Search is not available for this dataset
text
stringlengths
10
518k
1972-73-cü illərdə bir-birinin ardınca “Ay ellər”, “Sənsən həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm”, “Qəşəngdir” kimi mahnıları xalq tərəfindən sevilir və gənc müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edir.
Elə həmin ildə Azərbaycanda çıxan plastinkalarla yanaşı, Tbilisidə Nisə xanımın ilk kasetləri də işıq üzü görür.
Müğənninin xarici görkəminin və səhnə hərəkətlərinin avropasayağı olması onun haqqında ağlasığmaz şayiələrin yayılmasına səbəb olur.
Kimi onu “alman gəlinciyi” adlandırır, kimi isə anasının alman və ya ukraynalı olması barədə fikirlər irəli sürürdü.
Bütün bunlara cavab olaraq Nisə Qasımova dillər əzbərinə çevrilən “Azərbaycan qızıyam” mahnısını ifa edir.
1975-ci ildə, 21 yaşında olarkən Nisə xanım artıq Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışmağa başlayır.
Elə həmin illərdə SSRİ Dövlət Elektromusiqi Orkestrinin rəhbəri Vyaçeslav Mişşerinin dəvəti ilə Moskvaya gedən müğənni bu ansamblla birgə “Gül bir az”, “Gözləyəcəyəm”, “Leyla” və s.mahnılarından ibarət albom lentə aldırır.
Nisə xanımın Moskvadakı çıxışları zamanı məşhur rus bəstəkarı və şairi Nikolay Zinovyev gənc müğənninin ifaçılıq və səhnə istedadına valeh olur.
1977-ci ildə ali təhsilini davam etdirmək üçün valideynlərinin təkidi ilə Bakıya dönən müğənni İncəsənət İnstitutuna daxil olub Moskvadakı fəaliyyətindən aralanmalı olur.
1980-ci ildə SSRİ-nin “S pesnyami po jizni” beynəlxalq müsabiqəsində iştirak edən müğənni birinciliyi Azərbaycana qazandırır.
Bakıya dönüşündə bu möhtəşəm uğura görə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını alır.
Bu sevindirici olayın ardından Nisə xanıma “Özbəkfilm”də çəkilən “Alovlu yollarla” bədii filminə çəkilmək üçün təklif gəlir.
Çəkilişlərdən sonra Özbəkistandan Bakıya dönən müğənninin həyatında xoşagəlməz hallar baş verir.
Əvvəlcə Ələkbər Tağıyevin, daha sonra isə qardaşının vaxtsız ölümü Nisə xanımı möhkəm sarsıdır və o, bir neçə il müddətinə səhnə fəaliyyətini dayandırır.
Nəhayət üç illik fasilədən sonra səhnəyə qayıdan müğənni Azərbaycanın ən müxtəlif yerlərində, eləcə də sərhədlərimizdən kənarda - Danimarka, İslandiya, Türkiyə, Əfqanıstan, Ukrayna, Almaniya və digər ölkələrdə böyük uğurla konsertlər verir.
1989-cu ildə müğənni “Əməkdar artist” adını alır.
Nisə Qasımova 1997-ci ildə Bakıda konsert verdikdən sonra Moskvaya köçür.
Üç ildən sonra ailə üzvlərindən birinin toy məclisində iştirak etmək üçün Bakıya dönür və burada yaşayır.
Bir neçə dəfə solo konsertlər verib, “Nisə Qasımova fondu”nu yaradıb, fərqli illərdə musiqi albomları buraxıb.
2008-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” adına layiq görülüb.
Xırdalan şəhəri, Bünyad Sərdarov küçəsi baxımsızlıqdan zibillik əraziyə çevrilib.
Bununla bağlı videogörüntü Oxu.Az-ın redaksiyasına göndərilib.
Şikayətçi bildirir ki, mövcud durumla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara məlumat versə də, ərazinin təmizlənməsinə baxan yoxdur.
Məsələ ilə bağlı, hələ 10 gün əvvəl, yəni fevral ayının 3-də, Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Seymur Qasımbəyli həftənin şənbə gününün qeyri-iş günü olduğunu əsas gətirərək Oxu.Az-a bildirdi ki, iş günü araşdırılaraq məlumat veriləcək.
Bu müddət ərzində dəfələrlə xatırlatma etsək də, təəssüf ki, sualımıza heç bir cavab ala bilmədik.
Ötən gün yenidən ünvanladığımız “Axı siz açıqlama verməli idiniz, on gündür gözləyirik, niyə heç bir cavab vermirsiniz?” sualımıza Seymur müəllimin son cavabı belə oldu:“Əlimdə işim ola bilər, iclasda ola bilərəm, rəhbərliyin yanında ola bilərəm, qəbulda ola bilərəm.
Amma mütləq əlaqə saxlayacağam.
Sizə də açıqlama verəcəyəm, bir az səbirli olun, zəhmət olmasa”.
Biz də səbirli olmağı seçdik və bu gün də bu saata kimi gözlədik.
Təəssüf ki, gözləntimizin bu dəfə də bir anlamı olmadı.
Qəbul etdik ki, mətbuata açıqlama verməli olan şəxsin gün ərzində rəhbərliyin yanında və qəbullarda olması hansısa sualı cavablandırmaq üçün mətbuata zaman ayırmasından daha önəmlidir.
Videonu təqdim edirik:""Xırdalanda zibilliyə çevrilən Bünyad Sərdarov küçəsi.
İlk dəfə olaraq orqanları sonda orqanizm tərəfindən rədd edilmədən insanlara köçürülə biləcək geni dəyişdirilmiş donuz yetişdirilib.
Bu barədə Yaponiyanın Meydzi Universitetinin nəzdində fəaliyyət göstərən “PorMedTec” şirkəti məlumat yayıb.
Bildirilir ki, ksenotransplantasiya (heyvan orqanlarının insan orqanizminə köçürülməsi) məqsədi ilə geni dəyişdirilmiş donuzların yetişdirilməsi üçün müvafiq texnologiya əvvəlcə ABŞ-də yerli biotexnologiya şirkəti tərəfindən hazırlanıb.
Yaponiyada isə mütəxəssislər ABŞ-dən gətirilən hüceyrələrdən istifadə edərək donuz balasını uğurla klonlaya biliblər.
“Biz donuz balasının sağ-salamat doğulmasından məmnunuq, lakin bu, yalnız başlanğıcdır.
(Ksenotransplantasiyanın) Yaponiyada klinik istifadəsi ilə bağlı müzakirələrin irəliləməsini səbirsizliklə gözləyirik.
Biz ilk növbədə təhlükəsizliyə diqqət yetirməklə tədqiqatlarımızı davam etdirəcəyik, həmçinin etika ilə bağlı məsələlərin müzakirəsi davam edəcək”, - deyə Meydzi Universitetinin professoru Hiroşi Naqasima vurğulayıb.
Bildirilib ki, artıq 2024-cü ildə yapon mütəxəssislər geni dəyişdirilmiş donuzdan meymunun bədəninə orqanların köçürülməsinə (bu, insan orqanizminə transplantasiya arasında aralıq mərhələdir) başlamağı gözləyirlər.
Xatırladaq ki, 2023-cü ilin payızında ABŞ-də geni dəyişdirilmiş donuzun ürəyinin son mərhələdə ürək çatışmazlığı olan şəxsin bədəninə köçürülməsi üçün dünyada ikinci əməliyyat həyata keçirilib.
Əməliyyat pasiyentə daha altı həftə yaşamağa imkan versə də, sonda 58 yaşlı kişi dünyasını dəyişib.
Əməliyyatı həyata keçirən Merilend Universitetinin mütəxəssisləri etiraf ediblər ki, köçürülən ürək sonda orqanizm tərəfindən rədd edilməyə başlayıb.
İmmunitet sisteminin xarici toxumaları rədd etməsi faktı ilə uzun müddətdir ki, ksenotransplantasiyaya mane olur.
Bioloqlar bu problemi həll etməyə yalnız son onilliyin əvvəlində gen mühəndisliyi sayəsində yaxınlaşıblar.
Eyni zamanda, müvafiq tədqiqatlar mübahisələrlə, ilk növbədə etik mübahisələrlə müşayiət olunur.
Rəsmi İrəvan Avropa İttifaqının (Aİ) qurduğu oyunun qurbanına çevrilir.
Ermənistanın baş naziri Nikol Paşinyan da bu oyunun içindədir.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl yerli televiziya kanallarına müsahibəsində regionda sakitliyin olduğunu diqqətə çatdırmışdı:“Bundan sonra isə hərbi təxribat törədildi.
Bu, Avropa İttifaqının Azərbaycana mesajıdır.
Onlar demək istəyirlər ki, regionda sülh istəmirik və buna imkan vermərik”.
R.Kərimoğlunun sözlərinə görə, Ermənistana gələrək binoklla şərti sərhədə baxan Aİ müşahidəçiləri də bu oyunun içindədir:“Başda Fransa olmaqla Avropa bölgədə sülh istəmir.
Sülh istəyən aktor belə davranmır.
Çünki onlar uzun illərdir ki, bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətinə irad bildirməyiblər.
İşğaldan azad olunan Xankəndidə vaxtilə yaşamış heç bir erməninin evi dağıdılmayıb, heç bir erməniyə “çıx get” deyilməyib.
Sadəcə olaraq ermənilər artıq reallığı anlayırlar.
Avropa İttifaqı isə bütün bunları görməzdən gəlir, faktları təhrif edir”.
O qeyd edib ki, Aİ Cənubi Qafqazda sülh olmaması üçün hər şeyi edir:“ABŞ və Avropa Ukraynada oynadıqları oyunu indi də Ermənistanda oynayırlar.
Azərbaycan da, müttəfiqləri də bunu yaxşı görür, başa düşür.
Amma eyni zamanda təhlükəsizliyimizi təmin etmək üçün müəyyən addımlar ata bilərik.
Bu mənada ermənilərin atəş nöqtələri susdurulmalıdır.
Həmçinin iki ölkənin şərti sərhədində 5 kilometr enində bufer zonanın yaradılması da mümkündür”.
R.Kərimoğlunun sözlərinə görə, Ermənistanın Aİ-nin oyunlarının qurbanına çevrilməsinin ağır nəticələri ola bilər:“Odur ki, Nikol Paşinyan və komandası reallıqları anlamalı, məntiqli addımlar atmalıdır.
Ermənistan Ukraynada, Suriyada baş verənlərdən dərs çıxarmalıdır.
Məsələ Ermənistanın dövlətçiliyi məsələsidir.
İrəvan təxribatlarla nəyəsə nail ola bilməyəcək”.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqaməti...
Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar.
Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçiriblər.
Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
Müntəzəm olaraq enerji içkilərindən istifadə insan orqanizmini məhv edir.
Bu barədə rusiyalı kardioloq və diyetoloq Asiyat Xaçırova danışıb.
“Əgər insan enerji içkisi istehlak edir və üstündən hələ qəhvə də içirsə, bu, ikiqat pisdir, çünki bu zaman kofeinin miqdarı həddindən çox olur və ürək-damar sisteminə zərərli təsir göstərir.
Bundan əlavə, kofeinə fərdi həssaslığın da olması mümkündür”, - o xəbərdarlıq edib.
Həkim vurğulayıb ki, böyüklər üçün kofeinin gün ərzində icazə verilən istehlak dozası 400 milliqramdır.
Həmçinin, enerji içkilərində şəkərin miqdarı da önəmlidir.
Onun sözlərinə görə, enerji içkilərinin tərkibində olan taurin və L-karnitin kimi maddələr də insan sağlamlığına mənfi təsir göstərə bilər.
Kardioloq izah edib ki, taurin və L-karnitin idmançılar tərəfindən dözümlülüyü artırmaq üçün istifadə edilən metabolik dərmanlardır.
Bununla belə, enerji içkiləri çox vaxt daha az aktiv həyat tərzi keçirən insanlar tərəfindən istehlak edilir.
Türkiyənin İzmir şəhər sakini Miraç Yazıcı öz ailəsini sevdiyi məşğuliyyətlə dolandırır.
Yeniyetmə yaşlarından balıq tutmaqla məşğul olan izmirli gününün 12 saatını suda keçirir.
Onun çayın ortasında stulda oturaraq balıq tutduğu görüntü sosial şəbəkələrdə trendə çevrilib.
Yayılan fotoya fikir bildirən təcrübəli balıqçının məsələyə münasibəti qısa olub.
“Gənclər kafelərdə gün keçirməkdənsə, gəlib balıq tutsunlar”, - deyə Miraç Yazıcı qeyd edib.
Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair qərarının tam mətni yayımlanıb.
AZƏRTAC xəbər verir ki, qərarda deyilir:""“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,"məhkəmə katibi Fəraid ...
Hakimlər S.Salmanova və K.Şəfiyevin məruzələrini, maraqlı subyektin nümayəndəsi M.Pənahovun çıxışını, ekspertlər S.Süleymanova və N.Şükürovun rəylərini dinləyib, iş materiallarını öyrənərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu"MÜƏYYƏN ETDİ:""Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsin...
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 108.2 və 203.3-cü maddələrinə müvafiq olaraq səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatları ümumiləşdirərək, Azərbaycan Respublikası Prezidenti seçkisi üzrə səsvermənin nə...
Həmin protokol Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli 10/36 saylı qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkisinin nəticələrini təsdiq və rəsmən elan edilməsi üçün Azərbaycan Respublikasının Konsti...
Seçkinin yekunlarına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq ekspertləri cəlb etmiş, “Konstitusiya Məhkəməsi haqqınd...
Azərbaycan Respublikası Prezidenti seçkisinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, seçki qutularında 4 967 795 (dörd milyon doqquz yüz altmış yeddi min yeddi yüz doxsan beş) seçki bülleteni müəyyən edilmiş, bunlardan 9 828 (doqquz min s...
Etibarlı hesab edilmiş 4 957 967 (dörd milyon doqquz yüz əlli yeddi min doqquz yüz altmış yeddi) səs prezidentliyə namizədlər arasında aşağıdakı qaydada bölünmüşdür:""Əliyev Fuad Ağasi oğlu – lehinə 26 517 (iyirmi altı min beş yüz on yeddi) səs və ya 0.54 faiz;"Əliyev İlham Heydər oğlu – lehinə 4 567 458 (dörd milyon b...
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.12-ci maddəsinə görə, protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır.
Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə – azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunmuş səsvermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu Mərkəzi Seçki Komissiyasının 18 üzvündən 18-i tərəfindən imzalanmışdır.
Ekspert S.Süleymanova bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti seçkisinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələri baxımından düzgün tərtib edilmişdir və qanunvericiliy...
Ekspert N.Şükürovun rəyinə əsasən, Azərbaycan Respublikası Prezidenti seçkisinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə tam cavab verir.