Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. |
Bu barədə Penitensiar Xidmətdən bildirilib. |
Məlumata görə, Vasif Vaqif oğlu Hüseynzadənin tanışı Vüsal Nurəddin oğlu İsayev tərəfindən gətirilmiş sovqatdakı dörd ədəd dolmanın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 4,650 qram qurudulmuş marixuana aşkar olunub. |
Bu gün ölüm xəbəri yayılan, lakin Türkiyədə müalicədə olan bəstəkar Cavanşir Quliyev bir neçə ildir nadir xəstəliklərin birindən müalicə alır. |
Son zamanlar aparılan müalicə və steroid dərmanların təsirindən üzü və bədəni şişən bəstəkar müsahibələrində nadir autoimmun xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi. |
“Medicina” xəbər verir ki, Cavanşir Quliyev dəqiq diaqnozunun adını heç vaxt açıqlamayıb. |
“Mənim bir xəstəliyim var:ağır və üzdə görünən xəstəlik deyil, amma onu boş buraxsan, adamı öldürər. |
Beş milyon adamdan birində aşkarlanır. |
Belə xəstələrdə bədəndəki maye qabarcıqlar şəklində müxtəlif yerlərdən çıxır. |
Müalicə ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür. |
Bunun üçün bir dərman var, ömürboyu qəbul etmək lazımdır. |
Çox güclü dərmandır, əks-təsirləri də olur”. |
Autoimmun xəstəliklər immun sistemin funksiyasının pozulması və öz-özünə düşmən kəsilməsidir. |
Bu zaman hansısa orqanda, toxumada hüceyrələr özü-özünə hücum edib, həmin orqanı məhv etməyə başlayır. |
Yəni immun sistemin özünü tanıma proqramı pozulur. |
Sistem xəstəliklər başlayır, çünki zamanla digər orqan və toxumaların da zədələnməsi baş verir. |
Hansı xəstəliklər autoimmun hesab edilir. |
- Revmatoid artrit"- Sklerodermiya"- Sistem qırmızı qurd eşənəyi"- Vaskulitlər"- Şeqren sindromu"- Sarkoidoz"Və bir neçə nadir rast gəlinən xəstəliklər. |
Autoimmun xəstəliklərin dəqiq səbəbi məlum deyil. |
İrsi olaraq keçə bilir, iltihabi xəstəliklər, viruslar, stress və immunitetin özəlliyindən qaynaqlana bilir. |
Məsələn, çox insanlarda müharibədən, eləcə də pandemiya və COVİD-19-dan sonra baş qaldırıb. |
Görünür xəstəlik Cavanşir Quliyevdə əsas orqanları zədələyib və onun ürəyi, böyrəyi, beyni əməliyyat oluna bilər. |
Autoimmun xəstəliklərin cərrahi müalicəsi yoxdur. |
Bazar ertəsi Afinanın cənubundakı Qlifada bölgəsində gəmiçilik şirkətində baş verən atışmada dörd nəfər həlak olub. |
Məlumata görə, şirkətin keçmiş işçisi olduğu güman edilən hücumçu binaya daxil olaraq işçilərə atəş açıb, iki kişi və bir qadını öldürüb, sonra silahı özünə tərəf çevirərək intihar edib. |
Hücum edən şəxsin 70 yaşlı Misir vətəndaşı olduğu müəyyən edilib. |
Bəzi məlumatlara görə, onu tutduğu vəzifədən azad edən məhz bu şirkət olub. |
Polis rəsmi olaraq qurumun adını açıqlamasa da, media bunun “European Navigation” adlı şirkət olduğunu göstərir. |
Hüquq-mühafizə orqanlarının əməkdaşları binanın ətrafının çox hissəsini mühasirəyə alıb, hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları da gəlib. |
Bakıda “Toyota Prius” markalı avtomobilin sürücüsü alqışalayiq addım atıb. |
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. |
Görüntülərdən aydın olur ki, sürücü tullantıları yığan şəxsin ağır yükünü maşınla dartıb. |
Adətən adı qəribə yol-nəqliyyat hadisələrində hallanan “Toyota Prius” markalı avtomobilin sürücüsünün bu hərəkəti izləyicilərin marağına səbəb olub. |
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. |
Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu olub. |
Millət vəkili doğulub boya-başa çatdığı, uşaqlıq və yeniyetməlik illərini yaşadığı Amasiya rayonunun Göllü kəndindən danışıb. |
Qardaş Türkiyə ilə sərhəd olan bu yaşayış məntəqəsinin tarixindən, zəhmətkeş sakinlərinin həyat tərzindən söhbət açan H.Babaoğlu oradakı adət-ənənələrə, qışa hazırlıq mərasimlərinə, elm və təhsilə olan marağa diqqət çəkib. |
Ağır şəraitin, çətinliklərin insanları daha da əzmkar etdiyini, onları əməyə, yaxşı vərdişlərə yönəltdiyini dilə gətirib. |
Bildirib ki, Göllü kəndində yaşadığı illər ömrünün ən xoş xatirələri kimi yaddaşında qalıb. |
O dövrdə ermənilərin azərbaycanlılara qarşı təzyiqlərinin hər sahədə özünü göstərdiyini vurğulayan millət vəkili orta məktəbdə təhsil alarkən qəsdən imtahan qiymətlərinin aşağı yazıldığını, bununla da qızıl medal almasına maneə törədildiyini qeyd edib. |
Deyib ki, idman yarışlarında da azərbaycanlı məktəblilər qəsdən uduzdurulur, qalib gəlməsinə imkan verilmirdi. |
Deputat H.Babaoğlu ata-babalarının ötən əsrdə bir neçə dəfə deportasiyaya, sürgünə məruz qaldığını da diqqətə çatdırıb. |
Bildirib ki, Göllü kəndi Türkiyə ilə yaxın yaşayış məntəqəsi olduğu üçün SSRİ dövründə azərbaycanlı sakinlərə ermənilər tərəfindən casus damğası vurulub, soydaşlarımız nahaq yerə həbs olunub, sürgün edilib, hətta bəzi hallarda güllələnməyə məruz qalıblar. |
O, ötən əsrin əvvəllərində Andranik Ozanyanın öz quldur dəstələri ilə Amasiya rayonunun bir çox kəndlərində qətliamlar, talanlar törətdiyini, yaşayış məntəqələrini yandıraraq xarabalığa çevirdiyini söyləyib. |
Azərbaycanın işğal altındakı ərazilərinin azad olunduğunu, Qarabağ probleminin tarixə qovuşduğunu xatırladan millət vəkili yeni mübarizə mərhələsində qarşımızda dayanan hədəf və vəzifələrdən də söhbət açıb. |
Bildirib ki, beş min il yaşı olan İrəvan şəhərində azərbaycanlılara məxsus maddi-mədəni irsin, tarixi mirasın öyrənilməsi və qorunması üçün YUNESKO-ya müraciət olunub. |
Qeyd edib ki, beynəlxalq hüququn bizə verdiyi imkanlardan maksimum istifadə edərək, Qərbi Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmalı, soydaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün addımlar atmalıyıq. |
Deputatın sözlərinə görə, Qərbi Azərbaycan İcmasının bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi layihələr tarixi ədalətin bərpa olunması üçün milli mücadilədir. |
Millət vəkili H.Babaoğlu vurğulayıb ki, Azərbaycanın tarixi-etnik və siyasi coğrafiyasında milli bütövlüyümüz gec-tez bərpa olunmalıdır. |
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümu... |
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb... |
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. |
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
“Türkiyə silahlı qüvvələri yayda Şimali İraqda antiterror əməliyyatı aparılan ərazidə öz mövqelərini və bazalarını gücləndirməyi planlaşdırır ki, bu da onların effektivliyini artıracaq”. |
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib. |
“Beləliklə, terrorçulara qarşı daha təsirli tədbirlər görə biləcəyik”, - Prezident bildirib. |
Eyni zamanda o vurğulayıb ki, “Türkiyə İraqın ərazi bütövlüyünə şübhəsiz hörmət edir”. |
Ərdoğan həmçinin ABŞ Konqresinin Ankaraya “F-16” qırıcılarının satışı ilə bağlı razılaşmanı təsdiqlədiyini də qeyd edib. |
Bununla yanaşı, dövlət başçısı Türkiyənin rekord ixracat və turizm gəlirləri əldə etdiyini də diqqətə çatdırıb. |
Azərbaycanın Fransada, eləcə də Monako Knyazlığındakı səfiri Leyla Abdullayeva etimadnaməsini Monakonun Şahzadəsi II Albertə təqdim edib. |
Həmçinin Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra ölkədə həyata keçirilən quruculuq işləri və inkişaf strategiyası ilə bağlı Monako Şahzadəsini məlumatlandırıb. |
Səfir ikitərəfli əlaqələrə toxunaraq, ölkəmizin münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu deyib və bu istiqamətdə böyük potensialın mövcudluğunu vurğulayıb. |
Görüşdə gələcəkdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. |
Monako Şahzadəsi II Albert səmimi salamlarını, dostluq münasibətini və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. |
O, iki ölkə arasında əlaqələrin inkişafının intensivləşdirilməsində maraqlı olduğunu söyləyib. |
“Qarabağ xronikası” verilişinin 132-ci buraxılışı efirə gedib. |
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Ermənistan Silahlı Qüvvələrinin fevralın 12-si saat 13:37 radələrində Zəngilan istiqamətində törətdiyi hərbi təxribatdan bəhs edib. |
O qeyd edib ki, texniki müşahidə vasitələri ilə əldə olunan görüntülərə əsasən, atəşkəs rejiminin pozulması faktı məqsədyönlü xarakter daşıyır:""“Kadrlardakı Ermənistan bayrağından da gördüyümüz kimi, mövqeyin kimə məxsusluğu şübhə doğurmur. |
Postun bilavasitə önündə mövqelənən erməni snayper qarşı tərəfi hədəfə alır və Azərbaycan sərhədçilərinə atəş açdıqdan sonra atəş sektorunu tərk edərək özlərinə məxsus posta qayıdır”. |
Bildirilib ki, Cənubi Qafqazda stabillik, sülh və əmin-amanlıq müəyyən güc mərkəzlərinin maraqlarına cavab vermir:“The Telegraph” Agentliyinin jurnalisti Roland Olifantın Ermənistanın Baş naziri Nikol Paşinyana yeni müharibə ilə bağlı bir neçə dəfə ünvanladığı suallar Qərbin niyyətini bir daha ortaya qoydu. |
Elə N.Paşinyanın da stabillik haqda pafoslu cavabları Ermənistanın bu ərazilərdə yeni sifarişləri yerinə yetirməyə hazır olduğundan xəbər verir”. |
Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib. |
Verilişin budəfəki sayında Laçın sakinləri Əlövsət İbrahimov və Sıyatel İbrahimova keçmiş günlərdən danışıblar. |
Laçınlı ağbirçək həyat yoldaşı Ə.İbrahimovla tanışlıqlarından bəhs edərkən qeyd edib ki, paltar yuyanda qaçırılıb. |
Ovaxtkı ailə münasibətlərindən söz açan S.İbrahimova deyib ki, əvvəllər qızlar evlənərkən oğlanın maddi durumuna baxmırdılar:""“Heç kəs evlənəcəyi adamın evinin, maşınının, pulunun, olub-olmamasını fikirləşməzdi. |
Var-dövlətə baxan yox idi, deyirdilər ki, əsas mehribanlıq olsun”. |
Bakı buxtasına daxil olan axarlardan hövzəyə çirkab suların və neftli məhsulların axıdılmasının qarşısı alınacaq. |
Bununla bağlı hazırlıq işlərinə başlanıb. |
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov bildirib ki, Bakı buxtasının təmizlənməsi proqramı hazırlanır. |
Buxtanın təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Nazirlər Kabinetində iclas da keçirilib. |
Ceyhun Muradov qeyd edib ki, Nazirlər Kabineti tərəfindən aidiyyəti qurumlara Bakı buxtasının təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir neçə istiqamətdə fəaliyyətin təşkil olunması tapşırılıb. |
İdarə rəisi onu da əlavə edib ki, Bakı buxtasının təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması işinin koordinasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. |
Ətraflı “Xəzər Xəbər”in süjetində: |
Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən piyada keçidi bir neçə il əvvəl tam şəkildə təmir edilərək sakinlərin istifadəsinə verilib. |
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, son aylar keçid səfil həyat tərzi sürən şəxslər tərəfindən bərbad hala salınıb. |
Keçidə nəzarət olunmasını tələb edən sakinlər bildirirlər ki, divarları sındıran şəxslərə irad bildirdikdə aldıqları cavab da mənfi olur. |
Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən piyada keçidi onların balansında deyil. |
O da bildirilib ki, piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə icra hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşlarına sözügedən keçidə atılan məişət tullantılarının mütəmadi təmizlənməsi tapşırılıb. |
Daha sonra məlum oldu ki, piyada keçidi “Azərbaycan Dəmir Yolları” QSC-nin balansındadır. |
Qurumdan bildirildi ki, nəzarətin icra qrumuna verilməsi üçün işlər görülür. |
Dondurulmuş düşbərələr, xəngəllər, müxtəlif ət və tərəvəz yeməkləri, hətta meyvələr...""Xezerxeber.az-ın məlumatına görə, son vaxtlar daha çox populyarlıq qazanan bu qidalara təlabat artıb. |
Satıcıların sözlərinə görə, əvvəllər çoxda məşhur olmayan dondurulmuş hazır yeməklər indi ən çox satılanlardır. |
Hər mövsümün isə öz təlabatı olan hazır qidalar var. |
Qışda xəmir xörəkləri və tərəvəzlər, yayda isə meyvə və hazır ətlər...""Xəmir xörəklərinin isə qiyməti məhsulun növünə görə dəyişir. |
Bütün bunlarla bərabər son zamanlar hazır ət hissələridə var ki, onlar da təlabatı artan məhsullardır. |
Satıcılar bildirirlər ki, məhsulların münasib qiymətə təklif olunmasının səbəbi xaricdən ucuz qiymətə gətirilmələridir. |
Buna görə yerli məhsulla nisbətdə daha münasib qiymətə təklif olunur. |
Qida ekspertləri isə bildirirlər ki, belə məhsulları alarkən mütləq uyğunluq, keyfiyyət sertifakatları tələb edilməlidir. |
Məhsulun standartlara uyğun olduğuna əmin olduqdan sonra onu istifadə etmək lazımdır. |
Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə fərdi yaşayış evi sənədsizdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.