Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə daxil olmuş məlumatlardan göründüyü kimi, seçki hüquqlarının müdafiəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində səkkiz, Sumqayıt Apellyasiya Məhkəməsində isə bir ərizəyə baxılmış və həmin ərizələr əsassız olduğundan təmin edilməmişdir. |
Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatına görə, məhkəmə aktlarından verilmiş üç kassasiya şikayəti təmin olunmadan saxlanılmışdır. |
Gəncə, Şirvan, Şəki Apellyasiya Məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi seçki hüquqlarının müdafiəsi ilə bağlı hər hansı ərizənin daxil olmadığını bildirmişlər. |
Azərbaycan Respublikası Prokurorluğunun məlumatına əsasən, seçki hüquqlarının pozulması ilə əlaqədar bir şikayət üzrə aparılmış araşdırma zamanı həmin şikayətdə irəli sürülmüş dəlillərin öz təsdiqini tapmadığı müəyyən edilmişdir. |
Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolunu Azərbaycan Respublikası ... |
Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Prezidenti seçkisinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələr təsdiq edilməlidir. |
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. |
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidentliyinə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır. |
Qeyd olunduğu kimi, etibarlı hesab edilmiş seçici səslərindən 4 567 458 (dörd milyon beş yüz altmış yeddi min dörd yüz əlli səkkiz) səs və ya 92.12 faiz Əliyev İlham Heydər oğlunun lehinə verilmişdir. |
Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilməlidir. |
Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsini, 130-cu maddəsinin VIII və IX hissələrini, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 56, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitus... |
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolunda əks olunmuş nəticələr təsdiq edilsin. |
Azərbaycan Respublikasının Prezidentliyinə namizəd İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin. |
Qərar elan olunduğu andan qüvvəyə minir. |
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin. |
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz”. |
13:07"Azərbaycan Konstitusiya Məhkəməsi 2024-cü ilin 7 fevralında keçirilən növbədənkənar prezident seçkisinin nəticələrini elan edib. |
Oxu.Az-ın məlumatına əsasən, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə araşdırmaları dinlənildikdən sonra prezident seçkisinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair Qərarı oxuyub. |
Qərara əsasən, 2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezidenti seçkisinə dair Mərkəzi Seçki Komissiyasının yekun protokolunda əks olunmuş nəticələr təsdiq edilib. |
Konstitusiya Məhkəməsi bildirib ki, Azərbaycan Respublikasının Prezidentliyinə namizəd İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin. |
Qərar elan olunduğu andan qüvvəyə minir. |
Konstitusiya Məhkəməsinin Qərarı qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. |
Bildirək ki, Mərkəzi Seçki Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. |
Növbədənkənar prezident seçkisində seçici fəallığı 76,43 faiz olub. |
12:07"Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan iclasında sədr Fərhad Abdullayev fasilə elan edib. |
Oxu.Az xəbər verir ki, Konstitusiya Məhkəməsinin hakimləri qərar vermək üçün müşavirəyə yollanıblar. |
11:25"Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib. |
Oxu.Az-ın məlumatına əsasən, o, seçki qanunvericiliyinin tələblərindən irəli gələn prosedurların icra olunduğunu bildirib. |
M.Pənahov deyib ki, seçki prosesində seçici siyahıları hazırlanıb, müvafiq olaraq dairə və məntəqə seçki komissiyalarına təqdim edilib. |
MSK sədri seçki prosesi zamanı prezidentliyə namizədliyin irəli sürülməsi, prezidentliyə namizədlərin qeydə alınması barədə də məlumatlar verib. |
Daha çox foto burada:PhotoStock.az"11:01"Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına dair iclası başlayıb. |
Oxu.Az bildirir ki, iclasda prezident seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkinin nəticələrinə baxılacaq. |
İclasda MSK-nın sədri Məzahir Pənahov, MSK sədrinin müavini Rövzət Qasımov, qurumun katibləri Mikayıl Rəhimov və Arifə Muxtarova iştirak edirlər. |
Ombudsman, Dövlət Statistika Komitəsinin əməkdaşları, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ekspertləri də iclasda iştirak edənlər arasındadırlar. |
Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. |
MSK-nın yekun nəticələrinə əsasən, seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanan İlham Əliyev qalib elan edilib. |
Gəncənin Hacıkənd qəsəbəsində təxminən iki əsr yaşı olan evlər dağılır. |
Bunu əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb. |
Hər daşında, divarında tarix olan bu tikililər indi xarabalığı xatırladır. |
Məlumatlara görə, Hacıkənd qəsəbəsində təxminən 50-dən artıq belə ev olub. |
Bu tikililərin vaxtilə varlı bəylər tərəfindən inşa olunduğu, sonralar istirahət düşərgələri olması bildirilir. |
Amma artıq bir çox evlərin izləri belə itib. |
Digərlərinin divarları, daşları, yarımçıq damları qalıb ki, bu gedişlə onları da bənzər aqibət gözləyir. |
Uzun illərdən bəri təmir-bərpa işi aparılmayan bu evlər yox olmaq təhlükəsi ilə üz-üzədir. |
“Qafqazinfo” məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edib. |
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarında ölkə ərazisində olan dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli tarixi abidələr qeyd olunub. |
Həmin binalar tarixi abidələr kimi qeydiyyata alınmayıb. |
Vaxtilə o binalar Gəncə Dəmir Yol İdarəsinin yay istirahət düşərgəsinin ərazisində yerləşib. |
Hazırda isə bizdə olan məlumata görə, bu binalar özəlləşdirilib”, - qurumdan bildirilib. |
Daha öncə Mədəniyyət Nazirliyi tərəfindən də bu problemlə əlaqədar verilən açıqlamada qeyd edilib ki, həmin binaların heç biri qeydiyyata alınmayıb. |
Yanvar ayının 13-də Göyçay rayonunun Qarabağlar kəndi ərazisində kənd sakininə məxsus tövlənin, çardaq hissəsindəki ot bağlamalarının və içərisində olan 12 baş iribuynuzlu mal-qaranın yanaraq tələf olması barədə polis şöbəsinə məlumat daxil olub. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ilkin araşdırma zamanı yanğının qəsdən törədildiyi və vətəndaşa ümumilikdə 58 min manata yaxın maddi ziyan dəydiyi müəyyən edilib. |
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, 1992-ci il təvəllüdlü Seymur Piriyev saxlanılıb. |
O, əməlini etiraf edib və əvvəllər şəxsi münasibətlər zəminində zərərçəkmişlə aralarında yaranmış narazılığa görə ona məxsus tövləni qəsdən yandırdığını bildirib. |
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, S.Piriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olu... |
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. |
Şöbə əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə mağazadan oğurluq etməkdə şübhəli bilinən Elçin İsgəndərov və Rövşən Zamanov saxlanılıblar. |
Araşdırma zamanı məlum olub ki, əvvəllər həmin mağazada işləyən Elçin İsgəndərov tanışı Rövşən Zamanov ilə birlikdə son 2 ay ərzində bir neçə dəfə həmin obyektə daxil olaraq oradan ümumi dəyəri 9 min manatdan artıq olan tütün məmulatları və digər əşyaları oğurlayıblar. |
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. |
PSJ-nin ulduzu Kilian Mbappe “Liverpul”un təklifinə cavab verib. |
İnsayder Fabrizio Romanonun sözlərinə görə, 25 yaşlı hücumçu İngiltərənin top klubuna keçməkdən imtina edib. |
Mbappe baş məşqçi Yurgen Kloppun yaxınlarda gedişi səbəbindən Mersisayd nəhənginə keçməyəcək. |
Kilianı alman məşqçi ilə işləmək fürsəti cəlb edib, lakin Klopp getdiyini elan etdikdən sonra “qırmızılar” artıq fransız oyunçunun marağında deyil. |
“Hazırda özümü yaxşı hiss edirəm, sağalmağa çalışıram”. |
Bunu Oxu.Az-a açıqlamasında ötən gün şərti dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib. |
O bildirib ki, 8 aydır həqiqi hərbi xidmətdədir:""“Eşitdiyimə görə, qarşımızda olan və mənə atəş açılan post darmadağın edilib. |
Azərbaycan Ordusu hər zaman öz hərbi qulluqçusunun yanında olub və olacaq. |
Ordumuz hər zaman öz hərbi qulluqçularının qisasını alıb və bu belə də olacaqdır”. |
Qeyd edək ki, P.Xəlilzadə Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya müəllimliyi ixtisasının 2023-cü il məzunudur. |
11:10"“Sərhəd döyüş məntəqəmizdə iki nəfərlə vəzifəmizi yerinə yetirirdik. |
Qarşıdakı düşmən postlarının müşahidəsini aparırdıq. |
Bu zaman tək bir atəş səsi eşitdim. |
Bunu APA-ya açıqlamasında ötən gün şərti dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib. |
Hazırda xəstəxanada müalicəsini davam etdirən əsgər əməliyyat olunduğunu bildirib:""“Əməliyyat yaxşı keçdi. |
Həkimlər əlindən gələni edirlər. |
Tezliklə sağalıb, döyüş məntəqəsinə qayıdaraq xidmətimi davam etdirmək istəyirəm. |
Sərhədçi olduğum üçün fəxr edirəm. |
Qeyd edək ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının şöbə müdiri Rasim Quliyev verdiyi açıqlamada xəstənin bədənindən çıxardıqları güllənin hərbi mütəxəssislərin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper gülləsi olduğunu deyib. |
Ermənistan növbəti dəfə təxribatçı hərəkətləri ilə gündəmi dəyişməyə cəhd göstərib. |
Fevralın 12-də bu ölkənin silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. |
Görünən odur ki, qarşı tərəfi 2023-cü ilin sentyabr ayından bəri yaşanan sabitlik qane etmir. |
Bir müddət əvvəl Prezident İlham Əliyev də yerli mediaya müsahibəsində son dörd-beş ayın ən sabit dövr olduğunu bildirmişdi. |
İrəvan da Prezidentin bu fikirlərini özünəməxsus şəkildə başa düşüb. |
Şübhəsiz ki, İrəvanın bu təxribatı Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbədir. |
Bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan olunan sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. |
Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı (Aİ) missiyasının müşahidə həyata keçirdiyi ərazidə baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır. |
Maraqlıdır ki, hadisədən bir gün əvvəl bu ölkənin baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində sülh təşəbbüsündən çox, Azərbaycana qarşı təxribat və böhtan xarakterli əsassız iddialar səsləndirib. |
Müsahibədən sonra Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycan əsgəri xain hücuma məruz qalıb. |
Nikol Paşinyanın müsahibədə aqressiv tonu da Ermənistanın növbəti təxribat hazırladığına dəlalət edən faktordur. |
Yeri gəlmişkən, təxribatdan dərhal sonra erməni tərəfinin hərəkətləri də gülüş və təəccüb doğurdu. |
Birincisi, öz yaydığı məlumatı dərhal təkzib etməyə çalışdı. |
Lakin Azərbaycan tərəfi videogörüntülər təqdim etdikdən sonra Ermənistan hərbi polisi təxribatla bağlı araşdırmalar aparılacağını, hətta insidenti törədənlərin cəzalandırılacağını açıqladı. |
İkincisi, sərhədçimizin snayper tüfəngi ilə vurulması ondan xəbər verir ki, qarşı tərəf təxribatlar törətmək siyasətindən əl çəkməyib, 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirlərindən dərs çıxarmaq istəmir. |
Üçüncüsü, bu insidentin arxasında beynəlxalq qüvvələrin durması ehtimalıdır. |
Ermənistanı silahlandıran, onu revanşizmə sürükləyən qüvvələr hər vəchlə bu ölkəni yeni hərbi əməliyyatlara təhrik edirlər. |
Onu silahlandıran, sülh sazişinin imzalanmasına qarşı çıxan dövlətlər sırasında ilk yerdə Fransa dayanır. |
Təsadüfi deyil ki, bu yaxınlarda Parisi təmsil edən general bu ölkəyə səfər edib, ölkənin hərbi komandanlığı ilə görüş keçirib. |
Hətta onun sərhəd xəttinə gəldiyi də bildirilir. |
Dördüncüsü, baş verənlərə Avropa İttifaqının Ermənistandakı missiyasının susqunluğu təxribatda maraqlı olduğunu deməyə əsas verir. |
Bəlli olur ki, Aİ missiyasının genişləndirilməsinin arxasında məhz bu və digər təxribatlar gizlənir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.