Search is not available for this dataset
text
stringlengths
10
518k
AMB-nin Hüquq departamentinə bu Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Hollivud aktyoru Tom Kruz rusiyalı keçmiş model Elsina Xayrova ilə münasibətlərini rəsmən açıqlayıb.
Məlumata görə, 36 yaşlı Elsina Xayrova məşhur rusiyalı deputat Rinat Xayrovun qızı və brilyant oliqarxının keçmiş həyat yoldaşıdır.
Qeyd edək ki, 61 yaşlı dünya ulduzu ilə Elsina münasibətlərinin məxfiliyini qorumaq istədikləri üçün birlikdə şəkil çəkdirmirdilər.
Türkiyənin ilk astronavtı Alper Gezeravcıya Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən yeni vəzifə verilib.
Bu barədə qərar “Resmi Gazete”də dərc edilib.
Qərara əsasən, Alper Gezeravcı Türkiyə Kosmik Agentliyinin İdarə Heyətinin üzvü təyin edilib.
13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Bildirilib ki, məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək.
Qeyd olunub ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bakı şəhəri, Üzeyir Hacıbəyli 7 ünvanında yerləşən tarixi memarlıq nümunəsi qəzalı vəziyyətdədir.
Mədəniyyət Nazirliyinin memarlıq abidəsi sırasına daxil olan bina 1897-ci ildə inşa olunub.
Binanın divarları uçqun vəziyyətdədir, eyvanları isə tamamilə tökülüb.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirildi ki, bu ərazilərdə təmirə ehtiyacı olan yaşayış binalarında təmir işləri mərhələli şəkildə aparılır.
Qeyd edildi ki, sözügedən binanın da təmiri nəzərdə tutulub və tezliklə işlərə başlanılacaq.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri təlim zamanı uzaqmənzilli ballistik raketi uğurla sınaqdan keçiriblər.
Bu barədə elit bölmələrin komandanı, general-leytenant Hüseyn Səlami məlumat verib.
“SEPAH-ın Hərbi Dəniz Qüvvələri bir sıra yeni nailiyyətlər əldə edib.
Bunlardan biri də İranın Aerokosmik Qüvvələri ilə birlikdə hərbi gəmidən uzaqmənzilli ballistik raketin uğurla buraxılmasıdır ki, bu da bizim dəniz qüvvələrimizin imkanlarını istənilən nöqtəyə çatdırıb”, - deyə o bildirib.
ABŞ Venesuela şirkətindən “Boeing 747-300M” təyyarəsini müsadirə etdiyini bildirib.
Səbəb isə təyyarənin Birləşmiş Ştatlarda istehsal edilməsi və əvvəllər İran aviaşirkətinə məxsusluğu göstərilib.
Məlum olub ki, ABŞ tərəfi təyyarəni Argentinadan Floridaya gizlin şəkildə aparıb.
Venesuela bunu “rüsvayçı soyğunçuluq əməliyyatı” adlandırıb.
Karakasdan vurğulanıb ki, təyyarə gizli şəkildə, radio rabitəsi söndürülərək ABŞ-yə aparılıb.
Venesuela Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, ABŞ və Argentina mülki aviasiya qaydalarını, həmçinin Venesuela şirkətinin kommersiya, mülki və siyasi hüquqlarını pozub.
Bu hadisəyə cavab olaraq Venesuela güclü, birbaşa və mütənasib cavab vəd edib.
“Bu məqsədlə Karakas milli konstitusiya, diplomatiya və beynəlxalq hüquq çərçivəsində bütün mümkün vasitələrdən istifadə edəcək və təyyarənin qanuni sahibinə qaytarılmasına nail olacaq”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Venesuela şirkətinə məxsus təyyarə 2022-ci il iyunun əvvəlində yanacaq doldurmaq üçün eniş zamanı Argentinada saxlanılıb.
Argentina hakimiyyəti Vaşinqtonun təkidi ilə təyyarəni həbs edib.
Ermənilərin dünənki təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi “Qisas əməliyyatı” zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib.
Bununla bağlı DSX məlumat yayıb.
Bildirilib ki, düşmənin döyüş mövqeləri susdurulub, məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi əməliyyat şəraitinin gərginləşməsi zamanı iki hərbçisinin öldüyünü və xeyli sayda yaralısının olduğunu təsdiqləyib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları”nı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, sığortaçının sistem əhəmiyyətli olub-olmaması həyat və qeyri-həyat sığortası üzrə ayrıca müəyyən ediləcək.
Müstəsna olaraq təkrarsığortaçının sistem əhəmiyyətliliyi qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçılarla birlikdə qiymətləndiriləcək.
Müştərək sığortaçılar isə sistem əhəmiyyətliliyin müəyyən edilməsində iştirak etməyəcəklər.
Bundan başqa, sığortaçının sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldəki göstəricilər vasitəsilə qiymətləndiriləcək:"""AMB-nin Hüquq Departamentinə bu Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Ali Məhkəmədə insan alverində təqsirləndirilən Qənimə Ədilovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd:Rəsmi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək, Türkiyədə yüksək gəlirli işlə təmin edəcəyi vədi ilə aldadaraq Antalya şəhər...
Onun barəsində Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə ittiham irəli sürülüb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qənimə Ədilova 8 il müddətinə azadlıqdan məhrum edilib.
İsrail ordusunun Qəzza zolağında daha üç əsgəri həlak olub.
Son məlumatlara görə, quru əməliyyatı başlayandan ölən əsgər və zabitlərin sayı 232-yə yüksəlib.
Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən bəri ordunun ümumi itkiləri 569 nəfərə çatıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS döyüşçülərinin İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.
Nazirlər Kabineti “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”ı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, qaydalar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna uyğun hazırlanıb və valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları və bununla bağlı indikator...
Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında gömrük orq...
Gömrük orqanları valyuta sərvətləri və milli valyutanın bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında onların mənbəyini və istifadə məqsədini müəyyənləşdirir.
Gömrük orqanları aşağıdakı hallarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair Gömrük Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq protokol tərtib edir və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar qəbul edilir:""- fakt üzrə inzibati araşdırmanın və...
“Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları” təsdiqlənib.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla Milli Arxiv İdarəsinə “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları”nın 4.5-ci bəndində nəzərdə tutulan Vahid Elektron Arxiv Məlumat Sisteminin Əsasnaməsinin layihəsini hazırlamaq və Nazirlər Kabineti...
İranda məcburi hicab bəhanəsi ilə repressiv “Əxlaq” polisi tərəfindən öldürülən 22 yaşlı Məhsa Əmininin dayısı Səfa Ayli Saqqız şəhərinin İnqilab Məhkəməsi tərəfindən ümumilikdə 5 il 4 ay və 17 gün həbs, o cümlədən iki il müddətinə ölkədən çıxış qadağası cəzasına məhkum edilib.
Bu barədə “Azad İran” Telegram” kanalı İranda İnsan Haqları Təşkilatı HENGAW-a istinadən məlumat yayıb.
Qeyd olunub ki, o, ölkənin daxili təhlükəsizliyinə qarşı əlbir olmaq, dövlət quruluşu əleyhinə təbliğat aparmaq, rəhbəri (Xameneini) təhqir etməkdə ittiham olunub.
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Dəmir Əlibəylinin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın müddəti və qəti cəza hissəsində dəyişdirilib.
Həmin hökmlə o, dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti bir il endirilməklə, üç il cəza müəyyən olunub.
Təqsirləndirilən şəxs hazırkı qərar üzrə təyin edilmiş cəzaya Samux Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilən üç il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasının Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmiş iki il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən ...
Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.
İttihama görə, hadisə 24 yanvar 2023-cü il tarixdə, saat 2 radələrində paytaxt ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Dəmir Əlibəylinin tanışı, zərərçəkmiş Qabil Qüdrətov onun kirayə yaşadığı ünvana gələrək əvvəlcə mənzilin qapısını təpiklə vurub.
Zərərçəkmiş təqsirləndirilən şəxsin qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadını (şərti adı Səma) özü ilə aparmaq istəyib.
Bu zaman onların arasında mübahisə düşüb.
Qabil əlində olan şüşə qabla və taxta ilə Dəmirin bədəninin müxtəlif nahiyələrinə zərbə endirib.
Daha sonra o, mətbəx bıçağı ilə qəsdən zərərçəkmiş şəxsin bədəninin müxtəlif yerlərinə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Dəmir Əlibəyli saxlanılıb.
Məhkəmədə Dəmir Əlibəyli elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O deyib ki, özü Gəncə şəhərində böyük iş adamı olub, sonra maddi cəhətdən vəziyyəti yaxşı olmadığı üçün çıxıb Bakıya gəlib.
Burada icarəyə kafe götürüb işlətməyə başlayıb.
Kafedə də işləri yaxşı olmadığı üçün onu bağlamalı olub.
Sonra Səma 9 ay Qabilin yanında işləyib.
Dəmir Əlibəylinin sözlərinə görə, hadisədən əvvəl Səma ilə Qabilin arasında nəsə olduğunu eşidib, lakin zərərçəkmiş and içərək belə bir halın baş vermədiyini söyləyib.
Əlavə edək ki, Dəmir Əlibəyli əvvəllər məhkumluq həyatı yaşayıb.
Dubayda (BƏƏ) 2026-cı ilə qədər uçan taksilərin istifadəyə verilməsi planlaşdırılır.
Qeyd olunur ki, uçuşlar dörd sərnişin üçün nəzərdə tutulmuş kiçik “Cobi” təyyarələrində həyata keçiriləcək.
Bu təyyarələrin sürəti 320 km/saata çata bilir.
Onlar elektriklə işləyəcəklər və növbəti uçuşa qədər enerji yığmaq üçün təxminən 10 dəqiqə lazım olacaq.
“Biz sərnişinlərə əhəmiyyətli dərəcədə qısa səyahət müddətində heyrətamiz anlar yaşatmaq istəyirik”, - deyə “Joby Aviation”ın qurucusu və baş icraçı direktoru Co Ben Bevirt bildirib.
Şirkət artıq Dubayın Yol və Nəqliyyat İdarəsi ilə 2026-cı ilin əvvəlində hava taksi xidmətinə başlamaq üçün müqavilə imzalayıb.
Xalq artisti Nisə Qasımovanın doğum günüdür.
Oxu.Az xatırladır ki, Nisə Fətulla qızı Qasımova 1954-cü ildə Bakı şəhərində anadan olub.
Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük səhnəyə bağlayır.
Atası Fətulla kişinin tam fərqli sahədə, yəni dövlət xidmətində çalışmasına baxmayaraq, milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradır.
Səkkiz yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, bütün peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib, doqquz yaşında xorun gənc solisti olur.
Nisə Qasımova 1971-ci ildə Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdindəki “Lalə qızlar ansamblı”na solist kimi dəvət olunur.
Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edir.
Bundan əvvəl SSRİ Xalq artisti Zeynəb Xanlarovanı Azərbaycan səhnəsinə təqdim etmiş Ələkbər Tağıyev 1972-ci ildən Nisə Qasımova ilə yaradıcılıq birliyinə başlayır.
Bəlkə də, bu olay gələcəkdə hər iki müğənni arasında yaranan və uzun müddət davam edəcək soyuq müharibəyə səbəb olur.