alətlə amansızcasına döyərək ona ağır xəsarət yetirib. |
Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.