Search is not available for this dataset
text
stringlengths
10
518k
Çəkilişlər Tokio və Kioto şəhərlərində aparılıb.
Aparıcı ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Yaponiyanın iki tarixi şəhərində heyrətamiz səyahətə çıxır.
A.Qərib ümummilli liderin daha dörd səfəri barədə oxşar mövzuda maraqlı məqamların film formatında lentə alınacağını da vurğulayıb.
İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev və Violetta Matsue, montaj mütəxəssisi Elmar Tarıyeloğlu daxildir.
Qeyd etmək istərdik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi bu layihəyə dəstək olub.
2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi bir lokal sutkalıq antiterror tədbirlərindən sonra Qarabağdakı separatçı rejim ləğv olundu.
Bu, Bakı ilə İrəvan arasında gərginliyin azaldılmasına müəyyən töhfə verdi və sülh gündəliyini aktuallaşdırdı.
Dörd aydan çox müddət ərzində Ermənistanla Azərbaycan arasında heç bir hərbi gərginlik yaşanmadı.
Bu gün Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçu yaralanıb.
Məlumata əsasən, atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb.
Bu, əlbəttə, Ermənistanın növbəti təxribatı kimi qiymətləndirilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev bir müddət yerli televiziya kanallarına müsahibəsində regiondakı vəziyyət, o cümlədən mövcud sabitlik barədə danışmışdı.
Bir neçə ay davam edən sakitlik məhz rəsmi Bakının hərbi-diplomatik səylərinin nəticəsi idi.Lakin Ermənistanın bu konstruktiv hərbi vəziyyəti davam etdirməyə siyasi iradəsi çatmadı.
Əslində Ermənistanın belə bir təxribata əl atacağı gözlənilən idi.Hindistan və Fransa kimi dövlətlərin son zamanlar Ermənistanı sürətlə silahlandırması, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının genişləndirilməsi istiqamətində səylər, habelə Fransa Milli Jandarmının xarici missiyalarının komandiri, briqada ge...
Bunun məntiqi nəticəsi olmalı idi.Üstəgəl, maraqlıdır ki, həmin vaxtlarda xarici KİV-də, o cümlədən İrəvan mediasında Ermənistanın sərhəddə əməliyyat həyata keçirərək uğur qazanmağa çalışacağı iddia edilirdi.
Bütün bunlar onu deməyə əsas verir ki, provokasiya qəsdən və məqsədyönlü şəkildə törədilib.
Qarşı tərəf bilərəkdən vəziyyəti gərginləşdirməyə çalışır.
Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 11-də “The Telegraph” nəşrinə müsahibəsində İrəvanın Bakı ilə sülh müqaviləsini imzalamağa hazır olduğunu demişdi.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var.
Amma bugünkü hadisə göstərdi ki, Ermənistan hakimiyyəti belə bir iradəyə sahib deyil.
Məsələ ondan ibarətdir ki, Paşinyan kənar güclərin, o cümlədən ABŞ-nin, Fransanın, Avropa İttifaqının (Aİ) təsiri altındadır.
Adıçəkilən oyunçuların hər biri İrəvana təzyiq göstərərək öz maraqlarını təmin etməyə çalışırlar.
Onların bir çoxu, xüsusilə Qərb oyunçuları regiondakı təsir güclərini artırmağa çalışırlar və bunun üçün gərginliyin qorunmasına səy göstərirlər.
Ermənistan isə lazımi siyasi mövqeyi ortaya qoya bilməyərək kənar güclərin təhrikinə məruz qalır.
Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır.
Nəzərə almaq lazımdır ki, bu cür sabotaj cəhdləri sülh quruculuğu prosesinə töhfə vermir.
Əksinə, vəziyyəti gərginləşdirir və Ermənistana etimadı azaldır.
Bu günkü hadisə bir daha onu deməyə imkan verir ki, İrəvanın sözünə, səmimiliyinə inanmamaq üçün kifayət qədər əsas var.
Ermənistan süni gərginlik yaratmaqla, üçüncü tərəflərin sifarişlərini yerinə yetirməklə və onlara inanmaqla əslində “oturduğu budağı kəsir”.
Çünki regional əməkdaşlıq imkanlarından məhrum olur.
Qərb ölkələrinə güvənməyin fəlakətə səbəb olduğunu Paşinyan digər regionlara, o cümlədən Yaxın Şərqə, Şərqi Avropaya baxaraq görə bilər.
Nəhayət, nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında sərhədlər hələ müəyyənləşməyib.
Yaxşı olar ki, İrəvan “odla oynamasın”.
Əks halda Azərbaycan qabaqlayıcı və adekvat addımlar atmaqla özü öz sərhədlərini müəyyənləşdirə bilər.
Bu isə Ermənistan üçün yaxşı nəsə vəd etmir.
Ermənistanın baş naziri Nikol Paşinyan və Avrasiya İqtisadi Komissiyasının (AİK) rəhbəri Bakıtjan Saqintayev İrəvanda keçirilən görüşdə regionda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə ediblər.
Bu barədə ölkə hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistan Nazirlər Kabinetinin “Sülh kəsişməsi” layihəsi çərçivəsində İrəvan ölkənin cənubu vasitəsilə Azərbaycan və Ermənistanı, eləcə də Azərbaycanın cənub-qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Meqri dəmiryolunu bərpa etməyə hazırdır.
Bu, gələcəkdə Ermənistanı Türkiyə ilə, Azərbaycanı Türkiyə və Gürcüstanla, həm də Azərbaycanı və Ermənistanı İranla birləşdirməyə imkan verəcək.
Madrid “Real”ı Almaniyada hava limanları əməkdaşlarının tətili səbəbindən bu ölkəyə avtobusla getməli olub.
Belə ki, fevralın 13-də Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində kral klubu “Leypsiq”lə görüşəcək.
Məlumata görə, madridlilər əvvəlcə təyyarə ilə uçmağı planlaşdırıblar, lakin Leypsiqə eniş etmək mümkün olmadığı üçün futbolçuların olduğu təyyarə Erfurtda yerə enib, oradan isə “Real” avtobusla 160 kilometr yol qət edib.
Yolda məşhur futbolçuların şəklini çəkmək istəyən sürücülərdən biri öz avtomobili ilə avtobusa çırpılıb.
Hər iki nəqliyyat vasitəsi əzilsə də, insident nəticəsində xəsarət alan olmayıb.
Pediatriya İnstitutu uşaqlar arasında influenza virusunun yayılmasına münasibət bildirib.
Elmi-Tədqiqat Pediatriya İnstitundan APA-ya bildirilib ki, hazırda uşaqlar arasında kəskin respirator xəstəliklər müşahidə olunur və bunların törədiciləri influenza virusudur:""“Cəmiyyətdə qrip kimi də tanınan influenza asanlıqla əsasən, hava-damcı yolu ilə yayılan yüksək yoluxuculuq ehtimalı olan respirator xəstəlikdi...
Bu xəstəliyə ən çox qış mövsümündə rast gəlinir.
Yoluxmuş şəxs öskürən və ya asqıran zaman tərkibində virus olan kiçik damcılar (infeksion damlalar) havada yayılır və yaxınlıqdakı insanları yoluxdura bilir.
İnfeksiya qrip virusu ilə çirklənmiş əllər vasitəsilə də keçə bilər.
Əksər hallarda xəstəlik yüngül keçir.
Virusa daha çox 0-5 yaşlı uşaqlar yoluxurlar”.
Məlumatda bildirilir ki, qrip əlamətləri adətən xəstə insanla təmasdan 1-4 gün sonra görünür:""“Bu simptomlara bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, zökəm, ümumi yorğunluq, baş-əzələ ağrısı, ümumi zəiflik, iştahasızlıq, üşütmə kimi əlamətlər daxildir.
Böyüklərdən fərqli olaraq uşaqlarda daha çox rast gəlinən əlamət qusma və ya ishal ola bilər.
Hərarətin normadan yüksəyə qalxması da müşahidə oluna bilər.
Uşaqlar mümkün qədər açıq havada çox olmalı, vitaminlərlə zəngin qidalarla qidalanmalıdırlar.
Xüsusilə bağça və məktəbə gedən uşaqlar vaxtlarının çoxunu qapalı mühitdə keçirdiklərinə görə infeksiya və virusların yayılma ehtimalı olur.
Otağın havası tez-tez dəyişdirilməlidir.
Valideynlər mümkün olduğu qədər xəstə uşaqları bağçaya, məktəbə göndərməməlidirlər.
Əlləri mütəmadi olaraq yumaq tövsiyə olunur.
Risk qrupuna aid uşaqlara ildə bir dəfə qrip peyvəndi vurulmalıdır”.
Həmçinin qeyd edilib ki, virus xəstəliklərinin müalicəsi əsasən simptomatik aparılır:""“Hərarət orqanizmin müdafiə reaksiyasıdır.
Buna görə də əksər hallarda 38° dərəcəyə qədər hərarəti salmaq məsləhət görülmür.
Uşaqlar yuxu rejiminə düzgün riayət etməli, stressdən və zərərli vərdişlərdən uzaq durmalıdırlar.
Uşaqlara bol maye içirtmək məsləhət görülür.
Burun tutulmasını aradan götürmək üçün tərkibində duz məhlulu olan burun damcılarından və ya spreylərindən istifadə etmək lazımdır.
Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə məsləhət görülmür”.
Xaçmazda 23 yaşlı gənc süni göldə boğulub.
APA xəbər verir ki, Xaçmaz rayonunun Ağaverdioba kəndində 23 yaşlı Fərid Əliyev işlədiyi bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb.
Onun köməyinə çatan olmadığı üçün boğularaq ölüb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, Azərbaycanın Konstitusiyasında dəyişilməli olan müddəalar var.
Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetində deyilir.
Bildirilir ki, erməniləri qorxuya salan müasir dövlətimizin Azərbaycan Demokratik Respublikasının (ADR) varisi olmasıdır.
Qeyd olunur ki, İrəvan hazırda nəzarətində olduğu ərazilərin böyük hissəsinin vaxtilə ADR-nin tərkibinə daxil olduğunu yaxşı xatırlayır.
Belə ki, Cənubi Qafqaz ölkələri sovetləşdirildikdən sonra Azərbaycana məxsus 20 min kvadrat kilometrlik ərazi Kreml tərəfindən Ermənistana təhvil verilib.
İrəvanın hazırki qorxuları isə Zəngəzur, Göyçə, Dərələyəz kimi bir çox bölgələrin vaxtilə Azərbayacana məxsus olmasının faktiki etirafı anlamına gəlir.
Daha ətraflı “Caliber”in yeni videomaterialında:
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Zəngilan istiqamətində Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu.
Avropa İttifaqının Ermənistandakı mülki missiyasının iç üzü ortaya çıxır.
Səfir Peter Mixalko Xarici İşlər Nazirliyinə (XİN) çağırıldı, təşkilata xəbərdarlıq edildi.
Birləşmiş Millətlər Təşkilatının əməkdaşları hərbi qruplaşmaların üzvləridir?
İsrail Ordusundan iddialı açıqlama.
Ağacların dibini betonladılar, səkini zəbt etdilər.
Qanunları pozan MTK məsələni işıqlandıran əməkdaşlarımıza rüşvət təklif etdi.
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırır.
Bu barədə Ermənistan hərbi idarəsinin bəyanatında deyilir.
“Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır.
Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya borclu olduğu hallar aydın şəkildə müəyyən edilir.
Bu hal təsdiq olunarsa, əmrin pozulmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq”, - bəyanatda deyilir.
Qeyd edək ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun K...
Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.
Casusluqda ittiham olunan xarici ölkə vətəndaşı Hamid Musa oğlu Pourkazem barəsində istintaqı yekunlaşmış cinayət işi üzrə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmə icraatı başlayıb.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış cinayət işi üzrə Hamid Pourkazem həbsdədir.
Futbolda tətbiq olunacaq yeni qaydalara əsasən, komandanın qapıçısı göy vərəqə alarsa, nə baş verəcəyi məlum olub.
Məlumata görə, bu halda baş məşqçi seçim etməli olacaq:10 dəqiqə müddətinə qapını adi oyunçuya tapşırmaq və ya oyunçulardan birini digər qapıçı ilə əvəzləmək.
Əgər komanda artıq əvəzetmələrdən istifadə edibsə, sahə oyunçusu qapıdakı boş yeri tutmalı olacaq.