Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu işin sirlərini öyrənmək və onları gənc nəsillə paylaşmaq üçün Zahid ustanın emalatxanasındayıq.
Qapının qarşısında sıra ilə düzülmüş samovar, məcməyi, qazan və teştlər qalaylanmaq üçün növbə gözəyir.
Usta isə içəridə radioda səslənən “Ömür keçdi, gün keçdi” mahnısının fonunda can-başla işləyir.
Qalaylanan qab necə istifadə olunmalıdır?
Əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan qalayçı Zahid Zeynalov bizi çox mehriban qarşılayır.
O, 14 yaşından bəri bu işlə məşğul olur, peşənin sirlərini atasından öyrənib, indi isə üç oğlu ilə birgə itib-batmaq üzrə olan bu peşəyə can verməyə çalışır.
“Bax, qızım, ömrüm gördüyün bu balaca yerdə keçir, amma heç bir narazılığım yoxdur.
Yayda çox vaxt səhər saat 6-dan burada oluram, düz axşam saat 11-12-yə qədər işləyirəm, qışda isə soyuq olduğundan işə bir az gec gəlirəm.
Amma vacib nəsə olanda, soyuq olsa belə, qapını bağlayıb işimi görürəm”, - deyə söhbətə başlayır.
Qalayçılıq qədim və lazımlı peşə olsa da, günümüzdə sıradan çıxmış, deşilmiş və ya zədələnmiş metal avadanlıqları qalaylatmaqda tərəddüd edənlər çoxdur.
Onlar ya yenisini almağa üstünlük verirlər, ya da düşünürlər ki, keçmişdə olduğu kimi keyfiyyətli qalaylardan istifadə olunmur.
Müsahibimiz isə deyir ki, bu yanaşmalar tamamilə yanlışdır:""“Ümumiyyətlə, mis qablardan istifadə edənlərin çoxu onu necə işlətməyi də yaxşı bilir.
Qalaylanmış mis qabda yeməyin dadını tam hiss etmək üçün o qab 2-3 ay işlədilməlidir.
Qalaylanan qab mütəmadi olaraq - həftədə 3-4 dəfə istifadə olunmalıdır".
Qalayın texnologiyası və qiymətlər"Qalayın texnologiyasına gəldikdə, usta dedi ki, alüminium, çuqun, şirəli, paslanmayan metaldan olan qablar qalay götürmür, ancaq əlvan metallara qalay vurmaq olur.
Qalaylanan qabı ələnmiş kəpək, yaxud soda ilə isti suda yumaq lazımdır, ona kimyəvi məhsul vurmaq olmaz, bu, qabın qaralmasına səbəb ola bilər.
“İstifadə etdiyimiz qalaylar Rusiya və Türkiyədən gətirilir.
Biz də gedib “Vosmoy" bazarından (8-ci kilometr bazarı - red.)
Qalayın kiloqramı 90-100 manat aralığında dəyişir.
Bir kiloqram qalayla 50 kiloqram qab qalaylayırıq.
Məsələn, kiloyarımlıq bir qazanı qapağı ilə birgə 50 manata qalaylayırıq.
Elə olub ki, 10 min manat dəyəri olan samovarları qalaylatmaq üçün gətiriblər.
Dəyəri 5-10 min manat olan yüngülvari, əzilmiş üstü yazılı, naxışlı kiçik qabları da restavrasiya etmişəm”, - deyə o qeyd edir.
Zahid usta bir qazanı əlinə götürüb deyir:"""Belə bir qazan üçün təxminən 80-100 qram qalay işlənir.
Bu qazanı 1990-cı ildə öz evim üçün düzəltmişəm, amma heç işlənməyib, evdən veriblər ki, yenidən qalaylayım.
Yeri gəlmişkən, 1990-cı ildə Sumqayıtda qalırdım, orada balaca bir dükanım vardı.
O vaxt bir işlə bağlı Dağıstana getmişdim.
Qayıdıb gələndə gördüm ki, dükanda nə qədər mis samovar və əşya var - hamısını oğurlayıblar.
Təxminən 7-8 min manata yaxın ziyana düşdüm.
Elə ondan sonra çıxıb gəldim “Kubinka”ya.
Bu işə əsl qiymət qoyanlar bakılılardır"Z.Eyvazov bildirir ki, emalatxanadakı bəzi əşyalar satış üçündür:""“Bax, o yuxarıda gördüyün kor samovardır, 120-130 il əvvəl istehsal olunub.
Ona görə kor deyirlər ki, digər samovarların ayaqlarının altında pəncərəsi var, havanı oradan alır, bu isə havanı samovarın aşağı hissəsində olan qapaq yerindən çəkir və ağappaq tüstü buraxır.
Bu samovarların hər birinə 1500-1600 manat pul verib almışıq.
Sənədləri də var, ümumiyyətlə, sənədsiz əşya almırıq.
Oğurluq ehtimalını nəzərə alaraq həmişə sənəd-sübutla əşya almışıq.
Belə samovarların da öz həvəskarları var, müştərisi çıxanda satacağıq.
Onu da deyim ki, qalay belə samovarların yalnız içərisinə vurulur”.
Qalayçının sözlərinə görə, emalatxanaya hər təbəqədən müştərilər, hətta məmurlar belə qablarını qalaylatmaq üçün gəlirlər:""“Açığı, bu işə əsl qiymət qoyanlar bakılılardır, rayon camaatı mis qablardan istifadə etməyə və onları qalaylatmağa o qədər də maraqlı deyil.
İnsanlar da var ki, atasından, babasından nə qalıb - hamısını evində qoruyub saxlayır.
10-12 il əvvəl yanıma bir məmur gəlmişdi, əlində də bir aftafa.
Əşya elə bir vəziyyətdə idi ki, bəlkə onu aparıb metal qəbul edən yerlərə versəydi, heç 5-6 manat da verməzdilər.
Həmin məmur dedi ki, üzəri möhürlü olan bu aftafa 80-ci illərdə dədə-baba evində qalan tək əşyadır.
Dörd günə aftafanı restavrasiya elədim.
Onu düzəltməzdən əvvəl 25 manata razılaşmışdıq, adam işi o qədər bəyəndi ki, çıxarıb mənə 50 manat verdi”.
Sənətin yaşaması üçün sənətkarı yaşatmaq lazımdır"Usta bildirir ki, bu gün hotel və restoranlarla da əməkdaşlıq edir, oradan emalatxanaya mütəmadi olaraq qalaylanmaq üçün qablar gətirilir:""“Çox şükür, qızım, bu gün işləyirik, amma bu peşənin itib-batmaq ehtimalı məni çox narahat edir.
Çox istəyirəm ki, bu sənəti öyrətmək üçün şərait yaradılsın, indi, düzdür, bəzi müəssisələrdə, mərkəzlərdə mis qabları yığıb nümayiş etdirirlər, amma o qabları yığmaqla sənət yaşamır, sənətin yaşaması üçün sənətkarı yaşatmaq lazımdır.
Gələcək üçün yeni sənətkarlar yetişməlidir.
Mənim hazırda iki şagirdim var.
Onlar bu ağır sənət üçün can qoyurlar.
Çünki mən bu dünyada olmayanda da onlar mənim bu sənətimi davam etdirəcəklər.
Bu iş sayəsində dörd uşaq böyütmüşəm, əl-ələ verib ev də almışıq.
Lahıcda dədə-baba yurdum var, indi yaş öz sözünü deyir, bilmək olmaz, bəlkə bir-iki il sonra bu qarışıqlıqdan, səs-küydən yorulub, köçüb Lahıcda ata ocağımda yaşayacağam.
Elə söhbətin bu yerində ustanın köməkçisi radionun dalğasını dəyişir.
Yenidən "Ömür keçdi, gün keçdi" mahnısı səslənir.
Və bu notlarla da ustaya uzun ömür, cansağlığı arzulayıb emalatxananı tərk edirik...
Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Monakoda görüntülənib.
Siyasətçini “Ukrayinskaya pravda” nəşrinin jurnalistləri görüblər.
Arestoviç naməlum adamla birlikdə qumarxanaları ilə məşhur olan Monte Karlo rayonunda gəzdiyi zaman diqqət cəlb edib.
Bununla bağlı yayımlanan kadrlarda Arestoviç onu çəkdiklərini görüb və bu onun xoşuna gəlməyib.
“İcazəsiz çəkiliş qadağandır”, - deyə o, jurnalistlərə iradını bildirib.
Qeyd edək ki, Aleksey Arestoviç 2023-cü il sentyabrın 4-də Ukrayna kəşfiyyatının verdiyi məktubun köməyi ilə sərhədi keçə bilib.
Rusiya Azərbaycan-Ermənistan şərti sərhədində törədilən təxribatla bağlı tərəfləri təmkinli olmağa çağırıb.
Bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun bəyanatından aydın olub.
“Moskva Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam ediləcəyinə ümidvardır”, - Peskov deyib.
O, hadisələri çox diqqətlə izləyəcəklərini və hər iki tərəflə təmasları davam etdirəcəklərini vurğulayıb.
D.Peskov əlavə edib ki, belə hadisələr danışıqlar prosesinin irəliləməsinə kömək etmir və sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır.
“Amma ümid edirik ki, (sülh müqaviləsinin imzalanması üçün danışıqlar - red.)
prosesi davam edəcək”, - deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Qeyd edək ki, fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışla...
Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.
Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.
Hərbçi əməliyyat olunub, vəziyyəti qənaətbəxşdir.
DSX-nin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib.
Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Bakıda iş adamlarının avtomobillərindən oğurluq edən “ayıq sürücü” həbs edilib.
“Qaynarinfo”nun məlumatına görə, Elnur İbrahimxəlilov (soyad şərti) Nərimanov rayonunda “Toyota Land Cruiser Prado” markalı, 99-KS-933 dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının kilidli olmamasından istifadə edərək, 7 763 manatı oğurlayıb.
Oğurluq edilən avtomobil Nərimanov rayonu ərazisində yerləşən kiosklardan birinin sahibinindir.
Elnur oğurladığı pulu xərcləyib qurtardıqdan sonra yenidən soyğunçuluq etmək qərarına gəlib.
Təqsirləndirilən şəxs yenə Nərimanov rayonunda daha bir iş adamına məxsus BMW markalı avtomobilin qapılarının kilidli olmamasından istifadə edərək, oradan 1 105 ABŞ dolları və 105 manat oğurlayıb.
Məhkəmənin qərarı ilə 1989-cu il təvəllüdlü, Bakı sakini Elnur İbrahimxəlilov Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna yaxın günlərdə start veriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Ötən ilin noyabrında 2024-2025-ci tədris ili üzrə “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq edilərək ictimaiyyətə təqdim olunub.
Siyahı 15 prioritet ixtisas sahələri üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla, ümumilikdə 3993 təhsil proqramını əhatə edir.
Müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlərin universitetlər üzrə ilk onluqda yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə, eyni zamanda, bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət sahəsi üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi nə...
“2022-2026-cı illər üzrə Dövlət Proqramı”na Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat və magistratura səviyyəsinə qəbul olmağa hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.
Proqrama müraciət portal.edu.az şəxsi kabineti üzərindən həyata keçiriləcək.
“2022-2026-cı illər üzrə Dövlət Proqramı”na müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə tələb olunan sənədləri təqdim etməlidirlər.
Tələb olunan sənədlərlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz:https://shorturl.at/cgsPQ"Qeyd edək ki, “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb.
“Kəpəz” komandası Azərbaycan Premyer Liqasının XXII turunda “Səbail”ə uduzduqları oyunda hakim idarəçiliyindən narazı qalıb.
Bu barədə Gəncə təmsilçisi rəsmi “Facebook” hesabında paylaşım edib.
“Verilən qərarlarla BARIŞmırıq!
“Səbail” ilə oyunun 44-cü dəqiqəsində qapımıza təyin olunan penalti epizodundan əvvəl künc zərbəsi zamanı rəqib futbolçu Amil Yunanovu arxadan itələsə də, baş hakim Nicat İsmayıllı qayda pozuntusunu qeydə almadı.
Eyni epizodun davamında Junior Martinsin zərbəsindən sonra top “Səbail”in oyunçusuna toxunaraq meydanı tərk etdi.
Laynsman topun rəqibdən çıxdığına işarə edərək bayrağını müvafiq istiqamətə yönləndirsə də, baş hakim yenə fərqli qərar qəbul etdi.
Son nəticədə epizodun davamı qapımıza penalti ilə nəticələndi.
48-ci dəqiqədə komandamızın yerinə yetirdiyi künc zərbəsi zamanı rəqib futbolçu Rüfət Abdullazadə cərimə meydançasında hər iki əli ilə topla oynasa da, referi VAR-a ehtiyac duymadı”, - klubun bəyanatında vurğulanıb.
Sonda isə bildirək ki, görüş bölgə klubunun 1:4 hesablı məğlubiyyəti ilə bitib.
Xatırladaq ki, daha əvvəl “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov da çempionat oyunlarında hakim idarəçiliyindən narazılığını bildirmişdi.
“Rusiya Federasiyası, Azərbaycan, Ermənistan və İran arasında enerji körpüsü yaradıla bilər”.