Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Daha sonra Zelfira Trequlova gecənin qonaqlarına “Tretyakovun şah əsərləri. |
Şəxsi baxış” kitabının yaradılması ideyasından danışıb. |
Tədbirin sonunda kitabın müəllifi görüş iştirakçılarının suallarını cavablandırıb. |
Qeyd edək ki, “Tretyakovun şah əsərləri. |
Şəxsi baxış” kitabında XIX və XX əsr Rusiya rəssamları İlya Repin, Mixail Vrubel, Kazimir Maleviç və başqalarının məşhur rəsmləri təsvir olunub. |
Müəllif dünya sənət tarixində hansı rəsmlərin ona nə üçün ən əhəmiyyətli göründüyü barədə bəhs edir. |
ABŞ Prezidenti Co Bayden İordaniya Kralı II Abdullahla birgə mətbuat konfransında etdiyi çıxışdan sonra yerini tapa bilməyib. |
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb. |
Məlumata görə, Ağ Evdə dövlət başçıları görüşün yekunlarından sonra Yaxın Şərqdəki vəziyyəti və ABŞ hərbi bazalarına hücumları müzakirə ediblər. |
Təqdim olunan kadrlarda Baydenin çıxışdan sonra II Abdullaha yol verdiyi, lakin çaşqınlıq içində İordaniya liderinin arxasında özünə yer tapmağa çalışdığı görünür. |
İordaniya lideri sonda Baydenin tərəddüdünü görüb, ona dayanacağı yeri işarə edir. |
Bu gün mərhum Xalq artisti Əliabbas Qədirovun doğum günüdür. |
Oxu.Az xatırladır ki, Xalq artisti 1946-cı il fevralın 13-də Bakıda dünyaya gəlib. |
Yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə, psixoloji mahiyyətinə, fəlsəfi dərinliyinə uyğundur. |
Daxilən hərarətli və ehtiraslı temperamentə, dinamik plastikaya malik aktyor idi. |
Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. |
O, bu yumordan həssaslıqla, yığcam “xəsisliklə”, lakin bədii məziyyətləri cazibəli, könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla istifadə edərdi. |
Əliabbas Qədirov oynadığı obrazlara ilk növbədə elmi-nəzəri əsaslarla yanaşırdı, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini müəyyənləşdirərdi. |
Səhnədə diqqətcil və həssas olardı. |
Azərbaycanın məşhur qiraət ustalarından biridir, onun ifasında Füzuli, Vaqif, Nəsimi, Sabir və s.kimi dahilərin poetik nümunələri lentə alınıb. |
Bakıdakı 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə təhsil alıb. |
On birinci sinfi 105 saylı məktəbdə bitirib. |
Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. |
Dəmiryolçular klubunda Xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. |
Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. |
Elə aktyor olmağı da burada qətiləşdirib. |
O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. |
Sənət müəllimi, ixtisas kurs rəhbəri Xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi Əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub. |
Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” (Surxay), Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. |
Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib. |
Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. |
Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. |
O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. |
Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib. |
Aktyor Azərbaycan Dövlət Televiziyasında çoxlu tamaşalarda oynamış, uzun illər əvvəlcə gənclər üçün “Məşəl”, sonralar əyləncə xarakterli “Komediyalar aləminə səyahət” verilişlərinin aparıcısı olub. |
Onun oynadığı tamaşaların bir qismi televiziyanın “Oızıl fond”una daxildir. |
Onlardan Süleyman Sani Axundovun “Laçın yuvası” (Cahangir), Məmməd Muradan “Təkan” (Dilqəm), İlyas Əfəndiyevin “Atayevlər ailəsində” (Cahangir), Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” (Fərhad), Mar Bayciyevin “Duel” (İsgəndər), Dazortsevin “Qəbula gələn sonuncu ... |
Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də məşhurdur və böyük uğurlar qazanıb. |
Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi “Sevinc buxtası” iki seriyalı bədii filmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. |
Aktyor bundan əlavə “Azərbaycanfilm”də “Xatirələr sahilində” (İmran), “Nəğmə dərsi” (Ata), “Nə yaxşı ki, Səməd Vurğun var” (Vaqif), “Bizim evin kişisi” (Mansur), “Qızıl uçurum”(Cəlil), “Qocalar” (Fəriz), “Babək” (Fəzl), “Dənizdən işarə” (Sultanov), “Sevinc buxtası” (Nazim) kimi kinolentlərinə çəkilib. |
Vaxtilə, rejissor Hüseyn Seyidzadənin çəkdiyi eyniadlı filmdə Qatır Məmməd rolunu məharətlə ifa edib. |
Lakin Moskva “millətçi” ruhuna görə o filmin ekrana çıxmasına icazə verməyib. |
1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. |
Səhnə və ekran ustası Əliabbas Qədirov teatr və kino yaradıcılığındakı uğurlarına görə 1 dekabr 1982-ci ildə Azərbaycan SSR Əməkdar artisti və 17 may 1989-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub. |
Əlabbas Qədirov 2006-ci ildə martın 8-də 60 yaşında leykemiya xəstəliyindən (ağ qan xərçəngi) vəfat edib. |
İkinci Fəxri Xiyabanda dəfn edilib. |
Bakının Yasamal rayonunda bir qrup sakin mənzil problemi ilə üz-üzə qalıb. |
Baku TV-nin məlumatına görə, Z.Əhmədbəyov küçəsində yaşayan vətəndaşların bir qismi evlərinin sökülməsi ilə əlaqədar onlara verilən kompensasiyadan narazıdır, digər qismi isə həmin narazı qalanlardan şikayətçidir. |
Onlar müqavilənin tezliklə bağlanmasını, köhnə evlərinin əvəzinə yeni tikiləcək binada mənzillə təmin olunmalarını istəyirlər. |
Bəzi sakinlər 2023-cü ilin avqust ayından müqaviləyə imza atdıqlarını desələr də, narazı sakinlər tərəfindən işin yubadılmasından gileylənirlər. |
“Imperial Residence” şirkətinin rəhbəri Rafael Abdullayev hesablama aparılan zaman yaşayış sahələrinin ölçüsünün mövcud olandan artıq götürüldüyünü, sakinlərə bina tikilən müddət ərzində (bir il, ilyarım, iki il - razılaşma əsasında) aylıq 600 manat kirayə haqqı təklif etdiklərini deyir. |
Ev sahibi isə narazılıq edərək, 600 deyil, 400 manat kirayə haqqı vəd verildiyini, bu məbləğə Bakıda kirayə mənzil tapmağın mümkünsüz olduğunu bildirir. |
Şirkət rəhbərinin sözlərinə görə, yeni bina 233 ailə üçün nəzərdə tutulub, ərazidəki 185 nəfərlə müqavilə bağlanıb, 25-i ilə bağlanmaq üzrədir, qalan 23 ailə ilə danışıqlar gedir. |
Həmçinin, əlavə edib ki, narazı sakinlər barəsində hüquq-mühafizə orqanlarına məlumat verilib. |
İranda İsveç vətəndaşına hökm oxunub. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. |
Bildirilir ki, Tehranın İnqilab Məhkəməsi iranəsilli İsveç vətəndaşı Səid Əzizini beş il müddətinə həbs cəzasına məhkum edib. |
Vəkilinin sözlərinə görə, müvəkkili “cinayət törətmək məqsədilə əlbir olmaq və aksiya keçirmək”də təqsirli bilinib. |
Qeyd olunub ki, Səid Əzizi 2023-cü il noyabrın 12-də İsveçdən Tehrana səfər etdikdən sonra həbs olunub. |
O da vurğulanır ki, Tehrandakı Evin həbsxanasında saxlanılan İsveç vətəndaşı prostat vəzi xərçəngindən əziyyət çəkir. |
Bu yaxınlarda həbsxananın pilləkənlərindən yıxıldığı üçün onun sağlıq durumu daha da pisləşib. |
Türkiyənin Antalya şəhərində gecə saatlarında güclənən leysan bir çox bölgədə daşqınlara səbəb olub. |
Nəticədə küçələri su basıb, maşınlar su altında qalıb. |
Antalya valiliyindən verilən açıqlama bu səbəbdən məktəblərdə birgünlük tətil elan edildiyi bildirilib. |
Eyni zamanda qeyd olunub ki, hava şəraiti ilə əlaqədar beş mərkəzi rayonda dövlət müəssisələrində çalışan əlil, hamilə və xroniki xəstəliyi olan insanlara birgünlük inzibati məzuniyyət veriləcək. |
Güclü yağış və daşqınların yaratdığı problemlər səbəbindən, həmçinin motokuryerlərin də hərəkətinə qadağa qoyulub. |
Əfqanıstanın paytaxtı Kabildə reklam üçün istifadə edilən manekenlərin baş hissəsinin bağlanılması sosial şəbəkələrdə gülüş doğurub. |
Paylaşıma şərh yazan internet istifadəçiləri gördüklərini “Taliban”ın qadağaları ilə izah ediblər. |
Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra manekenləri İslamda qadağan olunmuş bütlərlə eyniləşdirib və onların başlarının kəsilməsini və yaxud gizlədilməsini əmr edib. |
Xatırladaq ki, Əfqanıstanda qadınların kişi həkimlərə müraciət etmələrinə qadağa qoyulub. |
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) bu gün COP sədrlikləri üçlüyünü işə salıb. |
Oxu.Az xəbər verir ki, bu barədə COP28-in “X” hesabında paylaşım edilib. |
Bildirilib ki, COP28 “Missiya 1.5°C”ni dəstəkləmək üçün iqlimlə bağlı fəaliyyətin artırılmasına gətirib çıxaran cari və gələcək COP sədrlikləri arasında əməkdaşlığı, eləcə də davamlılığı yaxşılaşdırmaq üçün Azərbaycan və Braziliya ilə tərəfdaşlıq olan COP sədrlikləri üçlüyünü işə salıb. |
Üçlük Dubayda razılaşdırılmış BƏƏ Konsensusuna uyğun olaraq Paris Sazişinin bütün sütunları üzrə ambisiyaları yüksəltmək üçün üç sədrliyin indi və COP30 arasında əməkdaşlıq etməsi üçün bir platforma təmin edəcək. |
COP28 has today launched the COP Presidencies Troika, a partnership with Azerbaijan and Brazil to improve cooperation and continuity between current and future COP Presidencies, leading to increased climate action in support of ‘Mission 1.5°C’. |
Troika will provide a platform for… pic.twitter.com/sMFjHkjfSX |
Ali Məhkəmədə Sumqayıtda xuliqanlıqda təqsirləndirilən Qorxmaz Salayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, şikayət təmin edilməyib. |
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qorxmaz Salayevə bəraət verilib. |
Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. |
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ləğv olunub. |
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. |
Qorxmaz Salayev barəsində həbs növündə qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə zalında həbs edilib. |
İttiham aktında qeyd edilib ki, Qorxmaz Salayev qohumu Fariz Qasım oğlu Məhəmmədovla birlikdə 04.09.2020-ci il tarixdə, saat 18:30-da Sumqayıt şəhər, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir emalatxanasının qarşısında Ülvi Nüsrət oğlu Mustafayev və Ceyhun Əşrəf oğlu Xəlilzadə ilə mübahisə edib. |
Bu zaman o, bıçaqla hər iki şəxsin ayağına xəsarətlər yetirib. |
Daha sonra Qorxmaz Salayev polis əməkdaşları tərəfindən saxlanılıb. |
“Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs barəsində inzibati protokol yazılıb. |
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, norm... |
İş Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilovun icraatındadır. |
Baxış iclası fevralın 23-də keçiriləcək. |
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib. |
Oxu.Az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. |
Qərara əsasən, bundan sonra həmin qayda banklara da aid ediləcək və “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası” adlanacaq. |
Banklar investisiya xidmətlərini bu məqsədlə yaradılmış bölmə vasitəsilə həyata keçirilməli, bu xidmətləri göstərən bank əməkdaşları ixtisas şəhadətnaməsinə, rəhbər şəxs isə investisiya xidmətləri sahəsində minimum 2 illik iş təcrübəsinə malik olmalı, kredit təşkilatları isə müştərilərə investisiya xidmətlərinin göstər... |
Anderrayter qiymətli kağızlar yerləşdirərkən mövcud və yaxud mümkün risklər barədə təhlil aparılmalı və investorlara yazılı məlumat verilməlidir. |
Bundan başqa, həm investisiya şirkətləri, həm də banklar müştərinin tələbi ilə elektron formada bağlanmış müqavilənin surətini ödənişsiz olaraq kağız daşıyıcıda təqdim edəcək. |
İnvestisiya xidmətləri ilə bağlı müqavilə imzalanarkən həm fiziki, həm də hüquqi şəxslərdən digər sənədlərlə yanaşı bank rekvizitləri, eləcə də fiziki şəxslərdən fərdi identifikasiya nömrəsi tələb ediləcək. |
Həmçinin investisiya şirkətləri və banklar müştəriyə investisiya xidmətləri göstərməmişdən əvvəl uyğunluq tədbirləri həyata keçirəcək. |
İnvestisiya şirkətləri və banklar müştəri hesablarının (depo və marja hesablarının) açılması və müqavilənin bağlanması üçün müraciət edən şəxsdən məlumatları, imza və möhür nümunələri vərəqələrini əldə edəcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.